13 mar 00:20liqa

“Özümü yığmaya dəvət olunan müdafiəçilərin heç birindən zəif saymıram”

 “Özümü yığmaya dəvət olunan müdafiəçilərin heç birindən zəif saymıram”
Vurğun Hüseynov jurnalistlərdən inciyib
Qış fasiləsindən sonra uğurlu qrafik cızan “Sumqayıt”ın turnir cədvəlinin yuxarı pillərində yer almasında “kimyaçılar”ın müdafiə xəttinin dirəyi Vurğun Hüseynovun müstəsna xidməti var. Artıq 5 ildi “gənclik şəhəri” təmsilçisinin şərəfini qoruyan “ağ-göylər”in kapitanı komandanın Avropa Liqasına vəsiqə qazanması üçün bəlkə də hamıdan çox çalışır. Təsadüfi deyil ki, “Səbail”lə oyunda Hüseynov qapıya gedən zərbənin qarşısını almaq üçün özünü hokkeyçi kimi topun qarşısına ataraq, zədələnmək hesabına olsa belə, “mərmi”nin tora daxil olmasına imkan vermədi. Həmin məqamda “dəri kürə”nin müdafiəçinin sifətinə tuş gəlməsini tribunada yer alan həm azarkeşlər, həm də jurnalistlər ürəkağrısı ilə qarşıladı. 90 dəqiqə boyunca komanda yoldaşlarını toparlanmağa səsləyən, bəzi anlarda müdafiəçi olmasına baxmayaraq, oyunu üzərinə götürərək irəli atılan kapitan “ikinci mərtəbədə”ki oyunu ilə də sumqayıtlı azarkeşlərin alqışını qazandı. Matçdan sonra ayaqüstü söhbət etdiyimiz “kimyaçılar”ın məşqçilər korpusunda yer alanlar da Vurğunun inamlı oyununu xüsusi qeyd etdilər.
“Sumqayıt”ın lideri isə bizimlə söhbətdə bunları söylədi: “Avrokuboklara qatılmaq üçün əlimizə çox gözəl imkan düşüb. Bu fürsətdən maksimum yararlanmaq istəyirik. Kollektivdə yer alan istər təcrübəli oyunçuların, istərsə də gənclərin bir məqsədi var: “Sumqayıt”ın tarixinə düşmək. Bu şəhərin təmsilçisi bu günə kimi heç vaxt qitəmiqyaslı turnirlərdə iştirak etməyib. Biz bu missiyanı yerinə yetirə bilsək, uzun illər azarkeşlərin yaddaşında qalacağıq ki, bu da hər birimiz üçün illər sonra xatırlanacaq bir hadisə olacaq. Bütün “Sumqayıt” camiəsi bunu gözləyir. Son günlər klub rəhbərliyi səviyyəsində dəyişikliklər oldu. Çoxları düşündü ki, prezident Kamran Quliyev və baş menecer Ceyhun Sultanovun klubdan ayrılması bizi “sındıracaq”, çıxışımıza təsir göstərəcək. Düzdü, hər ikisinin komandanın bu səviyyəyə çatmasında danılmaz xidməti olub. Bugünkü (“Səbail”lə oyunu nəzərdə tutur) qarşılaşmadan sonra adını çəkdiyim hər iki şəxsin bizi təbrik etməsini də xüsusi vurğulamalıyam. Ancaq baş məşqçimiz Samir Abasovun həmin ərəfədə bizə dediyi sözlər futbolçuların meydanda daha istəkli mübarizə aparmasına, ikiqat əzmlə çıxış etməsinə təkan oldu. Ümid edirəm ki, qalan turlarda və ölkə kubokunda uğurlu çıxışımızı davam etdirib, azarkeşlərimizi sevindirə biləcəyik”.
“Kimyaçılar”ın kapitanı bizimlə söhbətdə media nümayəndələrindən incidiyini də vurğuladı: “Aprelin 25-də 29 yaşım olacaq. Müdafiəçi üçün bu elə də böyük yaş demək deyil. Avropanın aparıcı ölkələrinin yığmalarında arxa xətdə yer alan futbolçuların əksəriyyəti məndən çox yaşlıdı. Almaniyada, İtaliyada, İngilətərədə məşqçilər təcrübəli müdafiəçilərə daha çox etibar edirlər, nəinki gənclərə. Ancaq bizdə nədənsə hər şey fərqlidi. Artıq neçə ildi ki, mövsümü sabit keçirirəm, şərəfini qoruduğum komandanın heyətində ən çox oyun keçirən futbolçulardan biriyəm. Maraqlananlar statistikaya nəzər sala bilər. Lakin mətbuat bu məqamları unudur və yığmaya namizədlərin adını çəkəndə Vurğun yada düşmür. Hələ də mənə qarşı olan münasibəti başa düşmürəm. Özümü yığmaya dəvət olunan müdafiəçilərin heç birindən zəif saymıram. “Sumqayıt” bu gün avrokuboklara düşmək uğrunda mübarizə aparırsa, etibarlı müdafiəsi ilə seçilirsə, deməli, mənim də hardasa danışmağa haqqım çatır”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib Dünən, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı Dünən, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? Dünən, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda Dünən, 18:18 Malta ayağımızın altını qazdı Dünən, 18:15 Haşımov Bebeki bəyənib Dünən, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” Dünən, 18:11 AFFA üçün sponsorluq müqaviləsi Dünən, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi Dünən, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi Dünən, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 18:04 Həftənin idman proqramı Dünən, 18:03 Xal itirməyən iki komanda qaldı Dünən, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi Dünən, 18:00 Yaxşı ki “Səbail” var… Dünən, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu Dünən, 17:57 “Xəzər Lənkəran”a uduzduq… Dünən, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək Dünən, 17:54 Samir Abasov sabiq komandasını üstələdi Dünən, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar