06 mar 14:35liqa, reportaj

“Sumqayıt” çempiona da “dişini göstərdi”

“Sumqayıt” çempiona da “dişini göstərdi”
Samir Abasov: “Bilmirəm, Fərhad həyəcanlıdı, yoxsa anadangəlmə belədi…”
69. Sumqayıt – Qarabağ (Ağdam) 1:1 (0:0)

1. Fərhad Vəliyev - 5,0
19. Azər Salahlı – 5,5
13. Bəhlul Mustafazadə - 5,5
14. Bəxtiyar Həsənalızadə - 5,5
3. Vurğun Hüseynov (k) – 5,5
18. Tural Axundov – 5,0
5. Vüqar Bəybalayev – 5,5
97. Xəyal Nəcəfov – 5,0
(6. Kamal Mirzəyev, 80) - qiymətsiz
11. Ehtiram Şahverdiyev – 5,0
(77. Elnur Abdullayev, 88) – qiymətsiz
10. Cavid İmamverdiyev – 6,0
9. Amil Yunanov – 5,5
(70. Ülvi İsgəndərov, 85) – qiymətsiz
Ehtiyat oyunçular
23. Mehdi Cənnətov
2. Rail Məlikov
7. Cavid Tağıyev
17. Nicat Qurbanov
36. Süleyman Süleymanov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Cavid İmamverdiyev

13. İbrahim Şehiç – 5,5
25. Ansi Aqolli – 5,5
52. Yakub Jezniçak – 5,5
(99. Dani Kintana, 63) – 5,0
14. Rəşad Sadıqov (k) – 5,5
5. Maksim Medvedev – 5,5
20. Riçard Almeyda - 5,5
2. Qara Qarayev – 5,0
10. Pedro Enrike – 6,0
8. Miçel – 5,5
77. Vild-Donald Gerye – 5,5
11. Mahir Mədətov – 5,0
Ehtiyat oyunçular
1. Anton Kanibolotski
12. Şahruddin Məhəmmədəliyev
7. Rahid Əmirquliyev
22. Əfran İsmayılov
30. Abbas Hüseynov
32. Elvin Yunuszadə
44. Ağabala Ramazanov
70. Nicat Süleymanov
90. Ramil Şeydayev
91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Pedro Enrike
Qollar: A.Yunanov, 49 (1:0). P.Enrike, 75 (1:1, A.Aqolli).
Vərəqələr: Miçel, 37 (qeyri-idman hərəkəti). V-D.Gerye, 86 (qeyri-idman hərəkəti). P.Enrike, 90 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Ramil Diniyev (hamısı Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Sakin Məmmədzadə (Lənkəran).
3 mart. Sumqayıt. Kapital Bank Arena. 1326 tamaşaçı (1326 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Bu görüşü səbirsizliklə gözləməyə dəyərdi. Xatırlayırsızsa, dekabrda kubokun 1/8 final mərhələsində məhz sumqayıtlılar cavab görüşündə ağdamlıları 2 cavabsız qolla məğlub edib, gözlənilmədən yarımfinala yüksəlmişdi. Digər tərəfdən, “Sumqayıt” son vaxtlar uğurlu qrafik cızır. “Kimyaçılar” sonuncu dəfə 12-ci turda məhz “Qarabağ”a boyun əymişdi. O vaxtdan bu yana baş tutan 5 oyunun heç birində məğlub olmamışdılar. Bir başqa həssas məqam Amil Yunanovla Bəxtiyar Həsənalızadəylə bağlı idi. Yığmanın baş məşqçisi Qurban Qurbanov bu iki futbolçunu Moldova ilə yoldaşlıq görüşünə dəvət etməyəndə, sumqayıtlı futbolsevərlər əməlli-başlı üsyan qaldırmışdılar. Odu ki, bu matç həm də bir neçə gün sonra başlayacaq millinin təlim-məşq toplanışı ərəfəsində özünüsübut anı kimi dəyərləndirililə bilərdi.
“Sumqayıt”ın son 4 ilin çempionuna qarşı açıq futbol oynamasının sonu öz əliylə özünü basdırmaq qədər mümkünsüz və acı olardı. Reallığın tərəfində olan Samir Abasov müdafiə futboluna üstünlük verib, əks-hücum taktikası hesabına gül(dür)mək istəyirdi: 5-li müdafiə və onların qarşısında 3 dayaq yarımmüdafiəçisi. İndi sən “Qarabağ”, cərimə meydançasına gir, görüm necə girirsən? Qonaqların başı rəqibin müdafiə xəttini yarmağın yollarını axtarmağa qarışanda, “kimyaçılar” iki dəfə qola yaxın oldu. Birincidə Yakub az qala topu öz qapısına göndərəcəkdi, 10-cu dəqiqədə isə Amil Ehtirama elə bir ötürmə verdi ki, topu tora qovuşdurmamaq, sadəcə, mümkün deyildi. Di gəl ki, Şahverdiyevin ayağı boşa çıxdı, Azər isə yetişə bilmədi. Bu iki hücum “köhlən atlar”ı “ayıltdı”. Qısa ötürmələr hesabına fərqlənməyin çətin olduğunu görən çempion asmalarla nəsə etməyə çalışırdı. 10 dəqiqə aralığında Gerye üç dəfə başla fərqlənməyə yaxın oldu. 16-cı dəqiqədə Ansinin havalandırdığı topu dirəyin yanından vurdu, 21-ci dəqiqədə zərbəsi dirəyin üstündən keçdi, 25-ci dəqiqədə Pedronun asmasından sonra başla toxunduğu “mərmi” qapı torunu yandan silkələdi. 36-cı dəqiqədə Enrike qol şansını boşa verincə, bu, ilk hissənin sonuncu təhlükəli vəziyyəti kimi yadda qaldı.
Meydan sahibləri ikinci yarıya qolla başladı. Cavidlə Amilin pressinqindən sonra sonuncu Şehiçlə üzbəüz qalıb, kubokda olduğu kimi, bu oyunda da “Qarabağ”ın qapısına yol tapdı. Hesabda geri düşməsinə baxmayaraq, ağdamlılar heç cür rəqibin cərimə meydançasında çoxluq yarada bilmirdi. Vəziyyətin çətinliyini görən Qurban Qurbanov Jezniçakı Kintana ilə əvəzlədi ki, belədə Gerye müdafiəyə çəkildi. Bununla da “Qarabağ”ın hücumları bir-birini əvəzləməyə başladı. “Kimyaçılar” hesab açılanadək olduğu kimi qol vurmaq yox, əsasən qapısında top görməmək haqda düşünürdü. Artıq qol yetişmişdi, bircə qalırdı fərqlənəcək oyunçunun adını bilmək. O isə Pedro oldu. Ardıcıl ötürmələrdən sonra Aqollinin verdiyi topu solaxay zərbə ilə uzaq küncə göndərmək Enrike üçün çətin olmadı. Lakin “Qarabağ” bununla sakitləşmədi. Cəmi 2 dəqiqə sonra Mahir Kintananın ötürdüyü topu başla qapının üstündən vurdu. Matçın sonlarında Kamal Mirzəyevin qələbə topunu vurduğu düşünən yerli azarkeşlər “qol” deyib ayağa qalxmışdı ki, Knyaz Əmiraslanovun ofsayd bayrağı matçın heç-heçə başa çatmasını rəsmiləşdirdi.
Bu heç-heçə “Sumqayıt”ın ardıcıl 6-cı çempionat oyununda məğlub olmaması, həm də çempiona “diş göstərməsi” idi. “Qarabağ” isə ardıcıl 3-cü oyunda rəqib qapısına 1 dəfə yol tapa bildi.
HƏBİB

Gözdən qaçmadı
* Bəzi stadionlarda olduğu kimi, Sumqayıtdakı arenada da media sektorunun durumu qənaətbəxş deyil. Düzdü, mətbuat katibi Rəşad Məmmədov həmkarlarının rahatlığı üçün əlindən gələni etməyə çalışırdı. Di gəl ki, qələm əhli üçün ayrılan oturacaqların sıravi azarkeşlərin arasında olması durumu çətinləşdirir. Bir üst cərgədə oturan gənclərin oturacaqlara tökdükləri tum qabıqlarını təmizləməyim azmış kimi, 90 dəqiqə boyunca onların küçə söyüşlərinə qulaq asmaq məcburiyyətində qaldım. Oyundan əvvəl meydanı sulayan aparatların əyləşdiyimiz sektoru nişan alıb, jurnalistləri sulaması da müəyyən problem olsa da, bunu “su aydınlıqdı” deyiminə bağlayaq.
* Hələ hakimin start fitindən əvvəl “Qarabağ”lı azarkeşlər özlərini meydan sahibi kimi aparırdılar. Səsləndirdikləri müxtəlif şüarlar və şərqilər qulaq batırırdı. Yerli tərəfdarlar qonaqların fəallığının fərqinə 17-ci dəqiqədən etibarən varmağa başladı. Odu ki, ilk hissənin sonuna qədər iki komanda azarkeşləri arasında bir neçə dəfə “atışma” oldu.
* Sonradan məlum oldu ki, “İmarət”çilərin yer aldığı tribunada bir neçə oturacaq sındırılıb. Üstəlik, pirotexniki vasitədən istifadə edən sumqayıtlı azarkeş polis bölməsinə aparılıb.
* Martın 2-də Narkoloji Mərkəzdə dünyasını dəyişənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.
* “Qarabağ”lı futbolçular fasilədən sonra meydana ayaq basanda, gözlənilmədən mərkəzi sektordakı sumqayıtlı azarkeşlər tərəfindən sürəkli fitə basıldılar.
* Protokolda azarkeş sayı 1326 göstərilib ki, bu da stadiondakı oturacaqların sayına görədi. Halbuki matçı canlı izləyənlərin sayı azı 2500 nəfər olardı.
* İkinci yarının gedişində azarkeşlərdən birinin atmacası Rəşad Sadıqova xoş gəlmədi. Belədə kapitan həmin şəxsdən susmağı tələb etdi. Çox keçmədən məsələyə Samir Abasov da müdaxilə edincə, ara sakitləşdi. Qeyd edək ki, eyni olay 16-cı turun “Sumqayıt” – “Neftçi” qarşılaşmasında da yaşanmışdı. Rəşad Sadiqov onu söyən azarkeşə söyüşlə cavab verdiyindən, meydandan qovulmuşdu.

Reaksiyalar
Qurban Qurbanov: “Hər iki komandanın futbolçularını təbrik edirəm. Fikrimcə, əvvəldən sona qədər yaxşı oyun sərgilədilər. Bu məqamda azarkeşləri də yaddan çıxara bilmərəm. Həm bizim tərəfdarlar, həm də sumqayıtlı azarkeşlər özlərini ən yaxşı tərəfdən göstərdilər. “Sumqayıt”da oynamaq bizim üçün çətindi. Oyundan əvvəl hazırda “Sumqayıt”ın ən yaxşı formada olan komandalardan biri, bəlkə də birincisi olduğunu demişdim. Bu gün bir daha bunun şahidi olduq. Samir Abasovu təbrik edirəm, ona uğurlar arzulayıram. Bu gün xallarımızın üstünə daha 1 xal əlavə edə bildiksə, bunu qazanc sayıram. Qol buraxmağımıza baxmayaraq, futbolçularım özlərini itirmədi. Oyun intizamından qopmadan düşünülmüş hücumu qolla tamamladılar. Bundan sonra bütün matçlar bizim üçün ağır olacaq. Qarşıdakı görüşlərdə daha da diqqətli olmalıyıq. Şehiçin zədəsinə gəlincə, məncə, ciddi bir şey yoxdu. Start heyətində yarımmüdafiənin “sağ”ında Kintananı yox, Geryeni oynatmağımın səbəbi rəqibin oyun üslubuna görəydi. Dani topla davranmağı sevən futbolçudu, bugünkü matçda ona ağır olacağını düşündüm. Həm də süni örtük amilini nəzərə almışdıq. Üstəlik, Geryenin başla oynamaq bacarığını da unutmayaq. Motivasiya problemi? Müəyyən mənada ola bilər. Amma başda mən olmaqla hamı bilir ki, asan keçiləsi rəqib yoxdu. Üzdə nə qədər desək də, ola bilsin, içəridə hansısa rahatlıq var. Lakin belə olmamalıdı. Bir məğlubiyyət çox şeyi dəyişə bilər. Ona görə də bu barədə futbolçularla vaxtaşırı söhbət edirik”.
Samir Abasov: “Səmimiyyətimə inanın, oyundan əvvəl heç-heçəyə oynamaq, müdafiədə “oturmaqla” bağlı fikrimiz yox idi. Məqsədimiz həftəiçi məşqlərdə etdiklərimizi bu gün meydanda ortaya qoymaq idi. “Qarabağ”ı məğlub etməyin yolunu sərt oyunda və əks-hücumlarda görürdük. Əslində başqa cür də oynaya bilərdik. Amma rəqib “Qarabağ”dısa, sən bu komandanın imkan verdiyi qədər oynaya bilirsən. İlk hissədə düşündüklərimiz alınırdı. Bu gün 2 xal itirmədik, 1xal qazandıq. Məncə, layiqli xalımızdı. Bəlkə də azarkeşlərin, ya da jurnalistlərin gözündə qorxaq, müdafiəyə çəkilən komanda təsiri bağışladıq. Nə bacarırdıqsa, ən yaxşısını etməyə çalışdıq. Belə oyunlarda əvəzetməyə əl atmaq da çətin olur. Ona görə də Xəyalı dəyişmək üçün tərəddüd içindəydim. Düz deyirsiz, bəlkə də Xəyalı gec əvəzlədim. Komandada hansısa yorğunluqdan söhbət gedə bilməz. Paltardəyişmə otağına girdim, maşallah, hamısı gümrahdı. Fərhad həyəcanlı idi? Bilmirəm, həyəcanlıdı, yoxsa anadangəlmə belədi, amma bu gün həqiqətən də hər ikisindən var idi. Stadiona bu qədər azarkeşin gəlməsində “Qarabağ” amili də rol oynayırdı. Amma son oyunlardakı nəticələrimiz də onları həvəsləndirib. Hətta yeni tribunanın inşası ilə bağlı da azarkeşlərdən təkliflər gəlir. Bəlkə də yeganə komandayıq ki, azarkeşlərlə futbolçular arasında belə sıx və isti münasibət var.
Əvvəl bilirdik ki, klubun prezidenti var. Məşqlərimizi edib, oyunlara çıxırdıq. Bu gün prezident yoxdu, amma yenə də həmin məcrada davam edirik. Çalışırıq ki, onların yoxluğunu hiss etdirməyək. Əvvəl futbolçunu “bişirmək” üçün “Sumqayıt”a gəl, burdan milliyə cəlb oluna bilərsən” deyirdiksə, indi prezidentlərə “gəlin, burdan milliyə gedə bilərsiz” deyirik (zalı gülüş səsləri bürüyür – H.). Təbii ki, zarafatdı. Kamran Quliyevlə isti münasibətdəyik. “Keşlə” üzərindəki qələbədən sonra ilk təbrik mesajı ondan gəldi. İkinci komandası kimi “Sumqayıt”ın uğrularına sevinir. Sevinəndə də görürsən ki, səmimi sevinir… Azarkeşlərin nəinki Rəşad Sadıqovu, heç bir futbolçunu söyməsini, artıq ifadə işlətməsini düzgün hesab etmirəm. Rəşad tək “Qarabağ”ın yox, məncə, Azərbaycan futbolunun simvoludu. Ona görə də hansısa sumqayıtlı, yaxud gəncəli azarkeşin ona söz deməsini düzgün hesab etmirəm. Ona görə də azarkeşə çəp-çəp baxdım ki, sakit dur”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 BOS-a çipsi, peçenye və rəngli içkilər buraxılmır Dünən, 21:04 Naci Şensoy yığmamızdan yana bədbin danışdı Dünən, 21:01 “Qəbələ” U-19 komandasını darmadağın etdi Dünən, 20:59 Eddi və Renat qələbəyə sevindi Dünən, 20:58 UEFA Nazarovun qolunu bərpa etdi Dünən, 20:57 Priştinada həqiqət anı Dünən, 20:55 "Neftçi" gözləyəcək, "Araz" liderlik üçün savaşacaq Dünən, 20:53 U-19-un son sınağı Dünən, 20:51 AFFA FİFA və UEFA-ya müraciət edəcək Dünən, 20:49 Tərlan Əhmədov gələcəyə ümidlə baxır Dünən, 20:47 “Bild” Kosovo – Azərbaycan oyununa yer ayırdı Dünən, 20:46 Yığma qalib gəlsə, “Çaynataun” 20 faiz endirim edəcək Dünən, 20:45 Kosovonun Avropaya səpələnmiş legionerləri Dünən, 20:42 U-21 yenə uduzdu Dünən, 20:39 Şalland: “Azərbaycan favoritdi, təcrübə baxımından da müqayisəyə gəlmirik” Dünən, 20:32 İsgəndər Cavadov qələbəyə inanır Dünən, 20:29 Dedov oynadı, Koçuk baxdı Dünən, 17:46 "Milli dəstə" yığmanı tək qoymayacaq Dünən, 17:45 Elvin Məmmədov hədəfin dəyişmədiyini deyir Dünən, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Dünən, 17:40 Liderlərdən maksimum nəticə Dünən, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Dünən, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Dünən, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Dünən, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Dünən, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Dünən, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Dünən, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Dünən, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Dünən, 00:13 Missiyasını unudan azarkeşlər... Dünən, 00:12 15-ci qələbə, 229-cu futbolçu Dünən, 00:10 Həftənin idman proqramı Dünən, 00:09 Yığmadan əzmkar qələbə Dünən, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Dünən, 00:03 Lider yığmanı çətinliklə yendi Dünən, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı 19-11-2018, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi 19-11-2018, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar