19 fev 22:31liqa, reportaj

1150 azarkeş və həmişəki "Kəpəz"…

1150 azarkeş və həmişəki "Kəpəz"…
Yunis Hüseynov: “Futbolçularımızda məğlub psixologiyası var”
63 Kəpəz (Gəncə) - Keşlə 0:1 (0:0)

22. Sergey Litovçenko - 4,5
13. Şəhriyar Rəhimov (k) - 4,5
15. İqor Korotetski - 4,5
4. Şəhriyar Əliyev - 4,5
18. Tural Cəlilov - 4,5
16. Qiuli Mancqaladze - 5,0
48. Dieqo Qusmao - 4,0
(20. Tərzin Cahangirov, 85) - qiymətsiz
12. İlyas Səfərzadə - 4,0
(9. İlkin Sadıqov, 67) - 4,5
8. Samir Zərgərov - 4,5
91. Dario Federiko - 4,0
(11. Kamran Abdullazadə, 74) - 4,0
24. Şadon Vinçester - 4,0
Ehtiyat oyunçular
55. Tərlan Qasımzadə
1. Davud Kərimi
10. Tural Rzayev
6. Ceyhun Cavadov
21. Murad Səttarlı
5. Tural Nərimanov
7. Roman Hüseynov
3. Dedimar Ferreyra
2. Yusif Cəfərov
Baş məşqçi: Yunis Hüseynov
Komandanın ən yaxşısı: Qiuli Mancqaladze

1. Kamran Ağayev (k) - 5,0
65. Cabir Əmirli - 5,0
3. Denis Silva - 5,0
27. Adrian Skarlatake -5,0
4. Slavik Alxasov - 5,0
24. Fuad Bayramov - 5,0
90. Ebrima Sohna - 4,5
22. Məqsəd İsayev - 4,5
10. Sezar Meza Kolli - 4,5
(80. Rafael Məhərrəmli, 65) - 4,5
21. Herve Tçami - 5,0
(88. Məmməd Quliyev, 90+1) - qiymətsiz
14. Andre Klennon - 3,5
(39. Əlibəy Məmmədli, 46) - 5,5
Ehtiyat oyunçular
15. Orxan Sadıqlı
2. Sərtan Taşkın
7. Vaqif Cavadov
19. Pablo Podio
33. Tərlan Quliyev
40. Nemanya Stoyanoviç
66. Murad Qayalı
Baş məşqçi: Yuri Maksimov
Komandanın ən yaxşısı: Əlibəy Məmmədli
Qol: F.Bayramov, 51 (Ə.Məmmədli).
Vərəqələr: D.Qusmao, 27 (sistematik qayda pozuntusu). Q.Mancqaladze, 81 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Vüsal Qənbərov, İsgəndər Əliyev, Ramil Diniyev (hamısı Bakı).
Hakim-inspektor: Füzuli Nəcəfov (Bakı).
AFFA nümayəndəsi: Eldar Qasımov (Bakı).
18 fevral. Gəncə. Şəhər stadionu. 1150 tamaşaçı (24000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 4,5.
Qış fasiləsindən sonra "Kəpəz" ilk dəfə "doğma divarlar" arasında oyuna çıxırdı. Yenilənmiş komanda Gəncədə uğursuzluqlara son vermək istəyirdi. "Keşlə" isə son pillə ilə aradakı məsafəni artırmaq niyyətində idi.
İlk yarı haqda çox danışmağa dəyməz. Tərəflər yuxarı-aşağı eyni səviyyəli futbol sərgiləyir, mübarizə əsasən meydanın mərkəzində gedirdi. Təsəvvür edin, ilk yarımsaat ərzində, demək olar, qapılar qarşısında təhlükə yaranmadı. Zərgərovun 9-cu dəqiqəyə təsadüf edən zərbəsini də yaddaqalan epizod kimi qeyd etmək çətindi. Nəhayət, yarımsaatın tamamında Tçaminin təhlükəli vuruşunun şahidi olduq. Həmin epizodda Litovçenko əla reaksiya ilə qola imkan vermədi. Əsas diqqət mərkəzində olan oyunçulardan Dario isə bu qarşılaşmada zəif təsir bağışladı. Əvvəllər driblinqləri, irəli xətdəki effektli çıxışı ilə gəncəli azarkeşlərin ürəyini fəth edən Federiko sanki həmin Federiko deyildi. "Kəpəz"in ilk yarıda yaratdığı ən ciddi təhlükə 45-ci dəqiqəyə təsadüf etdi. Zərgərovun vuruşundan sonra top cüzi fərqlə qapının üstündən keçdi.
Fasilədən dərhal sonra Maksimov Klennonun əvəzinə Məmmədlini meydana buraxdı. Gənc yarımmüdafiəçi şans qazanan kimi "Keşlə"nin hücumları daha kəsərli xarakter aldı. Elə 51-ci dəqiqədə məhz onun zərbə mövqeyinə çıxardığı Fuad dəqiq vuruşla hesabı açdı. Cəmi 5 dəqiqə sonra Slavikin zərbəsi də yaddaqalan, lakin qeyri-dəqiq alındı. 68-ci dəqiqədə isə "Kəpəz"in heyətində yenicə meydana çıxan İlkinin sevinməsinə Kamran imkan vermədi. Bir müddət azarkeşlər təhlükəli vəziyyət izləmədi. 80-ci dəqiqədən etibarən isə oyun bir qədər qızışdı. Əvvəlcə Rəhimovun “qayçıvari” vuruşu zamanı Ağayev səhvsiz oynadı. Ardınca Tçaminin cərimə zərbəsindən birbaşa qapıya ünvanladığı topun tora qovuşmasına "Kəpəz"in qolkiperi mane oldu. Bu dəqiqələrdə daha bir mübahisəli vəziyyət yaşandı. İlkin cərimə meydançasında Denislə toqquşub, yerdə qaldı. Ancaq meydan sahiblərinin penalti istəyi hakim tərəfindən qəbul olunmadı. Beləliklə, Yunis Hüseynovun vəd etdiyi "fərqli" "Kəpəz" fasilədən sonra ardıcıl ikinci məğlubiyyətini aldı.
FARİZ

Gözdən qaçmadı
* Stadionun ot örtüyünün saralması hələ bir neçə gün öncədən müzakirələrə səbəb olmuşdu. Təbii, yeni salınan örtüyün bu duruma düşməsi acınacaqlı hal idi. Ancaq oyun zamanı qazon elə də pis görünmürdü.
* "Keşlə"nin təxminən 20-yə yaxın azarkeşi qapının arxasında yerini tutarkən yerli fanatlar onları fitə basdı.
* Həm Yunis Hüseynovun, həm də Dario Federikonun adı oyundan öncə gəncəli azarkeşlər tərəfindən xorla səsləndirildi, onlar alqışlandı. Diqqət mərkəzinə düşənlər tribunalara doğru təşəkkür mesajı göndərdilər.
* "Kəpəz"in baş məşqçisi ilk yarı başa çatandan sonra 4-cü hakimə yaxınlaşıb, çox güman, Qusmaoya göstərilən "sarı"ya etiraz etdi.
* Dario əvəzləndikdən sonra Hüseynovla görüşmədi, baş məşqçi də ona tərəf getmədi. Halbuki Qusmao meydandan çıxarkən çalışdırıcı onun əlini sıxmışdı.

Reaksiyalar
Yunis Hüseynov: "Bu gün autsayderlərin derbisinin olduğunu demişdim. "Keşlə"yə qalib gəlsəydik, heç olmasa, bir-iki tur son pillədən qurtulacaqdıq. Ancaq rəqib ilk növbədə taktiki cəhətdən yaxşı oyun göstərdi. Bərabərlik olmalı idi. Şablon kimi çıxmasın, ədalətli nəticə heç-heçə idi. Əslində bizim qol imkanlarımız daha çox oldu. Rəqib qapımıza cəmi 1 zərbə vurdu, o da qol oldu. "Keşlə"ni təbrik edirəm. Bir də hakimlik haqda fikir bildirmək istərdim. Referini qınamıram. Epizodlara təkrar baxıb qiymət vermək lazımdı. İki epizod mənim üçün qaranlıq qaldı. Baş hakim Qusmaoya ilk hissədə sarı vərəqə göstərərkən ona işarə etdi ki, “3 dəfə qaydanı pozmusan, buna görə səni cəzalandırıram”. Ancaq məncə, legionerimiz ona kimi qaydanı pozmamışdı. Bir də ikinci hissədə verilməyən penalti epizoduna baxmalıyam ki, orda qayda pozuntusu vardı, ya yox... Az qol vurmuşuq deyə sonuncu yerdəyik. Çox vursaydıq, 8-ci pillədə olmazdıq. Darionu yaxşı tanıyırsız, iki il öncə "Kəpəz"də oynayıb. Vinçester də sürətli, texnikalı oyunçudu. O, bizə Antalyada qoşulsaydı, uyğunlaşardı. Zamanı gələndə onlar qol vuracaq. Bundan sonra heç olmasa, 2-3 tur da lazımdı. Dario uzun fasilədən sonra Gəncə publikası qarşısına çıxırdı. Azarkeşlər "Dario, Dario" deyə qışqıraraq onu ruhlandırırdılar. Hər futbolçu da belə ab-havada yaxşı oynamaq istəyər. Ancaq Federikonun oyunu alınmadı. Rəqib düzgün taktika seçmişdi, onu meydanda bağlamışdılar. Həm Tərzin, həm də Samir topla yaxşı davranan futbolçudu. Belə keyfiyyətin olanda, oyun qurucusu kimi oynaya bilirsən. Samir pis çıxış etmədi. Sadəcə, rəqib daha çox arxadan oynayırdı, böyük qüvvəylə müdafiə olunurdu. Bu üzdən Zərgərovun oyunu elə də görünmədi. O, hücumçuları ötürmələrlə təmin etməliydi. Dediyim kimi, uyğunlaşma və digər problemləri əlimdə "kozır" kmi tutmuram. Ötən turda da, bu dəfə də komandamız yaxşı oynadı. Ancaq bir səhv, ani diqqətsizlik oldu ki, bunun nəticəsində qol buraxaraq uduzduq. Futbolun gözəlliyi də budu. Belə deyim var ki, pis oyna, ancaq 3 xalı qazan. Hələ ki oyun baxımından yaxşı təsir bağışlayırıq, ancaq qələbəni qazana bilmirik. Kaş pis oynayaydıq, ancaq 3 xalı qazanaydıq. Mən komandanı götürəndə də 7 xalımız vardı. Futbolçularımızda məğlub psixologiyası var. Beyinlərində elə fikir qalıb ki, yaxşı oynasalar da, yenə uduzacaqlar. Bu düşüncəni aradan qaldırmağımız gərəkdi. Bizə bir qələbə lazımdı, qazansaq, davamı gələcək. Azarkeşlərimiz darıxmasınlar. Yaxşı komandamız, nəticəmiz olacaq".
Yuri Maksimov: "İki bərabər səviyyəli komandanın oyunu idi. İkinci hissədə düşünürdüm ki, heç-heçə olacaq. Ancaq bəxtimiz gətirdi, qol vurduq. Həmkarımı təbrik edirəm. Yaxşı komanda yaradıb. "Kəpəz" layiqli oyun göstərdi. Öz futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Futbolçularımın əzmkar oynamalarını istəyirdim. Süni qazondan təbii ot örtüyünə keçdik. Bu çətinlik yaradırdı və futbolçularımız həm rəqibə, həm də qazona qarşı mübarizə aparırdılar. Fiziki durumla bağlı problemimiz görünürdü. Son 30 dəqiqə "yatdıq", futbolçular çox qaçmadı. Bu gün Pərdis Fərcad-Azadın yoxluğu səhhətindəki problemlə bağlı idi. Oyunöncəsi 39,3 dərəcə hərarəti vardı. Buna görə məcburiyyətdən taktikanı dəyişdik, bir hücumçu ilə oynadıq. Dəyişikliklərə gəlincə, hesabdakı üstünlüyümüzü qorumalıydıq. Bunun üçün isə meydanda gənc futbolçuların çox olması lazımdı. Çünki onlar durmadan qaçacaqlar. Ola bilər, Vaqif kimi təcrübələri olmasın, ancaq hərəkətlilik olacaq. Bizə isə qələbə hesabını qorumaq üçün dinamika lazım idi. Əlibəy əsas heyət oyunçumuzdu. O, ötən turda 90 dəqiqə çıxış etmişdi. Bu dəfə Məmmədliyə istirahət verdik. Çünki gənc futbolçunu 90 dəqiqə oynatsaq, zədələnər, sıradan sıxar. Buna görə də bu gün start heyətində, yarımmüdafiənin sol cinahında Məqsədi oynatdıq. Klennondan yaxşı oyun gözləyirik. Ona öz üslubumuzu, necə oynamaq lazım olduğunu başa salırıq. Ola bilsin, uyğunlaşma problemi var. Yeni kluba dərhal uyğunlaşmaq çətindi. Klennona yenə ümid bəsləyirik".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Dünən, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Dünən, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Dünən, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Dünən, 19:50 Qələbəyə mane olan səbəblər Dünən, 19:48 Mahirə çıxış yolları göstərdilər... Dünən, 19:45 Maltalılar bayram edir Dünən, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Dünən, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Dünən, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Dünən, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar