14 fev 00:07liqa

Klublarımızın transfer arealı

Klublarımızın transfer arealı
Qambiya premyer-liqada futbolçusu oynayan 81-ci ölkə oldu
Premyer-liqa iştirakçıları qış fasiləsində heyətinə əl gəzdirdi. Kimi bu mənada ciddi dəyişikliklərə əl atdısa, bəziləri elə də çox transferə ehtiyac duymadı. Ümumilikdə klublaımız 13 yanvar - 9 fevral tarixini əhatə edən “transfer pəncərəsi”ndə 21 legionerlə gücləndi. “Qarabağ”la “Qəbələ” əcənəbi futbolçuya ehtiyac duymadı. “Köhlən atlar” nəinki əcnəbi, heç yerli ilə də güclənmədi. “Qırmızı-qaralar” isə Təmkin Xəlilzadənin transferi ilə kifayətləndi. Bundan başqa, “Sumqayıt”ın məlum strategiyası var: komandada legionerə yer yoxdu! Qalanlara gəlincə, “Keşlə” ilə “Kəpəz” ən çox (6) əcnəbini heyətinə qatdı. Təbii, bu komandaların ilk dövrədə işlərinin yolunda getməməsi də transfer siyasətinə öz təsirini göstərib. “Zirə”, “Neftçi” və “Səbail” hərəyə üç legioner cəlb etdi. İndi isə klublarımızın qış fasiləsindəki transfer arealına nəzər yetirək.
Səs-küylü transfer olmadı
Yaşayış olmayan Antarktidanı nəzərə almasaq, 5 qitənin dördündən çempionatımıza gələn olub. Klublarımız yalnız Avstraliyaya üz tutmayıb. Avropanın və Amerikanın 6, Afrikanın 2, Asiyanın isə 1 ölkəsindən olan futbolçuların transferi reallaşdırılıb. Yeri gəlmişkən, bu qış fasiləsində səsli-küylü transfer olmadığını da qeyd etməliyik. Bunun bir neçə səbəbi var. Əvvəla, maddi durumu yaxşı olan “Qarabağ”la “Qəbələ”nin legionerə ehtiyac duymaması vurğuladığımız məsələdə əsas rol oynayır. Çünki tanınmış futbolçuları gətirmək üçün maliyyə əsas şərtdi. Bu cür oyunçuların tələb etdiyi pulu isə adını çəkdiyimiz iki klub verə bilir. Ona görə də məhz son illər tanınmış legionerləri “Qarabağ”la “Qəbələ” heyətinə qatır. Qalan klubların imkanı o səviyyədə deyil ki, “transfer bombasını partlatsınlar”. Düzdü, bu dəfə də gələnlər arasında yığma üzvləri var. Lakin bunlar elə ölkələrdi ki, milliləri xüsusi statusa malik deyil. Yaxud da çıxış etdiyi klubun və ya çempionatın diqqət mərkəzində olduğunu demək olmaz.
Daha çox Avropa və Amerika
İndi isə transferlərə qitələr üzrə nəzər yetirək. Yuxarıda vurğuladığımız kimi, klublarımız Avropa və Amerikanın eyni sayda – 6 ölkəsindən legioner gətirib. Maraqlıdı ki, oyunçu sayı baxımından da bu qitələrdə bərabərlik hökm sürür. Həm Avropadan, həm də “yeni dünya”dan 9 futbolçu ölkəmizə təşrif buyurub. Elita iştirakçıları öz qitəmizdən Serbiya, İtaliya, Makedoniya, Ukrayna, Gürcüstan və Moldovadan əcnəbi gətiriblər. Bunlar Nemanya Stoyanoviç (Serbiya), Sezar Meza Kolli (İtaliya), Yani Urdinov (Makedoniya), Yevgeni Koçuk, Aleksandr Dedov (Moldova), Sergey Litovçenko, İqor Korotetski (Ukrayna), Qiuli Mancqaladze, Nikoloz Apakidzedi (Gürcüstan). Təkcə “Neftçi” Avropadan oyunçu gətirməyib. “Ağ-qaralar”ın transfer etdiyi hər 3 legioner cənubi amerakalıdı. Okeanın o tayından söz düşmüşkən, Amerikadan tarnsfer edilən oyunçuların da siyahısına nəzər yetirək: Pablo Podio, Lukas Qomez (Argentina), Andre Klennon (Yamayka), Evans Uilyams, Şahdon Vinçester (Trinidad və Tobaqo), Dario Federiko, Dieqo Qusmao (Braziliya), Fransisko Qarsiya (Paraqvay), Mayk Kampaz (Kolumbiya). Afrikadan kamerunlu Herve Tçami və qambiyalı Ebrima Sohna, Asiyadan isə türkmənistanlı Vahid Orazsahedov qış fasiləsində ölkəmizə təşrif buyurub. Yeganə asiyalı legineri “Səbail” heyətinə qatıbsa, afrikalıların hər ikisini “İnter” transfer edib.
İki yeni ölkə
Məsafə baxımından ölkəsindən ən uzaqda top qovanlar Argentinadan olanlardı. Onlar evlərindən təxminən 15 min kilometr aralı düşüblər. Ən yaxın olanlar isə gürcülərdi. Elə Türkmənistandan olan Vahid Orazsahedovun da evindən çox uzaqda top qovacağını demək olmaz. Azərbaycanla onun ölkəsi arasındakı məsafə 850 km-i aşmır. Maraqlıdı ki, premyer-liqanın 15-ci turu iki ölkədən olan futbolçuların Azərbaycanda debütü ilə əlamətdar oldu. Ölkə çempionatları tarixində ilk dəfə Trinidad və Tobaqo ilə Qambiyadan olan oyunçular meydana çıxdılar. “Zirə”nin üzvü Evans Uilyams “Sumqayıt”la ev oyununda debüt etdi. 24 yaşlı yarımmüdafiəçi ölkə çempionatının 26 illik tarixinə Trinidad və Tobaqonu təmsil edən ilk futbolçu kimi düşdü. Ona qədər bu ölkədən heç bir oyunçu premyer-liqada çıxış etməmişdi. Trinidad və Tobaqo çempionatımızda futbolçu ilə təmsil olunan 80-ci ölkədi. Bir gün sonra Uilyamsın həmyerlisi Şadon Vinçester “Kəpəz”də debüt etsə də, ilk “Zirə”nin oyunçusunun “ayağına yazıldı”. “Keşlə”nin üzvü Ebrima Sohna isə ilk qambiyalı oldu. 30 yaşlı yarımmüdafiəçi “Səbail”lə ev oyununda debüt etdi. Bununla da Qambiya premyer-liqada futbolçusu oynayan 81-ci ölkə oldu.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı Bu gün, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” Bu gün, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı Bu gün, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır Bu gün, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? Bu gün, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb Bu gün, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir Bu gün, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır Bu gün, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? Bu gün, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq Bu gün, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi Bu gün, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır Bu gün, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? Bu gün, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi Bu gün, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb Bu gün, 13:50 Bolqar hakim yaxşı qiymət alıb Dünən, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Dünən, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Dünən, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Dünən, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Dünən, 19:50 Qələbəyə mane olan səbəblər Dünən, 19:48 Mahirə çıxış yolları göstərdilər... Dünən, 19:45 Maltalılar bayram edir Dünən, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Dünən, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Dünən, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Dünən, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar