13 mar 00:54liqa, reportaj

“Zirə”nin “Qarabağ” sindromu davam edir

“Zirə”nin “Qarabağ” sindromu davam edir
76. Qarabağ (Ağdam) - Zirə 2:0 (2:0)
13. İbrahim Şehiç – 5,5
25. Ansi Aqolli – 6,0
32. Elvin Yunuszadə - 6,0
14. Rəşad Sadıqov (k) – 5,5
5. Maksim Medvedev – 5,5
91. Coşqun Diniyev – 5,5
8. Miçel – 5,5
10. Pedro Enrike – 6,0
(44. Ağabala Ramazanov, 85) – qiymətsiz
20. Riçard Almeyda – 6,0
(22. Əfran İsmayılov, 77) – qiymətsiz
99. Dani Kintana – 6,5
90. Ramil Şeydayev – 5,5
Ehtiyat oyunçular
1. Anton Kanibolotski
12. Şahruddin Məhəmmədəliyev
2. Qara Qarayev
7. Rahid Əmirquliyev
11. Mahir Mədətov
21. Arif Daşdəmirov
52. Yakub Jezniçak
70. Nicat Süleymanov
77. Vild-Donald Gerye
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Dani Kintana

85. Kamal Bayramov (k) – 4,5
13. Aleksandr Şemonayev – 4,5
23. Yovan Krneta – 4,0
(7. Sadio Tounkara, 46)
3. Jozef Bum – 4,5
5. Adil Nağıyev – 4,5
11. Viktor İbokoyi – 5,0
8. Milan Duriç – 5,5
(29. Comal Uilyams, 66) – 4,5
9. Aleksandr Dedov – 5,0
38. İlkin Muradov – 4,5
88. Elşən Abdullayev – 4,0
(14. Tellur Mütəllimov, 40) – 5,0
43. Riçard Qadze – 4,5
Ehtiyat oyunçular
1. Anar Nəzirov
4. Vüqar Mustafayev
16. İbrahim Aslanlı
17.Vüsal İsgəndərli
18. Yani Urdinov
39. Sadiq Quliyev
57. Kənan Zülfüqarov
77. Mirsahib Abbasov
87. Müşfiq İlyasov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Milan Duriç
Qollar: D.Kintana, 22 (1:0, P.Enrike). E.Yunuszadə, 35 (2:0, R.Almeyda)
Vərəqələr: M.Duriç, 56 (qeyri-idman hərəkəti). S.Tounkara, 65 (qeyri-idman hərəkəti). C.Diniyev, 69 (qeyri-idman hərəkəti). M.Medvedev, 77 (qeyri-idman hərəkəti). Miçel, 90+3 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ELVİN ƏSGƏROV, Namiq Hüseynov, İsgəndər Əliyev, Orxan Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Əli Hüseynov (Bakı).
AFFA nümayəndəsi: Namiq Məstanov (Bakı).
10 mart. Suraxanı. Azərsun Arena. 600 tamaşaçı (4677 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Turun son oyunu Suraxanıda keçirildi. Hər iki komandanın baş məşqçisi ciddi rotasiyalara əl atmışdı. Ancaq Ayxan Abbasovun ikinci dövrədən sonra qələbəyə həsrət komandasında etdiyi radikal dəyişikliklər fayda vermədi. Çalışdırıcının xüsusən müdafiənin cinahlarında etdiyi yeniliklər özünəqəsdə bənzəyirdi. Mövsümboyu mərkəz müdafiəçisi kimi oynayan Adil Nağıyev bu dəfə müdafiənin sağına nəzarət etməliydi. Ancaq ləng futbolçu nə Ansi Aqollinin, nə də Pedro Enrikenin qarşısını ala bilirdi. Elə hər iki qol da məhz onun qorumalı olduğu cinahdan verilən ötürmədən sonra vuruldu. Düzdü, Abbasov oyundan sonra keçirilən mətbuat konfransında start heyətində səhvə yol verdiyini etiraf etməsə də, erkən əvəzləmələri hər şeyi deyirdi…
8-ci dəqiqədə künc ötürməsini Yunuszadə tamamlasa da, top Bayramovun qucağına getdi. 4 dəqiqə sonra “Zirə”nin əks-hücumu yaddaqalan oldu. Dedovun zərbəsini müdafiəçi blokladı. Az sonra Coşqun Kamalın sayıqlığını yoxladı. 18-ci dəqiqədə Duriçin uzaqdan “çərçivə”yə düşmək cəhdi fayda vermədi. Təzyiqi artıran meydan sahibləri 22-ci dəqiqədə hesabı açdı. Aqolli – Enrike – Kintana kombinasiyasını sonuncu dəqiq tamamladı. Yarımsaatın tamamında Şeydayev qapıçıyla dueldən məğlub ayrıldı. Tam arxaya sıxılan qonaqlar çox keçmədən 2-ci topu qapılarında gördülər. Almeydanın sağ cinahdan qapı qarşısına paralel ötürməsini Yunuszadə tora qovuşdurdu. Hissənin sonlarında Ayxan bəyin varlığıyla-yoxluğu bilinməyən Elşənin yerinə meydana Telluru buraxması diqqəti çəkdi.
Abbasov ikinci hissəyə də dəyişikliklə başladı. O, Krnetanı Tounkara ilə əvəzlədi. Belədə Adil stopper mövqeyinə qayıtdı, Mütəllimov isə müdafiənin sağına keçdi. 48-ci dəqiqədə Duriçin zərbəsi Şehiç üçün təhlükəli olmadı. 62-ci dəqiqədə Maksimin asmasına baş qoyan Enrikenin qola sevinməsinə öncə qapıçı, daha sonra tir imkan vermədi. Həmin kornerdən sonra isə Yunuszadənin dubl etmək arzusunu Bayramov gözündə qoydu. Şeydayevin “Qarabağ”da ilk qoluna imza atmağa müdafiəçilər son anda imkan vermədi. Son 10 dəqiqədə “qartallar” nisbətən fəallaşdı. Dedovun cərimə zərbəsindən sonra Şehiç topu tutdu. 90-cı dəqiqədə Şemonayevin başla vuruşunda cüzi dəqiqlik çatmadı. Matça əlavə olunmuş son dəqiqədə isə Qadze standart vəziyyəti boşa verdi. Beləliklə, “Zirə”nin “Qarabağ” sindromu davam edir.
SƏRXAN

Reaksiyalar
Ayxan Abbasov: "Çətin oyun oldu. Bunu gözləyirdik. Çalışdıq ki, xal qazanaq, ancaq bacara bilmədik. “Qarabağ” səhvi bağışlamır. Bununla bağlı futbolçulara məlumat vermişdim. İki səhvdən iki qol buraxdıq. İkinci hissədə bəzi dəyişikliklər etdim. Bunun xeyri olsa da, “Qarabağ”ın müdafiəsini yarmaq çox çətindi. Qış fasiləsindən sonra qələbə qazana bilməmişik. Çalışacağıq ki, növbəti oyunlarda qalib gələrək, bu vəziyyətdən çıxaq. Heyət seçimi ilə bağlı səhv etdiyimi düşünmürəm. Biz hər oyunda futbolçuları dəyişirik. Bu gün müdafiədə daha yaxşı olan oyunçulara üstünlük vermişdik. Çalışmışdıq ki, zonaları bağlayaq. Sıx qrafikdi. 4 gün sonra yenə oyunumuz var. Bu üzdən bəzi dəyişikliklər etdik. Elşən Abdullayevin oyunundan narazı qaldığım üçün onu erkən əvəzlədim”.
Qurban Qurbanov: "Vacib 3 xal qazandıq. Bilirdik ki, “Zirə” ötən turdakı məğlubiyyətdən sonra daha istəkli olacaq. Belə də oldu. İlk 15-20 dəqiqədə çətinlik çəkdik. İkinci hissədə də eyni ssenari oldu. Ancaq 3 xal qazanmağı bacardıq. Futbolçularıma təşəkkür edirəm. Ramil Şeydayevdən razı qaldım. Təkcə onun yox, bütün futbolçuların oyunundan razı qaldım. Ramil bu gün çox çalışdı. Çox istəkli idi. Qol duyumunu itirməsi isə normal haldı. Ancaq qol epizodları yaratması düzgün mövqe seçməsindən xəbər verir. Hücumçu üçün əsas xüsusiyyət budu. Ümid edirəm ki, vaxt keçdikcə bir az da düzələcək. Növbəti turda son vaxtlar yaxşı oynayan “Neftçi” ilə qarşılaşacağıq. “Qəbələ”yə 2, “Keşlə”yə isə 3 qol vurdular. Hər iki matçı stadiondan izləmişəm. Bu komanda öz oyununu tapıb. Çətin qarşılaşma olacaq. Fikrimcə, azarkeşlər maraqlı oyun izləyəcək”.
Maksim Medvedev: “Hər şey istədyimiz kimi alındı. Topa nəzarət etməyə çalışırdıq. Rəqibin necə oynayacağını bilirdik. Çoxlu qol imkanımız oldu. Təəssüf ki, çoxundan istifadə edə bilmədik. Əsas odu ki, 3 xal qazana bildik. İnanıram ki, qarşıdakı oyunlarda hər şey daha yaxşı olacaq. Ramil gənc futbolçudu. Oyun praktikası olmalıdı. Bundan sonra potensialı açılacaq. Bizimlə birgə məşq edir. Amma oyunun ritmi tam başqadı. Öz üzərində işləsə, daha yaxşı olacaq. Çünki potensialı var. Şeydayev uşaq deyil, nə etməli olduğunu yaxşı bilir. Məsləhət almaq istəsə, komandada çoxlu təcrübəli futbolçu var. Onlarla danışa bilər. Üzərində daha çox işləsin, hamı ilə münasibətdə olsun. Bəzi məqamlarda utanır. "Qarabağ" elə komandadı ki, nəsə istəsə, hamı ona yardım əlini uzadacaq. İstərdim ki, bizim aramızda qalsın. Çünki oyun üslubu xoşuma gəlir. Amma yenə də üzərində işləməlidi. Bu dəfə oyunumuz yaxşı alındı. Ona görə belə rahat oynadıq.Yoxsa komandada heç bir boşalma yoxdu. Çox adam düşünə bilər ki, 10 xal böyük fərqdi. Hələ heç nə həll olunmayıb. Amma belə davam etsək, birinci yeri qoruyub saxlaya bilərik. Növbəti turda maraqlı oyun olacaq. “Neftçi” açıq futbol sərgiləyir. Temp yığmağa başlayıblar. Biz də istərdik ki, “Neftçi”nin ən pik forması olsun və bizimlə oynasınlar”.
Dani Kintana: “Erkən qol vurmağımız lehimizə işlədi. Ardınca ikinci dəfə rəqibi mərkəzə dəvət etdik. Topa və oyuna nəzarət bizim tərəfimizdəydi. Bunu həmişə edirik. Məncə, 3 xala layiq idik. Xoşbəxtlikdən məşqçi çox vaxt mənə meydanda sərbəst hərəkət etməyə imkan verir. Bu gün də mənim üçün uğurlu oldu. Qol da vurdum. Sırf vəziyyətdən asılı olaraq, bəzən mövqeyimi dəyişirdim. Bilirik ki, "Neftçi" son vaxtlar yaxşı forma yığıb, ardıcıl qələbələr qazanmağa başlayıb. Amma həmişəki kimi meydana qələbə üçün çıxacağıq. "Qarabağ"ın hər zaman məqsədi budu. "Neftçi"nin işini çətinə salmağa çalışacağıq. "Qəbələ"nin xal itkilərini gözləmirdik. Amma heç kimi hesabdan silmirik. Mübarizəmizi sona qədər davam etdirəcəyik. Biz addım-addım irəliləyirik, həmişə növbəti oyuna baxırıq. Qalan turlarda da belə olacaq”.
Elvin Yunuszadə: “Çox əziyyət çəkdik. Məşqçinin verdiyi tapşırıqların hamısını yerinə yetirməyə çalışdıq. Əsas 3 xal idi. Hər matç bizim üçün vacibdi. Çempionatımızda asan oyunun olmadığını hamı görür. İstər "Sumqayıt"la, istərsə də "Kəpəz"lə olsun, hər görüşdə çətinlik çəkirik. Artıq bu qələbəni kənara qoyub, növbəti oyuna hazırlaşmaq lazımdı. "Zirə" də güclü komandadı, yaxşı futbolçulardan qurulub. Kənardan asan görünə bilər. Amma meydanda nə əziyyət çəkdiyimizi özümüz bilirik. "Qarabağ" da rəqiblərinə qarşı maksimum qaydada hazırlaşır. Çalışırıq ki, hər oyunda qalib gələk. Xal fərqinə görə indidən rahatlaşmaq olmaz. Arxayınlaşsaq, bu, özünü dərhal nəticədə göstərəcək. Oyun ərzində gözümüz Qurban müəllimdə olur. İrəliyə keçməyimizə işarə etsə, rahat şəkildə önə atılırıq. O anda sanki qol vura biləcəyimi hiss etdim. Bu üzdən epizodun davamında geriyə qayıtmadım. Şükürlər olsun ki, qol vurdum və komandama az da olsa, xeyir verdim. "Neftçi" ilə oyuna can-başla hazırlaşacam. Məşqçimiz şans versə, meydanda əlimdən gələni edəcəm”.

