13 fev 00:07liqa, reportaj

Liderlər “sülh”ə razılaşdı, aradakı məsafə qorundu

Liderlər “sülh”ə razılaşdı, aradakı məsafə qorundu
56. Qarabağ (Ağdam) – Qəbələ 0:0
13. İbrahim Şehiç – 5,5
77. Vild-Donald Gerye – 5,0
52. Yakub Jezniçak – 5,0
14. Rəşad Sadıqov (k) – 5,0
5. Maksim Medvedev – 5,5
20. Riçard Almeyda – 5,5
91. Coşqun Diniyev – 5,0
10. Pedro Enrike – 5,5
7. Rahid Əmirquliyev – 5,0
(25. Ansi Aqolli, 83) – qiymətsiz
99. Dani Kintana - 6,0
11. Mahir Mədətov – 4,5
(2. Qara Qarayev, 74) – 5,0
Ehtiyat oyunçular
1. Anton Kanibolotski
89. Nicat Mehbalıyev
21. Arif Daşdəmirov
30. Abbas Hüseynov
32. Elvin Yunuszadə
44. Ağabala Ramazanov
90. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Dani Kintana

22. Dmitri Bezotosnı – 6,0
34. Ürfan Abbasov – 4,5
3. Voislav Stankoviç – 5,0
15. Vitali Vernidub – 5,0
8. Qismət Alıyev – 5,0
11. Asif Məmmədov – 4,5
14. Cavid Hüseynov (k) – 4,5
(33. Təmkin Xəlilzadə, 75) – 4,5
28. Stiven Jozef-Monroz – 4,5
19. Filip Ozobiç – 5,5
10. Ruslan Qurbanov – 5,0
9. Baqali Dabo – qiymətsiz
(45. Famussa Kone, 13) – 4,5
Ehtiyat oyunçular
23. Aqil Məmmədov
35. Murad Popov
4. Elvin Camalov
5. Rasim Ramaldanov
6. Elvin Məmmədov
16. Dion Malone
18. İlqar Qurbanov
29. Hacıağa Hacıyev
32. Amin Seydiyev
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Dmitri Bezotosnı
Vərəqələr: Q.Alıyev, 17 (qeyri-idman hərəkəti). C.Diniyev, 71 (hakimin qərarına etiraz). Y.Jezniçak, 72 (qeyri-idman hərəkəti). V.Stankoviç, 73 (qeyri-idman hərəkəti). R.Əmirquliyev, 78 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə (hamısı Bakı).
Hakim-inspektor: Məlik Həsənov (Bakı).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
10 fevral. Suraxanı. Azərsun Arena. 1500 tamaşaçı (4677 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Mövsümün ikinci yarısının startında çempionluğa iddialı iki komanda üz-üzə gəldi. Qızıl medalların taleyi baxımından böyük əhəmiyyət daşıyan bu qarşılaşmaya marağın böyük olacağını gözləyirdik. Ancaq tribunlarda fərqli mənzərənin şahidi olduq. Azarkeşlər “Azərsun Arena”nın heç yarısını belə doldurmamışdı. Halbuki çempionluq uğrunda savaşan, son illər qitə arenasında bizləri sevindirən “Qarabağ”la “Qəbələ”nin dueli buna layiq deyildi.
“Qırmızı-qaralar” qələbə qazanmaqla “qızıl”a doğru önəmli addım atmış olacaqdı. Lakin bu görüşdə Qrqiroçukun komandası sanki heç-heçə üçün oynayırdı. “Köhlən atlar”ın isə qalib gəlməklə 5-ci çempionluğu böyük ölçüdə təmin etmək niyyətində olduğunu sərgilədiyi oyundan da görmək olardı. İlk 10 dəqiqədə Qurbanovun yetirmələrinin iki həmləsi yaddaqalan oldu. Dani uzun reydini zərbəylə tamamlasa da, top qapıdan aralı keçdi. Pedro isə “Qəbələ”nin qapısına yol tapdı. Ancaq bundan öncə onun Verniduba qarşı kobud oynaması hakimin qolu yox, qayda pozuntusunu qeydə alması ilə nəticələndi. Oyunun 13-cü dəqiqəsi iki məqamla diqqəti çəkdi. Rahidin başla yaxın məsafədən vuruşunu Bezotosnı zərərsiləşdirdi. “Qəbələ”də isə məcburi əvəzetmə baş verdi. Dabo zədələndiyi üçün yerini Koneyə buraxdı. 25-ci dəqiqədə Kintana Geryenin ötürməsini qola çevirə bilmədisə, 1 dəqiqə sonra Pedro Bezotosnı səddini keçməyi bacarmadı. Komandasının ən yaxşısı olan ukraynalı qolkiper 27-ci dəqiqədə Enrikenin başla fərqlənməsinə də mane oldu. Bu dəqiqələrdə “Qarabağ” əməlli-başlı rəqib qapısına “yüklənmişdi”. Fasiləyə 10 dəqiqə qalmış “köhlən atlar”ın penalti tələbi hakim tərəfindən qəbul olunmadı. Həmin epizodda Rahidin zərbəsindən sonra top Ürfanın bədənə bitişik əlinə dəymişdi. Çox keçmədən Pedronun akrobatik vuruşu effektli alınmadı. 40-cı dəqiqədə isə Ruslan Geryeni keçərək qapı önünə ötürmə etdi, Cavid bərbad zərbəylə onun zəhmətini boşa verdi. Son dəqiqələrdə Dani iki dəfə diqqət mərkəzinə düşdü. İspan yarımmüdafiəçinin fərqlənməsinə əvvəlcə Bezotosnı, ardınca isə tir mane oldu.
İlk yarı ilə müqayisədə ikinci hissədə qol vəziyyətləri elə də çox olmadı. Yenə də daha çox hücum edən tərəf ağdamlılar idi. Qriqorçukun komandası isə əsasən müdafiənin qayğısına qalır, ara-sıra əks-hücumlar təşkil edirdi. 53-cü dəqiqədə Pedronun qüvvətli vuruşundan sonra top qapının yanından keçdi. Cəmi 4 dəqiqə sonra Gerye fərqlənməyə yaxın oldu. Ancaq Bezotosnı haitilinin də qol sevinci yaşamaq arzusunu gözündə qoydu. Çox keçmədən Dmitri Maksimə də eyni üzüntünü yaşatdı. Bundan sonra bir müddət qapılar qarşısında ciddi təhlükə yaranmadı. İstər Qriqorçuk, istərsə də Qurbanov bəzi əvəzetmələrlə komandasının oyununu canlandırmağa çalışırdı. Bu mənada Təmkin “Qəbələ”də ilk rəsmi matçına çıxdı. 77-ci dəqiqədə isə Qismətin zərbəsi qeyri-dəqiq olsa da, yaddaqalan oldu. Son saniyələrdə Kintana qəbələliləri şoka sala bilərdi. Onun cərimə meydançasının həndəvərindən təhlükəli və qüvvətli zərbəsindən sonra Bezotosnı əla seyvlə komandasını qoldan xilas etdi. Beləliklə, həsrətlə gözlənilən taleyüklü qarşılaşmada tərəflər hərəyə bir xal qazandı və aradakı 6 xallıq fərq qorundu. “Qəbələ” qələbə qazansaydı, bir gün əvvəl 33 yaşını tamamlayan klub prezidenti Tale Heydərova özünəməxsus hədiyyə etmiş olacaqdı. Ancaq oyundan bir gün əvvəl futbolçuları ruhlandıran Tale bəy gözlədiyini hədiyyəni ala bilmədi...

Gözdən qaçmadı...
* İkinci hissədə “Qarabağ”ın azarkeşləri hakimə etirazlarını meydana kənar əşya atmaqla göstərdilər.
* Qarşılaşmanın gərginliyi futbolçuların bir-birinə qarşı davranışına da təsir edirdi. Öz komandalarının “beyni” sayılan Filip Ozobiçlə Riçard Almeyda arasında yaşanan kiçik insident diqqətdən yayınmadı. Daha doğrusu, braziliyalının xorvata “ilişdiyini” çox az adam gördü. Bundan başqa, Pedro Enrike ilə Voislav Stankoviç arasında da mübahisə düşdü.
* Final fitindən sonra Qurban Qurbanov ehtiyat oyunçular skamyasına yaxın olan tribunaya yaxınlaşıb, azarkeşlərdən biri ilə mübahisə etdi. Tərəfdarlardan söz düşmüşkən, “köhlən atlar”ın fanatları petarddan da istifadə etdilər.
* Oyunun sonlarında Mahir Mədətov rəqib futbolçularla bir neçə epizodda kəllə-kəlləyə gəldi. Xüsusən onun Asif Məmmədovla qarşıdurması digər futbolçuların müdaxiləsi olmasaydı, daha da böyüyəcəkdi.

Reaksiyalar
Təmkin Xəlilzadə: “Maraqlı və ağır qarşılaşma oldu. Hər iki komandanın ifasında bunu gördük. Təbii ki, çətin görüş olacağını bilirdik. Yaxşı hazırlaşmışdıq. Maksimum gücümüzü qoyduq. Meydana 3 xal üçün çıxmışdıq. "Qarabağ"la səfər matçında qazanılan 1 xalı da pis nəticə saymıram. Nəticəni ədalətli hesab edirəm. Komandalardan heç biri meydanda riskə getmək istəmirdi. Deməzdim ki, 2 xal itirdik. Heç-heçəni də pis nəticə saymıram. Bizi çempionatda uzun marafon gözləyir. Digər qarşılaşmalara da maksimum səylə hazırlaşacağıq. Yeni komandamda elə bir çətinlik çəkmədim. Antalyada da 5-6 matç oynamışdım. Yaxşı kollektivimiz var. Hər şey yaxşıdı. Hər bir məşqçinin istər-istəməz fərqli istəkləri olur. Onlar eyni futbolu tələb edə bilməzlər. Keçmiş komandam haqda danışmaq istəməzdim. Qriqorçukun tələblərini yerinə yetirmək üçün meydanda konsentrasiya olmağa çalışıram. Şükürlər olsun ki, pis alınmadı. İnşallah, oyundan-oyuna daha yaxşı olacaq. Deməzdim ki, meydana gec daxil olmağım Antalyadakı penalti epizodu ilə bağlıydı. O yoxlama matçı idi. Penatini vurdum, qapıçı zərbəni qaytardı. İnşallah, oyundan-oyuna əsas heyətdə yerimi tapacam. Düzdü, "Zirə"də əsas heyətdə meydana çıxmağa öyrəşmişdim. Bütün matçlarda 90 dəqiqə çıxış edirdim. "Qəbələ" köklü, çempionluğa oynayan klubdu. Burda gözləmirdim ki, dərhal əsas heyətdə yer alıb, 90 dəqiqə oynayacam. Hər şey özümdən asılıdı. Mənə bir-iki oyun vaxt lazımdı. Əsas heyətdə məni görəcəksiz”.
Cavid Hüseynov: “Çətin olacağını gözləyirdik. Sanki komandamızda qələbə istəyi az idi. Rəqib də təhlükəli hücumlar qururdu. Düşünürəm ki, yaxşı oyun oldu. Xəstələnməyimə gəlincə, bir həftə yataqda qaldım. Hərarətim düşmürdü. Cəmi 2 məşqdə iştirak etdim. Oyunöncəsi məşqlər yüngül olur. Bu matçda oynamaq, komandama kömək etmək istəyirdim. Çünki çempionatın vacib qarşılaşması idi. Oyun epizodlarına baxsaq, heç-heçə bizə sərf etdi. Bunu etiraf etmək lazımdı. Əlbəttə, bizə forvard lazımdı. Toplanış vaxtından deyilir ki, hücumçuya ehtiyacımız var. Az öncə də qeyd etdim ki, komandamızın bu qədər istəksiz olacağını gözləmirdim. Bəlkə də ən maraqsız duel oldu. Adətən, bu komandaların görüşü gərgin, bol qollu olurdu. Bu dəfə bunu görmədik. İkinci pillə ilə barışdığımızı deməzdim. Qələbə qazansaydıq, fərqi 3 xala endirəcəkdik. Amma bunu edə bilmədik. Qarşıda “Zirə” ilə ev oyunumuz var. Çətin olacaq. Bu qarşılaşmanı təhlil edib, nəticə çıxaracağıq. Baş məşqçinin də yəqin ki, futbolçularla söhbəti olacaq. Vaxtımız var, məşqlərdə bunu aradan qaldırmaq mümkündü. Meydana bir də belə vəziyyətdə çıxmaq olmaz”.
Pedro Enrike: “Maraqlı, yaxşı oyun alındı. Derbi qarşılaşması idi. Yaxşı oynadıq, daha artığına layiq idik. Ancaq yaxşı oynamaqla iş bitmir. Əsas topu tora daxil etmək idi. Bunu edə bilmədik. Dino Ndlovunun yoxluğu? Dino yaxşı, böyük futbolçudu. Ancaq bizim komandada Mahir Mədətov kimi gənc hücumçu da var. Mahir inkişafda olan futbolçudu və elə qarşılaşmalar olub ki, duelin taleyini o, həll edib. Dino da bəzən nəyisə edə bilmirdi. Hər ikisi yaxşı futbolçudu. Oyunda baş verən hadisələr meydanda qalır. Mən dedim penalti var, o dedi ki, yoxdu. Yəni oyun zamanı bu normal haldı. Qol vurduğum epizoda gəlincə, orda toxunuş var idi. Rəqibi yüngül də olsa, itələmişdim”.
Rəşad Sadıqov: “Düzü, oyunumuz gözlədiyimdən yaxşı alındı. Maraqlı oldu. Bu görüş derbidi. Çünki çempionluğa oynayan iki komanda qarşılaşırdı. Məğlub olmamaq çox vacib idi. Qələbə qazanmaq istəyirdik. Amma bu qədər qol imkanlarından istifadə edə bilmirsənsə, heç-heçə də pis nəticə deyil. Dino Ndlovunun yeri görünür? Qəti razılaşmıram. Bu komanda heç vaxt şəxslər üzərində qurulmayıb. Dino özü "Qarabağ"da olanda, hamı bizi 1 il tənqid edib ki, forvarda ehtiyacımız var. Hücumçuya ehtiyacımız yoxdu. O vaxt da belə demişdik, bu gün də belə deyirik. Sabah Mahir Mədətov, Pedro Enrike də getsə, yenə 11 nəfər çıxıb, öz oyununu göstərəcək. Yenə deyirəm, bu komanda fərdlər üzərində qurulmayıb. "Qarabağ"dan vaxtilə Reynaldo və başqa futbolçular gedib. Amma komanda yenə sabitliyi qoruyub saxlayıb. Bu gün Mahir də, Pedro da çox yaxşı futbol oynadı. Danini də qeyd etməliyəm. Onların əziyyətini yerə vurmaq olmaz. Dediyiniz fikirlə qəti razılaşmıram. Matçlar olub ki, Dino da çoxlu qol şansından istifadə edə bilməyib. Sadəcə, bu gün "Qəbələ"nin qapıçısı Dmitri Bezotosnı çox yaxşı oynadı. O, keçilməz idi. Elə toplar çıxartdı ki... Ümumilikdə isə komandamızın bu qədər yaxşı oynayacağını gözləmirdim”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar