25 fev 12:48liqa

Tural Axundov üçün prezidentin kimliyi önəmli deyil

Tural Axundov üçün prezidentin kimliyi önəmli deyil
“Kuboku qazanmaq pis olmaz”
Ötən mövsüm avrokuboklara vəsiqə şansını son anda əldən verən “Sumqayıt” cari birincilikdə təəccübləndirməkdə davam edir. Yalnız yerli futbolçulardan qurulan komandanın üzvləri təkcə turnir cədvəlində 4-cü pillədə yer almaqla öyünmür. “Kimyaçılar”ı ümidləndirən daha bir məqam “Qarabağ”ı mübarizədən kənarlaşdırıb, kubokun yarımfinalına adlamaqdı. 16-cı turda inamlı oyunla əsas rəqibi “Neftçi”ni devirən Samir Abasovun yetirmələrini “Keşlə”ylə çətin sınaq gözləyir. Həmin “Keşlə” ki, yarımfinalda “Sumqayıt”ın rəqibidi. Belə vacib qarşılaşmadan öncə komandanın aparıcı simalarından biri, “Neftçi”ylə görüşdə penaltiyə səbəbkar olan və rəqib qapısından top keçirən Tural Axundovla danışmağı vacib saydıq.
- Komandada ab-hava yaxşı olmalıdı...
- Hər şey qaydasındadı, əladı.
- Klub prezidenti Kamran Quliyevlə menecer Ceyhun Sultanovun gedişindən sonra düşərgədə ruh düşkünlüyünün yaşanacağını gözləyirdik...
- Əlbəttə, çox istərdik yanımızda olsunlar. Gediblərsə də, bunu dərd etməyin tərəfdarı deyiləm. Bizim işimiz nədi? Meydana çıxıb futbol oynamaq və nəticə qazanmaq. Kluba kim rəhbərlik edir, nə baş verir - bunlar bizə aid məsələ deyil. Yenə deyirəm, “Neftçi” üzərindəki qələbədən sonra daxildəki atmosfer əladı.
- Bu iki şəxsin gedişi komandanın nəticələrinə təsir edə bilər? Yəni baş məşqçi, yaxud futbolçular işdən soyuyar, müəyyən gərginlik ola bilər.
- Qətiyyən belə düşünmürəm. Kim olur-olsun, biz meydana qələbə üçün çıxmışıq, bundan sonra da məqsədimiz hər oyunda 3 xal olacaq. Prezident iş yerini dəyişibsə, deməli, belə məsləhət olub. Bizim ona qarışmağımız, nəsə deməyimiz, yaxud həvəsdən düşməyimiz mümkün deyil.
- Quliyevlə Sultanovun “Sumqayıt”dan ayrılacağını gözləyirdin?
- Düzü, mənim üçün gözlənilməz oldu. Nəinki mənim, heç kimin xəbəri yox idi. Hansısa futbolçu bilsəydi, mən də bilərdim, eşidərdim. Hamımız “Neftçi”ylə oyundan bir gün əvvəl mətbuatdan xəbər tutduq. Açığı, təəccübləndim.
- “Neftçi” demişkən, çempionatdakı əsas rəqibinizi nəyin hesabına məğlub etdiz?
- İstəyin və mübarizliyin hesabına. Məncə, biz qələbəni onlardan daha çox istəyirdik və buna nail olduq. Hamımız yerli uşaqlarıq, meydana çıxmamışdan danışırıq, sözümüzü bir yerə qoyuruq. Kollektivdə ailə atmosferi yaranıb. Hamı bir-birinə qardaşdı. Belə olan halda nəticə özü gəlir.
- Səncə, ad-san və təcrübə baxımından “Neftçi”nin çəkisi daha ağırdı, yoxsa “Sumqayıt”ın?
- “Neftçi”nin heyətində xeyli sayda legioner var, bizdə isə ancaq azərbaycanlılardı. Bunun özü çox şeydən xəbər verir. Özünüz də görürsüz ki, futbolda ad-san yox, döyüşkənlik və istək əsas amil sayılır.
- İnqilab Məmmədov 13-cü dəqiqədə Anton Krivotsyukun sənə qarşı etdiyi hərəkəti qayda pozuntusu kimi qeydə alıb, “nöqtə”ni göstərdi. Təkrarda açıq-aşkar görünür ki, Anton ayağını qarşına qoymamış sən artıq özünü yerə atırsan.
- Xeyr. Mən topun səmtini dəyişmək istəyən anda Antonun sağ ayağı hərəkət istiqamətimi bağlayırdı. Diqqətlə baxsaz, ayağıma təmas olduğunu da görərsiz. Orda hansısa simulyasiyadan söhbət gedə bilməz. Təmiz penalti idi.
- Hədəf Avroliqaya vəsiqədi, yoxsa Samir Abasovun sözü olmasın, bacardıqca yuxarı pillələrin birində yer almaq?
- Samir müəllimin dediyi də elə Avroliqaya vəsiqədi. Bacardıqca yuxarı qalxanda mükafatçı yerlərdən birini tutursan. Bu dəqiqə əsas hədəf “Neftçi”ylə xal fərqini artırmaqdı.
- Təkcə çempionatda yox, həm də ölkə kubokunda mübarizə aparırsız. Sonda həm Əli, həm də Vəli aşından olmaq ehtimalını göz önünə almısız?
- İnşallah, elə şey olmaz. Bu yerə gəlib çıxmışıqsa, yəni “Qarabağ” kimi rəqibi mübarizədən kənarlaşdırmışıqsa, sona qədər getməyə gücümüz çatar. İlk növbədə kubokun finalına yüksəlmək istəyirik. Sonrasına baxarıq. Kuboku qazanmaq pis olmaz.
- “Keşlə”ylə oyun haqda nə deyə bilərsən?
- Bizi ilk növbədə “İnter Arena”nın örtüyü narahat edir. Özünüz də bilirsiz ki, süni örtük hansı vəiyyətdədi. Çalışırıq o haqda düşünməyək. “Keşlə”nin heyəti göz önündədi. Bir neçə legionerlə yanaşı, Vaqif Cavadov, Kamran Ağayev kimi təcrübəlilərlə gücləniblər. Qış fasiləsindən sonra hələ ki məğlub olmayıblar. Bilirəm, hər iki komanda, xüsusilə bizim üçün çətin oyun olacaq. “Keşlə”də böyük dəyişikliklər olub, istər-istəməz yeni komandadı, onlara qarşı ilk dəfə oynayacağıq. Yenə də qələbə qazanmaq üçün meydanda canımızı qoyacağıq.
- Komandanın uğurlu çıxışının səbəbkarı Samir Abasovdu desəm, yanılmaram.
- Elədi.
- Elədisə, Abasovun necə xarakterizə edə bilərsən? Onda xüsusi nə var?
- Qısa deyəcəm: Samir müəllimin yeri Azərbaycan yox, Avropadı. Çox istedadlı məşqçidi, həm də tələbkardı. Məşqləri də Avropa klublarının üslubunda qurur. Sizi inandırım ki, ona şans verilsə, əcnəbi klublarda nəticə qazana bilər. Elə məşqlər keçir ki, adam təəccüblənir. Verdiyi tapşırığı artıqlaması ilə tələb edir.
- Ötən yaya qədər iki il qolunda “Kəpəz”in sarğısını daşıyırdın. Sabiq komandanın bugünkü vəziyyəti səni narahat edir?