Gözdən qaçmadı
* Oyundan əvvəl media sektorunun girişində dayanan mühafizəçilərdən biri ilə azarkeş arasında qarşıdurma yaşandı. Narazılığın hansı səbəbdən yarandığını bilmədik. Mülki şəxsin hay-küy salması mühafizəçini daha da əsəbləşdirdi. “Bura mənim kəndimdi, səsini qaldırma” deyən asayiş keşikçisinin sözləri azarkeşi daha da qıcıqlandırdı. Bir qədər sonra isə azarkeş qrupları arasında dava düşdü. Futbolinfo.az saytının xəbərinə görə, 2 fanklubun (onlardan biri “İmarət”di) üzvləri arasında söz atışması davaya çevrilib. Belədə azarkeşlərdən biri digər qrupun bir dəstə fanatı tərəfindən vəhşicəsinə döyülüb. Nəticədə azarkeşlərdən birinin qaşı partlayıb.
* 28-ci dəqiqədə media sektorunun sağ tərəfindəki tribunada içkili azarkeş göründü. Qarabağlı olduğunu fəxrlə söyləyən tərəfdarın hay-küy salması tribunada çox qalmasına imkan vermədi. Onunla birgə stadiona gələn yoldaşı tanışını sakitləşdirməyə çalışsa da, buna nail olmadı. Belədə həmin azarkeşi polis stadiondan uzaqlaşdırdı.
* İlk hissənin sonlarında əvəzlənən Elşən Abdullayev birbaşa paltardəyişmə otağına yollandı.
* Final fitindən sonra komandanı alqışlayan “İmarət” növbəti turda qarşılaşacaqları “Neftçi”yə ismarıc yolladı. Bu dəqiqələrdə meydana bir azarkeşin çıxdığını da gördük.
* Qazonu hamıdan gec “Qarabağ”ın kapitanı tərk etdi. Mərkəzi tribunada bir azarkeşin “Rəşad Sadıqov, t-shirt” yazdığı plakatı görən müdafiəçi formasını ona verdi.
healthiest cbd gummies reviews buy cbd gummies online
nutranatomy cbd gummies reviews cbd gummies recipe

cbd gummies recipe <a href="http://gummiescbd.us/">chill cbd gummies reviews</a>
healthiest cbd gummies reviews <a href="http://hempgummies.us/">where to buy cbd gummies online</a>

cbd oil cbd oil for sale
cbd oil for sale at walmart cbd oil for sale walmart

cbd oil for dogs <a href="http://ovitrylah.ru/">cbd oil for sale walmart</a>
cbd oil for pain <a href="http://remstroydizayn.ru/">cbd oil benefits</a>

Спишемся позже и гудбай!

----


бизнес центр садовая плаза

----

Вы видела как она меня описала

----


зенит плаза

----

Чем тут пахнет... аааа снова споры

----


бц кругозор обручева

----

Ахахаха не ждали?)

----


бизнес центр вымпел

----

Снова я тут с вами

----


новинский пассаж аренда

----

Вот ссылки на недвижимость для вас в москве

----

бц квадрат

----

Мы с вами вмесе достигнем небывалых высот!

----


деловой центр автозаводский

----

Предлагаю сотрудниество

----


скачать

low cost viagra cialis generic
cialis generic
viagra and cialis generic
<a href="http://cialisgrudj.com/">buy generic cialis</a>
cialis coupons cvs printable
http://cialisgrudj.com/
cialis 20 mg tablets

viagra coupons at walmart pharmacy canada
<a href="http://viagrapipls.com/">buy viagra online</a>
is viagra for women available 2016
buy viagra
viagra generic date united states
http://viagrapipls.com/
generic viagra cialis online

По поводу аренду писать сюда

-----


аренда помещений под офис

<a href="http://boatcruiseseminar.com">красивые поздравления с новым годом</a> открытка поздравление с новым учебным годом
сею вею с новым годом поздравляю поздравления с новым годом бабушке

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:57 Boykotçular martın sonunda turnir təşkil edəcək Dünən, 13:54 “Qarabağ”lılar bu dəfə “Yuventus”a ilişdi Dünən, 13:24 Vüqar Nadirov “FC Baku”dan qovuldu Dünən, 13:22 “Qızıl oğlan” 40 yaşını tamamladı Dünən, 13:19 Zaqreb “Dinamo”sunun skautları Musa Qurbanlını izləyib Dünən, 13:10 Mahir Şükürov Bakıda PSJ-nin məktəbini açmaq istəyir Dünən, 13:04 “Turan Tovuz” baş məşqçi ilə yolları ayırır Dünən, 12:57 “Heç kim bizə qara qəpik də verməyib” Dünən, 12:52 “Keşlə” üçün çıxış yolu Dünən, 12:49 Dmitri Kramarenko yığmada qaldı Dünən, 12:46 "Sumqayıt-2" üç xalı 5, MOİK 4 qolla qazandı Dünən, 12:44 Samir Abasov məşqçi karyerasında bir ilk yaşayacaq Dünən, 12:19 1/8 finalın oyun günləri müəyyənləşdi Dünən, 12:16 Türklər yığmamızı darmadağın etdi Dünən, 12:12 Arzuman Rizvanov Çexiyanın yüksək liqasında Dünən, 12:09 Susqun bombardirlər: 977 dəqiqəyə cəmi 1 qol Dünən, 12:05 Dünya ulduzları Bakıya gəlir Dünən, 12:02 "Səbail" 2400 manat cərimə ilə razı deyil Dünən, 11:23 Yığma İspaniya ilə eyni qrupda 21-02-2019, 19:33 Liderlər üçün asan gəzinti 21-02-2019, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu 21-02-2019, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı 21-02-2019, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri 21-02-2019, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır 21-02-2019, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da 21-02-2019, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır 21-02-2019, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək 21-02-2019, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür 21-02-2019, 19:09 Sərxan Hacıyev Budapeştdədi 21-02-2019, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” 21-02-2019, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir 21-02-2019, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır 21-02-2019, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı 21-02-2019, 19:02 Lider dəyişəcəkmi? 21-02-2019, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq 21-02-2019, 18:52 İlk dueli türklər qazandı 21-02-2019, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı 21-02-2019, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” 21-02-2019, 18:44 Delarj durumundan məmnundu 21-02-2019, 18:43 Dördüncü “Media turniri” başlayır 21-02-2019, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq Bütün xəbərlər
Ən çox oxunanlar