27 fev 00:21liqa

Uilyams arzusunu gerçəkləşdirib

Uilyams arzusunu gerçəkləşdirib
Oyundan sonra futbolçuların fikirlərini öyrəndik. “Neftçi”lilər qəmgin, “Zirə”lilər isə sevincli görünürdülər.
Evans Uilyams: “Yeni komandada, yeni çempionatda debüt etmək hər bir futbolçunun karyerasında arzuladığı bir şeydi. Həm də bu gün qol vurdum. Növbəti oyunlarda da fərqlənməyə çalışacam. Səfərə xal götürmək üçün gəlmişdik. Mənim çıxışımla bağlı son sözü baş məşqçi deyir. Onun da qərarlarına hörmətlə yanaşmaq lazımdı. Bura menecerimin köməyi ilə gəldim. Təklif oldu və mən də "Zirə"də özümü yaxşı tərəfdən göstərə biləcəyimi fikirləşdim. Hazırda da hər şey qaydasındadı. Daha yaxşı çıxış etməyə çalışacam. Hazırda “Kəpəz”də oynayan Vinçester Şadon da həmyerlimdi. Hər ikimiz Trinidad və Tobaqodanıq. Bura Vinçesterlə birgə yollandım. Gəlməmişdən əvvəl demişdilər ki, çox həyəcanlı çempionatdı. Gördüklərimə əsasən bunun həqiqət olduğunu deyə bilərəm. Şadon “Kəpəz”ə tam uyğunlaşmalıdı, yaxşı futbolçudu. Gələcəkdə onun üçün hər şey daha yaxşı olacaq”.
Lukas Qomes: “90 dəqiqə yaxşı oyun göstərdik. Hesabı açandan sonra ikinci qolu da vurmaq istəyirdik. Ancaq həmin vaxt rəqib bərabərlik qolunu vurdu. "Zirə"nin 90 dəqiqədə yaratdığı yeganə təhlükəli epizod qolla nəticələndi. Ancaq biz rəqibdən üstün oynadıq. Hər matça qələbə üçün çıxırıq. Bu gün həm də evdə oynadığımızdan qələbə qazanmaq, azarkeşlərimizi sevindirmək istəyirdik. Bu gün tək hücumçu oynayırdım. Qol vurmağı da çox istəyirdim. Rəqib isə yaxşı müdafiə olunurdu. Meydanda qara işi görməliydim. Hərəkətlərimlə komanda yoldaşlarıma boş zonalar açırdım. Üç oyun keçib, üzülmürəm. Öz üzərimdə daha çox çalışacam və növbəti matçlarda komandaya daha çox xeyir verəcəyimi düşünürəm. "Neftçi”də legionerlərin diskə baxılıb seçildiyini sizdən eşidirəm. Məni bu maraqlandırmır. Hamının öz fikri var və hər birinə hörmətlə yanaşıram. Komanda menecerimlə əlaqə qurub. Təklifi düşünüb, qəbul etdim. Oynadığım klublarda qol vuracağıma yox, meydana çıxacağım hər oyunda sonadək mübarizə aparacağıma söz vermişəm. Çalışacam ki, faydalı olum”.
İqnasio Errera: “Paltardəyişmə otağında danışılanlar komandadaxili məsələlərdi. Bu barədə açıqlama vermək məcburiyyətində deyiləm. O ki qaldı oyuna, 90 dəqiqə vuruşduq, rəqibin qapısından qol da keçirdik. Buna baxmayaraq, 2 xal itirdik. Buna üzülürəm. Amma həvəsdən düşmək olmaz. Artıq "Qəbələ" ilə qarşılaşmaya köklənmək lazımdı. Qol epizodunda rəqib qapıçının müvazinətini itirdiyini görmədim. Sadəcə, zərbə vurmağa hazır idim. Sınadım, top da tora düşdü. Düzdü, çalışıram çox vaxt cinah ötürmələrinə üstünlük verim, komandaya xeyrim dəysin. Bu gün qolla fərqləndim. Rəqib də zəif deyil, uzun müddətdi layiqli oyun göstərir. Hər bir yeni oyunçuya həm komandaya, həm çempionata, həm də ölkəyə uyğunlaşmaq lazımdı. Yeni transferlər də çalışırlar ki, qısa zamanda adaptasiya olunsunlar, xeyir versinlər. Bu prosesi mən də, Seqoviya da, Barqas da keçib. Transferlərimizdən çox şey gözləyirəm. İnanıram ki, komanda üçün uğurlu olacaqlar. Komandada “9 nömrə” olmaq məsuliyyətli işdi. Bir neçə oyunda istənilən nəticə əldə olunmayanda dəyişikliklər olur. Bizdə də belə oldu. Nikolas Kanales də bura gələndə ilk 2-3 görüşü çox pis keçirmişdi. Hamı onu tənqid etməyə başladı. Lakin həmişə çempionatın bombardirləri sırasında oldu”.
Aleksandr Dedov: “Hesab normal deyil. Amma bundan nəticə çıxaracağıq. Növbəti matçlarda daha çox xal qazanmağa çalışacağıq. Hər oyuna qələbə üçün çıxırıq. Bu gün elə oldu ki, qırmızı vərəqə aldıq və meydanda taktiki dəyişikliklər baş verdi. Daha çox müdafiə olunduq. Yaxşı ki, oyun belə nəticə ilə başa çatdı. Azərbaycan çempionatında hələ 2 oyun keçirmişəm. Yaxşı çempionatdı. Hamı mübarizə aparır, autsayder yoxdu. "Qarabağ"la hələ qarşılaşmamışıq. Ola bilsin, bu komanda favorit sayılır. Başqa komandalarla isə gördüyüm qədər oynamaq çətindi. Hamısı yaxşı çıxış edir, bir-birinə problem yaradırlar. Görək necə olacaq".
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar