27 fev 00:46liqa, reportaj

Gəncəlilərin xal arzusu ürəyində qaldı

Gəncəlilərin xal arzusu ürəyində qaldı
67. Qarabağ (Ağdam) – Kəpəz (Gəncə) 1:0 (0:0)
13. İbrahim Şehiç – 6,0
25. Ansi Aqolli – 5,5
(77. Vild-Donald Gerye, 72) – 5,5
14. Rəşad Sadıqov (k) – 6,0
52. Yakub Jezniçak – 6,0
5. Maksim Medvedev – 6,0
91. Coşqun Diniyev – 5,5
(8. Miçel, 66) – 5,5
2. Qara Qarayev – 6,0
10. Pedro Enrike – 6,5
20. Riçard Almeyda – 6,0
99. Dani Kintana – 6,0
11. Mahir Mədətov – 6,0
(90. Ramil Şeydayev, 88) – qiymətsiz
Ehtiyat oyunçular
1. Anton Kanibolotski
12. Şahruddin Məhəmmədəliyev
7. Rahid Əmirquliyev
22. Əfran İsmayılov
32. Elvin Yunuszadə
44. Ağabala Ramazanov
70. Nicat Süleymanov
98. Ruslan Hacıyev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Pedro Enrike

22. Sergey Litovçenko – 5,5
13. Şəhriyar Rəhimov (k) – 5,0
4. Şəhriyar Əliyev – 5,0
15. İqor Korotetski – 5,0
18. Tural Cəlilov – 5,0
16. Qiuli Mancqaladze – 5,5
20. Tərzin Cahangirov – 5,0
91. Dario Federiko – 5,5
48. Dieqo Qusmao – 5,0
(12. İlyas Səfərzadə, 57 – 5,0
10. Tural Rzayev, 90+2) – qiymətsiz
8. Samir Zərgərov – 5,0
(3. Dedimar Ferreyra, 80) – qiymətsiz
9. İlkin Sadıqov – 6,0
Ehtiyat oyunçular
1. Davud Kərimi
55. Tərlan Qasımzadə
2. Yusif Cəfərov
5. Tural Nərimanov
6. Ceyhun Cavadov
7. Roman Hüseynov
11. Kamran Abdullazadə
21. Murad Səttarlı
Baş məşqçi: Yunis Hüseynov
Komandanın ən yaxşısı: İlkin Sadıqov
Qol: R.Almeyda, 85.
Vərəqələr: T.Cahangirov, 23 (qeyri-idman hərəkəti). D.Federiko, 81 (qeyri-idman hərəkəti). D.Ferreyra, 88 (qeyri-idman hərəkəti). R.Şeydayev, 90+3 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ORXAN MƏMMƏDOV, Mübariz Haşımov, Cəmil Quliyev, Rauf Cabbarov (hamısı Bakı).
Hakim-inspektor: Əhmədağa Cabbarov (Bakı).
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev (Abşeron).
25 fevral. Bakı. Azərsun Arena. 1488 tamaşaçı (4677 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Turun sonuncu qarşılaşması olduğundan, qələbə hər iki tərəfə hava-su kimi lazım idi. Şənbə günü keçirilən “Səbail” – “Qəbələ” matçında qonaqların məğlub olması ağdamlıların 3 xal həvəsini bir az da artırmışdı. “Kəpəz” üzərində zəfər çempionun əsas rəqibiylə xal fərqini 9-a çatdıracağı demək idi. Bu da istər-istəməz futbolçuların ürəyincədi. Kubokdan əli üzülən komanda üzvləri çempionluğu hər nə qədər tez təmin etsələr, mövsümün sonundakı istirahət müddətləri də bir o qədər uzanar. Gəncəlilər də eyni arzuda idi. Bir neçə saat əvvəl “Keşlə”nin “Sumqayıt”a boyun əyməsi “sarı-göylər”i həvəsləndirməyə bilməzdi. “Qarabağ”la mümkün heç-heçə “Keşlə”ylə xal fərqini 4-ə endirəcəkdi. Amma mümkün olmadı.
“Kəpəz”in Çempionlar Liqasının qrupunda oynamış rəqibə qarşı açıq futbol oynayacağını düşünənlər futboldan başı çıxmayanlar ola bilərdi. Odu ki, Yunis Hüseynovun əks-hücum taktikasına güvənib, komandasının qapısı qarşısında “avtobus saxlayacağı” gün kimi aydın idi. Artıq ilk dəqiqələrdən meydan sahibləri topa nəzarət edir, rəqib müdafiəsində boşluqlar axtarırdı. Dəqiqələr irəliləyir, qərblilərin qapısı qarşısında təhlükəli vəziyyət yaratmaq mümkün olmurdu. Azarkeşlər 13-cü dəqiqəyə qədər “Qarabağ”ın futbolçularının ifasında qısa və uzun ötürmələrdən başqa heç nə görmədilər. Həmin dəqiqədə Enrikenin qapı torunu yandan silkələyən zərbəsi yadda qaldı. 22-ci dəqiqədə bu dəfə də Pedro diqqət mərkəzinə düşdü. Braziliyalının cərimə meydançasının xaricindən vurduğu topu Litovçenko çətinliklə dəf etdi. Qapıya sıxılmağın acısını gec-tez çəkəcəklərini hiss edən qonaqlar ilk hissənin son 15 dəqiqəsində nisbətən fəallaşdı. Gəncəlilər artıq meydanın rəqibə aid hissəsində pressinq edirdi ki, bu da yaxşı mənada özünü göstərirdi. 31-ci dəqiqədə Dario İlkinin pleymeykersayağı verdiyi ara ötürməsinə yetişə bilsəydi, hesabı açacaqdı. 44-cü dəqiqədə isə Zərgərovun kornerdən havalandırdığı topu Şəhriyar Əliyev başla qapının üstündən vurdu.
İkinci hissənin “siftə”si yenə Enrikedən gəldi. 56-cı dəqiqə: yenə uzaq məsafə, yenə qüvvətli zərbə, yenə ayıq-sayıq davranan Litovçenko. Bir dəqiqə sonra Mahirin mükəmməl driblinq sonrası cərimə meydançasına daxil olub qapı qarşısına ötürdüyü topa yetişən olmadı. Vəziyyətin çətinliyini, yəni xal itirməyin mümkünlüyünü anlayan Qurban Qurbanov Miçeli, daha sonra Geryeni döyüşə atmaqla komandasının ciddi üstünlük yaxalamasına nail oldu. Rəqib müdafiə olunduğundan, yeganə çıxış yolu qapı qarşısına asmalar hesabına fərqlənmək idi ki, “ikinci mərtəbə”də xoş təsir bağışlayan Miçellə Gerye “Qarabağ”ın köməyinə çatmalıydı. Düzdü, meydan sahibləri matçdakı yeganə qolu məhz bu cür vurdu. Sadəcə, meydana sonradan çıxanlanların heç birinin iştirakı olmadan. “Qarabağ”ın yorulmaq bilməyən “10 nömrə”si qapı qarşısına mükəmməl asma edincə, uzaq küncdə nəzarətsiz qalan Kintana topu başla Riçardın istiqamətinə atdı. Düzdü, qol Almeydanın adına yazıldı. Amma epizodun videotəkrarına baxanda qolu Mahirin, yoxsa Riçardın vurduğunu ayırd etmək olmur. Oyunun sonları yetərincə gərgin keçsə də, gəncəlilər bərabərlik qolunu vurmağa nail olmadılar.
Növbəti 3 xal “Qarabağ”ın “Qəbələ”ylə xal fərqini 9-a çatdırmasıyla nəticələndi. “Kəpəz” isə qış fasiləsindən sonra keçirdiyi 3-cü görüşdə də məğlub olmaqla əbəs yerə sonuncu pillədə “oturmadığını” bir daha sübut etdi.
HƏBİB

Gözdən qaçmadı
* Hakimin final fitindən əvvəl 1992-ci il fevralın 26-da yaşanmış Xocalı soyqırımı ilə bağlı birdəqiqəlik sükut elan olundu. Adı “1 dəqiqə” olsa da, müddəti cəmi 11 saniyə çəkdi.
* Gəncəli azarkeşlərin düşərgəsində nədənsə bu dəfə seyrəklik müşahidə olunurdu. Paytaxtdakı oyunlara, adətən, 50-60 azarkeşlə gələn qərblilər bu dəfə 15 nəfərdən çox olmazdı. Məhəccərlərdən isə “Xəmsə” və “Kəpəz Ultras”ın bayraqları asılmışdı.
* Fasilədə jurnalistlər üçün nəzərdə tutulan media mərkəzində “Qarabağ”ın futbolçusu Abbas Hüseynovla “Sumqayıt”lı Kamal Mirzəyevi görənlər az təəccüblənmədi. Çox keçmədən məlum oldu ki, futbolçuların məqsədi namaz qılmaq olduğundan növbə gözləyirlər. Həmkarımız Mərdan Həsənov namazını qılıb qurtarandan sonra canamazını bir neçə dəqiqəlik futbolçulara verdi. Belədə media mərkəzi Allaha ibadət etmək üçün Mirzəyevlə Abbasovun köməyinə çatdı.
* Fasilədə “Qarabağ”la “Kəpəz”in futbolçularının bir çoxu məşq etmək əvəzinə paltardəyişmə otağına yollandı. Qarlı-yağışlı havada başa düşdük, amma hava şəraiti əlverişli ikən, paltardəyişmə otağına üz tutmalarını anlamaq çətindi.
* Hesab açılandan bir neçə saniyə sonra yan sektordakı təxminən 12-13 yaşlı azarkeş yanındakına verdiyi “qol vuruldu, bəs mahnı niyə çalınmadı” sualına heç biri cavab tapa bilmədi. Belədə ortayaşlı biri uşaqların köməyinə çatdı: “sabah Xocalı soyqırımının baş verdiyi gündü, ona görə də olmaz”.
* Hakimin final fitindən sonra “İmarət”in üzvlərinin “Qarabağ”ın futbolçularını əyləşdikləri sektorun qarşısına səsləyib, alqışlamaları adi hal idi. Lakin dəfələrlə “Mahir, Mahir” qışqırmalarının səbəbi qaranlıq qaldı. Niyə məhz Mahir?
* Rəşad Sadıqov əynindəki futbolkanı çıxarıb tribunadakı azarkeşlərə atan kimi paltardəyişmə otağına qaçdı. Enrike isə maykasını yolunu həsrətlə gözləyən topdaşıyana hədiyyə etdi.

Reaksiyalar
Riçard Almeyda: “Rəqib bütün komanda ilə müdafiə olunduğu üçün çətin oyun alındı. Əsasən əks-hücumlara bel bağlamışdılar. Biz də səbirli oynayıb, şansımızı gözləyirdik. Əsas məsələ 3 xal idi ki, onu da qazandıq. Qolu kimin vurduğunu bilmirəm. Özüm də konkret görmədim, Mahir vurdu, ya mən. Elə də böyük fərq etmir mənim üçün. O vurubsa, təbrik edirəm. Əsas məsələ qələbə qazanmaq idi. Bütün komandalar taktiki cəhətdən artırıblar. “Qarabağ”a qarşı isə hamı ikiqat əzmlə oynayır. Ona görə də bizim üçün qol vəziyyəti yaratmaq çox çətindi. Amma onların səhv edəcəyini gözləyirik. Dino olanda da bəzi qol vəziyyətlərini qaçırırdıq. İndi heyətimizdə Mahir, Ramil kimi hücumçular var, onlara güvənməliyik. “Qəbələ” ilə xal fərqi 9-a çatıb. Təbii ki, hələ arxayınlaşmaq olmaz. Bizi qarşıda çox çətin oyunlar gözləyir. Hədəfimiz çempionluqdu, amma addım-addım yaxınlaşmaq lazımdı”.
Maksim Medvedev: “Qarabağ”a qarşı bütün komandalar ciddi hazırlaşır. Bizimlə oyunlarda məndə belə təəssürat yaranır ki, rəqiblərimiz futbol oynamağa yox, xal almağa çıxıb. Qələbə, heç-heçə fərqi yoxdu, təki bizi saxlasınlar. Müdafiədə çox bağlanırlar və bu səddi yarmaq çətin olur. “Kəpəz”in də belə oynayacağını bilirdik. Buna görə də xüsusi məşqlər keçirdik və sona yaxın “ev tapşırığı”ndan qol vurduq. Bu gün Qurban Qurbanov həm “Qarabağ”ın, həm də millinin baş məşqçisidi. Hamı çalışır ki, özünü yaxşı tərəfdən göstərsin və milliyə dəvət alsın. Hər şey edirlər ki, ortada nəticə olsun. Əsas məqam həmin oyunçuların özlərini baş məşqçiyə göstərmələri ilə bağlıdı. Yalan deməyəcəm, həmin oyunu hamımız izləyirdik. “Qəbələ” xal itirdi, bizim də ən yaxın izləyicimiz onlardı. Bu itkidən maksimum faydalanmağa və xal fərqini artırmağa çalışdıq. Bunu qoruyub saxlayacağıq. Həm hücuma, həm də müdafiəyə komanda şəklində cəlb olunuruq. Müdafiəni ancaq 4 arxa xətt oyunçusu və qapıçı təşkil etmir. Mahir Mədətovdan müdafiəmiz başlayır. Baş məşqçimiz hər zaman deyir ki, qapınızda qol görməmək əsas istəyiniz olmalıdı. Müdafiəçi kimi rəqibin qapımıza yol tapmasını istəmirəm. Bunu komanda şəklində istədiyimizə görə məqsədimizə nail oluruq.
Şəhriyar Rəhimov: “Bacardığımız qədər mübarizə apardıq. Düzdü, “Qarabağ”ın imkanları oldu. Amma elə təhlükəli epizodlar yarada bilmədilər. 85 dəqiqə təzyiqə dözdük. Son dəqiqələrdəki diqqətsizlik bizi 1 xaldan etdi. Müdafiədən hücuma keçə bilmirdik. Bunda “Qarabağ”ın ustalıq səviyyəsi də rol oynadı. Hazırda Azərbaycanda 1 nömrədilər. Əlimizdən gələni etdik. Qol bütün komandanın səhvi idi. Bir futbolçunu günahlandırmaq düzgün olmaz. Həmin anda tez qərar verib, boş sahəni bağlamaq lazım idi. Ani diqqətsizlik qapımızda qolla nəticələndi. Düzdü, mən qol epizodunu görmədim. Amma deyirlər, əllə oyun var idi. Fikir bildirmək üçün təkrara baxmaq lazımdı. Doğrudan da əllə oyun varsa... Nə deyim? Hakim də insandı. Heç biri səhv etmək istəməz. Nəzərə almaq lazımdı ki, “Kəpəz” “Qarabağ”dan zəifdi. Belə vəziyyətlərdə daha diqqətli olmalıdılar. 3 oyundu uduzuruq. Amma heç bir rəqibə asan təslim olmamışıq. Meydanda mübarizə aparmağa çalışırıq. Əlbəttə, nəticə hər şeyin göstəricisidi. İstərdim ki, yaxşı oynayıb uduzmaqdansa, pis oynayaq, xal qazanaq. Biz də bu vəziyyətdən çıxmaq istəyirik. Deməzdim ki, oyunumuz bərbaddı. Qarşıda oyunlar var. Əlimizə düşən imkanlardan istifadə edə bilsək, nəticəmiz daha yaxşı olar”.
ŞƏFİ ŞƏFİYEV
viagra 50 mg sildenafil
viagra without a doctor prescription
differenza viagra generico
viagra without doctor
viagra buy now
canadian pharmacies shipping to usa
no prior prescription required pharmacy
canadian pharmacies shipping to usa
Canadian Pharmacy

viagra sale london
viagra without doctor
generic viagra cheap canada
viagra without a doctor's prescription
viagra tablets price in tamilnadu
canadian online pharmacies
canadian pharmacy online
canada pharmacies
canadian pharmacy

how to get viagra from tesco
viagra without doctor
can you take viagra across border
viagra without a doctor's prescription
get prescription for viagra
canada pharmacies
Safe Canadian Online Pharmacies
canadian pharmacies shipping to usa
northwest pharmacy canada

viagra pill costume
viagra without doctor
viagra to buy
viagra without doctor
can you split a 100mg viagra in half
viagra without doctor
werking viagra pill
viagra without a doctor's prescription
can viagra help women get pregnant

viagra online in the us
viagra without doctor
order viagra usa
viagra without doctor
how old do you have to be to get viagra
viagra without doctor
viagra orders
viagra without doctor
buying viagra in canada

cash price viagra
viagra without a doctor prescription
release date for generic viagra
viagra without a prior doctor prescription
can you cut viagra pill in half

CVS Pharmacy
canadian pharmacies that ship to the us
no 1 canadian pharcharmy online
list of reputable canadian pharmacies
Online Drugstores
aarp recommended canadian pharmacies
cvs online pharmacy
canadian pharmacies shipping to usa
online pharmacies

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar