06 mar 14:43liqa

Rəşad Sadıqov Amilin yığma perspektivindən danışdı

Rəşad Sadıqov Amilin yığma perspektivindən danışdı
“Siz məni elə insan kimi tanıyırsız”?
Olduqca maraqlı keçən “Sumqayıt” – “Qarabağ” qarşılaşmasından sonra 2 xal itirən çempionun kapitanı Rəşad Sadıqovun fikirlərini bilmək maraqlı idi. Jurnalistlərə ayaqüstü müsahibə verən təcrübəli futbolçu, həm də U-21-in baş məşqçisi təkcə bu matçla bağlı yox, gündəm mövzularından doğan sualları cavabladı. Təbii ki, öncə görüşlə bağlı danışdı: “Maraqlı oyun alındı. Səfərdə "Sumqayıt”dan üstün oynayacağımızı gözləmirdim. Demək olar, 90 dəqiqə oyuna nəzarət etdik. Rəqibin qapımıza vurduğu ikinci zərbəsi yadıma gəlmir. Bir zərbə oldu, o da qolla nəticələndi. Futbolçular yaxşı oynadılar. Oyunun təşkilatçılığı da yaxşı idi. Belə oyunda çox epizodlarımız oldu. Lakin qolla nəticələnmədi. Ümumilikdə 1 xal pis nəticə deyil.
- Şanssızlıq "Qarabağ”ın 3 xal qazanmasına mane oldu?
- Qol şanslarımız çox oldu. Oyunun əvvəllərində bu epizodlardan yararlana bilmədik.
- İkinci hissədə azarkeşlərlə gərginlik yaşandı və olaya Samir Abasov da müdaxilə etdi. Bu, nə ilə bağlı idi? Söyüş söydü?
- Xeyr. Söyüş yox idi. Sadəcə, söz dedi. Mən də ona fikrimi bildirdim.
- Oyunun əvvəlində Ehtiram Şahverdiyev boş qapıya qol vura bilmədi. Digər epizodda isə "Sumqayıt" qol vursa da, hakim qeydə almadı. Sən isə "Sumqayıt"ın oyun ərzində cəmi bir qol epizodunun olduğunu deyirsən...
- “Çərçivə”yə bir zərbə olub. Qol epizodunu isə bilmirəm. Mənə də maraqlıdı. Düzdü, oyunun əvvəlində Ehtiramın qol şansı oldu, istifadə edə bilmədi. Ümumilikdə “çərçivə”yə bir zərbələri oldu.
- 36 yaşlı Rəşad Sadıqov Azərbaycan çempionatında gəzə-gəzə oynayır. Qəbul eləməsən də, belədi. Azərbaycan çempionatının səviyyəsi aşağıdı, yoxsa Rəşad Sadıqov o səviyyədədi ki, bu yaşda yaxşı oynayır?
- Özüm haqda nəyisə şərh etməyim düzgün olmaz. Çempionat gərgin keçir. Komandalar mübarizə aparır. Hiss olunur ki, ikinci dövrədə daha da gücləniblər.
- Meydanda baş məşqçisi olduğun U-21-in 3 futbolçusuna qarşı oynadın. Dünya praktikasında yəqin ki, belə hal yoxdu. Sanki onlar bəzi epizodlarda səndən çəkinirdilər ki, birdən zədələyərəm, milliyə düşmərəm...
- Siz məni elə insan kimi tanıyırsız?
- Yox, sadəcə, həmin futbolçuların beynində o düşüncə ola bilər...
- Həmin futbolçularla rastlaşdığımı xatırlamıram. Mən daha çox Amil Yunanov və Cavid İmamverdiyevlə mübarizə aparırdım. Özümə qarşı güzəşt hiss etmədim. Bu, çox normal hissdi. Heyət açıqlananda U-21-in 3 üzvünü gördüyüm üçün çox sevindim. Ehtiram Şahverdiyev əvvəl də əsas heyətdə oynayırdı. Bu gün isə həm Bəhlul Mustafazadənin, həm də Xəyal Nəcəfovun oynaması məni sevindirdi. "Sumqayıt” kimi komandada U-21-dən üç futbolçu çıxış edir.
- Onların oyunu sizi qane etdi?
- Yaxşı mübarizə apardılar. Özlərini müsbət tərəfdən göstərə bildilər.
- Amil Yunanovun da əsas millidə oynaması müzakirə olunur. Bu gün də qol vurdu. O, özünü sübut edə bilir?
- Amil yaxşı futbolçudu. Ötən illərdə də yaxşı oynayıb. Düşünürəm ki, bir az da “artırsa”, baş məşqçi Qurban Qurbanovun diqqətini cəb edəcək. Hazırda Qurban müəllimin diqqətində olan futbolçudu. Onun geniş siyahısı var. Həmin siyahıda Amil də yer alıb. Yunanov çempionatımızda yaxşı hücumçulardan biridi. Son vaxtlar Samir Abasov da ondan şikayət edir. Hər şey futbolçunun özündən asılıdı. Hər bir baş məşqçi istəyər ki, ən yaxşı oyunçulardan istifadə etsin. Çünki nəticələrə o məsuliyyət daşıyır. Baş məşqçi də istəyir ki, nəticə yaxşı olsun. Belə şey fikirləşmir ki, bunu yox, o biri futbolçunu götürüm. Mən də məşqçiliyə başlamışam. İstəyirsən ki, ən yaxşı kimdisə, o oynasın. Doğma oğlun da olsa, onu kənara qoyursan. Başqasını oynadırsan ki, təki nəticə olsun. Fikirləşirəm ki, Amil və digər yerli futbolçular əzmkarlıq göstərməli, milliyə düşmək üçün mübarizə aparmalıdılar. Çünki hər birinin şansı var. Mən Qurban müəllimi yaxşı tanıyıram. Bilirəm ki, hər bir futbolçunun milliyə düşmək şansı var.
- Ndlovun gedişindən sonra sanki Mahir Mədətov əvvəlki kimi oynamır. Bu gün də zəif çıxış etdi. Epizodlarda da ona etiraz etdiyini görürdük. Təkbaşına bu yükü daşıya bilmir, yoxsa başqa səbəblər var?
- Mahir hələ cavandı. Ona təcrübəli olmaq üçün illər lazımdı. Ustalıq səviyyəsini daha da artmalıdı. Bu gün "Qarabağ”da hücumçu kimi oynamaq məsuliyyətli işdi. Bu, hər futbolçunun işi deyil. Mahir daha yaxşı formada olmalıdı. Mən özüm də o fikirdəyəm. Çalışır və mübarizə aparır, məşqlərdə də öz üzərində işləyir. "Qarabağ”da hücumda oynamaq üçün daha çox şey lazımdı. Mahir qış fasiləsinə qədər daha çox yarımmüdafiənin “solu”nda çıxış edirdi. Bu məqamın da təsiri var. Özünü fərqli hiss edir. Cinahda daha çox driblinq etmək şansı olurdu. Mən də bir epizodda ona iradımı bildirdim. Başqa iradım olmadı.
- Həm də "Qarabağ”ın 19 yaşlılardan ibarət komandasının baş məşqçisisən. Komandanın "Sumqayıt”la oyunu təxirə salındı. Deyilənə görə, sənə görə təxirə düşüb ki, "Kəpəz"ə qarşı çempionat matçında oynaya biləsən.
- Xeyr, elə deyil. Biz iki dəfə təklif etdik. Rəqib oynamaq istəmədi. Mən də onları başa düşürəm. Bu oyun Çempionlar Liqasına görə təxirə düşmüşdü. Sonra biz vaxt təşkil elədik. Lakin "Sumqayıt”ın əsas komandasının əvəzedicilərlə oyunu oldu. Bu da normal haldı. Gələn həftə növbəti tur üçün oynayacağıq. Bunun mənimlə heç bir əlaqəsi yoxdu. Təxirə salınmış oyun üçün iki komanda da razı olmalıdı. Biz də elə etmək istəyirik ki, hər ikimizə uyğun olsun.
- Qış fasiləsindən sonra "Qarabağ” 4 oyunda 3 qol vurub. Bu, nə ilə bağlıdı?
- Mən heç vaxt futbolu qolla dəyərləndirmirəm. Amma çoxları futbolu qol və nəticə ilə qiymətləndirir. Bu gün pis oynayıb, 2 qol vura bilərdik. Əminəm ki, bu halda çoxları "Qarabağ” yaxşı formadadı" deyəcəkdi. Bu gün "Sumqayıt”la səfərdə belə futbol oynadıq. Bu, mənim üçün çox önəmlidi. Qol da vurduq. Bəzi vəziyyətlərdən yararlana bilmədik. Bu isə futbolda olan hallardı. Məsələnin texniki tərəfidi. Güclü klublar da qol şanslarından istifadə edə bilmir. 4 oyunda qol fürsətlərimiz çox olub, amma istifadə edə bilməmişik. Əvvəllər də komandamızda belə hal olub. Biz o epizodlara görə Çempionlar Liqasının qrupundan da kənarda qalmışıq. Ötən mövsüm ikinci dövrəyə çox pis başladıq. Çox sayda xallar itirirdik. Yəni ilk dəfə deyil. İndi rəqiblər də güclüdü. "Sumqayıt” və "Kəpəz” çox yaxşı müdafiə olunurdu. Digər klubları da nümunə göstərmək olar. Hər zaman ikinci dövrə birincidən yaxşı keçir. Komandalar istəkli olur. Özlərini yaxşı tərəfdən göstərmək istəyirlər.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar