13 mar 00:28liqa

“Sumqayıt” “xəzinə”nin biraddımlığında

“Sumqayıt” “xəzinə”nin biraddımlığında
Premyer-liqanın 19-cu turu sürprizsiz ötüşdü. Bütün oyunlarda favoritlər qələbə qazandılar. Ancaq bu o demək deyil ki, hamısı 3 xala tər tökmədən yiyələndi. Əksinə, “Qəbələ”, “Neftçi” və “Sumqayıt” istəyinə çox çətinliklə çatdı. Təsadüfi deyil ki, onlar rəqiblərini minimal hesabla üstələdilər. Ardıcıl iki məğlubiyyətdən sonra “Qəbələ”nin üzü Gəncədə güldü. Düzdü, “qatar stansiyadan çox uzaqlaşıb”. Ancaq 3-cü dövrənin sonluğunu uğurlu gətirmək lazımdı ki, kuboka qədər 2-ci yer təmin olunsun. Bu mənada həftəsonu qeydə alınan nəticələr işə yaradı və “qırmızı-qaralar” “Zirə” ilə xal fərqini 6-ya çatdırıb bir qədər rahatlaşdı. Artıq böhranın arxada qaldığını güman etmək olar. Növbəti turda isə premyer-liqamızda Ukrayna duelinə şahidlik edəcəyik. Belə ki, yığmanın oyunlarına görə sıx qrafiklə keçiriləcək 20-ci tura martın 13-də məhz “Keşlə” – “Qəbələ” matçı ilə start veriləcək. Düzdü, Yuri Maksimov “Neftçi”yə məğlubiyyətdən sonra klubdan ayrıla biləcəyinə işarə vurdu. Ancaq “Keşlə”nin mətbuat xidmətindən bildirirlər ki, ukraynalı mütəxəssis emosiyalarını cilovlaya bilmədiyinə görə “bu mənim sonuncu oyunum ola bilər” deyib. Bu o deməkdi ki, sabah Maksimov – Qriqorçuk dueli baş tutacaq. Amma sirr deyil ki, paytaxt klubunun düşərgəsində ab-hava ürəkaçan deyil. “Neftçi”nin hər dəfə hesabda önə çıxmasından sonra tarazlığı bərpa edə bilən keşləlilərin Ruslan Abışovun final fitinə az qalmış vurduğu qol qarşısında “ağ bayraq qaldırması” rəhbərlik - məşqçi münasibətini korlayıb. Onsuz da kreslosu laxlayan Maksimovun göndərilməsi üçün uyğun zaman gözlənilir. Bunun üçün 20-ci turdan sonra çempionatda yaranacaq ikihəftəlik fasilə göydəndüşmə ola bilər. Hərçənd Maksimovun “Keşlə”ni elitada saxlamaq və kubokun finalına çıxarmaq tapşırığının öhdəsindən gəlməsi realdı. Bundan başqa, ukraynalı mütəxəssis qış fasiləsindən sonrakı nəticələrə görə “Qəbələ”, “Zirə”, “Səbail” və “Kəpəz”dən zəif deyil ki, üstündü. Zaur Axundov kimi rəhbərin təzyiqləri fonunda belə çıxış etmək hər məşqçinin işi deyil!
Əslində “Neftçi”nin də qış fasiləsindən sonrakı nəticələri pis deyil. Tərlan Əhmədovun komandası 5 oyundan yalnız 1-də uduzub və 10 xal yığıb. Sadəcə, 4-cü yerlə xal fərqini azaltmaq istəyi “Sumqayıt”ın inadkarlığı səbəbindən reallaşmır. Samir Abasovun yetirmələri 3-cü dövrəni fantastik keçirir desək, yanılmarıq. “Sumqayıt” qış fasiləsindən sonra uduzmayan 2 komandadan biridi və əlavə göstəricilərə görə hətta “Qarabağ”ı da üstələyir. Üçüncü dövrədə ağdamlılar kimi 11 xal toplayan, ən əsası, Qurban Qurbanovun komandasına uduzmayan “gənclik şəhəri” təmsilçisi nəinki avrokuboklara vəsiqə vəd edən 4-cü yerdə möhkəmlənib, hətta mükafatçı olmağa imkan verən 3-cü pilləyə çatmaq üzrədi. “Zirə” ilə xal fərqi minimuma enib. Ayxan Abbasovun komandası çərşənbə günü “Səbail”lə görüşdə də büdrəsə, Samir Abasovun yetirmələri həmin o möhtəşəm anın sevincini yaşamaq fürsəti qazanacaq. Maraqlıdı ki, “Sumqayıt” “Kəpəz”i “Zirə” – “Səbail” oyununun nəticəsi bəlli olandan sonra sınağa çəkəcək.
2018-ci ilin ən uğursuz komandası isə təbii ki, “Zirə”di. Qışda bu komandaya nə olubsa, özünə bənzəmir. Premyer-liqada indiyədək ən uğursuz dövrünü keçirən qəsəbə təmsilçisi bu il qələbə qazana bilməyib və görünən odu ki, proses pisə doğru gedir. Komandanın son iki oyunda məğlub olması belə deməyə əsas verir. Bu dəqiqə əsas vəzifə “Səbail”i yenməklə tilsimi qırmaq və beləliklə, 3-cü yeri əldə saxlamaqdı. Problemlərə qarşıdakı ikihəftəlik fasilə müddətdində çarə tapmaq olar. Təbii ki, rəhbərliyin səbr kasası daşmayıbsa və Ayxan Abbasova şans verməkdə davam etmək istəyirsə.
Tur həmçinin bombardirlərin yarışında yenilikə əlamətdar oldu. Düzdü, hesabında 11 qol olan Baqali Dabo yenə liderliyi davam etdirir. Ancaq son iki turda fərqlənməklə qollarının sayını 8-ə çatdıran və Mahir Mədətovu haqlayan Amil Yunanov artıq nəfəsini hiss etdirməkdədi. Gənc hücumçu qış fasiləsindən sonra 3 dəfə fərqlənib və bu göstəricidə 3 futbolçudan biridi. Ümumiyyətlə, 3-cü dövrənin ən məhsuldar 3 oyunçusundan ikisi “Sumqayıt”lıdı. Amillə Tural Axundov son 5 oyunda qeydə alınan 7 qoldan 6-nın müəllifidi. Onlarla yanaşı, “Neftçi”nin futbolçusu İqnasio Errera da qışdan sonra 3 dəfə fərqlənib. Çililinin özəlliyi odu ki, o, ardıcıl 3-cü oyundu meydanı qolsuz tərk etmir.
Topaz premyer-liqası
3-cü dövrə, 19-cu tur
9 mart
Kəpəz – Qəbələ 0:1
Neftçi – Keşlə 3:2
10 mart
Səbail – Sumqayıt 0:1
Qarabağ – Zirə 2:0
1. Qarabağ 19 15 3 1 30-7 48
2. Qəbələ 19 12 2 5 33-19 38
3. Zirə 19 9 5 5 27-19 32
4. Sumqayıt 19 9 4 6 24-20 31
5. Neftçi 19 8 2 9 24-22 26
6. Səbail 19 5 2 12 13-27 17
7. Keşlə 19 4 3 12 16-31 15
8. Kəpəz 19 3 1 15 12-34 10
Bombardirlər: Baqali Dabo (Qəbələ) - 11, Amil Yunanov (Sumqayıt), Mahir Mədətov (Qarabağ) – 8.
Növbəti turun oyunları: 13 mart – Keşlə - Qəbələ; 14 mart – Sumqayıt – Kəpəz, Neftçi – Qarabağ, Zirə - Səbail.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Dünən, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Dünən, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Dünən, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Dünən, 19:50 Qələbəyə mane olan səbəblər Dünən, 19:48 Mahirə çıxış yolları göstərdilər... Dünən, 19:45 Maltalılar bayram edir Dünən, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Dünən, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Dünən, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Dünən, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar