27 fev 00:19liqa, reportaj

“Neftçi”nin “Zirə” kabusu davam edir

 “Neftçi”nin “Zirə” kabusu davam edir
“Forza Neftçi” irqçiliyə yol verdi
66. Neftçi (Bakı) - Zirə 1:1 (1:1)

94. Rəşad Əzizli – 5,0
5. Anton Krivotsyuk – 5,0
25. Kiril Petrov – 5,0
15. Ruslan Abışov (k) – 5,0
26. Ömər Buludov – 5,0
(22. Mirabdulla Abbasov, 77) – qiymətsiz
10. Derlis Meza Kolli – 5,0
8. Emin Mahmudov – 5,5
17. Rəhman Hacıyev – 5,0
19. Fransisko Qarsiya – 4,0
(7. Namiq Ələsgərov, 46) – 5,0
11. İqnasio Errera – 6,0
9. Lukas Qomes – 4,5
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
3. Fərid Abbaslı
12. Mayk Kampaz
20. Elnur Süleymanov
30. Kamran İbrahimov
70. Əli Şirinov
77. Elvin Sərkərov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: İqnasio Errera

85. Kamal Bayramov (k) – 5,0
18. Yani Urdinov – 5,0
5. Adil Nağıyev – 5,5
23. Yovan Krneta – 5,5
14. Tellur Mütəllimov – 6,0
11. Viktor İbokoyi – 5,0
38. İlkin Muradov – 4,5
9. Aleksandr Dedov – 5,5
(13. Aleksandr Şemonayev, 84) – qiymətsiz
29. Evans Uilyams – 5,0
(4. Vüqar Mustafayev, 57) – 4,5
88. Elşən Abdullayev – 4,5
(39. Sadiq Quliyev, 65) – 4,5
17.Vüsal İsgəndərli – 5,5
Ehtiyat oyunçular
1. Anar Nəzirov
3. Jozef Bum
10. Orxan Əliyev
16. İbrahim Aslanlı
62. Abdulla Seyidəhmədov
77. Mirsahib Abbasov
98. Elçin Əliyev
Məşqçi: Elnur Çodarov
Komandanın ən yaxşısı: Tellur Mütəllimov
Qollar: İ.Errera, 22 (1:0, L.Qomes). E.Uilyams, 30 (1:1, T.Mütəllimov).
Vərəqələr: Y.Urdinov, 19 (qeyri-idman hərəkəti). İ.Muradov, 45 (qeyri-idman hərəkəti). N.Ələsgərov, 64 (qeyri-idman hərəkəti). V.İsgəndərli, 90 (qeyri-idman hərəkəti). İ.Errera, 90+4 (hakimin qərarından narazılıq) – sarı. İ.Muradov, 76 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: RAMİL DİNİYEV, Yaşar Abbasov, Nahid Əliyev (hamısı Bakı), Rəvan Həmzəzadə (Şəki).
Hakim-inspektor: Murad Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Ramiz Abdullayev (Bakı).
24 fevral. Bakı. Bakcell Arena. 500 tamaşaçı (10260 yerlik).
Yalnız ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
İndiyədək heç vaxt premyer-liqada “Zirə”yə qalib gəlməyən “Neftçi” yaxşı fürsət əldə etmişdi. Çünki rəqibin üç aparıcı oyunçusu cəzalı idi. Söhbət Riçard Qadze, Sadio Tounkara və Milan Duriçdən gedir. Düzdü, “ağ-qaralar”ın da müdafiə xəttində cəzalı və zədəli oyunçular vardı. Ancaq itkilər sarıdan “qartallar” daha çətin durumda idi.
İlk 10 dəqiqə kəşfiyyata qurban getdi. 11-ci dəqiqədə korner asmasını Mahmudov başla qapı önünə ünvanlasa da, Qomesin “2-ci mərtəbə”də zərbəsi dəqiq olmadı. 4 dəqiqə sonra əks-hücum zamanı Uilyamsın vuruşunu Əzizli tutdu. Halbuki Evans daha əlverişli mövqeyə açılan Dedova ötürmə etsəydi, hücum daha kəsərli alına bilərdi. Oyun sakit məcrada gedərkən Errera hesabı açdı. Qomesdən ötürmə alan İqnasio gözlənilməz zərbəylə Kamalı məyus etdi. Hərçənd qolda Bayramovun gec reaksiya verməsinin də rolu vardı. 29-cu dəqiqədə Rəhmanın vuruşu istədiyi kimi alınmadı. Cavab hücumu məhsuldar oldu. “Neftçi”nin sol cinahını darmadağın edən Mütəllimov Errera, Meza Kolli və Abışovdan sıyrılaraq Uilyamsa “al, bu topu vur” dedi. Komanda yoldaşının əziyyətini boşa çıxarmayan Evans “status-kvo”nu bərpa etdi. İlk hissənin sonrakı dəqiqələri “Neftçi”nin ərazi üstünlüyü şəraitində keçsə də, meydan sahiblərinin cəmi 2 hücumu yaddaqalan oldu. 39-cu dəqiqədə Krivotsyukun baxımlı zərbəsində dəqiqlik çatmadısa, 2 dəqiqə sonra Hacıyevin yerinə yetirdiyi cərimə zərbəsindən sonra top “canlı sədd”ə dəyib, toru üstdən silkələdi.
Tərlan Əhmədov ikinci hissəyə dəyişikliklə başladı. Mütəxəssis ilk 45 dəqiqədə varlığı ilə yoxluğu bilinməyən Qarsiyanın əvəzinə Ələsgərovu meydana buraxdı. Namiq sol cinahda fəallığı qismən artırdı. Dəqiqələr keçdikcə “Neftçi” “Zirə”ni qapısına doğru sıxışdırmağa başladı. Mustafayevin Uilyamsın yerinə meydana çıxması da 1 xala hesablanmış addım idi. Bununla belə, meydan sahibləri rəqib müdafiəsində boşluq tapa bilmirdi. Əvəzində qonaqlar əks-hücum zamanı hesabda önə keçə bilərdi. Bir hərəkətlə iki futbolçunu oyundan qoparan Urdinovun sol cinahdan asmasını Mütəllimov tamamlasa da, Əzizli sayıqlığı itirmədi. Bir qədər sonra Sadiq heç nə ilə yadda qalmayan Elşənin yerinə meydana daxil oldu. Bununla da “Zirə” 5-li müdafiə sisteminə keçdi.
72-ci dəqiqədə Erreranın zərbəsi “çərçivə”yə düşmədi. 4 dəqiqə sonra İlkin heç nədən 2-ci sarı vərəqəni alaraq meydandan qovuldu. Topu tutan Rəşada xəsarət yetirən gənc futbolçu komandasının durumunu daha da ağırlaşdırdı. Belədə “Zirə” daha da qapandı. Muradovun qovulmasından dərhal sonra Əhmədov müdafiəçi Buludovu hücumçu Abbasovla əvəzlədi. Ancaq çoxsaylı hücumlar “dişsiz” idi. Hərçənd son dəqiqələrdə flaqman qələbə topunu vura bilərdi. Əvvəlcə Erreranın asmasına baş qoyan Ələsgərov cüzi qeyri-dəqiqliyə məyus oldusa, Krivostyukun kuryoz vuruşunu son anda Bayramov kornerə çıxardı. Son hücumu isə Hacıyev boşa verdi. Beləliklə, “Neftçi” üçün “Zirə” kabusu davam edir.
SƏRXAN

Gözdən qaçmadı
* “Bakcell Arena”nın media sektoruna girişdə nə polis var idi, nə də könüllü.
* Hesabı açan Evans sevincini rəqib azarkeşlərin önündə formasını göstərməklə qeyd etməyinə peşman oldu. “Forza Neftçi”nin üzvləri irqçi şüar sayılan meymun səsləri çıxarmaqla Uilyamsın cavabını verdilər.
* Cəzalı Ayxan Abbasov oyunu “sky-box”dan izləyirdi. Fasilədə paltardəyişmə otağına yollanan “Zirə”nin baş məşqçisi komandasına tapşırıqlarını verdi. Bəlkə də bu üzdən qonaqlar meydana gec çıxdı.
* İlkin meydandan qovulduqdan sonra “Zirə”nin azarkeşləri “hakim evinə, futbol sənin nəyinə” şüarını səsləndirdilər.
* Final fitindən sonra İqnasio Errera komanda yoldaşlarını azarkeşləri alqışlamağa səslədi. Futbolçular dəstəyə görə fanatlara doğru hərəkət edib əl çalsa da, narazılıqla üzləşdilər. “Forza Neftçi”nin uğultusu oyunçuların başını aşağı salıb, suyu süzülə-süzülə paltardəyişmə otağına yollanması ilə nəticələndi. Fanklubun birağızdan səsləndirdiyi “Neftçi”nin çörəyi haramınız olsun” şüarını isə klubun icraçı direktoru Elnur Eyvazov eşidirdi.

Reaksiyalar
Elnur Çodarov: “Bilirdik ki, “Neftçi” səfəri çətin keçəcək. Çünki ciddi itkilərimiz vardı. “Qəbələ” ilə oyundan sonra futbolçuların psixoloji durumu yaxşı deyildi. Onlarla söhbət etdik. Bu gün qırmızı vərəqə də bizi çətin vəziyyətə saldı. Müdafiə olunmaq məcburiyyətində qaldıq. Ümumilikdə futbolçular tapşırıqlarını yerinə yetirdilər. Onlardan razı qaldıq. Yeni oyunçuların uyğunlaşmasına zaman lazımdı. Texniki zonada ilk dəfə baş məşqçi əvəzi kimi yer almışdım. Özümü normal hiss edirdim. Videogörüntülərə baxacağıq. Bundan sonra İlkinə cəza verib-verilməyəcəyi ilə bağlı qərar veriləcək”.
Tərlan Əhmədov: “Komandanın oyunundan çox razı qaldım. Əsasən də ikinci hissədə. Futbolçular çox istəkli idi. Hücum edən komanda qol buraxır. Futbolçuları əvvəldən xəbərdar etmişdim. Bu gün 2 xal itirdik. Mətbuat konfransına gec gəlməyin səbəbi futbolçularla söhbət etməyim idi. Onların əhval-ruhiyyəsini qaldırmağa çalışırdım. Nəticə gözlədiyim kimi olmadı. Məni sevindirən komandanın oyunudu. Zinəddin Zidan “Real”a yeni gələndə fitə basılırdı. Ancaq sonradan komandanın lideri oldu. Qomes yeni gəlib. Toplanışda yalnız sonuncu yoxlama oyununda iştirak edib. Ona vaxt vermək lazımdı. Düzdü, “Zirə”nin itkiləri böyük idi. Ancaq bizdə də vəziyyət yaxşı deyildi. Mirzəbəyovun burnu sınıb, Qırtımov da cəzalıdı. Belədə müdafiənin sağında məcburiyyətdən Öməri oynatdıq. Buludov 3 gündü məşqlərə başlayıb. Antalyada U-21-in heyətində burnu sınmışdı. Bilirdik ki, bu gün rəqib əks-hücuma bel bağlayacaq. “Zirə” həmişə bizə qarşı müdafiədən oynayır. Elə komandalar var ki, onlara qarşı nə etsən də, alınmır. Ancaq 2-ci hissədə sərgilədiyimiz oyun gələcəyə ümid verdi. Orta sahədə “qara iş” görən futbolçumuz yoxdu. Bu üzdən Kampası transfer etdik. Ancaq həkimlər mikrozədəsi olan futbolçunu riskə atmamağı məsləhət gördülər. Çoxları “Neftçi”yə iki “cəbhə”də mübarizə aparmağın çətin olduğunu deyir. Amma biz həm kuboku qazanmağa, həm də çempionatda 4-cü yeri tutmağa çalışacağıq”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Bu gün, 01:20 “Qarabağ” Avropada tək deyil Bu gün, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Bu gün, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Bu gün, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Bu gün, 01:14 NTD: ardıcıl ikinci dəfə Bu gün, 01:13 İki boksçumuz yarımfinalda Bu gün, 01:12 Liderdən ağır məğlubiyyət Bu gün, 01:11 Natalya finalda çökdü Bu gün, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Bu gün, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Bu gün, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Bu gün, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Bu gün, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Bu gün, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Bu gün, 00:18 Turun statistikası Bu gün, 00:15 Turun məşqçisi Bu gün, 00:13 Hakimlərin mühakiməsi Bu gün, 00:12 Turun oyunçusu Bu gün, 00:10 Turun sitatı Bu gün, 00:09 Turdan məqamlar Bu gün, 00:06 Debütant zirvəni fəth etdi Bu gün, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Bu gün, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Bu gün, 00:01 “Sülh”lə başladılar Dünən, 23:59 “Qəbələ” ilk titulunu qazandı Dünən, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu Dünən, 13:16 “Kobra”dan növbəti qələbə Dünən, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu Dünən, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi Dünən, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Dünən, 13:05 “Nyonda Sumqayıtda qaçdığım qədər qaçmadım” Dünən, 13:00 Qurban Qurbanov: “Deməzdim ki, rəqabətsiz çempion olmuşuq” Dünən, 12:55 “Qarabağ” çempionluğu Sumqayıtda rəsmiləşdirdi Dünən, 12:51 Ölkə kubokunun püşkü atıldı Dünən, 12:49 “Neftçi” şansını artırdı, “Zirə” azaltdı Dünən, 12:40 Qriqorçuk yenə hakimlikdən gileyləndi Dünən, 12:37 Ruslan Abışov bu dəfə qəhrəman oldu Dünən, 12:33 “Zirə”ni Maksimovun əvəzetmələri yıxdı Dünən, 12:28 “Yasamal” “Neftçi”nin medal şansını çətinə saldı Dünən, 12:26 Şəhriyar qələbəni məğlubiyyətə çevirdi Dünən, 12:24 Təbrizlilər üçün “sülh” həftəsi Dünən, 12:22 “Səbail”ə sərf etməyən heç-heçə Dünən, 12:17 Mərkəzi oyunda 2 dəqiqəyə 6 qol vuruldu Dünən, 12:16 “Keşlə”dən 13-cü heç-heçə 23-04-2018, 21:45 “Şövkət Orduxanov”da yenidənqurmaya start verildi 23-04-2018, 21:43 Klublar Komitəsi apreldə bir araya gəlməyəcək 23-04-2018, 21:42 Tərlan Əhmədovun sələflərindən fərqi 23-04-2018, 21:40 Ukrayna mətbuatı həmyerlilərinin uğurundan yazdı 23-04-2018, 20:06 İlqar Qurbanov Qriqorçukun qərarına hörmətlə yanaşır 23-04-2018, 20:03 “Keşlə”lilər üçün finalın qarşılığı: 3 min manat 23-04-2018, 20:02 Əliyar Ağayev MS-nin futbolçusunu meydandan qovdu 23-04-2018, 20:01 Azər Məmmədovun komandası Türkiyəyə gedir 23-04-2018, 19:59 Debütantlar turu darmadağınla yekunlaşdırdı 23-04-2018, 19:57 Cavid İmamverdiyev hələ qərar verməyib 23-04-2018, 19:54 “Qəbələ” hegemonluğunu davam etdirir 23-04-2018, 19:53 Elxan Məmmədov UEFA-nın tədbirində Bütün xəbərlər
Ən çox oxunanlar