07 mar 15:22liqa

TURDAN MƏQAMLAR

TURDAN MƏQAMLAR
Turun...
...toqquşması...

Mövsüm sona yaxınlaşdıqca komandalar arasında rəqabət da artmaqdadı. Və bu hal istər-istəməz azarkeşlərə sirayət edir. Məsələn, 4-cü turdakı oyunun nəticəsi ilə 18-ci turdakı matçın hesabı eyni dərəcədə əhəmiyyət daşıya bilməz. Odu ki, əsəblər gərilir, gərginlik artır. “Sumqayıt” – “Qarabağ” qarşılaşmasında da beləydi. Düzdü, futbolçular arasında hansısa insident yaşanmadı. Amma eyni sözləri azarkeşlər haqda deyə bilmərik. İlk yarının gedişində yerli tərəfdarlarla “İmarət”çilər arasında bir neçə dəfə “atışma”ya şahidlik etdik. Sumqayıtlılar nə demişdisə, qonaqlar bundan çox narazı görünürdülər. Hətta söz atışması böyüyüb, daha böyük fəsadlara yol aça bilərdi. Sadəcə, polislərin sayının çox olması və məsələyə vaxtında müdaxilə etmələri mümkün ciddi qarşıdurmanın qarşısını aldı. Sumqayıtlı fanatlarda sanki qonaqlara qarşı qəzəb vardı. Söhbətin içində nəyin “yatdığını” dəqiq bilməsək də, görünən bu idi. Fasilədən sonra meydana ayaq basan “Qarabağ”lı futbolçuların fitə basılması, Rəşad Sadıqovun azarkeşin atmacasına cavab verməsi və s.
Tribunada nələrin yaşandığını, söhbətin niyə və nə üstündə başladığını “İmarət”çilərdən öyrənmək istəyirdik. Lakin tribunada olan qrupun iki fəalından heç biri bu haqda danışmaq istəmədi. Bunu da “tribunada olan orda qalmalıdı” prinsipi ilə əlaqələndirdilər. Belədə həmin an hadisə yerinə yaxın olan, lakin adının açıqlanmasını istəməyən azarkeşlərdən biri ilə söhbətdə suala aydınlıq gətirə bildik: “Oyunun əvvəlində “İmarət”in uşaqları komandalarına hədsiz dəstək verirdilər. Bu da istər-istəməz yerli azarkeşlərə təsir edirdi. Bir müddətdən sonra qonaq azarkeşlər bəstələr oxumağa başlayanda, sumqayıtlılar onları fitə basmağa, atmaca atmağa başladı. Bu da “İmarət”çilərin xoşuna gəlmədi. Aralarında bir-iki nəfər yerli azarkeşlərə yaxınlaşdı. Müəyyən söz atışması oldu. Dərhal polis yaxınlaşdı və mümkün qarşıdurmanın qarşısı alındı. Həmin an polis bölməsinə heç kim aparılmadı. Polislər hər iki tərəfə sakit olmağı tapşırandan sonra yenə hər kəs öz komandasına dəstək verdi. Mən həmin yerdəydim deyə nə baş verdiyini görürdüm”.
...yardımı...
Futbol təkcə üz güldürən, nəfəsləri kəsən oyun növü deyil. Bu oyun həm də neçə-neçə can alıb. Kimisinin ürəyi dayanıb, kimisi meydandakı toqquşmada dünyasını dəyişib, bir çoxları da azarkeşlər arasındakı qarşıdurmada dünyasını dəyişib. Ona görə də hamı diqqətli olmağa, işini ehtiyatlı tutmağa çalışır. Bəzən baxırsan ki, hansısa futbolçu yerdə qalanda, digərlərinin canına qorxu düşür. Hamı ona kömək edir, dünyasını dəyişməsinin qarşısını almağa çalışırlar. O an rəqib, komanda yoldaşı anlayışı arxa plana keçir. İnsandı, həyatını xilas etmək lazım gəlir. Buna bənzər hadisəyə “Zirə” – “Keşlə” oyununda şahidlik etdik. Matçın 86-cı dəqiqəsində qonaqların müdafiəçisi ikili mübarizədən sonra yerdə qalanda, ona ilk yardım göstərən, yanına qaçan rəqib futbolçu Kamal Bayramov oldu. Həmin Kamal ki, ehtiyat oyunçular skamyasında əyləşmişdi. Üstəlik, komandası hesabda geridə idi. Bayramov göstərdiyi insanlıq nümunəsinə görə hətta azarkeşlərin də alqışını qazandı. Dünən özü ilə söhbətdə həmin an hansı hisslər keçirdiyini, ümumiyyətlə, epizoda şərh verməsini xahiş etdik: “Əvvəla onu qeyd edim ki, bu məsələnin şişirdilməsinin tərəfdarı deyiləm. Çünki orda hansısa qəhrəmanlıq göstərməmişəm. Sadəcə, zəng vurmusuz deyə cavab verməyə məcburam. Slavik Alxasov mübarizədən sonra yerə pis yıxıldı. Üzü biz tərəfəydi deyə 1-2 saniyə hərəkət etməsini gözlədim. Görəndə ki gözübağlı şəkildə hərəkətsiz vəziyyətdə yerdə qalıb, dərhal meydana atıldım. O an heç nəyi düşünmədim, məncə, heç kim düşünməz. Hər birimizin içində insani hisslər var. Meydana daxil olmaq olar, ya yox, hakim icazə verir, ya yox, həkimlər gəlir, ya yox, yerdə qalan rəqibdi, yoxsa komanda yoldaşın – bütün bunlar arxa plana keçir. İnsan həyatı hər şeydən önəmlidi. Ona görə də Slavikə yaxınlaşıb yardım etməyə çalışdım. Slavik yox e, başqası da olsaydı, eyni cür davranacaqdım”.
...sevinci
“Qəbələ” – “Neftçi” qarşılaşmasında meydan sahiblərinin məğlub olması çoxlarının təəccübünə səbəb oldu. Halbuki “ağ-qaralar” qış fasiləsindən sonra “Sumqayıt”a məğlub olub, “Zirə”ylə heç-heçə etmişdi deyə çoxları meydan sahiblərini favorit qismində görürdü. Əslində oyunun əvvəli bölgə təmsilçisi üçün pis başlamamışdı. Nadir hallarda əsas heyət üzü görən Elvin Məmmədov Yusif Nəbiyevin ötürməsini qola çevirməkdə çətinlik çəkməmişdi. Sonradan “Neftçi” Mirabdulla Abbasovla İqnasio Erreranın qollarıyla qələbə qazana bildi. Oyun öz yerində. Diqqəti çəkən məqam Elvinin qol sevinci idi. Rəşad Əzizlini məyus edən təcrübəli futbolçu öncə ehtiyat oyunçular skamyasına tərəf gedib, ordakılardan kiməsə əl işarəsi ilə nəsə göstərdi, daha sonra “Red Black Army” fanklubunun üzvlərindən biriylə əl toqquşdurdu. Həm həmin fanatın kimliyini öyrənmək, həm də Elvinin əl işarəsiylə nəyə işarə verdiyinə aydınlıq gətirmək üçün səbəbkarla əlaqə saxladıq: “Xüsusi nədənsə söhbət gedə bilməz. Sadəcə, qol vuran anda ani sevinc hissləri idi. İnzibati işçilər daim mənə dəstək verir, yanımda olurlar. Ona görə də onlara tərəf qaçıb, sevincimi bölüşdüm. Azarkeşlərdən biri ilə əl toqquşdurmağıma gəlincə, həmin azarkeşi tanıyıram. Tribunaya baxanda gözümə sataşdı deyə ani hərəkət oldu”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar