16 fev 23:58liqa

Sumqayıtda Avroliqaya namizədlərin dueli

Sumqayıtda Avroliqaya namizədlərin dueli
Samir Abasov: “İnanıram ki, 90 dəqiqənin tamamında gülən tərəf biz olacağıq”
Tərlan Əhmədov: “Yetirmələrim meydana çıxıb sona qədər döyüşəcək”

Bu yaxınlarda 40 yaşını qeyd edən Samir Abasov “Sumqayıt”ın mətbuat xidmətinə müsahibəsində “mənə ən gözəl hədiyyə komandamın avrokuboklara vəsiqə qazanması olardı” söyləmişdi. Onun rəhbərlik etdiyi komanda hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb ki, bu yer “kimyaçılar”a qitəmiqyaslı turnirə qatılmağa imkan verir. Lakin hələ mövsümün sonuna xeyli vaxt var və qarşıdakı turlarda çox dəyişikliklər ola bilər.
Şənbə günü “kimyaçılar”ı “doğma divarlar” arasında “Neftçi” ilə çox ağır oyun gözləyir. “Ağ-qaralar” da “ağ-göylər” kimi qarşısına Avropa Liqasına vəsiqə qazanmaq məqsədi qoyub. Bu üzdən futbol ictimaiyyətinin sabah “Kapital Bank Arena”da maraqlı qarşıdurmaya şahidlik edəcəyinə heç bir şübhə yoxdu. Həm Samir Abasovun, həm də Tərlan Əhmədovun yetirmələri çalışacaq ki, 3 xalı qazanan tərəf olsunlar.
Qarşılaşma ərəfəsində hər iki mütəxəssisn oyunla bağlı fikirlərini öyrənməyi lazım bildik. Bu məqsədlə öncə Abasovla əlaqə saxladıq. Baş məşqçi itkiləri nəzərə alıb “Zirə” ilə matçdan fərqli, heyətdə dəyişikliklərin olacağını istisna etmədi: “Zirə” ilə qarşılaşmadan sonra bütün diqqətimizi bu oyuna yönəltmişik. “Neftçi” fasilə dönəmində yeni oyunçularla anlaşıb ki, böyük ölçüdə onların nəyə qadir olduğundan, güclü və zəif tərəflərindən xəbərsizik. Bu da işimizi bir qədər çətinləşdirir. Düzdü, “Kəpəz”lə oyunlarını izlədim və müyyən məlumat aldım. Ancaq bir oyunla rəqibi ətraflı təhlil etmək bir qədər çətindi. Ötən turda qeydə alınan yeganə qələbə də “Neftçi”nin hesabındadı. Bu da komandanın potensialından xəbər verir. Ümumiyyətlə, qış fasiləsində bütün klublar heyətlərini gücləndirdiyinə görə bizi qarşıda maraqlı və gərgin qarşılaşmalar gözləyir. “Zirə” ilə görüşdə sarı vərəqə alan Vurğun Hüseynov cəzalı duruma düşdüyündən şənbə günü meydana çıxa bilməyəcək ki, buna görə də məcburi dəyişikliyə əl atmalıyıq. Bu dəyişikliyin nədən ibarət olacağını isə indidən söyləyib rəqibin işini asanlaşdırmaq istəmirəm. Təbii ki, əsas məqsədimiz qələbə qazanmaq olacaq. Deməzdim ki, üzərimizdə böyük təzyiq var. Sadəcə, hamımız işimizə məsuliyyətlə yanaşıb 3 xal qazanmaq istəyirik. İnanıram ki, 90 dəqiqənin tamamında gülən tərəf biz olacağıq”.
Samir Abasovdan fərqli, “Neftçi”nin çalışdırıcısı Tərlan Əhmədov çox danışmadı. Bir neçə cəhddən sonra onunla əlaqə saxlasaq da, təcrübəli mütəxəssis geniş açıqlama verməyəcəyini söylədi: “Oyundan öncə danışmaq, fikir bildirmək istəmirəm. Qarşılaşma başa çatandan sonra bütün suallarınızı cavablamağa hazıram. Bu gün isə imkan verin, işləyək. Matçla bağlı yalnız onu deyə bilərəm ki, hazırlaşırıq, düşərgədə ab-hava qaydasındadı. Yetirmələrim meydana çıxıb sona qədər döyüşəcək”.

Yeri gəlmişkən...
* "Sumqayıt" bu günə kimi “Neftçi”ylə 22 dəfə qarşılaşıb.
* Paytax təmsilçisi ilə görüşlərdə “kimyaçılar” 8 qələbəyə sevindiyi halda, 12 məğlubiyyətə üzülüb, 2 qarşılaşmada isə “sülh” qeydə alınıb.
* Komandalar arasındakı top fərqi 37-26 paytaxt təmsilçisinin xeyrinədi.
* Amil Yunanov “Sumqayıt”ın heyətində “Neftçi” ilə qarşılaşmalarda ən çox qol vuran futbolçudu (3).
* "Kimyaçılar" son 4 ev oyununda “ağ-qaralar”ı məğlub edib.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 12:24 Bəhram Mürvətov qalmaqallı görüşün iç üzünü açdı Dünən, 12:18 “Telekom”un sabiq üzvü millimizi güclü rəqib sayır Dünən, 12:17 Damaçımız Avropa çempionu oldu Dünən, 12:16 Vasif ermənini üstələyib qalib oldu Dünən, 12:07 Region Liqasında növbəti mövsüm payızda start götürəcək Dünən, 12:06 Kubokun finalının biletləri satışa çıxarıldı Dünən, 12:05 Bezotosnı müqavilə müddətini uzatdı, Kone “Göztəpə”yə qayıdır Dünən, 12:02 Qarabağ” 9 futbolçu ilə yolları ayırdı Dünən, 12:01 “Neftçi” rəsmisindən qəribə açıqlama Dünən, 11:59 Daim sevgiylə xatırlanacaq Riçi Dünən, 11:02 “Qarabağ”a görə efirdə ağlayan “MATÇ TV”nin azərbaycanlı şərhçisi Dünən, 10:57 Premyer-liqanın statistik mənzərəsi Dünən, 10:55 “Marafon”un üzvü də limitin tərəfdarıdı Dünən, 10:47 "Qarabağ"ın uğuru özü üçün problemə çevrilib” Dünən, 10:46 U-20 üstünlüyünü qoruya bilmədi Dünən, 10:41 Samir Abasov “Sumqayıt”a dönməyəcək Dünən, 10:40 Dadaşov mövsümü dublla başa vurdu Dünən, 10:37 Amit Quluzadə “Drita”dan ayrıldı Dünən, 10:36 UEFA BOS-da keçiriləcək oyunların tarixini açıqladı Dünən, 10:35 Yığma “Tofiq Bəhramov”da hazırlaşır 25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi Bütün xəbərlər
Ən çox oxunanlar