- Futbolçuyuq, işimiz çörəyini yediyimiz kluba fayda verməkdi. Vaxtilə “Kəpəz”də çıxış edirdim, o komandanın uğurları üçün tər tökürdüm. İndi “Sumqayıt”dayam, buranın əziyyətini çəkirəm. “Kəpəz” hazırda bizim üçün rəqibdi. Ona görə də onlar haqda nəsə danışmağım düzgün olmaz. Yaxşı olar ki, “Sumqayıt” haqda söhbət edək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 01:45 Şəhriyar Dinq Lirenə məğlubiyyəti unuda bilmir Dünən, 01:43 Valideynləri Mahir Mədətovla bağlı danışmaq istəmədi Dünən, 01:42 Ceyhun Sultanov Portuqaliyaya getdi və qayıtdı Dünən, 01:41 Qazaxıstanla Qırğızıstan öndə, Latviya geridə Dünən, 01:40 İntizam Komitəsindən cəza yağdı, cərimələr 100 mini ötdü! Dünən, 01:38 “Uğursuzluğun bir qolu da hakimliklə bağlıdı” Dünən, 01:37 Təbrizlilər ÇL-lə qələbəsiz vidalaşdı Dünən, 01:36 Əliyar Ağayev MS - “Barsa” oyununu idarə edəcək Dünən, 01:34 “Araz” debütantla bacarmadı Dünən, 01:33 “Zirə”nin 5 oyunda haqqı yeyilib Dünən, 01:22 Zaur Axundov mövsümün sonunu işarə verdi Dünən, 01:20 “Keşlə” Sumqayıtı şoka saldı Dünən, 01:18 Karlsen Məmmədyarovu əsas rəqib sayır Dünən, 01:16 Xatirə turnirini bu dəfə SOCAR təşkil edib Dünən, 01:14 AFFA-nın səhvi narazılıq doğurdu Dünən, 01:14 İki komanda yarımfinalda Dünən, 01:12 “Qaradağ Lökbatan” üçün “əcəl zəngi” Dünən, 01:11 İkisi köhnə, biri təzə Dünən, 01:09 Kubokun qalibləri sırasına yeni ad düşəcək Dünən, 01:08 “Qəbələ” parlaq oyunla “Neftçi”ni yolundan sildi 18-04-2018, 20:17 “Lokomotiv” və “Sərhədçi” finalda 18-04-2018, 20:16 Yığma sabah toplanışa başlayır 18-04-2018, 19:58 Yığmanın növbəti rəqibi Qazaxıstan oldu 18-04-2018, 19:57 “Qarabağ” kubokuna nə vaxt qovuşacaq? 18-04-2018, 19:56 Cavid Hüseynov kubokun qazanılmamasını faciə sayacaq 18-04-2018, 19:53 Mahir Mədətov yenə intizamsızlığın qurbanı olub 18-04-2018, 19:51 “Zirə”nin sadiq azarkeşi Ayxan Abbasovda günah görmür 18-04-2018, 19:49 Muradov darmadağına sevindi 18-04-2018, 19:48 Mətbuat katibləri 3 xalı 3 qolla qazandı 18-04-2018, 19:47 “İdman Azərbaycan”ın kapitanı Moskva planlarını açıqladı 18-04-2018, 19:45 Final yolunda son savaş 18-04-2018, 19:44 Turdan məqamlar 18-04-2018, 19:42 Turun statistikası 18-04-2018, 19:40 Turun məşqçisi 18-04-2018, 19:39 Hakimlərin turu: 3 penalti, 2 qırmızı 18-04-2018, 19:37 Turun oyunçusu 18-04-2018, 19:36 Turun sitatı 18-04-2018, 19:35 Hakimlərin mühakiməsi 18-04-2018, 19:33 Tura çempion start verəcək 18-04-2018, 19:30 İzləyicisindən liderə şok: fərq 3-ə endi 18-04-2018, 19:29 Quba Olimpiya Kompleksinin direktoru AFFA-dan kömək istəyir 17-04-2018, 15:43 Günay Məmmədzadə AÇ-də ilk “10-luq”dadı 17-04-2018, 15:41 Atıcımız gerilədi 17-04-2018, 15:40 Polina Türkiyə üçüncüsü oldu 17-04-2018, 15:38 Kramnik şahmatçımızın kumirinə çevrilib 17-04-2018, 15:31 “Qarabağ” növbəti “qızıl”ı bu həftə təmin edə bilər! 17-04-2018, 15:30 Abasovun əvəzetmələri işə yaradı 17-04-2018, 15:27 “Qəbələ”, 1:1-lərlə hara belə? 17-04-2018, 15:24 Çempion "Kəpəz”lə bacarmadı 17-04-2018, 15:21 Fikrət Orman Bakıya gəlir 17-04-2018, 15:16 Cüdoçular Rusiyada üçüncü oldu 17-04-2018, 15:15 “Azərreyl” yenilgisiz bitirə bilmədi 17-04-2018, 15:13 Tural Hümbətovun Monteneqroda debütü uğursuz alındı 17-04-2018, 15:12 “İdman Azərbaycan” dünya çempionatına vəsiqə qazandı 17-04-2018, 15:11 “Kəpəz”in media sektoru: başçının fanklubunun, yoxsa jurnalistlərin yeri? 17-04-2018, 15:08 “Kəpəz”də biletlə bağlı növbəti biabırçı səhv 17-04-2018, 15:06 “Kəpəz”in “Qarabağ” “kabus”u 24-ə çatdı Bütün xəbərlər
Ən çox oxunanlar