29 yan 17:33liqa

Qriqorçukun maaşı ikiqat azaldılıb

Qriqorçukun maaşı ikiqat azaldılıb
Yoxlama oyunlarının yayınlanmamasını “Qəbələ” rəhbərliyi istəyib

Çempionluğa iki real namizəddən biri olan “Qəbələ” dünən axşam məşqiylə “Sumqayıt”la oyuna hazırlığı yekunlaşdırıb. “Qırmızı-qaralar” titula gedən yolda doğma meydanda xal itirməyi qətiyyən ağlından keçirmir. Bölgə təmsilçisi “kimyaçılar”la görüşə mütləq 3 xal gözüylə baxır. Roman Qriqorçuku sevindirən məqam isə bütün futbolçuların sıraya dönməsidi. Baqali Dabo da, Məhəmməd Mirzəbəyov da artıq kollektiv məşqlərdə iştirak edir və sumqayıtlılara qarşı oynamağa hazırdılar.
Qriqorçuk bugünlərdə Ukrayna mətbuatına müsahibə verib. Klubun büdcəsinin azaldığını təsdiqləyən mütəxəssis “maaşınız 2 dəfə azaldılıb” sualına “əlbəttə” deyə cavab verib. Görəsən, həqiqətən belə olub? Bu suala cavab tapmaq üçün klubun meneceri Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq: “Bəli, baş məşqçimiz düz deyir. Yayda bəzi futbolçularla və çalışdırıcı ilə oturub söhbət etdik. Sağ olsunlar, vəziyyəti anlayışla qarşıladılar. Qriqorçuk yeni anlaşmaya görə əvvəlkindən 2 dəfə az maaş alır. Onunla yaya kimi müqaviləmiz var. Mövsüm başa çatdıqdan sonra yenidən danışıq aparacağıq”.
Klub rəsmisi ilə söhbətdə bizə qaranlıq qalan başqa məsələyə də aydınlıq gətirməyə çalışdıq. Ötən sayımıza müsahibəsində Qriqorçuk Antalyadakı yoxlama oyunlarının “Qəbələ”nin “yutub” kanalı vasitəsi ilə yayınlanmasına qarşı olmadığını söyləmişdi: “Mən heç vaxt oyunların yayınlanmasına qarşı çıxmamışam. Lap gizlətmək istəsəm belə, hardansa informasiya çıxa bilər. İndiki zamanda rəqib haqda informasiya əldə etmək elə də çətin deyil. Bu işlə məşğul olan əməkdaşlarımız var. Hansı ki, məşqlərimizi videolentə alırlar, şəkillər çəkirlər. Mən onlara qadağa qoymamışam. Kiməsə icazə verməmək doğru deyil”.
Roman İosifoviçin dediyi kimidisə, o zaman niyə 4 yoxlama oyununun heç biri ictimaiyyətə canlı yayında təqdim olunmadı? Axı, “Qəbələ” bu gün ölkəmizin əsas, diqqət mərkəzində olan klublarından biridi. Belədə ictimaiyyətin marağını nəzərə almamaq nə dərəcədə düzgündü? Klub ən azı azarkeşlərin istəyini göz önünə gətirməliydi. Məsələ ilə bağlı Səbuhi bəyin fikirləri belə oldu: “Klub rəhbərliyi olaraq yoxlama oyunlarının yayınlanmasını məqsədəuyğun saymadıq. Həm də yayın üçün avadanlıqlar istənilən səviyyədə deyildi”.
Menecerin sözlərindən belə məlum olur ki, bu qadağa baş məşqçi yox, klub rəhbərliyi tərəfindən qoyulubmuş.
SƏRXAN
Какая смешная шутка что сказать нечего
-----

локальная покраска бампера

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq 10-12-2017, 21:08 Yorğunluq da "Qarabağ"a mane olmadı 10-12-2017, 20:46 “Azərsell” Lunyovu 2100 manat cərimələtdi 10-12-2017, 20:34 Qalmaqallı oyunun hakimi susdu 10-12-2017, 20:32 “Xəzər Lənkəran” ən sadiq azarkeşlərindən birini itirdi 10-12-2017, 19:28 “Futbol+” ilin ən yaxşılarını seçir! 10-12-2017, 19:24 “Neftçi” yenə kubokda sevinəcək? 10-12-2017, 19:22 Arif Əsədov “Sabah”ı yeni transferlərlə gücləndirəcək 10-12-2017, 19:19 Çempiona iki qol da kifayət etmədi 10-12-2017, 19:18 Yunis Hüseynov “Keşlə” səddini keçməkdə iddialıdı 8-12-2017, 21:17 Azərbaycan “Qran-pri”sinin vaxtı dəyişmədi 8-12-2017, 21:14 Voleybol yığmamız Rusiya və ABŞ ilə qarşılaşacaq 8-12-2017, 21:12 “Lokomotiv” Portuqaliya klubuna da aman vermədi 8-12-2017, 21:09 “Neftçi” kuboku qurban verməlidi 8-12-2017, 21:07 AFFA “Xəzər Lənkəran”ın rəsmisini 5 oyunluq cəzalandırdı 8-12-2017, 21:04 Mirhüseyn gələn həftə apellyasiya şikayəti verəcək 8-12-2017, 21:03 Prosineçkinin müqaviləsinin müddəti 4 gün öncə bitib 8-12-2017, 20:15 “Qarabağ” strategiyasını dəyişməyəcək! 8-12-2017, 20:14 “Əbədi şəhər”ə macəralı səfər 8-12-2017, 20:13 “Sky Sport İtaly”nin əməkdaşını UEFA rəsmisi dayandırıb 8-12-2017, 20:05 “Qarabağ”ın ÇL-dən qazancı 33 milyondu! 8-12-2017, 20:04 Şehiç ən çox seyv edən qapıçıdı! 8-12-2017, 20:03 Azərbaycanlılardan biri yerli fanatlar tərəfindən döyülüb 8-12-2017, 19:54 Arif Əsədovun "Sabah"ı təhlükəli zonadan uzaqlaşdı 8-12-2017, 19:52 “Səbail” 2-ci dövrənin qalibidi! 8-12-2017, 19:47 “Futbol+” ilin ən yaxşılarını seçir! 8-12-2017, 19:45 Kamranla Namiq “Kəpəz”in maraq dairəsindədi 8-12-2017, 19:32 Premyer-liqa "Bayıl Arena”da yarılanacaq 8-12-2017, 19:19 Vaqif Paşayev problemi uşaq məşqçilərində görür 8-12-2017, 19:16 Brüssel siyahıdan çıxarıldı, yığmamız ilk səbətdə yer aldı 8-12-2017, 18:47 “Çelsi”ylə “Qarabağ” bir qrupa düşəndə çox sevinmişdim” 7-12-2017, 19:12 Fərid Qayıbov Mariana Vasilyevaya alternativ yerli məşqçi görmür 7-12-2017, 19:10 Yığma üzvlərinin duelindən Polina qalib ayrıldı 7-12-2017, 19:08 “Pul qazancım olsaydı, adamı bu qədər “yandırmazdı” 7-12-2017, 19:02 “Neftçi” bəyanat yaydı 7-12-2017, 19:01 Elxan Məmmədov: “Hüquq-mühafizə orqanlarının araşdırması davam edir” Bütün xəbərlər
Ən çox oxunanlar