29 yan 17:20liqa, manset

Azarkeşlərdən qarşılıqlı atmacalar

Azarkeşlərdən qarşılıqlı atmacalar
Hər nə qədər maraqlı oyun olsa belə, tribunalar boş qalarsa, qarşılaşmanın gözəlliyi olmaz. Stadiona gələn azarkeşlər sevimlilərini irəli səsləməzsə, özünü sıradan bir tamaşaçı kimi apararsa, bu da meydanda mübarizə aparan futbolçuların çıxışına, əhval-ruhiyyəsinə təsirsiz ötüşməz. Təbii, xüsusən prinsipial matçlara rəng qatan futbol fanatlarıdı. Hər bir komanda arxasında güclü azarkeş dəstəyini hiss edəndə meydanda daha əzmkar olur, əlindən gələnin artığını sərgilməyə, məğlub olmamağa çalışır. İstər “Qarabağ”, istərsə də “Neftçi” azarkeşləri ölkədə fəal tərəfdarlardan sayılır. Ona görə də budəfəki dueldə də onlar yenidən ön plana çıxacaq. Maraqlıdı, fanklublar sabahkı qarşılaşma haqda nə düşünür? Onlar matça necə hazırlaşır? “Azərsun Arena”da hansı klubun azarkeşləri rəqib fanatların səsini batıracaq?
Sübhan Əliyev (Forza Neftçi): “Qarabağ”la oyunda stadionda öz yerimizi tutacağıq. Komandaya necə lazımdısa, dəstək verəcəyik. Təzə formalaşmış kollektivdi. “Neftçi”ni iki il ərzində məhv edən, bu cür oyunlarda ürəksiz çıxış edən futbolçuların, demək olar, 90 faizi komandadan gedib. Hazırda yenilənmiş sistemdi. Elxan müəllimin istədiyi oyunçular komandaya cəlb olunub. İki il aldandıq, komandanı pis günə qoydular. Yəqin ki, “Qarabağ”la oyundan başlayaraq, dəyişiklik hiss olunacaq. Biz də lazımi dəstəyi verəcəyik. “Qarabağ”la qarşılaşma bizim üçün adi bir matçdı. O mənada ki fərqi yoxdu, “Neftçi” kimlə oynayır, hər bir görüş vacibdi. Yəni komandanın evdə və ya səfərdə oynamasının bizim üçün fərqi yoxdu. Bütün rəqiblərə eyni gözlə baxırıq. İnşallah, “Neftçi” yenilənmiş heyətlə qələbə qazanar. “Neftçi”yə güvənirik və bütün oyunlarda komandanın yanında olacağıq. Sadəcə, narahat olduğumuz yeganə məqam hücumçunun alınmamasıdı. Forvardsız necə olacaq, bizə də çox maraqlıdı. Bir neçə gündən sonra “transfer pəncərəsi” bağlanır. Olan-qalan Jonas Pesalli idi, o da getdi. Necə olacağını biz də bilmirik. Allah özü kömək olsun. Hər halda, yaxşı olacağına ümid edirik. “Forza Neftçi” olaraq stadiona gedib, artıqlamasıyla dəstək verəcəyik. Məqsəd ancaq 3 xaldı. Bizi yalnız qələbə razı salacaq. Biz flaqmanıq, ancaq qələbəyə oynamalıyıq. Azarkeş qrupu özünə güclü deməməlidi, ona qıraqdan qiymət verməlidilər. Kənardan izləyənlər deyə bilər ki, kimin səsi yaxşı çıxır, kim güclüdü? Onu da xalq özü görür. “Neftçi” azarkeşləri Azərbaycanda bir dənədi, hara gedibsə, hər yerdə özündən söz etdirib, səsini hamıya eşitdirib. Bunu deməyə heç gərək yoxdu. Biz heç vaxt deməmişik ki, hamıdan güclüyük. Bunu qıraqdan deyiblər ki, kim güclüdü. Görüdüyümüz işlər də hamısı “Neftçi” üçündü. Ölənə kimi də belə olacaq. Biz “Neftçi”li doğulub, “Neftçi”li də öləcəyik. “Neftçi” azarkeşlərinin necə olduğunu bu ölkədə hamı bilir”.
Elnur Quliyev (İmarət): “Artıq bir dəfə qeyd etmişəm ki, “Neftçi” ilə oyunlar bizim üçün prinsipial xarakter daşımır. Belə deyək, “Neftçi”nin turnir cədvəlində bizi üstələdiyi yeganə rəqəm onların buraxdığı qolların bizim vurduğumuz qolların sayından çox olmasıdı. 7-ci yerdə gedən komanda ilə hansı prinsipial görüşümüz ola bilər ki? Amma tarix baxımından razıyam, əzəli rəqabət var. Deməzdim ki, “Neftçi” güclənib. Klub rəhbərliyi yenə də yanlış addım atır. Çünki komandada köklü dəyişikliklər edildi. Lakin inanmıram ki, gələn oyunçulardan hansısa əsaslı dönüş yaratsın. Düzgün qeyd etdiz ki, “Qarabağ”a hər dəfə təlim-məşq toplanışından qayıdandan sonra bir qədər çətin olur. Bununla belə, komandanın heyətində böyük dəyişikliklər yoxdu ki, uyğunlaşma ilə bağlı problem yaransın. Fikrimcə, bu baxımdan “Neftçi” problem yaşaya bilər. Çünki yeni futbolçular ilk rəsmi oyuna çıxacaq. Özü də “Qarabağ” kimi komanda ilə rəqib meydanında. Bizim hansısa yarışda narahat olduğumuz bir durum yoxdu. Ancaq istərdik ki, fasilədə, yaxud da önümüzdəki günlərdə komanda yeni transferlərlə güclənsin. Bildiyiniz kimi, Reynaldo getdi. Düzdü, o, son vaxtlar əvvəlki oyununu sərgiləyə bilmirdi. Lakin oyunçu alınmalıdı. Çünki bizim hədəfimiz təkcə ölkə çempionluğu ilə məhdudlaşmır. Avropada da uğurlu nəticə haqda düşünürük. Ona görə “Qarabağ”a da əlavə güc lazımdı. Sözsüz, baş məşqçi bunu görür və lazımi addımları atacaq... “Neftçi” ilə görüş üçün qeyri-adi nəsə fikirləşməmişik. Təbii, turun mərkəzi oyunu olacaq. Statistikaya da baxsaq, bizdə ən çox azarkeş “Neftçi” ilə oyunlarda qeydə alınır. Bu isə mövcud durumdan yox, tarixi prinsipiallıqdan irəli gəlir. Reallığı nəzərə alsaq, yəqin ki, stadion dolmayacaq. Kimin azarkeşinin daha çox səsinin eşidiləcəyinə gəlincə, vallah, bu baxır kimin hansı fankluba yaxın oturmasına. Təbii, biz əlimizdən gələn dəstəyi veririk. Məlumdu ki, “Qarabağ” öz meydanında oynayanda ev aurasını yarada bilmirik. Çünki bu, nominal ev oyunu sayılır. Bu üzdən doğma meydan atmosferini yaratmaq olmur”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar