14 mar 13:17liqa

Hakimlərin mühakiməsi

Hakimlərin mühakiməsi
Nə penalti, nə də “qırmızı” oldu
Premyer-liqanın 19-cu turundakı hakim idarəçilyində ciddi qüsurlar olmadı. “Neftçi” – “Keşlə” matçındakı verilməyən penaltidən başqa. Ədalət təmsilçiləri bu tur ümumilikdə 11 sarı vərəqə göstərdilər. Ancaq nə “qırmızı” oldu, nə də penalti.
RAMİL DİNİYEV, Neftçi – Keşlə
Diniyevin idarəçiliyində mübahisəli məqamlar oldu. 5-ci dəqiqədə İqnasio Erreranın asması zamanı top cərimə meydançasının daxilində Slavik Alxasovun əlinə dəysə də, hakim davam işarəsi verib qayda pozuntusunun olmadığını bildirdi. Halbuki epizodun təkrarına baxanda görmək olar ki, “Keşlə”nin müdafiəçisi açıq əllə oynayaraq, topun qarşısını kəsir. Ədalət təmsilçisi bu epizodda “Neftçi”nin haqlı penaltisini vermədi. Növbəti mübahisəli vəziyyət isə 24-cü dəqiqəyə təsadüf etdi. Emin Mahmudov topla cərimə meydançasına daxil olduqdan sonra yerdə qaldı. Həmin epizodda Denis Silva tərəfindən “Neftçi”nin oyunçusuna təmas vardı. Diniyev isə penaltini nöqtəsini yox, Mahmudova simulyasiyaya görə asrı vərəqə göstərdi. Sadaladığımız məqamlara baxmayaraq, sərt oyuna üstünlük verməsi, bu baxımdan tempin aşağı düşməsinə imkan yaratmaması hakim üçün müsbət hal kimi dəyərləndirilə bilər.
RƏVAN HƏMZƏZADƏ, Kəpəz – Qəbələ
Ədalət təmsilçisini hansısa ciddi nöqsana görə günahlandırmaq yersiz olar. Çünki hakimliklə bağlı xüsusi qeyd ediləsi səhv nəzərə çarpmadı. Həmzəzadə bütün sarı vərəqələri ilk yarıda göstərdi. Hansı ki, həmin ərəfədə temp yüksəlir, futbolçular tez-tez etiraz edirdi. Hakimin futbolçulara sərt üzünü göstərməsi oyunun sonrakı axarına da müsbət mənada təsir etdi. Doğrudu, “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun ilk yarıda özündən çıxdığı epizodlar var idi. Bu da gəncəlilərin qaydanı pozduğu anlarda “sarı” ilə cəzalanmamalarından irəli gəlirdi. Ancaq ümumilikdə Həmzəzadənin idarəçiliyini normal qiymətləndirmək olar.
RƏHİM HƏSƏNOV, Səbail – Sumqayıt
FİFA referisinin yanlış qərarının şahidi olmadıq. Ədalət təmsilçisi matçı cəmi 1 “sarı” ilə başa vurdu. Ancaq matçda mübahisəli anlar oldu. Belə ki, 29-cu dəqiqədə Vahid Orazsahedov “Sumqayıt”ın cərimə meydançasında yerdə qaldı və “Səbail” tərəfinin iddiasına baxmayaraq, Həsənov penalti təyin etmədi. Düzdü, Həsənalızadə arxadan türkmənistanlı hücumçunun kürəyinə əllə toxunmuşdu. Lakin bu hərəkət onsuz da cərimə meydançasından kənarda baş vermişdi. Odu ki, penaltidən söhbət gedə bilməzdi. 89-cu dəqiqədə isə Tural Axundov topu qapı xəttinin, demək olar, üzərindən qaytaranda rəqib futbolçular müdafiəçinin əllə oynadığını güman etdilər. İlk baxışdan şübhəli görünsə də, təkrar zamanı FİFA referisinin davam işarəsi verməkdə tam haqlı olduğunu söyləyə bilərik. Laysmanların qərarları da bəzi epizodlarda mübahisə doğurdu. Oyunun əvvəlində yan xətt hakimi Azər Əsgərovun ofsayda görə bayrağını havaya qaldırması “Sumqayıt” tərəfini özündən çıxardı. Çünki top qonaqların futbolçusuna rəqibdən gəlmişdi və bu oyundankənar vəziyyət sayılmır. Elə bunu görən Həsənov da yardımçısından fərqli matçı dayandırmadı.
ELVİN ƏSGƏROV, Qarabağ – Zirə
Turun mərkəzi oyununda qalmaqal yaşanmadı. Nəticəyə təsir edən səhv olmadı. Hərçənd bəzi vərəqələrin ağır qərar olduğunu söyləyə bilərik. Son dəqiqələrdə referinin bir sıra qərarlarından meydan sahibləri narazı idi. Bir epizodda isə "Zirə"nin azarkeşləri kəskin etirazlarını bildirdilər. Belə ki, onlar topun "Qarabağ"ın futbolçusundan çölə çıxdığını və korner təyin edilməli olduğunu iddia etsələr də, Əsgərov qapıdan zərbəyə işarə verdi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar