12 fev 23:34liqa

Ayxan Abbasov nəticəni ədalətli sayır

Ayxan Abbasov nəticəni ədalətli sayır
Samir Abasov: “Cərimələyəcəklərsə, hakimliklə bağlı danışmayacam”
Matçdan sonra hər iki baş məşqçinin iştirakı ilə mətbuat konfransı keçirildi. Öncə jurnalistlər qarşısına Samir Abasov çıxdı. Mütəxəssisin oyunla bağlı fikirləri belə oldu:
- Bizim üçün çətin idi. “Zirə” ilə Antalyada eyni oteldə qalırdıq. Rəqibin ordakı oyunlarını izləyib, özümüz üçün müəyyən qeydlər aparmışdıq. Amma vətənə qayıtdıqdan sonra bildik ki, heyətə 3-4 yeni oyunçu cəlb ediblər. Tanımadığımız futbolçulara qarşı oynamaq işimizi çətinləşdirirdi. Oyuna yaxşı başladıq. Lakin davamı gəlmədi. Hesab bərabərləşəndən sonra bəzi futbolçularımızın əli-qolu bağlanmışdı. Sanki özlərini itimişdilər. Sonda 1:2, 1:3 uduza bilərdik. Bunu ataq birinci oyun olmasının üstünə. Fikrimcə, qalan görüşlərdə ikinci hissədəki kimi oynasaq, ancaq 7-8-ci yerləri tuta bilərik.
- Meydana sonradan çıxan futbolçular oyunu gücləndirməlidilər. Ancaq şans verdiyiniz oyunçuların heç biri bunu bacarmadı. Xüsusilə də Nicat Qurbanovu qeyd etmək lazımdı.
- Ülvi bir qədər digər iki oyunçudan seçildi. O mübarizə apardı, nəsə etməyə çalışdı. Nicat isə... O, əvvəlki klublarında həmişə ehtiyatda qalıb. İndi özünü göstərməlidi. Ona bu şansı yaratdım. Ancaq görünür, səhv etmişəm. Futbolçu meydana çıxandan 10 dəqiqə sonra yorulursa, deməli, oynamağa layiq deyil. Qoy Nicat bu haqda düşünsün. Belə davam edəcəyi təqdirdə, onun daimi yeri ehtiyat oyunçular skamyası olacaq.
- Meydanda maraqlı mübarizə getsə də, sanki Fərhad Vəliyev tempə uyğunlaşa bilmirdi. Yeni qapıçı barədə düşünmürsüz?
- Birinci hissədə komandamdan razı qaldım. İkinci yarıda “Zirə” tam üstün oynadı. Komandamızda, demək olar ki, dəyişiklik yoxdu. Antalyadakı oyunlarımız, məşqimiz də tempi aşağı salmamağa hesablanmışdı. Fərhada gəlincə, bu gün Azərbaycanda normal qolkiper yoxdu. “Transfer pəncərəsi” bağlandığından yeni qapıçı axtarışına çıxmaq da mümkün deyil.
- Oyun ərzində dəfələrlə Əliyar Ağayevə etiraz etdiz. Onun idarəçiliyindən narazı qaldız?
- İndi bu suala cavab versəm, məni cərimələyərlər?
- Bəli.
- Elədisə, hakimliklə bağlı danışmayacam.
Sonra Ayxan bəy media nümayəndələrinin suallarına cavab verdi:
- Çətin olacağını bilirdik. “Sumqayıt” çempionatda ən xoşladığım komandadı. Birinci və ikinci hissədə fərqli oyun göstərdik. Fasilədən sonra daha yaxşı oynadıq. Düşünürəm ki, hesab ədalətli oldu. Ümumilikdə çempionat çətin keçəcək və bizim üçün hər xal önəmlidi. Qələbə qazanmaq istəsək də, alınmadı. Ümid edirik ki, növbəti oyunlarda bunu bacaracağıq.
- Yeni transferiniz Aleksandr Dedovun adının iştirak ərizəsinə salınmamasına səbəb nədi?
- Dedov hazırdı. Sadəcə, komanda ilə məşq etmədiyinə görə ona şans vermədim. Növbəti oyunlarda bizimlə olacaq. Özünüz də gördüz ki, yeni gələnlər 3-4 məşqdə iştirak etmələrinə baxmayaraq, komandaya tam uyğunlaşmayıblar. Bu gün yalnız ikinci hissədə onların “açılışdığını” gördük.
- Yani Urdinov epizodların birində Əliyar Ağayev tərəfə tüpürdü...
- Epizodu görməmişəm. Həmin an hakim lehimizə cərimə zərbəsi verməliydi, amma vermədi. Futbolçu da buna görə əsəbləşdi. Fasilə zamanı Urdinovla danışdıq, sakit olmasını istədik. Makedoniyalı müdafiəçi belə edibsə, cəzasını verəcəyik.
RƏŞAD

Gözdən qaçmadı...
* Fasilə zamanı jurnalsitlər üçün təşkil olunan çay süfrəsində media əhlindən çox polislərə və yanğınsöndürənlərə rast gəlmək mümkün idi. Deyəsən, “Zirə” rəhbərliyi bir güllə ilə iki dovşan vurmağa qərar verib.
* İlk yarıda Vüsal İsgəndərli 10 dəqiqə aralığında 3 dəfə meydanın mərkəzində qonaq futbolçulara qarşı “sürüşmə” fəndini yerinə yetirərkən qayda pozuntusuna yol versə də, hakim ancaq şifahi xəbərdarlıqla kifayətləndi. Bundan əsəbləşən Samir Abasovun köməkçisi Seymur Rəhimov üzünü baş hakimə tutaraq “Əliyar, Seymur canı, artıq 3-cü dəfədi qaydanı pozur” söylədi ki, Ağayev onun bu replikasını gülüşlə qarşıladı. Ümumiyyətlə, matçın gedişində sumqayıtlıların məşqçilər korpusu başda Samir Abasov olmaqla, dəfələrlə referiyə iradlarını bildirdilər. İkinci yarının sonlarına yaxın hakimin növbəti qərarından narazı qalan Samir bəy meydanın mərkəzindəki qayda pozuntusuna ”penalti ver, canımız qutarsın” söyləməklə reaksiya verdi.
* “Zirə”nin yeni transferi Urdinov ilk oyunda özünü heç də debütant kimi aparmadı. Hakimin qərarından narazı qalan müdafiəçi əvvəlcə əsəbi formada Ağayevə iradını buildirib, ardınca tüpürməklə yadda qaldı. Lakin nədənsə Ağayev legionerin bu hərəkətinə göz yumdu.
* Matçı izləyənlər arasında yığmanın qapıçılarla işləyən məşqçisi Dmitri Kramarenko da var idi. O Zirəyə “qartallar”ın sabiq mətbuat katibi Elman Himayətoğlu ilə birgə gəlmişdi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar