12 fev 23:32liqa, reportaj

Fərhad Vəliyev “Sumqayıt”ı qələbədən məhrum etdi

Fərhad Vəliyev “Sumqayıt”ı qələbədən məhrum etdi
57. Zirə - Sumqayıt 1:1 (1:1)
85. Kamal Bayramov (k) – 5,0
18. Yani Urdinov – 5,0
23. Yovan Krneta – 5,0
5. Adil Nağıyev – 5,0
39. Sadiq Quliyev – 5,0
(77. Mirsahib Abbasov, 46) – 5,0
14. Tellur Mütəllimov – 5,0
8. Milan Duriç – 4,5
(11. Viktor İbokoyi, 46) – 5,0
29. Evans Uilyams – 5,5
38. İlkin Muradov – 5,0
88. Elşən Abdullayev – 4,5
(7. Sadio Tounkara, 75) – 4,5
17. Vüsal İsgəndərli – 6,0
Ehtiyat oyunçular
62. Abdulla Seyidəhmədov
10. Orxan Əliyev
13. Aleksandr Şemonayev
16. İbrahim Aslanlı
47. Əmrah Bayramov
87. Müşfiq İlyasov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Vüsal İsgəndərli

1. Fərhad Vəliyev – 5,0
19. Azər Salahlı – 5,0
2. Rail Məlikov – 4,5
3. Vurğun Hüseynov (k) – 5,0
14. Bəxtiyar Həsənalızadə - 4,5
18. Tural Axundov – 6,0
5. Vüqar Bəybalayev – 5,0
10. Cavid İmamverdiyev – 5,5
32. Rəşad Eyubov – 4,0
(97. Xəyal Nəcəfov, 55) – 4,0
11. Ehtiram Şahverdiyev – 5,0
(17. Nicat Qurbanov, 74) – 3,0
9. Amil Yunanov – 4,5
(70. Ülvi İsgəndərov, 57) – 4,5
Ehtiyat oyunçular
23. Mehdi Cənnətov
6. Kamal Mirzəyev
7. Cavid Tağıyev
13. Bəhlul Mustafazadə
25. Süleyman Əhmədov
39. Tural Bayramlı
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Tural Axundov
Qollar: T.Axundov, 35 (0:1, V.Hüseynov). V.İsgəndərli, 40 (1:1, M.Duriç).
Vərəqələr: Y.Krneta, 75 (qeyri-idman hərəkəti). V.Bəybalayev, 87 (qeyri-idman hərəkəti). V.Hüseynov, 90+2 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: Nüvər Xasıyev (Bakı).
10 fevral. Zirə. İdman Kompleksinin stadionu. 500 tamaşaçı (1400 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Premyer-liqada 2018-ci ilin ilk oyunu Zirədə keçirilirdi. Qəsəbənin eyniadlı komandası turnir cədvəlində qonşu olduğu “Sumqayıt”ı qonaq edirdi. Ayxan Abbasov cəza üzündən Riçard Qadze ilə Vüqar Mustafayevin xidmətindən istifadə edə bilmirdisə, Samir Abasov bu qış “kimyaçılar”a qoşulan Elnur Abdullayevin adını iştirak ərizəsinə salmamışdı. Buna səbəb yarımmüdafiəçinin zədəli olmasıydı.
Bəribaşdan qeyd edək ki, tribunalara toplaşan azsaylı azarkeşlər iki fərqli hissə izlədi. İlk yarıda qonaqlar, fasilədən sonra isə “qartallar” oyuna diqtə edən tərəf idi. İlk 10 dəqiqədə qəsəbə təmsilçisi daha təravətli görünməklə yanaşı, daha çox hücum qururdu. Lakin “kimyaçılar” özlərini itirməyərək rəqibin ilk hücum dalğasının qarşısını nəinki almağı bacardılar, çox keçmədən “qartallar”ı öz qapısına doğru sıxışdırdılar. Matçda ilk təhlükəli vəziyyət də meydan sahiblərinin qapısı önündə yarandı. 12-ci dəqiqədə Eyyubovun kornerdən qapı önünə asmasını Yunanov müdafiəçiləri qabaqlayaraq “çərçivə”yə göndərsə də, top qapının üstündən keçdi. Forvardın yüzfaizlik qol imkanını boşa verməsi, sadəcə, inanılmaz idi. 6 dəqiqə sonra Tural diqqət mərkəzinə düşdü. Müdafiəçinin yerinə yetirdiyi cərimə zərbəsindən sonra Kamal yumruqları ilə “mərmi”ni uzaqlaşdıra bildi. Ancaq Axundov ilk hissənin qalan dəqiqələrində adını tabloya yazdırmağı bacardı. Tural Amillə Ehtiramın bacara bilmədiyini etdi. 20-ci dəqiqədə Şahverdiyev, 29-da isə Yunanov real qol imkanını boşa verdilər. Hər ikisi yaxın məsafədən Bayramovun qoruduğu qapını dəqiq nişan ala bilmədi. Ümumiyyətlə, “kimyaçılar”ın forvardı matçboyu qol imkanlarını boşa verməklə yadda qaldı. Yunanov meydanda olduğu müddətdə ikili mübarizələrdə inamlı təsir bağışlayır, müdafiəçilərin gözündən yayınmaqla zərbə mövqeyinə çıxmağı bacarırdı. Sadəcə, son nöqtəni qoymağı bacarmırdı ki, bu da baş məşqçinin haqlı narazılığına səbəb olurdu. Qonaqların ardıcıl həmlələri, nəhayət, 35-ci dəqiqədə bəhrə verdi. Vurğun meydanın özlərinə aid hissəsindən uzun ötürmə ilə Axundovun Bayramovla üzbəüz çıxmasına şərait yaratdı. Kamal çıxışda ləngiyincə, müdafiəçi başla topu qapıçının üstündən atıb komandasını hesabda önə çıxardı. Ancaq qonaqların qol sevinci uzun sürmədi. 5 dəqiqə sonra Duriçin cərimə zərbəsindən qapı önünə asmasını İsgəndərli başla dəqiq tamamladı. Bu qolu Fərhadın ayağına yazmaq da olar. Təcrübəli qolkiper adına yaraşmayan səhvə yol verməklə, daha dəqiq desək, o qədər də güclü olmayan zərbəni dəf etməməklə Vüsalın adını tabloya yazdırmasına şərait yaratdı.
Yuxarıda qeyd etdiyimiz kimi, fasilədən sonra meydanda ssenari dəyişdi. Bu dəfə “qartallar” hücum edir, qonaqlar isə daha çox qapının toxunulmazlığının qeydinə qalırdı. Xüsusilə matçın son 20 dəqiqəsi daha drammatik alındı. Abasovun əvəzetmədən meydana buraxdığı futbolçular oyunu gücləndirmək əvəzinə daha da zəiflətsə də, Abbasovun əvəzetmələri özünü doğrultdu. Viktorun meydanın mərkəzində “at oynatması” komandanın ümumi oyununa təsir göstərdi. 68-ci dəqiqədə Bəxtiyarın mövqe səhvindən yararlanıb zərbə mövqeyinə çıxan Vüsal dubl etməyə yaxın olsa da, topa uğursuz toxunduğundan “mərmi” qapının üstündən keçdi. 3 dəqiqə sonra Kamal “qartallar”ı qoldan xilas etdi. Qapıçı Ehtiramın baş zərbəsini gözəl seyvlə zərərsizləşdirdi. 5 dəqiqə sonra Bayramov növbəti dəfə bacarığını nümayiş etdirdi. “Çərçivə qoruyucusu” bu dəfə Turalın cərimə zərbəsindən “9-luğ”a göndərdiyi topa inanılmaz reaksiya verdi. 83-cü dəqiqədə rəqibi əks-hüacumda yaxalayan meydan sahibləri fərqlənsə də, baş hakim Tounkaranın oyundankənar vəziyyətdə olduğunu bildirib, qolu qeydə almadı. Halbuki epizodun təkrarına baxanda da görmək olur ki, malili futbolçu müdafiəçilərlə eyni xətdədi. Sona iki dəqiqə qalmış isə Mirsahibin başla zərbəsindən sonra dirək “kimyaçılar”ın köməyinə çatdı. Qalan dəqiqələrdə qapılara qol vurulmağından turnir cədvəlində qonşu olan komandaların qarşılaşması “sülh”lə bitdi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:57 Boykotçular martın sonunda turnir təşkil edəcək Dünən, 13:54 “Qarabağ”lılar bu dəfə “Yuventus”a ilişdi Dünən, 13:24 Vüqar Nadirov “FC Baku”dan qovuldu Dünən, 13:22 “Qızıl oğlan” 40 yaşını tamamladı Dünən, 13:19 Zaqreb “Dinamo”sunun skautları Musa Qurbanlını izləyib Dünən, 13:10 Mahir Şükürov Bakıda PSJ-nin məktəbini açmaq istəyir Dünən, 13:04 “Turan Tovuz” baş məşqçi ilə yolları ayırır Dünən, 12:57 “Heç kim bizə qara qəpik də verməyib” Dünən, 12:52 “Keşlə” üçün çıxış yolu Dünən, 12:49 Dmitri Kramarenko yığmada qaldı Dünən, 12:46 "Sumqayıt-2" üç xalı 5, MOİK 4 qolla qazandı Dünən, 12:44 Samir Abasov məşqçi karyerasında bir ilk yaşayacaq Dünən, 12:19 1/8 finalın oyun günləri müəyyənləşdi Dünən, 12:16 Türklər yığmamızı darmadağın etdi Dünən, 12:12 Arzuman Rizvanov Çexiyanın yüksək liqasında Dünən, 12:09 Susqun bombardirlər: 977 dəqiqəyə cəmi 1 qol Dünən, 12:05 Dünya ulduzları Bakıya gəlir Dünən, 12:02 "Səbail" 2400 manat cərimə ilə razı deyil Dünən, 11:23 Yığma İspaniya ilə eyni qrupda 21-02-2019, 19:33 Liderlər üçün asan gəzinti 21-02-2019, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu 21-02-2019, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı 21-02-2019, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri 21-02-2019, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır 21-02-2019, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da 21-02-2019, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır 21-02-2019, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək 21-02-2019, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür 21-02-2019, 19:09 Sərxan Hacıyev Budapeştdədi 21-02-2019, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” 21-02-2019, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir 21-02-2019, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır 21-02-2019, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı 21-02-2019, 19:02 Lider dəyişəcəkmi? 21-02-2019, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq 21-02-2019, 18:52 İlk dueli türklər qazandı 21-02-2019, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı 21-02-2019, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” 21-02-2019, 18:44 Delarj durumundan məmnundu 21-02-2019, 18:43 Dördüncü “Media turniri” başlayır 21-02-2019, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq Bütün xəbərlər
Ən çox oxunanlar