12 mar 14:06liqa

Qriqorçuk Cavidə şərf alacaq

Qriqorçuk Cavidə şərf alacaq
Mətbuat konfransında jurnalistlər önünə ənənəvi olaraq qonaqların çalışdırıcısı Roman Qriqorçuk çıxdı. Oyunboyu gərgin görünən ukraynalı çalışdırıcı konfransda kifayət qədər sakit görünürdü. Qələbəyə sevindiyini üz cizgilərindən sezmək çətin deyildi. Qrqorçuk oyunla bağlı fikirlərini səsləndirdi, daha sonra suallarımıza cavab verdi: “Bu gün olduqca vacib 3 xal qazandıq. Mən və futbolçularım bu qələbəylə fəxr edirik. Son vaxtlar işlər qaydasında getmirdi. Bu qələbə bizə turnir cədvəlindəki durumdan çox, komandanın özünəinamı qaytarması baxımından vacib idi. Uşaqlar əsl xarakter nümayiş etdirdilər”.
- Cavid Hüseynovun adının iştirak ərizəsinə salınmamasının səbəbini bilmək istərdik.
- Özüm üçün “Qəbələ”də üzləşdiyim xoşagəlməz hallarla bağlı faktlar hazırlamışam. Nə vaxtsa imkan olsa, mütləq o haqda danışacam. Cavidin oynamamasının səbəbi də belə hadisələrdəndi. Srağagünkü məşqdə tennisbol oynayanda zədə aldı və ayağına altı tikiş qoydular. Halbuki tennisbolda arada setka olur və futbolçuların bir-birinə xəsarət yetirmək imkanı olmur. Və bu olay məhz “Kəpəz”lə səfər qarşılaşmasından öncəyə təsadüf etdi. Şükürlər olsun ki, Cavidsiz də qələbə qazana bildik. Ona tez sağalmasını diləyirəm və ad günü münasibəti ilə təbrik edirəm. Bilirsiz ki, Cavidi çox istəyirik.
- Rasim Ramaldanova bu gün də şans vermədiz. Halbuki Vernidub ardıcıl iki oyunda səhv etmişdi, Stankoviç isə zədəli idi.
- Dərin təhlillərimi, futbol savadımı və təcrübəmi, işə psixoloji yanaşmamı nəzərə alıb sualınıza qısa cavab verəcəm: bu mənim qərarımdı.
- Oyunboyu hakimlərə münasibətdə yetərincə emosional təsir bağışlayırdız. Nə baş verirdi?
- Açığı, hakimliklə bağlı danışmaq istəmirdim. Madam ki, sual vermisiz, deyəcəm. Bu gün oyunu idarə edən uşaqlar.... Xətirlərini o qədər çox istəyirəm ki, onlara ərk edib uşaqlar deyirəm. Bugünkü briqadada yer alanlara hədsiz hörmətim var, bunu açıq deyirəm. Amma baş hakimin işindən razı deyiləm. Rəqib futbolçulara sarı vərəqə göstərmək baxımından səhvlərə yol verdi. Bizə və rəqibə qarşı münasibətdə “sarı”yla bağlı səhvləri məni özümdən çıxarırdı. Qətiyyən razı deyiləm. İndi yadıma düşür, yenə əsəbləşirəm. Bu gün gördüklərim məni olduqca məyus etdi.
- Stiven Jozef-Monrozun zədəsi sağalmayıb?
- Hələ ki yox. Sağalmasına nə qədər vaxta ehtiyac duyulur, bunu bilmirik. Hazırda müalicə alır, fərdi məşqlər edir.
- Bu qələbəni qəbələli azarkeşlərə həsr edərdiz, yoxsa ad gününü qeyd edən Cavidə?
- Azarkeşlər üçün oynayırıq, bunu həmişə demişəm. Cavid də bizim üçün olduqca vacib insandı, futbolçudu. Amma bu qələbəni meydanda mübarizə aparan futbolçulara həsr etməliyik. Bu onların özlərinə etdiyi hədiyyə idi. Hədiyyədən isə hədiyyə olmaz. O qədər qiymətli hədiyyədi ki, kiməsə verə bilmərsən. Cavidə ad günü hədiyyəsinə gəlincə, ona qəşəng şərf alacam. Boğazında problem ola-ola, həmişə şərfsiz gəzir. Öz cibimdən ona 10 ədəd şərf alacam ki, dəyişik geyinsin (gülür).
Yunis Hüseynov da həmkarı kimi, öncə oyunla bağlı düşündüklərini dilə gətirdi: “Qəbələ”ni təbrik edirəm. Təəssüf ki, bu gün də 0:1 hesabıyla məğlub olduq. Təcrübəsizliyə görə uduzduq. Səhvdən qol buraxdıq. Səhvsiz də futbol olmur. Buna baxmayaraq, futbolçulardan razı qaldım. Güclü rəqibə qarşı sona qədər mübarizə apardılar. Növbəti oyuna hazırlaşacağıq”.
- Yenilginin konkret səbəbi kimi nəyi göstərə bilərsiz?
- Bildiyiniz kimi, “Qəbələ” ardıcıl iki oyunda məğlub olmuşdu. Ona görə də onlar xarakter nümayiş etdirdi. Bizdə isə özünəinam çatmadı. Komandada inamsızlıq var idi. Bunu kənardan hiss edirdim. Sona yaxın özlərinə inanan kimi təhlükəli hücumlar qurmağa başladılar. İnamsızlıq da təcrübəsizlikdən irəli gəlir.
- Liderləriniz, məsələn, Samirlə Tərzin inamsız təsir bağışladı.
- Futbolçuları bir-birindən ayırmaq istəmirəm. Ümumi komanda uduzub, ayrı-ayrı fərdlər yox. Razıyam ki, yarımmüdafiədə müəyyən çatışmazlıqlar var idi.
- Buraxılan qolda qapıçı nə dərəcədə günah sahibiydi?
- Qol epizoduna təkrar baxmaq lazımdı. Baxmadan fikir bildirmək çətindi. İnanmıram ki, sırf qapıçının səhvi olsun.
- Samir Zərgərov meydanda ən zəiflərdən idi. Buna baxmayaraq, onu sonradan əvəzlədiz, həm də zədələndiyinə görə. Bu dərəcədə inamın səbəbi nə idi?
- Samir hücumameyilli oyunçudu, Tərzin isə nisbətən arxadan oynayırdı. Birinci addımı arxa xətti gücləndirmək üçün atdım.
- Roman Hüseynovun əvəzinə İlyas Səfərzadəyə şans versəydiz, sizcə, daha fərqli olmazdımı?
- Xeyr, belə düşünmürəm. Roman bu gün pis təsir bağışlamadı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib Dünən, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı Dünən, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? Dünən, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda Dünən, 18:18 Malta ayağımızın altını qazdı Dünən, 18:15 Haşımov Bebeki bəyənib Dünən, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” Dünən, 18:11 AFFA üçün sponsorluq müqaviləsi Dünən, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi Dünən, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi Dünən, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 18:04 Həftənin idman proqramı Dünən, 18:03 Xal itirməyən iki komanda qaldı Dünən, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi Dünən, 18:00 Yaxşı ki “Səbail” var… Dünən, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu Dünən, 17:57 “Xəzər Lənkəran”a uduzduq… Dünən, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək Dünən, 17:54 Samir Abasov sabiq komandasını üstələdi Dünən, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar