21 fev 17:28liqa

HAKİMLƏRİN MÜHAKİMƏSİ

HAKİMLƏRİN MÜHAKİMƏSİ
İnqilab ilk penaltisi ilə “Neftçi”ni yıxdı
Topaz premyer-liqasının 16-cı turundakı hakimlik, yəqin ki, hələ çox müzakirə olunacaq. Mübahisəli hakim qərarı ilə yadda qalan turda Xaqani Məmmədovun yetirmələrinin işi az olmadı. Meydandan qovulan futbolçu, texniki zonadan kənarlaşdırılan məşqçi, penalti, sarı vərəqələr – bir sözlə, bu turda nə desən, vardı. Reportyorlarımızın oyunlardan qeydlərini sizinlə paylaşırıq.
RAUF CABBAROV, Qəbələ - Zirə
Sonu dava-dalaşla bitən qarşılaşmanın baş hakimi Rauf Cabbarov nəticəyə birbaşa təsir edən hansısa səhvə yol vermədi. Baxmayaraq ki, qüsurlar var idi. Cabbarov ilk yarıya əlavə olunmuş dəqiqələrdə qapıçı ilə üz-üzə qalan Aleksandr Dedovu arxadan yolverilməz fəndlə dayandıran Qismət Alıyevə qırmızı vərəqə də göstərə bilərdi. Ancaq baş hakim “sarı” ilə kifayətləndi. Bundan başqa, ikinci yarının ortalarında Vüqar Mustafayevə sarı vərəqə göstərmədi. Daha doğrusu, bir dəqiqə ərzində əvvəl Ruslan Qurbanova qarşı sərt oynayan, ardından Filip Ozobiçi güləş fəndiylə yıxan müdafiəçi hələ ilk epizodda vərəqəni haqq etsə də, referi “sarı”nı yubatdı.
41-ci dəqiqədə yaşananlara gəlincə, Təmkin Xəlilzadəyə qarşı “sürüşmə” fəndi zamanı qayda pozuntusunun baş verdiyini iddia edən “Qəbələ”nin texniki heyət üzvləri və məşqçilərinin kəskin etirazı emosiyaları artırdı. Ancaq epizod yan xətt hakimi Akif Əmirəlinin gözü qarşısında, biraddımlığında baş verdi ki, baş hakim onun qayda pozuntusuna işarə etmədiyini görüb oyunu davam etdirdi. Sənan Qurbanovu texniki zonadan kənarlaşdıran Raufun qətiyyəti alqışlanmalıdı.
İNQİLAB MƏMMƏDOV, Sumqayıt – Neftçi
Ardıcıl ikinci turdu prinsipial qarşılaşmalara təyinat alan İnqilab Məmmədov ötən həftə “Qarabağ” – “Qəbələ” derbisini nümunəvi idarə etmişdisə, Sumqayıtda şübhəli penalti ilə diqqəti çəkdi. Belə desək, cari mövsümdə “11 metrə” təyin etməyən İnqilab penalti xatirinə penalti verdi. Düzdü, Anton Krivotsyukun ayağı Tural Oxundova toxundu. Ancaq videotəkrardan da aydın görünür ki, “Sumqayıt”ın oyunçusu toxunuşa qədər yıxılmağa meyillidi və sadəcə, ayağını özü rəqibin ayağına ilişdirdi. Və beləliklə, hakimlər “Neftçi” ilə bu mövsümdəki 3 görüşün hamısında sumqayıtlıların lehinə penalti verdilər. 60-cı dəqiqədə İlkin Qırtımov Ehtiram Şahverdiyevə qarşı kobud oynadı. Matçı kənardan izləyən Ehtiramın atası oğlunun ağrılarına dözməyərək, bir qədər kobud formada müdafiəçiyə iradını bildirdi. Sadiqov isə komanda yoldaşının müdafiəsinə qalxaraq qarşı tərəfin ünvanına qeyri-etik ifadələr işlətdi. Baş hakim Rəşadın sözlərini açıq-aydın eşitdiyindən haqlı olaraq, onu meydandan qovdu. 68-ci dəqiqədə isə "Neftçi"nin futbolçusunun sərt oynadığını görən Samir Abasov önünə düşən topu əsəbindən güclü zərbə ilə meydana vurdu. Bununla ürəyi soyumayan 40 yaşlı mütəxəssis baş hakimə çox sərt formada iradını bildirdi ki, İnqilab Məmmədov onu texniki zonadan uzaqlaşdırdı.
RƏVAN HƏMZƏZADƏ, Kəpəz – Keşlə
Həmzəzadənin idarəçiliyi narazılıq doğurdu. Daha doğrusu, "Kəpəz" tərəfi hakimin işindən narazı qaldı. Əslində isə referi oyunu normal idarə etdi. Cəmi 2 dəfə sarı vərəqəyə görə əlini cibinə atdı. Gəncəlilərin etiraz etdiyi məqamlardan biri Dieqo Qusmaoya göstərilən "sarı" ilə bağlıydı. Həmzəzadə ona sistematik qayda pozuntusuna görə rəsmi xəbərdarlıq etdi, meydan sahibləri isə braziliyalının ardıcıl kobudluq etmədiyini iddia edirdi. Digər mübahisəli epizod 82-ci dəqiqəyə təsadüf etdi. İlkin Sadıqov cərimə meydançasında Denis Silva ilə toqquşaraq yerdə qaldı. Lakin bu epizoda görə penalti təyin edilməməsi düzgün idi. Artıq top İlkinin ayağından çıxmışdı və "Kəpəz"li özünü zərərçəkən kimi göstərib nümayişkaranə şəkildə yerə atdı. Heç həmin anda arxadan Cabir Əmirlinin dizinin Sadıqovun dabanına ilişməsini də qayda pozuntusu kimi dəyərləndirmək olmaz.
ELVİN ƏSGƏROV, Səbail – Qarabağ
Elvin matçı normal idarə etdi. Yalnız bir mübahisəli epizod yaşandı ki, onunla bağlı da dəqiq nəsə demək çətindi. Matçın sonlarında Fəhminin rəqibin cərimə meydançasında zərbəsi sanki Elvin Yunuszadənun qoluna dəyir. Ancaq şübhəli məqam videoyazıda da aydın görünmür. Oyunun gedişində bəzən sərt müdaxilələr olsa da, Əsgərov fitini səsləndirmir, mübarizəyə imkan verir, oyunun tempinə xələl gətirmirdi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:30 Şəhriyar övladları ilə bir arada Dünən, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb Dünən, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır Dünən, 12:19 Yunis Hüseynov Antalyaya gedir Dünən, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub Dünən, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Dünən, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu Dünən, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi Dünən, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib Dünən, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib Dünən, 12:04 U-19 hər ay toplanış keçəcək Dünən, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər Dünən, 11:59 Bakı metrosunda əcaib irqçilik Dünən, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı 3-01-2020, 16:35 Ümummilli sorğuda 2-ci dəfə qapıçı qalib gəldi! 3-01-2020, 16:26 “Zirə”dən Elvinə “get” deyən olmayıb 3-01-2020, 16:13 Teymur Rəcəbov 2019-un ən yaxşı idmançısıdı! 3-01-2020, 11:00 “Sabah”ın ilk transferi Marina oldu 3-01-2020, 10:54 Veteranların duelini “Sumqayıt” qazandı 3-01-2020, 10:48 Cəfərquliyevlə Həsənov AFFA-nın qərarıyla razılaşmır 3-01-2020, 10:45 “Qəbələ”: 2019-dan 12 məqam 31-12-2019, 08:18 Ruslan qış fasiləsinin dönüş nöqtəsi olacağını düşünür 31-12-2019, 08:13 Musa Qurbanlı “Qarabağ”ı tərk edə bilər 30-12-2019, 21:22 Agentlərin qış “transfer pəncərəsi” ilə bağlı gözləntiləri 30-12-2019, 21:00 Şahin Zəkiyev “Keşlə”də haqsızlıqla üzləşib 30-12-2019, 20:55 “Azərbaycandan gələn təklifləri gözdən keçirmək fikrim yoxdu” 30-12-2019, 11:04 Mənzilin verilməsi Vladislav Qədirov üçün sürpriz olub 30-12-2019, 11:01 Aftandil Hacıyev: “Elə oyunçular var ki, 3-4 aydı pul ala bilmirlər” 30-12-2019, 10:58 Elvin Yunuszadə yerli klublarla danışıq aparır 30-12-2019, 10:55 Yaşar Vahabzadə “Kəpəz”in oyunlarının videoyazısını dəfələrlə izləyir 27-12-2019, 12:41 Güləş ailəsi bir araya gəldi 27-12-2019, 12:39 Riçard “Qarabağ”dan 1 milyon tələb edir 27-12-2019, 12:37 “Neftçi” rəhbərliyi Bordini yola salmağın planlarını cızır 27-12-2019, 12:35 “Forza Neftçi”nin rəhbəri üsyan edir 27-12-2019, 12:31 Yunanov “Sumqayıt”dan ayrılmağı düşünmür 27-12-2019, 12:29 “Azarkeşlərin AFFA-ya qarşı mübarizəsini parlamentdə də davam etdirəcəyik” 27-12-2019, 12:26 “İlin futbolçusu” sorğusu: adlar və tanıtma 27-12-2019, 12:24 Milli Olimpiya Komitəsində 2019-a yekun vuruldu 27-12-2019, 12:20 AFFA, “Neftçi” və “Qəbələ”… 27-12-2019, 12:19 Region Liqası qış fasiləsinə yollandı 24-12-2019, 23:26 Səməd Qurbanov günahı Bordində görür 24-12-2019, 23:23 “Səbail” AFFA-dan haqqını tələb etməkdə acizdi 24-12-2019, 23:16 Volkovla Ağabala rəsmən “Zirə”də! 24-12-2019, 23:10 “Keşlə” rəhbərliyinin “açılış oyunu” 24-12-2019, 23:06 “Mehdi Hüseynzadə”yə ağır texnika yeridildi 24-12-2019, 23:05 “Qəbələ” tələsik qərar vermək istəmir 24-12-2019, 23:03 Slavçev “Levski”yə keçdi 24-12-2019, 23:02 “İlin futbolçusu” sorğusu: adlar və tanıtma 24-12-2019, 22:55 “Dedilər ki, lazım olsan, “Sumqayıt” rəhbərliyi ilə əlaqə saxlayacağıq” Bütün xəbərlər
Ən çox oxunanlar