23 fev 23:29liqa

“Bakcell Arena”da prinsipial duel

“Bakcell Arena”da prinsipial duel
İtkilər, seriyalar və Ramil Diniyev
Premyer-liqanın 17-ci turunun mərkəzi qarşılaşması “Bakcell Arena”da gerçəkləşəcək. “Neftçi” doğma azarkeşləri önündə “Zirə”ni qəbul edəcək. Hər iki komanda ötən tur məğlubiyyət acısı yaşayıb. “Ağ-qaralar” Sumqayıtdan, “qartallar” isə Qəbələdən əliboş dönüb. Odu ki, istər paytaxt, istərsə də qəsəbə təmsilçisi son məğlubiyyəti unutdurmağa çalışacaq. “Neftçi” avrokuboklara vəsiqə verən 4-cü yerə can atırsa, “Zirə” “gümüş” şansını yüksəltmək niyyətindədi. Bir sözlə, tərəflərin sabahkı qarşılaşması gərgin mübarizə vəd edir. Bunun da səbəbləri var.
Çempionatda “Zirə”, kubokda “Neftçi”
Maraqlıdı ki, bu komandaların çempionat ilə kubokdakı mübarizəsi bir-birinə bənzəmir. Premyer-liqadan başlayaq. “Neftçi” bu mənada əməlli-başlı sindromla üzləşib. Tərəflər çempionat çərçivəsində indiyədək 9 dəfə üz-üzə gəlib. “Ağ-qaralar” bu oyunların heç birində “Zirə”yə qalib gələ bilməyib. Son 5 qarşılaşmada isə “Zirə” qələbə qazanıb. Ümumlikdə 9 oyundan yalnız ikisi heç-heçə bitib, qalan görüşlərdə sevinən tərəf “qartallar” olub. Top fərqi də qəsəbə təmsilçisinin xeyrinədi – 13-3. Təbii, Tərlan Əhmədovun komandası sabah bu uğursuz seriyaya son qoymağa çalışacaq. Ayxan Abbasovun yetirmələri isə onun əksi üçün döyüşəcək. Ancaq kubokda mənzərə fərqlidi. Bu iki komanda həm ötən mövsüm, həm də cari “futbol ili”ndə 1/4 finalda üz-üzə gəlib. Hər iki halda növbəti mərhələyə adlayan tərəf “ağ-qaralar” olub. Ötən mövsüm səfərdə 3 cavabsız qolla qalib gələn paytaxt təmsilçisi evdə uduzsa da (1:2), yarımfinala vəsiqə qazanıb. Bu il isə evə məğlub (0:1) dönən “Neftçi” doğma meydanda geridönüş (2:0) edə bildi. Başqa sözlə, “ağ-qaralar” kubokdakı uğuru çempionata da yansıtmaq istəyəcək. “Zirə” isə “ikinci cəbhə”nin acığını premyer-liqada çıxmaq fikrindədi.
İtkilər
Hər iki komandanın heyətində ciddi itkilər var. “Zirə”nin bu mənada işi daha çətindi. Belə ki, “qartallar”ı “Neftçi” ilə görüşə Abbasov çıxarmayacaq. İntizam Komitəsi (İK) tərəfindən Qəbələdə yaşanan məlum olaya görə cəzalanan çalışdırıcı texniki zonada olmayacaq. Heyətlə bağlı problemlər isə daha diqqətçəkəndi. Riçard Qadze və Sadio Tounkara da baş məşqçiləri kimi İK-nın qəzəbinə tuş gəldi. Hələ bu harasıdı?! “Zirə”nin əsas fiqurlarından olan, komandanın “döyünən ürəyi” sayılan Milan Duriç də “Neftçi”yə qarşı forma geyməyəcək. Serbiyalı yarımmüdafiəçi sarı vərəqə limitini doldurduğu üçün 17-ci turu buraxır. Hər nə qədər Abbasov “onları əvəzləyəcək futbolçularımız var” desə də, adlarını sadaladıqlarımızın qəsəbə təmsilçisi üçün hansı əhəmiyyəti daşıdığını hamımız bilirik. Bu futbolçuların yoxluğunun özünü göstərəcəyi şübhəsizdi. Bununla belə, “Neftçi”də də vəziyyət ürəkaçan deyil. “Ağ-qaralar”ın heyətində Rəşad Sadiqov cəzalıdı. Ötən tur “Sumqayıt”la səfər matçında azarkeşi təhqir etdiyi üçün diskvalifikasiya olunan təcrübəli yarımmüdafiəçi qarşıdakı 3 turu buraxacaq. Ondan başqa, İlkin Qırtımov da “sarı” limitini doldurduğundan “Zirə”yə qarşı oynamayacaq. Paytaxt klubunun itkiləri bununla bitmir. Zədəli Məhəmməd Mirzəbəyov da turun mərkəzi qarşılaşmasında forma geyə bilməyəcək.
Cari mövsümdəki duellər
Yuxarıda qeyd etdiyimiz kimi, cari mövsüm premyer-liqada baş tutan hər iki dueldə “Zirə” qələbə qazanıb. Tərəflər çempionatın ilk dövrəsinin 5-ci turunda üz-üzə gəliblər. “Bakcell Arena”da baş tutan və 1620 tamaşaçının izlədiyi görüşü Əliyar Ağayev idarə edirdi. “Zirə”dən Vüsal İsgəndərli ilə Qadzenin fərqləndiyi matçda “Neftçi”dən Hüqo Barqas təsəlli qolunu vurmuşdu. Maraqlıdı ki, sabahkı qarşılaşmada bu üç futbolçudan yalınz biri - İsgəndərli iştirak edə bilər. Qadzenin cəzalı olduğunu qeyd etdiksə, Barqas artıq “Neftçi”dən ayrılıb. Yeri gəlmişkən, həmin oyunun 86-cı dəqiqəsində “ağ-qaralar”dan Mirabdulla Abbasovun qırmızı vərəqə ilə cəzalandığını da xatırladaq. Zirədə baş tutan 11-ci turun oyununda isə baş hakim Ömər Paşayev idi. 1400 tamaşaçının izlədiyi qarşılaşmanın taleyini 1 qol həll etdi. Yenə də Qadze “Neftçi”nin qapısına yol tapdı. Bu isə o deməkdi ki, “Neftçi”nin qorxulu yuxusuna çevrilən Riçardın olmaması meydan sahibləri üçün ciddi üstünlükdü. Maraq üçün kubok matçlarını da xatırlayaq. “Zirə”nin minimal hesabla (1:0) qalib gəldiyi qarşılaşmada David Manqa fərqlənmişdi. Artıq adı çəkilən futbolçu “qartallar”dan ayrılıb. Cavab görüşündə isə Hüqo Barqasla Mirabdulla Abbasovun qolları “Neftçi”yə qələbə (2:0) qazandırmışdı. Deməli, “Zirə” də Barqasın gedişinə sevinməlidi.
Mərkəzi oyunda Diniyev
Artıq Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun bu oyunu kimə həvalə etdiyi də məlumdu. Turun mərkəzi qarşılaşması Ramil Diniyevə tapşırılıb. Bu komandaların cari mövsümdə baş tutan əvvəlki duellərində fərqli hakimlər iş başında olmuşdu. Çempionat matçlarını Ömər Paşayevlə Əliyar Ağayevin idarə etdiyini az öncə vurğuladıqsa, kubok görüşlərində İnqilab Məmmədovla Fariz Yusfiov fit çalıb. Onu da bildirək ki, Diniyev cari mövsüm premyer-liqada bu komandaların hərəsinin bir oyununu idarə edib. O çempionatın 2-ci turunda “Neftçi”nin “Səbail”ə uduzduğu (0:1) matçın baş hakimi olub. Ədalət təmsilçisinin “Zirə” ilə yolu 12-ci turda kəsişib. Qəsəbə təmsilçisi həmin görüşdə “Keşlə” üzərində minimalhesablı qələbəyə (1:0) sevinib. Başqa sözlə, Diniyevin ayağı “Zirə” üçün düşərli sayılırsa, “Neftçi”nin təyinata sevinməyə əsası yoxdu.
Yekun
Bir sözlə, “Bakcell Arena”da tərəfləri güzəştsiz mübarizə gözləyir. Mövcud itkilər fonunda baş məşqçilərin hansı rotasiyalara əl atacağı da maraqlı məqamdı. Çatışmazlıqları hansı çalışdırıcının daha yaxşı “sığortalayacağını” isə nəticə göstərəcək. Hərçənd Tərlan Əhmədovun durumu daha yaxşıdı. O ən azı oyunboyu komandasına daha yaxın olacaq. Texniki zonaya enə bilməyən Ayxan Abbasov isə yəqin ki, köməkçisi ilə əlaqə saxlamaq üçün bir variant düşünüb. O başqa məsələ ki, start heyəti, eləcə də əvəzetmələr məhz Abbasovun seçimi əsasında olacaq. Çox güman, “qartallar”ı meydana Elnur Çodarov çıxaracaq. Bu arada “Neftçi”nin strukturundakı məlum dəyişikliklərdən sonra komanda ilk ev oyununa çıxır. Düzdü, Kamran Quliyevin “ağ-qaralar”ın prezidenti kimi “siftə”si uğurlu alınmadı. Onun debütünü sabiq klubu “Sumqayıt” korladı. Ancaq “Neftçi” “doğma divarlar” arasında qələbə qazanmaqla yeni prezidentinə “xoş gəldin” demək istəyəcək. Həmçinin Ceyhun Sultanov da ilk dəfə paytaxt klubunun idman direktoru kimi “ağ-qaralar”ın oyununu izləyəcək. Yeni rəhbərliyə qələbə sevinci yaşatmaq da meydan sahibləri üçün motivasiya rolunu oynaya bilər.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar