02 mar 23:48liqa

“Keşlə”lilər çempionatdan əlini üzüb

Denis Silva: “Kamranın kapitan olmasını Zaur Axundov istədi”
Qış fasiləsində “Keşlə”nin heyəti köklü dəyişikliyə məruz qaldı. Xeyli sayda oyunçu ilə yolların ayrılmasına qərar verən klub rəhbərliyi həm ukraynalı baş məşqçi ilə anlaşdı, həm də 10-a yaxın futbolçunun keçidi həll olundu. Üstəlik, komandanın Antalyada toplanış keçməsinə, yoldaşlıq görüşlərinin baş tutmasına şərait yaradıldı. Açığı, düşünmək olardı ki, çempionatın ikinci yarısında “qırmızılar” fırtına qoparacaq, komandanın qarşısında duran tapılmayacaq. Lakin 3 tur keçməsinə baxmayaraq, “Keşlə” cəmi 4 xal toplayıb ki, qələbə hamının qapazaltısı olan “Kəpəz” üzərində qazanılıb. Və bu gedişlə yaxşı mənada nəyəsə ümid etmək yersizdi. Həm oyun planında irəliləyiş hiss olunmur, həm də legionerlərin səviyyəsi yüksək hədəflər, məsələn, ölkə kubokunu qazanmaq üçün yetərli deyil. Üstəgəl, klub daxilində müəyyən gərginlik var. Deyilənə görə, klubda əsas söz sahibi olan Zaur Axundovun baş məşqçi Yuri Maksimovun işinə qarışması ukraynalı çalışdırıcını narazı salır. İstənilən halda, nəticəni iki-üç aydan sonra görəcəyik. “Keşlə”dən söz düşmüşkən, komandanın aparıcı futbolçularından sayılan Denis Silvayla söhbətdə bəzi suallara cavab tapmağa çalışdıq.
- “Sumqayıt”a yenilgidən sonra ab-hava necədi?
- Təbii, uduzmağımız yerinə düşmədi. Vəziyyətimizi yaxşılaşdırmaq üçün qələbəyə köklənmişdik. Sadəcə, imkanlardan lazımınca yararlana bilmədik. “Kəpəz”ə qalib gələndən sonra növbəti 3 xala köklənmişdik, alınmadı. Amma dünyanın sonu deyil, qarşıda bizi daha 11 tur gözləyir. Ab-hava normaldı, növbəti oyuna hazırlaşırıq.
- Təcrübəli futbolçu kimi hazırkı durum səni razı salır?
- Ağızdolusu danışmaq istərdim, amma mümkün deyil. Çünki turnir cədvəlindəki yerimiz və qış fasiləsindən sonrakı nəticələr pafoslu fikirlər bildirməyə imkan vermir. Bilirəm ki, hamı bizdən daha artığını gözləyir. Heyətimiz güclənib, xeyli legioner cəlb olunub. Bəlkə də əsas problemimiz elə budu. Bir aya yenidən formalaşan komandayıq. Üstəlik, baş məşqçimiz də yenidi. Futbolçuların bir-birinə uyğunlaşması, baş məşqçinin bizdən nə tələb etdiyini bilməyimiz üçün müəyyən vaxta ehtiyac var.
- Öz meydanında “Səbail”lə “Sumqayıt”a qalib gələ bilməyən “Keşlə” səfərdə “Zirə” önündə nə edəcək?
- Onu zaman göstərəcək. Mənim fikrimi bilmək istəyirsizsə, meydana 3 xal qazanmaq üçün çıxacağıq. İndiyə qədər kifayət qədər xal itirmişik. Artıq itki limiti dolub. Qələbə qazanmaq üçün əla şans yaranıb. Qadze ilə Tounkara, həmçinin “Neftçi”ylə oyunda “qırmızı” alan gənc futbolçu (İlkin Muradov – H.) oynamayacaq. Avrokuboklara vəsiqədən danışırıqsa, bu oyundan qalib ayrılmalıyıq.
- Yeni baş məşqçi, yeni futbolçular – bunları başa düşdük? Sanki “Keşlə”də başqa hansısa problemlər də var.
- Problem odu ki, “Sumqayıt” və “Səbail”lə oyunları qalib başa vura bilmədik. Bu da istər-istəməz futbolçular üzərində gərginlik yaradır. Bilirəm ki, zamanla düzələcək. Sadəcə, indidən bu qədər xal itkisinə yol verməməliyik.
- Vaxtdan danışırsan, halbuki çempionatın sonuna cəmi 11 tur qalıb.
- Vaxt deyəndə, təbii ki, 3-5 ayı nəzərdə tutmuram. Artıq 3 görüş geridə qalıb, fikrimcə, 2-3 oyundan sonra azarkeşlər daha uğurlu “Keşlə” görəcək. Kubokun yarımfinal matçlarına isə hələ vaxt var.
- Deyəsən, ümidinizi kuboka dikmisiz.
- Real danışmaq lazımdı, bu dəqiqə Avroliqaya kubok yoluyla vəsiqə qazanmaq daha asan görünür, nəinki çempionatdan. Baxın, 4-cü pillədə yer alan “Sumqayıt”la aramızda 15 xal fərq var. Olduqca böyük fərqdi. Üstəlik, “Sumqayıt” son vaxtlar formada olan komandadı. Ona görə də güman yerimiz kubokdu. Düzdü, burda da “Sumqayıt” səddini keçməliyik. Amma unutmayaq ki, kubokla çempionat oyunları fərqli olur. İnşallah, finala yüksələn tərəf biz olarıq. Həlledici matça çıxsaq, meydanda canımızı qoymalıyıq. Avroliqa görüşlərini kənardan izləmək istəmiriksə, indidən çalışmalıyıq.
- Yuri Maksimov haqda nə deyə bilərsən? İnsani keyfiyyətləri, iş metodu, futbol fəlsəfəsi...
- Olduqca ciddi insandı. Buna baxmayaraq, zarafat etməyi də bacarır. Belə deyim, hər şeyin yerini biləndi. Həm məşqçimizdi, həm də böyük qardaşımız.
- Baxımlı oyunun tərəfdarıdı, yoxsa nəticə qazanmağın?
- Bu dəqiqə baxımlı futbola ehtiyacımız yoxdu. İndiki məqamda ancaq və ancaq nəticə qazanmaq üçün çalışırıq. Sabah baxımlı futbol oynayıb, avrokuboklara vəsiqəsiz qalsaq, heç kim bizi yaxşı oyuna görə alqışlamayacaq. Ancaq kuboka sahib çıxsaq, hamı “Keşlə”dən danışacaq. Ona görə də nəticə haqda düşünürük.
- Yeri gəlmişkən, mətbuatda Maksimovun komandadan ayrılması haqda xəbər yer almışdı.
- Kim yazıb, nəyə əsasən yazıb, bilmirəm. Amma belə hal yaşanmayıb. “Sumqayıt”la oyundan sonra baş məşqçi bütün məşqlərdə iştirak edib. Siz zənginizdən yarımsaat əvvəl axşam məşqimiz başa çatdı, Maksimov bizimləydi.
- Deyilənə görə, Zaur Axundovun işinə müdaxiləsindən narazıdı deyə getmək istəyir.
- O yaşda adam üçün “istəyir” sözü keçərli deyil. Nədənsə narazı olsa, heç nəyə baxmadan çantasını yığıb gedər. Dediyim kimi, hələ ki komandanın başındadı.
- Nizami Hacıyevin futboldan ömürlük uzaqlaşdırılmasından sonra kapitan sarğısını qoluna keçirmişdin. Kamran Ağayev gəldi və sarğı onun qoluna keçdi. Belə olmasını özün istədin?
- Belə olması Zaur Axundovun istəyi idi. Fikrimcə, belə olması yerinə düşdü. Kamran təcrübəli futbolçudu, milli üzvüdü, azərbaycanlıdı. Kapitan sarğısının yerli futbolçunun qolunda olmasının tərəfdarıyam. Çox yerdə belədi. Həm də mənim üçün sarğının kimin qolunda olmasının fərqi yoxdu. Əsas odu ki, 90 dəqiqənin tamamında sevinən tərəf olaq.
- Bir ara maaş və mükafatların gecikməsi ilə narazılıq var idi. Deyəsən, problem həllini tapıb.
- Düzdü, ötən mövsüm bu baxımdan müəyyən çətinliklər yaşanırdı. Amma cari mövsümdə hər şey qaydasındadı. Pullarımızı vaxtında alırıq. Bircə qalır uğur qazanıb rəhbərliyi sevindirmək.
- 4 il şərəfini qoruduğun, titullar qazandığın “Neftçi”nin hazırkı durumu haqda nə düşünürsən?
- Əvvəla, komandada, klubda nələrin baş verdiyindən xəbərsizəm. Çünki heç kimlə əlaqəm yoxdu. Digər tərəfdən, “Neftçi” haqda nə danışa bilərəm ki? Nəsə desəm, adama deyərlər ki, sən öz “Keşlə”nə bax. Çünki vəziyyətimiz aşağı-yuxarı eynidi. Həm onlar, həm də biz gözümüzü kuboka dikmişik.
- “Neftçi” demişkən, vaxtilə bu komandada çiyin-çiyinə çıxış etdiyin braziliyalılarla danışırsan?
- Əlbəttə.
- Nə xəbər var? Kim nə işlə məşğuldu?
- Ən çox Flavinyo ilə danışıram. Karyerasını başa vurmaq istəyir, amma yekun qərarı verməyib. Gah deyir, gedirəm, gah deyir, oynamaq istəyirəm. Nə istədiyini özü də bilmir (gülür). Bruno Bertuççidə dopinq aşkarlanıb deyə federasiya tərəfindən birilliyə futboldan uzaqlaşdırılıb. Cəza müddətinin bitməsini gözləyir. Alessandro da peşəkar karyerasını başa vurub, hazırda nə işlə məşğul olduğunu bilmirəm. Rodriginyo isə butsları çoxdan mismardan asıb.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Bu gün, 01:20 “Qarabağ” Avropada tək deyil Bu gün, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Bu gün, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Bu gün, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Bu gün, 01:14 NTD: ardıcıl ikinci dəfə Bu gün, 01:13 İki boksçumuz yarımfinalda Bu gün, 01:12 Liderdən ağır məğlubiyyət Bu gün, 01:11 Natalya finalda çökdü Bu gün, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Bu gün, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Bu gün, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Bu gün, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Bu gün, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Bu gün, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Bu gün, 00:18 Turun statistikası Bu gün, 00:15 Turun məşqçisi Bu gün, 00:13 Hakimlərin mühakiməsi Bu gün, 00:12 Turun oyunçusu Bu gün, 00:10 Turun sitatı Bu gün, 00:09 Turdan məqamlar Bu gün, 00:06 Debütant zirvəni fəth etdi Bu gün, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Bu gün, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Bu gün, 00:01 “Sülh”lə başladılar Dünən, 23:59 “Qəbələ” ilk titulunu qazandı Dünən, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu Dünən, 13:16 “Kobra”dan növbəti qələbə Dünən, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu Dünən, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi Dünən, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Dünən, 13:05 “Nyonda Sumqayıtda qaçdığım qədər qaçmadım” Dünən, 13:00 Qurban Qurbanov: “Deməzdim ki, rəqabətsiz çempion olmuşuq” Dünən, 12:55 “Qarabağ” çempionluğu Sumqayıtda rəsmiləşdirdi Dünən, 12:51 Ölkə kubokunun püşkü atıldı Dünən, 12:49 “Neftçi” şansını artırdı, “Zirə” azaltdı Dünən, 12:40 Qriqorçuk yenə hakimlikdən gileyləndi Dünən, 12:37 Ruslan Abışov bu dəfə qəhrəman oldu Dünən, 12:33 “Zirə”ni Maksimovun əvəzetmələri yıxdı Dünən, 12:28 “Yasamal” “Neftçi”nin medal şansını çətinə saldı Dünən, 12:26 Şəhriyar qələbəni məğlubiyyətə çevirdi Dünən, 12:24 Təbrizlilər üçün “sülh” həftəsi Dünən, 12:22 “Səbail”ə sərf etməyən heç-heçə Dünən, 12:17 Mərkəzi oyunda 2 dəqiqəyə 6 qol vuruldu Dünən, 12:16 “Keşlə”dən 13-cü heç-heçə 23-04-2018, 21:45 “Şövkət Orduxanov”da yenidənqurmaya start verildi 23-04-2018, 21:43 Klublar Komitəsi apreldə bir araya gəlməyəcək 23-04-2018, 21:42 Tərlan Əhmədovun sələflərindən fərqi 23-04-2018, 21:40 Ukrayna mətbuatı həmyerlilərinin uğurundan yazdı 23-04-2018, 20:06 İlqar Qurbanov Qriqorçukun qərarına hörmətlə yanaşır 23-04-2018, 20:03 “Keşlə”lilər üçün finalın qarşılığı: 3 min manat 23-04-2018, 20:02 Əliyar Ağayev MS-nin futbolçusunu meydandan qovdu 23-04-2018, 20:01 Azər Məmmədovun komandası Türkiyəyə gedir 23-04-2018, 19:59 Debütantlar turu darmadağınla yekunlaşdırdı 23-04-2018, 19:57 Cavid İmamverdiyev hələ qərar verməyib 23-04-2018, 19:54 “Qəbələ” hegemonluğunu davam etdirir 23-04-2018, 19:53 Elxan Məmmədov UEFA-nın tədbirində Bütün xəbərlər
Ən çox oxunanlar