28 fev 11:13liqa

Turdan məqamlar

Turdan məqamlar
Turun...
...məkanı...

Quran oxumaq, namaz qılmaz, Həcc ziyarətinə getmək, spirtli içkidən, eyş-işrətdən uzaq olmaq istənilən müsəlman üçün yaxşı haldı. Düzdü, kimisə məcbur dinə bağlamaq olmaz. İçdən gəlməlidi, dərk eləməlisən. Son illər ölkə futbolunda dinə hədsiz bağlılığın olması sirr deyil. İstər futbolçular olsun, istərsə də məşqçilər – namaz qılır, Allaha itaət edirlər. İdmançıdılar, pis vərdişlərə yoluxmamaq üçün dinə könül vermələri normaldı. Hətta dəfələrlə olub ki, hava limanında, oteldə, hətta stadionda belə səcdəyə getdiklərini görmüşük. Onlar üçün yerin fərqi yoxdu. Əsas odu, məkan təmiz olsun.
Srağagün “Azərsun Arena”da keçirilən “Qarabağ” - “Kəpəz” qarşılaşmasının fasiləsində rastlaşdığım məqam diqqətimi çəkməyə bilməzdi. Həmkarımız Mərdan Həsənov namaz qılanda ağdamlıların futbolçusu Abbas Hüseynov dəstəmaz alır, “Sumqayıt”ın üzvü Kamal Mirzəyev isə dostunu gözləyirdi. Mərdan namazını qurtarandan sonra Abbasla Kamal ona yaxınlaşıb canamazın üstündə ibadət etməyi xahiş etdilər ki, həmkarımız razılıq verdi. İşin maraqlı tərəfi futbolçuların niyə məhz media üçün ayrılmış mərkəzdə namaz qılmasıydı. Məgər “Azərsun Arena”da namaz otağı yoxdu? Ümumiyyətlə, gələn qonaqlar harda səcdə edir? Sualı klubun mətbuat katibi Nurlan İbrahimova ünvanladıq: “Media sektoru olan binanın birinci mərtəbəsində namaz otağı var. Qonaqların çoxu həmin otaqdan istifadə edir. Sadəcə, həmin mərtəbədə dəstəmaz almaq üçün ayaqyolu, yəni su yoxdu. Ola bilsin, dediyiniz futbolçular media mərkəzində ayaqyolu olduğu üçün orda namaz qılmaq qərarına gəliblər. Amma namaz otağı var”.
...cihazı...
Bir çox futbolçular var ki, məşqçilər heyətinin nəzarətində olmasalar, yollarını azarlar. Belələrinə xüsusi nəzarət lazım gəlir. Bunu nəzərə alan mütəxəssislər futbolçuları daim nəzarətdə saxlayır, test götürürlər. Müasir texnologiyalar dövründə o qədər cihazlar kəşf olunub ki, futbolçunun bütün hərəkətləri, fiziki yüklənmələri və normativləri haqda məlumat əldə edilir. Məsələn, “Səbail” – “Qəbələ” matçında qonaqların futbolçusu Elvin Məmmədov əvəzetmədən meydana çıxmağa hazırlaşanda texniki heyət üzvlərindən biri futbolkasının boynuna xüsusi cihaz quraşdırdı. Həmin aparat Elvinin meydanda gördüyü işi hesablayacaqdı.
Maraqlıdı, məlum cihaz bütün futbolçuların futbolkasına quraşdırılır, yoxsa bəzilərinə aiddi? Futbolçunun meydanda xəsarət almasına səbəb ola bilərmi? Bildiyiniz kimi, FİFA futbolçulara meydanda bəzi əşyalardan yararlanmağı qadağan edib. Digər sual, həmin cihaz “İnStat”a məxsusdu, yoxsa klubun aldığı məhsuldu? Suallara cavabı “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə söhbətdə tapmağa çalışdıq: “Həmin cihaz təkcə bizdə deyil, klubların bir çoxunda var. “Qarabağ”da var, səhv etmirəmsə, “Neftçi”də də olmalıdı. Avropanın aparıcı klublarının hamısı istifadə edir. Futbolçunun meydandakı göstəriciləri haqda məlumat verir. “İnStat”ın deyil, sırf kluba məxsus aparatlardı. Qiyməti haqda konkret bilgi verə bilməyəcəm. Səhv etmirəmsə, biri 3 min dollardı. Ümumi komplekt 30-35 min dollar olmalıdı. Təbii, qadağan deyil. Bütün dünya istifadə edirsə, hansısa qadağadan söhbət gedə bilməz. Diqqətlə baxsaz, futbolçuların belində görə bilərsiz”.
...ləngiməsi...
“Keşlə” - “Sumqayıt” matçında o qədər maraqlı məqam yaşanıb ki, adam bilmir, hansından bəhs etsin. Məsələn, Məqsəd İsayevə zəng edib, “niyə əvəzinə daxil olan Əlibəy Məmmədlinin əlini sıxmadın” sualını versək, özünü “sığortalamaq” üçün “hesab bərabər idi, bizə də qələbə lazım idi deyə tələsik meydanı başqa yerdən tərk etdim” deyəcək. Kamran Ağayevlə əlaqə saxlayıb niyə “Sumqayıt”ın masajçısını öpdüyünü soruşsaq, “mənə su vermişdi, mən də ona bu yolla təşəkkür etdim” söyləyəcək. Ona görə də elə məqamdan yapışmalıyıq ki, cavabı maraqlı olsun.
Fərhad Vəliyevin ikinci hissənin əvvəlində meydana bir qədər gec ayaq basması əməkdaşımızın diqqətini çəkmişdi. Təsəvvür edin, hər iki komanda üzvləri qazona ayaq basıb, meydandakı yerini tutub, Rəhim Həsənov ikinci hissəni başlatmaq istəyir, di gəl ki, Fərhad yoxdu. Təxminən 2-3 dəqiqədən sonra paltardəyişmə otağından çıxan Vəliyev tələsik qapıdakı yerini tutdu. Niyə gecikdiyini isə heç kim bilmədi. Odu ki, səbəbini özü deyəcək: “Birinci hissədə tərləmişdim deyə fasilədə formanı dəyişmək məcburiyyətində qaldım. Yubanma da ona görəydi. Sahə oyunçusunun işi rahatdı, futbolkanı əyninə geydi, vəssalam. Qapıçılar əlcək taxmalıdı, əlcəyi bərkitməlidi. Bu da müəyyən vaxt aparır. Fikrimcə, uzağı 1 dəqiqə yubandım”.
...etirazı
Vay o günə ki, “Forza Neftçi”nin qəzəbinə tuş gələsən. Vəssalam, “kitabın bağlandı”. Vaxtilə Elxan Abdullayevin hansı aqibətlə üzləşdiyindən xəbərdarsız. Azarkeşləri xuliqan adlandıran “Neftçi”nin sabiq çalışdırıcısı hər oyunun əvvəlindən sonuna qədər “istefa” şüarını eşidirdi. Düzdü, sonradan aralarında barışıq oldu... Tərlan Əhmədovun gəlişindən sonra “forzalılar”da müəyyən ruh yüksəkliyi yaranmışdı. Çempionatın qışa qədər olan bölümündə “ağ-qaralar”ın ardıcıl 4 oyunda qalib gəlməsi, üstəgəl kubokun yarımfinalına yüksəlməsi fanatları həvəsləndirmişdi. Lakin 2018-də komandanın işləri qaydasında getmir. Antalya toplanışında “SKA-Xabarovsk”a 1:8 hesablı yenilgi azmış kimi, hazırlığı qələbəsiz başa vurmaları azarkeşləri özündən çıxarmışdı. 16-cı turda əsas rəqib “Sumqayıt”a yenilgi isə vəziyyəti lap qəlizləşdirdi. “Bombanın partlayacağı” gün kimi aydın idi.
“Neftçi”nin yarımcan “Zirə”ni uda bilməməsi “Forza Neftçi”lilərin əsəbini son həddə çatdırdı. Odu ki, oyundan sonra onlara yaxınlaşan futbolçulara “yuh” deyə etiraz edib, “Neftçi”nin çörəyi haramınız olsun” şüarını dəfələrlə dilə gətirdilər. Bu, Tərlan Əhmədovlu “Neftçi”nin üzləşdiyi ilk belə etiraz idi. Görünür, fanatların səbr kasası əməlli-başlı daşıb. Amma bir məqam da var ki, bakılıları apreldə kubokun yarımfinal matçları gözləyir. İndidən etiraz etmək tələsik addım deyil ki? Olmaya azarkeşlərin kuboka da inamı qalmayıb? “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevi dinləyək: “Biz bacardıqca komandaya dəstək olmağa çalışırıq. Amma hər şeyin bir həddi var. Antalyadakı yoldaşlıq görüşlərində biabirçı nəticələri ciddiyə almadıq ki, yoldaşlıq görüşləridi, eybi yox. Amma çempionatda “Sumqayıt”a uduzmaq, ardınca 3-4 əsas heyət üzvü olmayan ”Zirə”ylə heç-heçə etmək - bu artıq qəbulolunmazdı. Nə nəticələrdən razıyıq, nə də komandanın oyunundan. 90 dəqiqə ərzində bir dəfə düşünülmüş hücum olmadı, “Neftçi” kimi komanda ancaq rəqibin cərimə meydançasına asmalarla oynayır. Antalyadakı hazırlığın nəticəsi budu? Komandaya üç legioner cəlb ediblər, heç birinin səviyyəsi “Neftçi”də oynamağa imkan vermir. Mayk Kampaz ehtiyatda qalır, onun yerinə birinci divizondan futbolçu götürərdilər. O qədər döyüşkən dayaq yarımmüdafiəçisi var ki. Lukas Qomes rəqib müdafiəçiləri yıxmaqdan başqa heç nə bilmir. Əlinə bir-iki imkan düşür, onu da boşa verir. Az-çox Fransisko Qarsiya fərqlənir, onun da yalnız topla davranmağı var. Heç biri “Neftçi”lik oyunçu deyil. Bütün bunları nəzərə alıb oyundan sonra futbolçulara narazılığımızı bildirdik. Başa düşsünlər ki, oynamaq, qələbə qazanmaq lazımdı. Tələsik addım atdığımızı düşünmürəm. Kubok oyunu var? Bu oyunla “Qəbələ” səddini keçmək mümkün olmayacaq. Ona görə də indidən etirazımızı bildiririk. “Səbail”ə, legionersiz “Sumqayıt”a baxırsan, adamın ürəyi ağrıyır. Bu iki komandanın futbolçuları sırf daxili ab-havanın yaxşı olmasına görə uğur qazanır. “Neftçi”də isə hamı “sönüb”. Bu gün “Sumqayıt” Avroliqaya vəsiqəni haqq edir, nəinki “Neftçi”.
Evans Uilyams hesabı bərabərləşdirəndən sonra qol sevincini “Forza Neftçi”lilərin yer aldığı tribunanın qarşısında çılğınlıqla qeyd etdi ki, bu da azarkeşlərin xoşuna gəlmədi. Nəticədə qaradərili bakılı fanatlardan meymun səsləri eşitməli oldu. Maraqlıdı, Sübhan Əliyev irqçiliklə bağlı şüara necə baxır: “Orda meymun səsi olmayıb, belə şeylərə qarşıyıq. Çünki öz komandamızda da qaradərililər var. Ola bilsin, kimsə artıq səs çıxardıb, amma bizim uşaqlar olmayıb. Biz Uilyamsı, sadəcə, fitə basdıq, narazılığımızı bildirdik, başqa heç nə”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar