21 fev 14:24liqa

TURDAN MƏQAMLAR

TURDAN MƏQAMLAR
Turun...
...təəccübü...

Gəncədə futbolu sevirlər, bu oyunun varlığıyla yaşayırlar. Həqiqətən də qərb zonasının adamları zaman-zaman futbola olan maraqlarını dildə yox, əməldə göstəriblər. Vaxtilə təmsilçiləri premyer-liqada mübarizə aparanda Gəncə, Şəmkir və Tovuzdakı stadionlarda iynə atsan, yerə düşməzdi. Düzdü, son illərdə “Şəmkir”lə “Turan” elita üzünə həsrət qalıb. Əvəzində “Kəpəz” o bölgəni təmsil edir. Uzun fasilədən sonra 2015-ci ildə böyük futbol yenidən Nizami yurduna qayıdanda yerli camaatda canlanma müşahidə olunurdu. Stadiona 10, 15, 20 min azarkeş gəlirdi. Lakin ötən mövsüm nəticələr əvvəlki kimi uğurlu olmadığından, müəyyən seyrəlmə müşahidə olunmağa başladı. Məsələn, əvvəlki iki ildə “Qarabağ”la matçda azarkeş sayı azı 15 min nəfər olurdusa, cari mövsümdə say 13300-ü keçmədi. Digər matçlarda da 8000, 8500, 9500 nəfər “Kəpəz”in görüşlərini stadionda canlı izləyib. Əlbəttə, digər matçlarla müqayisədə kifayət qədər əla göstəricidi. Burda maraq doğuran sual gəncəli fanatların sayının get-gedə azalmasıdı. Hesabat turunda “Keşlə”ylə oyunda tribunalarda cəmi 1150 nəfərin yer alması təəccüb doğurmaya bilməzdi. 2015-ci ildən bu yana hələ belə şey olmamışdı. Nədi səbəb? “Kəpəz”in sonuncu pillədə qərarlaşması, yoxsa Yunis Hüseynovun gəlişi? Olmaya Mikayıl Nərimanoğlunun yoxa çıxması? Bəlkə öncəki illərdə yerli camaat stadiona məcbur aparılırdı, indi həmin üsuldan yararlanmırlar? Suala cavab tapmaq üçün klubun azarkeşlərlə əlaqələndiricisi Elmar Əliyevi aradıq: “Sonuncu matçda azarkeş sayının azlığının bir səbəbi var idi, o da yağışın ara vermədən yağması. Özünüz də bilirsiz ki, Gəncədə insanlar futbolu sevir, futbolla nəfəs alırlar. “Kəpəz” oynayanda onlar üçün bayram olur. Sadəcə, yağışın səhərdən başlayıb axşama qədər yağması, üstəlik şaxtalı hava şəraiti saya təsir etdi. Özüm bu dəqiqə yataqdayam. İki saat ərzində soyuq canımı necə tutubsa, hələ də canım ağrıyır. Azarkeşlər turnir cədvəlindəki mövqeyi nəzərə alan olsaydı, ilk yarıda “Qarabağ”, “Neftçi”, “Sumqayıt”la qarşılaşmalarda sayları 10-13 min olmazdı. Heç kim stadiona məcbur gətirilmir. Belə olsaydı, hər oyunda tribunalar dolub-daşar. Sizə söz verirəm, hava şəraiti əlverişli olsa, “Səbail”lə oyunda stadiona azı 10 min azarkeş gələcək”.
...yoxluğu...
Ötən həftənin cümə günü “Neftçi”dəki prezident postunda gözlənilməz dəyişiklik baş tutdu. Ötən ilin yayında yenidən yaradılan posta keçən Orxan Hüseynzadə istefa verdi, az sonra məlum oldu ki, onu Kamran Quliyev əvəzləyəcək. Məlum təyinat bəlkə də ciddi ajiotaj doğurmayacaqdı. Lakin dəyişikliyin məhz həmin dönəmə, yəni “Sumqayıt” – “Neftçi” oyunundan bir gün öncəyə təsadüf etməsi ciddi söz-söhbətə səbəb oldu. Kamran bəy həftəiçi “Neftçi”ni rəqib gözündə görürdüsə, cümə günündən etibarən ”Sumqayıt” rəqibə çevrildi. Kənardan aşkar hiss olunur ki, təşəbbüs “yuxarı”dan gəlib, Quliyev də “yox” deyə bilməyib. Bunu bilmək üçün alim olmağa gərək yoxdu. Təkcə bir fakta – Kamran Quliyevin köhnə və yeni komandalarının oyununu stadiondan izləməməsinə nəzər yetirmək kifayət edir. Hər halda, bir günün işində baş verən dəyişiklikdən sonra Sumqayıtda oturub, “Neftçi”yə azarkeşlik etməyi həm özü, həm də azarkeşlər qəbul edə bilməzdi. Üstəgəl, jurnalistlərin əhatəsinə düşmək ehtimalı. Lakin dünən əlaqə saxladığımız “Neftçi”nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Anar Şabanoğlu başqa səbəb göstərdi: “Kamran Quliyevin stadionda olmamasının səbəbi klubdakı təhvil-təslim işlərinə görəydi. Bildiyiniz kimi, bir gün əvvəl təyinat rəsmiləşmişdi, belədə təhvil-təslim işləri aparılmalıydı. Bu gündən etibarən işə başlayıb”.
...tablosu...
Qəbələdəki stadion illərdi tablo üzünə həsrətdi. Dəfələrlə bu haqda yazsaq da, problem həll olunmurdu. Belə olan təqdirdə oyunun gedişində qolumuzdakı və telefonumuzdakı saatlar köməyə çatırdı. Halbuki premyer-liqada iştirak edən komandanın ev oyunlarını keçirdiyi stadionda tablonun olması vacibdi. Matçın gedişində həm oyunun hesabı, həm də görüşün dəqiqəsi göstərilməlidi. Əslində “Qəbələ”də tablonun varlığına rast gəlmişdik. 2014 və 2015-ci illərin yayında “Şiroki Briyeq” və Tiflis “Dinamo”suyla qarşılaşmalar zamanı irihəcmli elektron lövhə stadionun bir küncündə yer almışdı. UEFA-nın tələbi olduğundan rəhbərlik tablonu icarəyə götürmüşdü. Bundan sonra kiməsə minnətçi düşməyə ehtiyac qalmayacaq. Çünki klubun öz tablosu var, alınıb. Çindən gətirilən, aparıcı futbol ölkələrinin stadionlarında görməyə alışdığımız tablo “Zirə”ylə oyunda “varlığını göstərdi”.
Maraqlıdı, belə olmasını PFL tələb edib, yoxsa rəhbərliyin öz təşəbbüsü əsasında baş tutub? Digər sual: ikinci variantdısa, buna qədər niyə alınmırdı? Və ən vacibi, tablonun qiyməti neçə manatdı? Sualları “Qəbələ”nin baş meneceri Zaur Əzizov cavabladı: “Açığı, hansısa tələbdən söhbət gedə bilməz. Məlum məsələ klub rəhbərliyinin diqqətindəydi. Problemin aradan qaldırılması üçün cari büdcədən vəsait ayrılmışdı. Sadəcə, uyğun vaxt tapa bilmirdik. Yanvarda münasib vaxt tapıldı və yeni tablo quraşdırıldı. Qiyməti barədə dəqiq söz deyə bilməyəcəm”.
Zaur bəy məbləğ açıqlamasa da, bu işlə məşğul olan şəxslərdən biri ilə söhbətdə “Qəbələ”nin tablosunun təxmini qiymətini öyrənə bildik: 45 min manat.
...yoxluğu...
Şənbə günü paytaxtda və bölgələrdə yağan aramsız yağış dayanmaq bilmirdi. Günorta saatlarından axan “göz yaşları”nın axşama yaxın kəsəcəyini gözləsək də, bu baş vermədi. Və bu səbəbdən “Səbail” - “Qarabağ” görüşü güclü yağış altında baş tutdu. Tribunalarda əyləşən azarkeşlər, fəxri qonaqlar və jurnalistləri başının üstündəki tavan qoruyurdu. Elə ehtiyat oyunçular skamyasında yer alanlar da bu baxımdan əziyyət çəkmirdi. Amma futbolçular və hakimlər əməlli-başlı islandılar. Düşünmək olardı ki, göydən daş yağsa belə, futbolçunun işi məşq etmək, futbol oynamaqdı. Amma yox. Hissələrarası fasilədə “Qarabağ”lı Qara Qarayev və topdaşıyan uşaqlar xaric meydanda heç kimi görmədik. Hər iki komandanın ehtiyatda qalan oyunçuları paltardəyişmə otağına yollanmışdı. Halbuki 15 dəqiqəlik vaxt ərzində isinmə hərəkətləri edib, ikinci yarıya hazırlaşmalıdılar. Yaranmış vəziyyətlə bağlı “Səbail”in baş məşqçisi Samir Əliyevi aradıq ki, görək tapşırıq onun olub, yoxsa futbolçular özlərini soyuqdan qorumaq üçün bu addımı atıb? Əliyevi dinləyək: “Mən heç kimə tapşırıq verməmişdim. Sadəcə, hava yağışlı və soyuq olduğundan, meydanda qalmağı məqsədəuyğun saymayıblar. Burda qabardılası heç nə yoxdu. Onsuz da fasilədən sonra meydana daxil olan futbolçular ikinci yarı başlayan kimi meydanın kənarında fiziki hazırlıq üzrə məşqçinin nəzarəti altında isinmə hərəkətləri edirlər. Əzələsi isinməyən futbolçu qəfil oyuna qoşula bilməz. Bunu özləri də yaxşı bilir”.
...fotosu
TURDAN MƏQAMLAR
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Bu gün, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Bu gün, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Bu gün, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Bu gün, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Bu gün, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Bu gün, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Bu gün, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Bu gün, 00:13 Missiyasını unudan azarkeşlər... Bu gün, 00:12 15-ci qələbə, 229-cu futbolçu Bu gün, 00:10 Həftənin idman proqramı Bu gün, 00:09 Yığmadan əzmkar qələbə Bu gün, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Bu gün, 00:03 Lider yığmanı çətinliklə yendi Bu gün, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı Dünən, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi Dünən, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu Bütün xəbərlər
Ən çox oxunanlar