03 fev 18:55liqa

AFFA “İnter”i də qanadları altına aldı

AFFA “İnter”i də qanadları altına aldı
Rəmiş Malıyev: “Beynəlxalq Bank tərəfindən təyin olunan şəxslər artıq heç bir səlahiyyətə sahib deyil”
Azərbaycan Beynəlxalq Bankının (ABB) yanvarın 27-də "İnter"in baş sponsoru olmaqdan rəsmən imtina etdiyini xəbər vermişdik. Bankdan açıqlama verilmişdi ki, İdarə Heyətinin belə addım atmasında məqsəd yeni fəaliyyət mərhələsində olan ABB-də biznesin optimallaşdırılması və restrukturizasiya proseslərinin aparılmasıdı. Bankın İdarə Heyətinin sədri Xalid Əhədov yeni strateji hədəflərinə uyğun olaraq, idman sferasındakı fəaliyyətini məhdudlaşdırmaq ABB-yə öz xərclərinə qənaət etməyə, mövcud imkan və resursların əsas fəaliyyət istiqamətlərinə, yəni sırf bank-maliyyə sahəsinə cəlb olunmasına, beləliklə, bankın dövlət dəstəyi ilə sağlamlaşdırılması tədbirlərinin daha effektli şəkildə həyata keçirilməsinə imkan verəcəyini demişdi. Bankın müvafiq qərarla bağlı müraciətinə uyğun olaraq, AFFA “İnter”in cari mövsümün sonuna qədər oyunlarda iştirakı məqsədilə bütün lazımi işlər üçün öz dəstəyini verəcək. Buna baxmayaraq, ABB “İnter”in təsisçisi kimi qalacaq və klubun idarəçiliyi idarəetmə müqaviləsi əsasında peşəkar komandaya ötürüləcək. Klub sponsor üçün açıq elan olunur. Sponsorluq etmək istəyənlər bununla bağlı AFFA-ya müraciət edə bilər. Klubun lisenziyalaşdırılması çərçivəsində götürülmüş öhdəliklər (o cümlədən lisenziyalaşdırma prosesi çərçivəsində nəzərdə tutulan maliyyə zəmanəti) ABB tərəfindən yerinə yetiriləcək. Bu o deməkdi ki, klubu növbəti aylarda SOCAR maliyyələşdirəcək. Bank tam təhvil verdiyi klubda bütün səlahiyyətləri neft şirkətinə verib. AFFA-nın isə ABB-nin təklifini qəbul etməkdə məqsədi Azərbaycan futbolunun, həmçinin futbolçuların maraqlarını qorumaq, premyer-liqanın əsas komandalarından biri olan “İnter”in mövsümün sonuna qədər fəaliyyətini təmin etməkdi. AFFA klubun idarəetməsini öz üzərinə götürməklə yanaşı, yeni sponsor axtarışına başlayıb.
ABB-nin məlum qərarının ertəsi komanda doğma “İnter Arena”da 2017-ci ilin ilk rəsmi matçına çıxdı. 15-ci turda “Kəpəz”in 4:1 hesabıyla məğlub edildiyi matçda artıq AFFA-nın izi görünürdü. Belə ki, görüşü izləyənlər arasında assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin baş mütəxəssisi Firuz Abdulla, həmçinin departamentin işçisi Mahal Məmmədov da var idi. Dünəndən etibarən isə AFFA klubun idarəçiliyini rəsmən öz üzərinə götürdü. Ölkənin bir nömrəli futbol qurumu Rəmiş Malıyevi “İnter”də səlahiyyətli nümayəndə təyin etdi. Malıyev bizə tanış simadı. O, 1976-cı ildə Bakıda anadan olub. 1997-də Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 2008-ci il iyulun 1-dən etibarən AFFA-da hüquqşünas kimi fəaliyyətə başlayıb. Hazırda assosiasiyanın Hüquq və Kadr şöbəsinin müdiri vəzifəsində çalışır. O cümlədən, Rəmiş bəy UEFA-nın Hüquq komitəsinin üzvü və UEFA-nın Azərbaycan üzrə danışılmış oyunlara qarşı mübarizə sahəsində nümayəndəsidi. 17 yaşadək qızlar arasında 2012-ci ildə ölkəmizdə keçirilən dünya çempionatı və eyni yaş qrupu üzrə oğlanların 2016-cı ildə təşkil olunan Avropa çempionatının keçirilməsi üzrə Təşkilat Komitəsinin üzvü olub.
Təyinatdan sonra Malıyevin özü ilə danışmaq yaxşı olardı. Odu ki, telefonuna zəng etdik, fikirlərini öyrəndik: “Bildiyiniz kimi, ABB “İnter”dən imtina etdi. Bununla bağlı bank rəsmi press-reliz yaydı. Klubda bütün idarəçilik AFFA-ya tapşırıldı. Mən də ora səlahiyyətli nümayəndə təyin olunmuşam. Mövsümün sonuna kimi klubun fəaliyyətini təmin etməliyik. Bundan əlavə, sponsor axtarışını davam etdiririk. Biz “İnter”ə könüllü sahib çıxmamışıq ki. Bu, federasiyanın atdığı məcburi addımdı. Təbii ki, klubun maliyyəsini AFFA qarşılayırsa, nəzarət də bizim tərəfimizdən olmalıdı. Sistemdə hansısa dəyişiklik gözlənilmir”.
Malıyevə ünvanladığımız “sözlərinizdən belə çıxır ki, klubda Müşahidə Şurası və prezident postları formal xarakter daşıyır” sualına o belə münasibət bildirdi: “Mən indi bunu xırdalamaq istəmirəm. Hansı post formal olacaq, hansı qeyri-formal... Yalnız onu deyə bilərəm ki, kluba ABB tərəfindən təyin olunan şəxslər artıq heç bir səlahiyyətə sahib deyil”.
Rəmiş bəyin açıqlamasından da göründüyü kimi, ABB-nin dekabrın sonlarında kluba prezident təyin etdiyi Azər Əliyevin heç bir səlahiyyəti qalmadı. Malıyev səlahiyyətli nümayəndə kimi “İnter”in problemlərini araşdıracaqsa, belə çıxır ki, kluba qoyulan transfer qadağası məsələsi də aktualdı. Qışda güclənə bilməyən komanda yaşasa, yayda da transfer edə bilməyəcək. Bəs AFFA-nın adamı bu yöndə “İnter”ə hansısa kömək göstərə biləcəkmi? O, sualımızı belə cavabladı: “Çətin ki, kluba qoyulan transfer qadağası götürülsün. Bu, bir qərardı. Biz müddətin bitməsini gözləməliyik. UEFA-da və başqa futbol qurumlarındakı tanışlıqlarla bu iş düzələn deyil. İşimiz “İnter”i qorumaq, hazırki uğurlu çıxışını saxlamaqdı”.
Qeyd edək ki, “İnter” AFFA-nın caynağına keçirdiyi 4-cü premyer-liqa klubudu. Bundan əvvəl assosiasiya “Sumqayıt”ı, “Neftçi”ni və “Kəpəz”i qanadının altna almışdı.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... Dünən, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər Dünən, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu Dünən, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı Dünən, 14:56 Əliyarı finala layiq görmədilər Dünən, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Dünən, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi Dünən, 14:12 Mahirdən şübhəli mesaj Dünən, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” Dünən, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq Dünən, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı Dünən, 14:00 Emildən növbəti “quru” oyun Dünən, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq Dünən, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi Dünən, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir Dünən, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür Dünən, 13:51 “Keşlə” sabah toplanışa başlayır Dünən, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır Dünən, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı 17-06-2019, 21:26 "Neftçi" gözlənilən transferi gerçəkləşdirdi 17-06-2019, 21:24 “Qarabağ”ın veteranı klub rəhbərliyindən gileyləndi 17-06-2019, 21:23 “Əvəzimə əcnəbi müdafiəçi alınmayacaq, çünki komandada üç yerli müdafiəçi var” 17-06-2019, 20:06 Süni gündəm: “Qarabağ”ın futbolçuları hədəf göstərilir 17-06-2019, 20:04 Əfran İsmayılov yığmada lider çatışmazlığını qabartdı 17-06-2019, 20:03 U-21-in üzvü “Zirə”də 17-06-2019, 20:02 “Real”ın yeni transferinin zirvəyə yolu “Qəbələ Cup”dan keçib 17-06-2019, 20:01 Transfer dosyesi 17-06-2019, 20:00 Futbolçular xaricə gedə bilməməyin günahını agentlərdə görürülər 17-06-2019, 19:58 Gerye “köhlən atlar”la razılığa gəldi 17-06-2019, 19:57 Arif Əsədov üzr istədi və vaxt azlığını əsas gətirdi 17-06-2019, 19:55 Aleksey İsayev Avropaya yollanır 17-06-2019, 19:20 “Xəzər qasırğası” 75 yaşında! 17-06-2019, 18:53 Azad Cabbarov yenə sədr seçildi 17-06-2019, 18:49 Rıbka da azarkeşsizlikdən gileylənir 17-06-2019, 18:47 “Bu təcrübə Bakıya AÇ-2020-də зox kцmək edəcək” 17-06-2019, 18:36 “Energetik” can üstədi... 14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər Bütün xəbərlər
Ən çox oxunanlar