24 fev 00:01liqa

Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib

Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib
“O vaxt “Jilina”ya getməyi Azərbaycana gəlməkdən üstün tutmuşdum”
Qış fasiləsindən məharətlə yararlanan komandalar arasında hələ ki “Səbail” diqqəti çəkir. Hər halda, Bayıl təmsilçisi oyun planında “Keşlə”, “Neftçi” və “Kəpəz”lə müqayisədə daha fəal görünür. 15-ci turda xeyli sayda legionerlə güclənən “Keşlə”ylə heç-heçə oynayan Samir Əliyevin yetirmələri sonuncu turda “Qarabağ”dan xal qoparmağa yaxın idi. Qarşılaşmadan sonra Qurban Qurbanovun rəqibin ünvanına xoş sözlər söyləməsi də buna görə idi. “Səbail”in oyununda canlanma yaranmasında əsas səbəbkarlardan biri, bəlkə də birincisi Yevgeni Koçukdu. Yarımmüdafiədə kifayət qədər inamlı təsir bağışlayan moldovalı futbolçu artıq indidən kollektivdə lider olmağı bacarıb. Koçuk bizə yad sima deyil. Buna qədər iki dəfə Azərbaycana səfər etmiş futbolçunun ad-soyadı yaxşı tanışdı. Odu ki, Koçukla söhbət edib, bəzi maraqlı suallara cavab tapmaq istədik.
- Yad ölkədə - Azərbaycanda özünü necə hiss edirsən?
- Yaxşıdan da yaxşı, hətta əla deyərdim. Sanki doğma evimdə, yaxınlarımın yanındayam. Şəhər də xoşuma gəlir, insanlar da, komandadakı ab-hava da.
- Yəqin ki, vaxtının çoxu “Zirə”də oynayan həmyerlin Aleksandru Dedovla keçirirsən.
- Tək Dedovla yox, həm də Ramil Şeydayevlə (gülür). Asudə vaxtlarda birgə oluruq.
- Azərbaycan təsəvvüründəki ölkədi, yoxsa nələrsə səni təəccübləndirdi?
- İndiyə qədər iki dəfə Azərbaycanda olmuşdum. Bir dəfə “Daçiya”nın heyətində “Kəpəz”lə oyun üçün Bakıya gəlmişdim, digərində yığmamız millinizlə yoldaşlıq görüşündə üz-üzə gələndə. Düzdü, həmin vaxt burda qısa müddətdə olmuşdum, şəhəri çox gəzmək imkanımız yox idi. Belə deyim, Azərbaycan haqda müəyyən məlumatlarım vardı. Yəni hansı ölkədə oynayacağımı bilirdim.
- Ölkəmizdə ən çox nəyi bəyənirsən?
- Olduqca müasir ölkədi, Bakı böyük və yaraşıqlıdı. İnsanları xüsusi qeyd edərdim. Hələ ki qarşıma çıxanlardan heç biri mənə yad gözüylə baxmayıb. Sanki azərbaycanlıyam, o cür xoş münasibət göstərirlər. Danışırlar, kömək edirlər. Bu, hər yerdə belə deyil.
- Vaxtilə Azərbaycanda çox sayda moldovalı futbolçu legioner həyatı yaşayıb. “Səbail”dən təklif gələndə onlardan hansı ilə məsləhətləşdin?
- Moldovanlardan yox, Ramildən məsləhət aldım. İlk əlaqə saxladığım şəxs Şeydayev oldu. Onsuz da əlaqəmiz vardı, tez-tez danışırdıq.Ona görə də təklif alan kimi Ramilə yazdım.
- Nə dedi?
- Düşünmədən Azərbaycana gəlməli olduğumu söylədi. “Çantanı yığ, gəl” dedi (gülür).
- 2016-cı ildə şərəfini qoruduğun “Daçiya” Avroliqada “Kəpəz” səddində ilişmişdi. Azərbaycan futbolu deyəndə ağlına bu fakt gəlir, yoxsa başqa nələrsə var?
- Açığı, həmin vaxt yaşananlar haqda düşünmürəm. Futboldu, belə şeylər olur. Dünyanın sonu deyil ki. Əlbəttə, həmin yenilgiyə görə çox üzüldük, hamı şokda idi. Heç birimiz belə olmasını istəməzdik, amma oldu.
- Moldovada çox tənqid olunduz?
- Əlbəttə. Böyük əksəriyyət bizi növbəti mərhələdə görürdü. Ancaq alınmayanda alınmır.
- Unikal klub prezidentiniz vardı – Adlan Şişxanov. Necədi, nə edir?
- (gülür) Yaxşıdı, yaşayır. Amma artıq “Daçiya”da deyil.
- Klubdan ayrıldı?
- İndi Litva “Ventspils”inə himayədarlıq edir.
- Azarkeşlər yola saldı, yoxsa özü getdi?
- Mən gedəndə o “Daçiya”da idi. Ona görə də nələrin baş verdiyindən xəbərsizəm.
- Camaat “Jilina”da oynamağı arzulayır, sən isə Slovakiya nəhəngini qoyub Azərbaycanın debütantına üz tutdun. Səbəb daim meydanda olmaq istəyi idi?
- Yüz faiz. Daim oyun təcrübəsinə sahib olmaq, milliyə dəvət almaq istəyirdim. 24 yaşım var, əsl oynayan vaxtımdı. Orda mütəmadi şans qazanmadığıma görə ”Səbail”ə keçdim. Yeganə səbəb bu idi.
- Rəqabətdə uduzurdun, yoxsa haqsızlıq mane olurdu?
- Bu haqda nəsə deməyim düzgün olmaz. Bəlkə də rəqabətə tab gətirə bilmirdim, bəlkə də başqa səbəblər vardı. Azərbaycana gəlmişəm deyə kimisə müzakirə etmək, kiminsə arxasınca danışmağım düzgün olmaz. Oynamırdımsa, öz günahımdı. Hamıdan güclü olsaydım, yəqin ki, oynayardım.
- “Səbail”ə qədər Azərbaycanın başqa klublarından maraqlananlar olmuşdu?
- Bəli.
- Hansı klub(lar)dan?
- Bunu deyə bilməyəcəm. Bir iş alınmayıbsa, o haqda danışmağı düzgün saymıram. Bəlkə də nə vaxtsa deyərəm, amma bu gün üçün məsləhət deyil.
- Sən imtina etmişdin, yoxsa...
- “Daçiya”da oynadığım dönəmlər idi. O vaxt “Jilina”ya getməyi Azərbaycana gəlməkdən üstün tutmuşdum.
- Ramil Şeydayevlə dostluq etməyin ötən mövsümün ikinci yarısında “Jilina”da çiyin-çiyinə çıxış etdiyinizə görədi. Slovakiyada qolları sıralaran hücumçunu bu gün “Qarabağ”ın ehtiyat oyunçular skamyasında görmək səni təəccübləndirir?
- Bu mənə aid olan məsələ deyil. Hər futbolçunun öz dönəmi var. Ola bilsin, bu gün oynamır, sabah oynayacaq. Mənim arzum Ramili daim meydanda görməkdi. Qalan məsələləri özündən soruşsaz, yaxşıdı.
- Slovakiya çempionatında oynamısan, Azərbaycan premyer-liqasının səviyyəsindən də az-çox xəbərdarsan. Hansı birincilik daha gərgin, daha maraqlı keçir?
- Avropanın mərkəzində yerləşən ölkənin çempionatından danışırıqsa, Slovakiya birinciliyinin daha gərgin keçməsi başadüşüləndi. Bura hələ yeni gəlmişəm, ab-hava ilə tam tanış deyil. Konkret fikir bildirmək üçün azı 5-6 oyunda meydana çıxmalıyam. İndiki vəziyyətdə Slovakiya çempionatının daha gərgin keçdiyini deyə bilərəm.
- Yanvarın 30-da Azərbaycanla Moldova Antalyada yoldaşlıq görüşündə üz-üzə gəlsə də, adın protokolda yox idi. Baş məşqçi dəvət etməmişdi, yoxsa hansısa səbəbi vardı?
- Yığma bir araya gəlib Dubaydakı təlim-məşq toplanışına yollananda, mən “Jilina”daydım. Orda isə mütəmadi oynamaq şansı qazanmırdım. Ola bilsin, baş məşqçi bu səbəbdən xidmətimə ehtiyac duymayıb. Buna qədər bir neçə dəfə milliyə dəvət almışdım. Yəqin ki, daim oynasam, dəvət edər.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar