12 mar 13:56liqa, reportaj

“Neftçi”ni kapitan güldürdü

“Neftçi”ni kapitan güldürdü
74. Neftçi (Bakı) - Keşlə 3:2 (1:1)
94. Rəşad Əzizli – 5,0
2. İlkin Qırtımov – 5,0
15. Ruslan Abışov (k) – 5,5
25. Kiril Petrov – 5,0
5. Anton Krivotsyuk - 5,0
8. Emin Mahmudov – 4,5
(19. Fransisko Qarsiya, 76) – qiymətsiz
10. Derlis Meza Kolli – 5,0
11. İqnasio Errera – 6,0
17. Rəhman Hacıyev – 5,5
(9. Lukas Qomes, 84) – qiymətsiz
7. Namiq Ələsgərov – 5,5
22. Mirabdulla Abbasov - 5,0
(12. Mayk Kampas, 90+4) – qiymətsiz
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
21. Məhəmməd Mirzəbəyov
20. Elnur Süleymanov
97. Elnur Cəfərov
3. Fərid Abbaslı
77. Elvin Sərkərov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: İqnasio Errera

1. Kamran Ağayev (k) – 4,5
4. Slavik Alxasov – 4,0
3. Denis Silva – 3,5
(22. Məqsəd İsayev, 84) – qiymətsiz
27. Adrian Skarlatake – 3,5
33. Tərlan Quliyev – 3,5
65. Cabir Əmirli – 4,0
24. Fuad Bayramov – 3,5
(2. Sərtan Taşkın, 43) – 4,0
90. Ebrima Sohna – 3,0
(40. Nemanya Stoyanoviç, 65) – 3,5
21. Herve Tçami - 4,0
10. Sezar Meza Kolli – 4,0
9. Pərdis Fərcad-Azad – 5,0
Ehtiyat oyunçular
15. Orxan Sadıqlı
7. Vaqif Cavadov
14. Andre Klennon
19. Pablo Podio
88. Məmməd Quliyev
66. Murad Qayalı
Baş məşqçi: Yuri Maksimov
Komandanın ən yaxşısı: Pərdis Fərcad-Azad
Qollar: N.Ələsgərov, 14 (1:0, İ.Errera). A.Skarlatake, 16 (1:1, H.Tçami). İ.Errera, 48 (2:1). P.Fərcad-Azad, 57 (2:2, S.M. Kolli). R.Abışov, 90 (3:2, L.Qomes).
Vərəqələr: E.Sohna, 10 (qeyri-idman hərəkəti). E.Mahmudov, 24 (hakimi aldatmağa cəhd) - sarı.
Hakimlər: RAMİL DİNİYEV, Knyaz Əmiraslanov, Yaşar Abbasov Əliyar Ağayev (hamısı Bakı).
Hakim-inspektor: Məlik Həsənov (Bakı).
AFFA nümayəndəsi: Vaqif Davudov (Bakı).
9 mart. Bakı. Bakcell Arena. 800 tamaşaçı (10260 yerlik).
Birinci hissəyə, 3, ikinci nhissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Ötən tur çətin Qəbələ səfərindən 3 xalla qayıdan “Neftçi”nin turnir cədvəlinin aşağı pillərində qərarlaşan “Keşlə” ilə oyunda da qələbə qazanacağını düşünmək olardı. Qalib heyəti dəyişməyən Tərlan Əhmədov “qırmızı-qaralar”la oyunda güvəndiyi “11-liy”ə dünən baş tutan qarşılaşmada da ilk dəqiqələrdən meydana çıxmaq şansı yaratmışdı. Baş məşqçinin bu addımı özünü doğrultdu. Oyuna daha fəal başlayan “ağ-qaralar” artıq 2-ci dəqiqədə hesabı açmağa yaxın oldular. Erreranın cərimə meydançasına ötürməsini Namiq 5 metrdən qapıya göndərə bilmədi. Onun zərbəsini Ağayev gözəl seyvlə dəf etdi. 5-ci dəqiqədə isə İqnasionun növbəti asması cərimə meydançasının daxilində Slavikin əlinə dəysə də, hakim davam işarəsi verib, qayda pozuntusu olmadığını bildirdi. Halbuki epizodun təkrarına baxanda da görmək olar ki, Alxasov açıq əllə oynayaraq, topun qarşısını kəsir. Qonaqların qapı istiqamətində ilk zərbəsi 8-ci dəqiqəyə təsadüf etdi. Tçaminin zərbəsi güclü alınsa da, “çərçivə”dən xeyli aralı keçdi. Nəhayət, 14-cü dəqiqədə meydan sahibləri qol istəyini reallaşdıra bildilər. Bu dəfə də Errera – Ələsgərov cütlüyü diqqət mərkəzinə düşdü. Birincinin qapı önünə asmasından sonra Silva ilə Skarlatake təhlükəni sovuşdura bilmədilər və Namiq akrobatik zərbə ilə topu tora qovuşdurdu. Onun zərbəsi o qədər güclü olmasa da, küncə getdiyindən Kamran komandasını qoldan xilas edə bilmədi. Buna qədər isə millinin də şərəfini qoruyan qolkiper Rəhmanın təhlükəli zərbəsini dəf edərək hesabın açılmasına imkan verməmişdi. Ümumiyyətlə, bu görüşdə “Keşlə”nin heyətində Kamranla Pərdis ən yaxşı idilər. Matçın qalan dəqiqələrində Ağayev bir neçə dəfə komandasının xilaskarı olmağı bacardı. Forvardın əzmkarlığı, sona qədər mübarizə aparması azsaylı azarkeşlər tərəfindən alqışla qarşılandı. Qonaqların müdafiə xətti isə bərbad idi desək, yanılmarıq. Skarlatake və Silvanın rəqibin sürətli hücumları zamanı mövqelərini boş qoyduğu açıq-aşkar görünürdü. Bəstəboy Namiqin “ikinci mərtəbə”dəki mübarizələrin əksəriyyətindən qalib ayrılması isə adını çəkdiyimiz legionerlərin heç də yaxşı formada olmadığından xəbər verir. Qapısında qol görən qonaqlar cəmi 2 dəqiqə sonra “status-kvo”nu bərpa etdilər. Arxa xətdə etibarsız oyunu ilə yadda qalan Skarlatake künc zərbəsindən ötürülən topu dəqiq qapadı. İlk yarının qalan dəqiqələrində nominal meydan sahibləri böyük ərazi üstünlüyünə yiyələnmələrinə baxmayaraq, bunu hesabda əks etdirə bilmədilər və birinci hissə “sülh”lə başa çatdı.
Fasilədən sonra azarkeşlər hələ heç yerini tutmamış Əhmədovun komandası növbəti dəfə rəqibi meydanın mərkəzinə dəvət etdi. Matçı yüksək səviyyədə keçirən Errera cərimə meydançasının daxilindəki qarışıqlıqdan yararlanaraq, yüksək texnika göstərib fərqləndi. Zərbə o qədər yaxın məsafədən vuruldu ki, Ağayevə yalnız “mərmi”nin necə tora daxil olduğunu müşayiət etmək qaldı. Ancaq bu qol da qonaqları həvəsdən salmadı. 9 dəqiqə sonra, daha dəqiq desək, 57-ci dəqiqədə Pərdis hesabı bərabərləşdirdi. Bu qol zamanı Petrov forvardı nəzarətsiz qoydu ki, bunun da acısını komanda çəkdi. Hesab bərabərləşdikdən sonra tribunalarda olan azasaylı azarkeşlər baxımlı, şən, bir sözlə, açıq futbola tamaşa etdilər. Düzdü, meydan sahiblərinin hücumları daha yaddaqalan olurdu. Lakin paytaxtın digər təmsilçisi də əlini yanına salıb boş dayanmamışdı. Pərdis – Tçami – Sezar “üçlüy”ü əks-hücumlarda çox təhlükəli olurdular. Ancaq futbolda “qələbəni kim daha çox istəyirsə, o da qazanır” deyimi bir daha özünü göstərdi. Hamı qarşılaşmanın heç-heçə bitəcəyini düşündüyü anda Ruslan səhnəyə çıxdı. Mərkəz müdafiəçisi lazımi anda lazımi yerdə olmaqla komandasına qızıldan qiymətli 3 xal qazandırdı. Kapitan adını tabloya yazdıranda artıq 90-cı dəqiqə gedirdi. Hakimin əlavə etdiyi vaxtda qonaqların artıq gücü qalmamışdı və “ağ-qaralar” yeni rəhbərliyin gəlişindən sonra ardıcıl iki oyunu qələbə ilə başa vurdular.
RƏŞAD

Reaksiyalar
Təlan Əhmədov: “Azarkeşlərimizi təbrik edirəm. Pillə-pillə irəliləyirik. Yolumuz çox çətindi. Çalışırıq ki, hər oyuna motivasiyalı çıxaq. Futbolçularıma təşəkkür edirəm. Bu gün məğlub da ola bilərdik, amma gözəl oyunla qalib gəldik. Matçın gedişində Rəhmanı əvəzləmək istəyirdim, lakin Emin yaxınlaşıb yorulduğunu və ayağında ağrıların olduğunu bildirdi. Ona görə də qərarımı dəyişdim. Hesabda iki dəfə önə keçib qoruya bilməməyimizə gəlincə,“Keşlə”nin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Bununla bağlı komandaya tapşırıq vermişdim. Ancaq qarşısını ala bilmədik. Bu, “Keşlə”nin üstünlüyüdü. Çalışacağıq ki, növbəti oyunlarda belə hallar yaşanmasın”.
Yuri Maksimov: “Bu gün uşaqlar çox yaxşı oynadılar. Onların hamısına təşəkkür edirəm. Məğlubiyyətə görə üzülürəm və etiraf edirəm ki, bu mənim səhvimdən oldu. Bəlkə də Denis Silvanı əvəzləməməliydim. Ancaq gördüm ki, artıq gücü tükənib və dizində ağrı olduğunu bildirdi. İndi emosiyalara qapılıb nəsə demək istəmirəm. Ola bilsin, bu mənim “Keşlə”də sonuncu oyunum idi. Hər birinizə “çox sağ ol” deyirəm”.
Derlis Meza Kolli: “Yaxşı oyun göstərdik. Qələbəyə köklənmişdik. Güclü rəqibə qarşı oynadıq. Belə inadkar mübarizədə qalib gəldiyimizə görə sevinirəm. Sezar təhlükəli oyunçudu. “Keşlə”də ən yaxşılardan biridi. Onun yaxşı sürəti var və məni asanlıqla keçə bilər. Bu üzdən ona qarşı ehtiyatlı oynadım. Həmişə bir komandada oynamışıq bu gün ilk dəfə bir-birimizə rəqib olduq. Hər birimiz öz komandası naminə oynadı. Bütün vaxtımızı bir yerdə keçiririk. Sabah görüşəndə də bu oyun haqda çox danışacağıq. “Keşlə”nin standart vəziyyətləri təhlükəli idi. Hələ oyundan əvvəl bunu bizə demişdilər. Belə də oldu. Rəqibin standart vəziyyətlərində çətinlik çəkdik”.

Gözdən qaçmadı
* Matçın həftəiçi və iş günü başa çatmamış keçirilməsi azarkeş sayına da təsir göstərmişdi. Bundan başqa, havanın soyuq olması da tribunaların boş qalmasına səbəb olmuşdu.
* İlk hissədə ayağı qanadığına görə yan xəttə yaxınlaşıb həkim köməyinə ehtiyac duyan Kamran Ağayevə “Neftçi”nin azarkeşlərindən biri “özünü artistliyə qoyma, meydana qayıt. Elə bilirsən vaxtı uzatmaq üçün belə etdiyini başa düşmürəm” dedi. Ancaq Ağayev səbirli davranaraq ona etiraz etmədi.Qarşılaşma başa çatandan sonra isə “Forza Neftçi”nin bir qrup fanatı ilə Kamran arasında dialoq yaşandı. Söhbətin nədən getdiyini bilməsək də, sonra fanatlar qolkiperi, o isə onları alqışladı.
* Azarkeşlərə hər iki komandanın “10 nömrə”sinin qarşıdurmasını izləmək xüsusi zövq verirdi. Sezar Meza Kolli qonaqların, qardaşı Derlis Meza Kolli isə meydan sahiblərinin heyətində “dirijorluq” edirdi. Epizodların birində Derlis topu Sezarın yanından atıb keçincə, qardaşı bir-iki addım gedib gülə-gülə onun arxasınca baxdı.
* Qələbədən ruhlanan “Forza Neftçi”nin üzvləri növbəti tur qarşılaşacaqları “Qarabağ”ın ünvanına atmacalar atmaqla yadda qaldılar.
cannabis stocks to watch 2016 motley cannabis jobs in southern california
viridian cannabis stock index symbol cannabis news in texas

cannabis growth rates in coco loco coir <a href="http://www.lojraperfemije.net/profile/moseszapata">top cannabis stocks to buy 2017</a>
cannabis grow room supplies <a href="http://www.puzzlejet.com/profile/2718546/sjiaisha179">cannabi
s laws in missouri</a>

cbd oil for dogs with seizures cbd oil for dogs with cancer
cbd oil benefits cbd oil for pain relief

cbd oil for sale <a href="http://krovoobig.ru/">cbd oil for dogs with arthritis</a>
cbd oil for dogs <a href="http://vipinfoland.xyz/">cbd oil reviews complaints</a>

<a href="http://heydonparkss.com">путин поздравляет евреев с новым годом</a> полицейский с рублевки поздравления с новым годом
поздравляю с новым учебным годом сегодня новый год поздравляю

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Dünən, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Dünən, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Dünən, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Dünən, 19:50 Qələbəyə mane olan səbəblər Dünən, 19:48 Mahirə çıxış yolları göstərdilər... Dünən, 19:45 Maltalılar bayram edir Dünən, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Dünən, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Dünən, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Dünən, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar