01 fev 23:40liqa

“Oyunumla bəzilərini susdura bildim”

“Oyunumla bəzilərini susdura bildim”
Fərhad Vəliyev “Sumqayıt”ı hesabdan silənlərə səsləndi

15-ci turda çətin Qəbələ səfərindən 1 xalla dönən “Sumqayıt” kiçik möcüzəyə imza atdı. Bu möcüzənin reallaşmasında isə “kimyaçılar”ın qolkiperi Fərhad Vəliyevin müstəsna xidməti oldu. Matçboyu inamlı qurtarışlarla yadda qalan, gözəl oyun nümayiş etdirən “yapon” qapıçılar üçün yaşın o qədər də önəm daşımadığını bir daha sübut etdi. “Neftçi”, “İnter”, “Qarabağ” kimi iddialı klubların şərəfini qoruyan Fərhad təxminən 10 illik ayrılıqdan sonra ötən yay yenidən doğma şəhərinin təmsilçisinə dönəndə bir çoxları “Sumqayıt”ın qapısının rəqiblər üçün “açıq qapı” olacağını düşünürdü. Lakin Vəliyev hələ ki oyunu ilə tənqidçiləri sudurmağı bacarır. Onunla söhbətdə bizi maraqlandıran suallara cavab tapmağa çalışdıq.
- “Sumqayıt” səfərdə “Qəbələ” ilə heç-heçə etməklə çoxlarını təəccübləndirdi...
- Burda təəccüblənməli heç nə yoxdu. Düzdü, Roman Qriqorçukun komandası “Qarabağ”la birgə qızıl medallara ən real namzəddi. Ancaq biz də zəif komanda deyilik. Bu gün turnir cədvəlinin 4-cü pilləsində qərarlaşmışıqsa, deməli, buna layiqik. Oyunboyu üstünlük meydan sahiblərinin tərəfində idi. Onlar daha çox hücum qurur, topa daha çox nəzarət edirdilər ki, bu da başadüşüləndi. “Qəbələ”də fərdi ustalıq səviyyəsi yüksək olan futbolçular top qovur. “Sumqayıt” isə sırf komanda oyunu sayəsində nəsə etməyə çalışır.
- “Qəbələ” ilə matçın qəhrəmanı sən oldun. Qarşılaşmadan sonra komanda yoldaşların, məşqçilər korpusu sənə xüsusi təşəkkür etdilər?
- Heç vaxt özümü kollektivdən ayrı tutmağı xoşlamamışam. Futbol kollektiv oyundu, udanda da, uduzanda da bir yerdə olmaq lazımdı. Ola bilsin, hansısa qarşılaşmada bir futbolçunun oyunu daha yaxşı alınar və o komandasını uğura daşıyar. Məncə, buna görə özünü tərifləməməlidi. Çünki növbəti qarşılaşmada eyni qəhrəmanlığı başqa futbolçu da təkrarlaya bilər. Hər uğurlu matçı kiminsə ayağına yazsaq, buna görə onu tərifləsək, komandanın o biri oyunçularının zəhmətinə kölgə salmış olarıq. “Qəbələ” ilə oyundan sonra paltardəyişmə otağında baş məşqçi bütün futbolçulara təşəkkür etdi.
- Ötən yay “Sumqayıt” səni heyətinə qatanda çoxları bunu yanlış addım kimi dəyərləndirmişdi.
- Bu söz-söhbət mənim də qulağıma çatmışdı. Belə düşünənləri hardasa başa düşmək olar. Neçə il “Qarabağ”ın ehtiyat oyunçular skamyasında oturmuşdum. Oyun təcrübəsi sarıdan əziyyət çəkirdim. Doğma şəhərimin komandasının heyətində meydana çıxdığım ilk turlarda müəyyən qədər həyəcan olsa da, tədricən hər şey yoluna düşdü. Yəqin ki, oyunumla bəzilərini susdura bildim.
- Bu gün “Sumqayıt”ın 4-cü pillədə qərarlaşması, avrokuboklar uğrunda mübarizə aparması heç də birmənalı qarşılanmır. Bəzən deyirlər ki, əvvəlki illər olsaydı, “Sumqayıt” ən yaxşı halda ortabablar arasında olardı. Bu fikirlə razısan?
- Bir məqamla razılaşıram ki, ötən illərlə müqayisədə cari mövsümdə premyer-liqanın səviyyəsi aşağı düşüb. Bir neçə il öncə çempionluq uğrunda 5-6 klub mübarizə aparırdısa, indi “Qarabağ” və “Qəbələ” hamıdan aşkar üstündü. Belə deyək, “Qarbağ”, “Qəbələ” və qalan 6 klub. Qeyd etdiyim “cütlük”lə “altılıq” arasında dərin uçurum var. Ancaq məsləhət görərdim ki, heç kim “Sumqayıt”a yuxarıdan aşağı baxmasın, onun uğurunu təsadüf kimi qiymətləndirməsin. Bu pilləyə yüksəlməyimizin arxasında gərgin məşqlər, əzmkarlıq və özünütəsdiq durur. İndidən mövsümün sonunda harda olacağımızı deyə bilmərəm. Bunu qarşıdakı iki dövrə göstərəcək. Yalnız onu söyləyə bilərəm ki, hər oyunda azarkeşlərimizi sevindirməyə çalışacağıq.
- “Qarabağ”dan söz düşmüşkən, sabiq komandanla bağlı da sual vermək istəyirəm. Bu gün sosial şəbəkələrdə “Qarabağ” Azərbaycan futbolunu məhvə aparır” kimi fikirlər paylaşılır. Bəlkə ictimaiyyət ağdamlıların ardıcıl çempionluqlarından bezdiyinə görə belə düşünür?
- Mən heç vaxt bu fikirlə razılaşa bilmərəm. “Qarabağ” ölkə futboluna yeni ab-hava, yeni nəfəs gətirib. Buna görə Qurban Qurbanova, klubun sponsoruna təşəkkür etmək lazımdı, nəinki pisləmək. Bu gün Qurban müəllimin komandası hamıdan güclüdüsə və çempionluğu haqq edirsə, necə demək olar ki, bu komanda niyə ardıcıl qızıl medal qazanır? Bəzən bizim cəmiyyətin mövqeyi mənə çatmır. “Seltik”lə “Reyncers” dəfələrlə ardıcıl Şotalandiya, “Bavariya” Almaniya, “Real”la “Barselona” İspaniya birincisi olub. Buna görə onları qınayan görmüsüz? Əksinə, o biri klubların azarkeşləri klub sahiblərindən tələb edirlər ki, heyəti gücləndirsinlər, çempionluq üçün addım atsınlar.
- Bu gün imkanına görə premyer-liqa klublarını üç qrupa bölmək olar. Pullu “Qarabağ”, “Qəbələ” və “Neftçi”, ortabab “Zirə”, “Sumqayıt”, “Kəpəz”, “İnter”, “Kəpəz” və nəhayət, kasıb AZAL. Ortabablardan və AZAL-dan fərqli, imkanlı klublarımız “çərçivə”ni əcnəbi qolkiperə etibar ediblər. Səncə, bu nədən irəli gəlir? Yerli qapıçıların səviyyəsi aşağıdı, yoxsa bunun başqa səbəbi var?
- Mən hətta deyərdim ki, imkanlı klublar bəzən ehtiyat oyunçular skamyası üçün də əcnəbi qolkiper sifariş edirlər. Bunun obyektiv və subyektiv tərəfi var. Həmin klublar, bayaq qeyd etdiyim kimi, “qızıl” uğrunda mübarizə aparırlar və “çərçivə” ilə bağlı riskə getmək istəmirlər. Qapıçı mövqeyi elədi ki, bir səhv bütün komandanın illik zəhmətini yerə vura bilər. Baş məşqçilər bəzən meydana çıxan oyunçularla bağlı rotasiya apara bilirlər. Hansısa gənci meydana buraxıb onun “bişməsi” üçün imkan yaratmaq olar. Həmin gənc oyun vəziyyətində səhvə yol verərsə, komanda yoldaşları onu “sığortalaya” bilər. “Çərçivə” ilə bağlı isə bunu etmək çətindi. Üzdə olan yerli qolkiperlərin klublarla müqaviləsi var. Çempionatda çıxış edən komandaların sayı artsa, gənc qapıçıların da özünü göstərmək şansı olar. Onlar təcrübə toplayıb “artırdıqca”, böyük klubların da maraq dairəsinə düşəcəklər. Qapıçı yaşlandıqca daha inamlı olur.
- Müasir futbolun tələblərindən biri də qapıçıların ayaqla yaxşı oynaması, yeri gələndə mərkəz müdafiəçisi kimi irəli çıxıb təhlükəni sovuşdurmasıdı. Sən yerli qapıçılar arasında ayaqla oynamağı bacaran tək-tük adamlardan birisən. Məşqlərdə bunun üzərində əlavə çalışırsan, yoxsa bu vergidi?
- Hər ikisini deyərdim. Uşaq vaxtı məhəllədə çox futbol oynadığımdan ayaqlarım sözümə baxır. Onu da deyim ki, bəzi oyunçulardan fərqli, mənim hər iki ayağım işləkdi (gülür). Məşqlərdə də bunun üzərində çox çalışıram. Qapıçılar üçün işlək ayağın olması üstünlükdü. Bəzən çıxışlarda, komanda yoldaşından ötürmə alanda bu üstünlükdən yararlanırsan.
- Bu yaşda intensiv məşqlərə dözmək çətin deyil ki?
- Mənim hələ nə yaşım var ki?! (gülür) Avropada, eləcə də dünyanın bir çox ölkələrində qapıçılar çox vaxt 40 yaşa kimi oynayırlar. Avropa çempionatının final mərhələsinə qatılan Macarıstan yığmasının qapıçısının 41 yaşı var idi. Kimsə buna görə macarlara bir söz dedi?! Yalnız bizdə futbolçunun yaşını bu qədər qabardırlar. Adını unutduğum məşqçilərin yaxşı bir sözü var: mənə futbolçunun pasportu yox, sərgilədiyi oyun maraqlıdı. Özümdə güc hiss etdiyimdən bundan sonra hələ 2-3 il oynamaq istəyirəm. Hətta yenidən milliyə dönmək barədə də fikirləşirəm. Bunun üçün isə ilk növbədə “Sumqayıt”da özümü sübut etməliyəm.
RƏŞAD
como se llama el generico de la viagra
<a href="http://erderemedy.com/#">buy cialis with dapoxetine</a>
donde puedo comprar viagra en costa rica
viagra online uk cheap
cialis sale philippines
<a href="http://longerectiletabs.com/#">wholesale cost of cialis</a>
viagra bleeding disorders
discount cialis and viagra
where to buy cheap cialis

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı Bu gün, 12:54 U-19 minimal hesabla yenildi Bu gün, 12:53 “Neftçi” Zirədə xal itirdi 17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri Bütün xəbərlər
Ən çox oxunanlar