27 yan 22:55liqa

“Sumqayıt” strategiyasını dəyişmək istəmir

“Sumqayıt” strategiyasını dəyişmək istəmir
Ceyhun Sultanov: “Söhbət maliyyə çatışmazlığından getmir”

Qış fasiləsinə 4-cü pillədə yollanan “Sumqayıt”ı üçüncü dövrənin ilk oyununda Qəbələyə çətin səfər gözləyir. Transfer dönəmində müəyyən itkilərə məruz qalan, gedənlərin yaratdığı boşluğu aradan qaldırmayan “kimyaçılar”ın kasad heyətlə çempionatın qalan bölümündə hazırkı mövqeyini qoruyacağı heç də inandırıcı görünmür. Mütəxəssislərin fikrincə, Samir Abasovun rəhbərlik etdiyi komanda mövsümün sonunda ən yaxşı halda məhdud büdcəyə malik, futbolçularına qəpik-quruş verən AZAL-ı qabaqlayaraq 7-ci pillədə qərarlaşacaq. Elə “ağ-göylər”in çalışdırıcısı da mütəxəssislərdən fərqli düşünmür. Qəzetimizə müsahibə verən 38 yaşlı baş məşqçi son iki dövrədə yetərincə əziyyət çəkəcəklərini, bu heyətlə uzağa getməyin, avrokuboklara vəsiqə qazanmağın qeyri-mümkün olduğunu bildirmişdi. Abasov qış transfer dönəmində boş qalan mövqelərə oyunçu gətirə bilmədiklərindən narazı qaldığını söyləməklə yanaşı, premyer-liqada mübarizə aparan digər 7 klubun onlarla müqayisədə gücləndiklərini etiraf etmişdi.
“Sumqayıt”ın hansı səbəbdən transfer çalışmalarında axsadığını aydınlaşdırmaq üçün klubun baş meneceri Ceyhun Sultanovun mövqeyini öyrənməyi lazım bildik. Hər halda, baş məşqçinin işi komandanı çempionata hazırlamaqdısa, baş menecerin vəzifəsi lazım olan futbolçuları düşərgəyə cəlb etməkdi. Klubun transfer siyasətinə cavabdehlik daşıyan funksioner daim axtarışda olmalı, minimum vəsait qarşılığında komandya faydalı olacaq oyunçuları üzə çıxarıb müqavilə bağlamalıdı. Ceyhun bəy Samir Abasovun məlum açıqlmalarına belə reaksiya verdi: “Sumqayıt” artıq 5 ildən artıqdı ki, eyni strategiya ilə addımlayır. Bu gün biz siyasətimizi dəyişə bilmərik. Samir Abasovu da yaxşı başa düşürəm. Hər bir çalışdırıcı istəyir ki, əlinin altında keyfiyyətli, ustalıq səviyyəsi yüksək olan legionerlər olsun. Ancaq qeyd etdiyim kimi, klubumuz ilk gündən bu xətti tutub və bu gün də belə davam edir”.
“Sumqayıt”ın ancaq yerli futbolçulara güvəndiyi yarandığı ilk gündən bəllidi. Komandaya legionerlərin dəvət olunmasına tabu qoyulubsa, niyə onda transfer dönəmində rəhbərlik heyəti yerli futbolçularla gücləndirmir? Bəlkə “kimyaçılar”ın maliyyə vəziyyəti buna imkan vermir? Sultanovun məsələyə reaksiyası belə oldu: “Söhbət maliyyə çatışmazlığından getmir. Sadəcə, bizim diqqətimizı cəlb edən yerli futbolçuların başqa klublarla müqaviləsi olduğundan onları düşərgəmizə dəvət edə bilmədik. Yalandan, transfer xatirinə transfer etmək isə komandaya fayda verməməklə yanaşı, əlavə pul itkisidi. Mətbuatda, elə sizin qəzetdə yaılıb ki, “Sumqayıt” 13-14 futbolçunun ümidinə qalıb. Bu rəqəmi sizə kim deyib, başa düşmürəm. Qışda yollarımızı ayırdığımız iranlılar çox vaxt heç “18-liy”ə düşə bilmirdilər. Əsas heyət oyunçuları hesab olunan Vaqif Cavadovla Amit Quluzadənin əvəzinə iki futbolçu ilə müqavilə bağlamışıq. Bundan başqa, əvəzedici heyətdən də gənclər cəlb olunub. Odu ki, bizdə futbolçu çatışmazlığı yoxdu. Ola bilsin, səviyyə baxımından gənclər hələ o qədər də “bişməyiblər”, ancaq üzərlərində işləsələr və bir qədər təcrübə toplasalar, yaxın vaxtlarda əsas heyətdə özlərinə yer edə bilərlər. Ümumiyyətlə, bu qış klublarımızın əksəriyyəti transferlərə o qədər də diqqət ayırmadı. Onlar da bizim kimi 2-3 futbolçu ilə anlaşıblar”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:57 Hakim “bürünc”ü “Qaradağ Lökbatan”ın əlindən alıb? Bu gün, 16:55 4000 tovuzlu və 5 oyuna 27 qol Bu gün, 16:53 Jaba Bal Liqasının ən çox qazanan futbolçularındandı Bu gün, 16:50 Yeni çempion “Qarabağ” oldu! Bu gün, 16:49 Oqtay Abdullayev postunu qorudu Bu gün, 16:47 Şok: əməkdar məşqçi yığmanın hazırlığından uzaqlaşdırılıb Bu gün, 16:46 Bir “bürünc”lə start Bu gün, 16:45 Biraylıq fasilə bitdi Bu gün, 16:43 İddialılar arxayınlığın qurbanı olub Bu gün, 16:41 Ömər Paşayev kubokun finalını haqq edirmi? Bu gün, 16:40 “Qarabağ” da Naxçıvana getmək istəyən azarkeşlərinə kömək edəcək Bu gün, 16:38 Bayılda mükafatçılar müəyyənləşəcək Bu gün, 16:28 Şahin Diniyev AZAL-ın döyüşəcəyinə inanır Bu gün, 16:26 “Leon” uşaq futbolunda öncüllərdən olmaq istəyir Bu gün, 16:25 Prosineçki iki oyunda “yandırdı” Bu gün, 16:24 Avroliqaya sonuncu bilet kimin olacaq? Bu gün, 16:22 Müşahidə Şurası iclas keçirdi, klub saytı xəbəri gizlətdi Bu gün, 16:21 “Sumqayıt” rəhbərliyi əvəzedicilərdən narazıdı Bu gün, 16:07 Klub rəhbərliyi Qriqorçukun xidmətində maraqlıdı Bu gün, 16:04 Qurban Qurbanov: “Quzanlıya getmək fikrimiz var” Bu gün, 16:03 AFFA-nın pulsuzluğu Heydər Əliyevin şərəfinə turnirin baş tutmasını əngəlləyib Bu gün, 16:01 Şəhriyar xal fərqini qorudu Bu gün, 15:59 Sloveniyadakı rəqiblər müəyyənləşib Bu gün, 15:58 Ölkə çempionatı başladı Bu gün, 15:56 BŞH yardım kampaniyası üçün marafona qoşulur Bu gün, 15:54 İslamiada xəbərləri Bu gün, 15:53 Avropa çempionatına ikinci heyət yollanacaq Bu gün, 15:51 Emin “Boavişta”nı tərk etmək istəyir 28-04-2017, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? 28-04-2017, 21:16 Klublar bonus nəzərdə tutmayıb 28-04-2017, 21:15 AFFA-nın UEFA-dan qonaqları var 28-04-2017, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib 28-04-2017, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib 28-04-2017, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub 28-04-2017, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü 28-04-2017, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? 28-04-2017, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq 28-04-2017, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib 28-04-2017, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi 28-04-2017, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu 28-04-2017, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı 28-04-2017, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi 28-04-2017, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub 28-04-2017, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq 28-04-2017, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq 28-04-2017, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib 28-04-2017, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir 28-04-2017, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb 28-04-2017, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi 28-04-2017, 19:54 AMADA-nın binası istifadəyə verildi 28-04-2017, 19:53 İslamiada xəbərləri 28-04-2017, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib 28-04-2017, 19:46 Şəmkirlilər evdə qələbə qazandı 28-04-2017, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq 28-04-2017, 19:44 Millimiz Sloveniyaya yollandı 28-04-2017, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri Bütün xəbərlər
Ən çox oxunanlar