Elxan Abdullayevin zamanında transfer olunan, lakin heç cür Tərlan Əhmədovun etimadını qazana bilməyən Mateo Mujeklə yolların ayrılacağı gözlənilən idi. Qış fasiləsində özünə yeni iş yeri tapmaq tapşırığı almasına baxmayaraq, “Neftçi” heç cür xorvat müdafiəçidən qurtula bilmirdi. Bir müddət əvvəl Daniel Seqoviyanı Hindistana yola salan “ağ-qaralar” Mujeklə də dil tapıb. Daha doğrusu, uzun sürən danışıqlardan sonra solaxay futbolçu qarşılıqlı razılıq əsasında getməyi qərara alıb. “Neftçi”nin saytı bu barədə xəbər yayaraq, Mateoya gələcək karyerasında uğurlar arzulayıb.
HƏBİB