12 fev 23:29liqa, reportaj

Yuri Maksimov “sülh”lə başladı

Yuri Maksimov “sülh”lə başladı
Qurban Qurbanov özünü “İnter Arena”ya 20-ci dəqiqədə çatdırdı
59. Keşlə - Səbail 1:1 (0:1)

1. Kamran Ağayev (k) – 4,5
4. Slavik Alxasov – 5,0
3. Denis Silva – 5,0
27. Adrian Skarlatake – 5,0
65. Cabir Əmirli – 5,5
90. Ebrima Sohna – 5,5
39. Əlibəy Məmmədli – 5,5
10. Sezar Meza Kolli – 5,5
(7. Vaqif Cavadov, 71) – 3,5
21. Herve Tçami – 5,0
(22. Məqsəd İsayev, 58) – 5,5
9. Pərdis Fərcad-Azad – 6,0
14. Andre Klennon – 4,5
(24. Fuad Bayramov, 46) – 5,0
Ehtiyat oyunçular
15. Orxan Sadıqlı
2. Sərtan Taşkın
33. Tərlan Quliyev
40. Nemanya Stoyanoviç
66. Murad Qayalı
80. Rafael Məhərrəmli
88. Məmməd Quliyev
Baş məşqçi: Yuri Maksimov
Komandanın ən yaxşısı: Pərdis Fərcad-Azad

1. Emil Balayev – 5,5
23. Ayron Stati – 4,5
(92. Vahid Orazsahedov, 59) – 5,0
4. Rahil Məmmədov – 5,5
5. Kərim Diniyev – 5,0
15. Nikoloz Apakidze – 6,0
26. Kamal Qurbanov – 5,5
3. Tamazi Tsetsxladze – 5,5
17. Vüqar Nadirov (k) – 4,5
(10. Nurlan Novruzov, 64) – 5,0
29. Yevgeni Koçuk – 4,5
11. Elman Taqayev – 5,5
(21. Murtuz Abakarov, 90) – qiymətsiz
7. Fəhmin Muradbəyli – 5,5
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
24. Ruslan Əmircanov
66. Pərviz Qaraxanov
99. Maudo Jarjue
Baş məşqçi: Samir Əliyev
Komandanın ən yaxşısı: Nikoloz Apakaidze
Qollar: F.Muradbəyli, 35 (0:1, Y.Koçuk). P.Fərcad-Azad, 55 (1:1, C.Əmirli).
55-ci dəqiqədə P.Fərcad-Azad penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: E.Taqayev, 32 (qeyri-idman hərəkəti). T.Tsetsxladze, 44 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RAMİL DİNİYEV, Mübariz Haşımov, Rahil Ramazanov, Elvin Əsgərov (hamısı Bakı).
Hakim-inspektor: Fazil Mürşüdov (Sumqayıt).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
11 fevral. Bakı. İnter Arena. 1500 tamaşaçı (5300 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Dünən paytaxtda əsl futbol havası idi. Günəşli, yaz hərarətli gündə stadionda istirahət etməkdən zövqlü nə ola bilərdi?! “Keşlə” ilə “Səbail” “İnter Arena”ya üz tutan 1500 azarkeşə bu həzzi yaşatmağı bacardımı?
Qış fasiləsi başlar-başlamaz yeni baş məşqçiylə anlaşan və heyəti də yeniləyən, 9 transferlə diqqəti çəkən "Keşlə"nin ilk oyunu böyük maraqla gözlənilirdi. Ukraynalı baş məşqçi Yuri Maksimovun rəsmi debütü vaxtilə onun ölkəsində legioner həyatı yaşamış Samir Əliyevin “Səbail”i ilə görüşə təsadüf edirdi. Premyer-liqanın debütantı avrokubok uğrunda mübarizə aparan komandalara “əlcək atmaq” üçün səfər matçından 3 xalla dönməyi hədəfləmişdisə, keşləlilər autsayder statusundan qurtulmağa can atırdı. Bu mənada mövsümün ikinci yarısına uğurlu başlamaq çox vacib idi.
Bəribaşdan qeyd edək ki, Maksimov oyunun protokoluna yeni transferlərdən Pablo Podionun adını daxil etməmişdisə, “Səbail”də “transfer pəncərəsi”nin sonuncu günü heyətinə cəlb etdiyi türkmən Vahid Orazsahedovun “18-lik”də olması diqqəti çəkməyə bilməzdi.
Oyunun start dəqiqələrində əlahiddə heç nə baş vermədi. İlk hissənin tən yarısını tərəflər təşəbbüsü ələ keçirmək uğrunda mübarizəyə həsr etdi. Bu müddətdə qapılar istiqamətinə bir zərbə belə vurulmadı. İlk təhlükəli vəziyyət “Keşlə”nin cərimə meydançasında yarandı. 28-ci dəqiqədə Vüqar az qala Kamran Ağayevlə dueldən qalib ayrılacaqdı. Təcrübəli qolkiper son anda topa toxunaraq kornerə çıxara bildi. Meydan sahiblərinin cavabı da təhlükəli oldu. 30-cu dəqiqədə Əlibəy Məmmədli Cabir Əmirlinin cinah ötürməsini iki cəhddə qapıya göndərdi. İlk həmlənin qarşısını müdafiəçi, aşırma vuruşu isə Balayev zərərsizləşdirdi. Qol özünü çox gözlətmədi. 35-ci dəqiqədə Fəhmin Muradbəyli müdafiədən dönən topu təkrar zərbə ilə tora qovuşdurdu. Ağayev topa toxunsa da, zərbənin qarşısını almaqda aciz qaldı. 40-cı dəqiqədə Vüqar təkbətəkdən yararlana bilmədi. O, topu düz Kamranın qucağına atdı.
“Keşlə”nin fasiləyə yenik durumda yollanmasına baxmayaraq, Maksimov iki hücumçuyla oynamağın riskli olduğunu nəzərə alıb, ikinci hissəyə 1 forvardla başladı. Klennon yerini Fuad Bayramova verdi. İnsafən, bu dəyişiklikdən sonra meydan sahibləri daha məzmunlu oynamağa başladı. Düzdü, “Səbail” hissənin əvvəlində fərqi artırmağa çox yaxın oldu. 48-ci dəqiqədə Tamazinin asmasını Rahil başla qapıya yönəltsə də, hava mübarizəsində tək qalan müdafiəçinin vuruşu dəqiq olmadı. Ancaq tezliklə oyunda növbəti qol vuruldu. Həm də yetərincə maraqlı vəziyyətdən sonra. 54-cü dəqiqədə Kərim cərimə meydançasında Sezara qarşı kobud oynadı və əmisi Ramil Diniyev penalti nöqtəsini göstərdi. Di gəl ki, Emil Pərdisin zərbəsini dəf edərək onun sevinməsinə əngəl oldu. Bununla belə, epizodun davamında forvard oyun vəziyyətindən fərqləndi.
Bir qədər sonra “Səbail” yenidən hesabda önə çıxmaq üçün yüzfaizlik imkan əldə etdi. Vüqar oyun ərzində ikinci dəfə real şansdan yararlana bilmədi. Apakaidzenin müdafiədən göndərdiyi uzun ötürmə ilə təkbətək çıxan Nadirov Kamranın başı üzərindən tora atmaq istədiyi topu göyə vurdu. 80-ci dəqiqədə “Səbail” növbəti imkanı qaçırdı. Cərimə zərbəsindən sonra Koçuk 6-7 metrdən qapıya düşə bilmədi. 88-ci dəqiqədə qonaqları qoldan Balayev xilas etdi. Oyuna sonradan qoşulan Məqsədin cinah asmasını Pərdis başla tamamlasa da, “Səbail”in qapıçısı yaxın məsafədən vurulan zərbəyə əla reaksiya göstərdi. Beləliklə, turun ardıcıl 3-cü oyunu da “sülh”lə başa çatdı.
MİRAĞA

Reaksiyalar
Yuri Maksimov: “Hər iki komanda qələbə qazanmaq istəyirdi. Ancaq rəqibin müdafiəsini yarmaq çətin oldu. "Səbail"dən başqa oyun sistemi gözləyirdik. “Beşli müdafiə” ilə oynadılar. Meydanın mərkəzində boşluq var idi. Orta sahədə sanki bir nəfər çatışmırdı. İkinci hissədə toparlandıq. Deyərdim ki, dəyişikliklər bəhrə verdi. Əsas odu ki, futbolçularda oynamaq həvəsi var idi. Rəqibin də yaxşı futbolçuları var. Bu matçı təhlil edib, növbəti oyunlara daha yaxşı hazırlaşacağıq. Bu, mənim Azərbaycan premyer-liqasında debütüm idi. Təəssüratım yaxşıdı. Turnir cədvəlinin aşağı pillələrində olan komandaların belə təmiz mübarizə aparmaları məndə xoş təəccüb yaratdı. Fikrimcə, çox çətin çempionatdı. Futbolçularımın irad kimi başa düşməsini istəmirəm, amma bəzi oyunçular komandaya gec qoşuldular. Bir-birini başa düşmələri üçün zamana ehtiyac var. Bu da təbiidi: vaxt azlığı var idi. Bir çox yeni futbolçuların komandaya cəlb edilməsi zamanı “İnStat”dan istifadə etməli olduq. Bəzi transferlərdə sırf axtardığımızı tapdıqsa, bəzilərinə sadəcə, ümid edirik. Süni örtükdə oynamağımıza gəlincə, aydındı ki, belədə zədə riski çox olur. Hətta Lobanovski bizə sünidə oynamağı qadağan edirdi. Ancaq təbii örtükdə məşq edib, süniyə keçmək o qədər də təhlükəli deyil. Yeni transferlərimizdən Pablo Podionun “18-lik”də olmaması zədə ilə bağlıdı. Toplanış çərçivəsində “Robotniçki” ilə keçirdiyimiz oyunda ayağından xəsarət almışdı. Onun oyunundan razı deyiləm? Buna şərh vermək istəmirəm”.
Samir Əliyev: “Yeni sistemlə oynayırıq. Bu sistemlə mübarizə aparmaqda davam edəcəyimizi hələ bilmirəm. Çox çətin sistemdi. Hətta böyük klublar da bu sistemdə əziyyət çəkir. Heyətdə yeni futbolçular da var. Anlaşma hələ istədiyimiz səviyyədə deyil. İnanıram ki, oyundan-oyuna hər şey düzələcək. Vüqar Nadirovu qaçırdığı epizoda görə əvəzləmədim. Əvvəlcədən bunu planlaşdırmışdıq. Nurlanı da, yeni gələn hücumçunu da oynatmaq istəyirdik. Kərim Diniyevin yeni mövqedə oynamasına gəlincə, bu barədə əvvəldən söhbət etmişdik. Özünü burda rahat hiss etdiyini dedi. Bu gün ondan uzun ötürmələr də gözləyirdim. Bu gün, ümumiyyətlə, bütün futbolçulardan razı qaldım. Qarşımıza məqsəd qoyulub ki, növbəti mövsüm üçün kollektiv formalaşdıraq. Nəticə vacibdi, ancaq ən əsası oyunumuzu yaxşılaşdırmaqdı. Rəqibimiz də yeni oyunçular alıb, intizamlı futbol oynadı. Viktor Oseqeyl məsələsi çox güman, qapandı. Onun oyun üslubunu "Kəpəz"də çıxış edən vaxtdan bəyənirdim. Amma dizində zədəsi də var idi. Çox güman, gələn həftə bizə yeni hücumçu qoşulacaq”.
Gözdən qaçmadı…
* “Səbail”i təxminən 50 nəfərlik azarkeş qrupu dəstəkləyirdi ki, onların arasında klubun sponsorlarından olan Xəzər Dəniz Gəmiçiliyinin (“Caspian Shiping Company”) bayraqlarıyla “silahlananlar” az deyildi. Hətta “Caspian Shiping Company”nin bayraqları klubunkundan çox idi.
* Nizami Hacıyevin “Keşlə”dən və ümumiyyətlə, futboldan uzaqlaş(dırıl)masından sonra klubda kapitan problemi var idi ki, Kamran Ağayevin dönüşü ilə boşluq aradan qaldırılıb. Millinin qapıçısı hakimin start fitindən əvvəl komanda yoldaşlarını toplayıb azarkeşlərin olduğu tribunanın önünə apardı və beləcə tərəflər salamlaşdılar. Ancaq Kamran çox aqressiv idi. Xüsusilə ikinci hissədə bir neçə dəfə komanda yoldaşlarına kəskin irad bildirdi.
* Əvvəllər Qurban Qurbanovu çempionat oyununlarında görəndə, bunu onun rəqiblərini iş başında görmək istəyiylə əlaqələndirirdik. Ancaq o, həm də yığmanın baş məşqçisidi. Təcrübəli mütəxəssis özünü “İnter Arena”ya qarşılaşmanın 20-ci dəqiqəsində çatdırdı.
* Adətən, oyunsonrası mətbuat konfransında öncə qonaq komandanın baş məşqçisi jurnalistlər önünə çıxır. Bu dəfə əksinə oldu.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar