Yazarlar
Amal
Absurdla dolu futbolNurasib Rəhimov
Prezident öz adı ilə bağlı olan qurumlara nəzarət eləmir?Nihat
Həngamə bundan sonradı
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

BMM “Futbol+”ə yer verməkdən çəkindi

“Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi

AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

Kamran Ağayevdən növbəti özündənrazı açıqlama

Adil Nadirov vəfat etdi

Bordin toplanışdan və komandasından razıdı

“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib

PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Xaqani Məmmədov keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”
“Neftçi”dən “Forza Neftçi”yə doğum günü hədiyyəsi

“Kəpəz”in azarkeşi bölməyə aparıldı
59. Neftçi (Bakı) – Kəpəz (Gəncə) 1:0 (0:0)
94. Rəşad Əzizli – 5,5
5. Anton Krivotsyuk – 5,5
6. Rəşad Sadiqov – 5,5
15. Ruslan Abışov (k) – 5,5
21. Məhəmməd Mirzəbəyov – 5,5
(2. İlkin Qırtımov, 79) – qiymətsiz
8. Emin Mahmudov – 5,0
(22. Mirabdulla Abbasov, 82) – qiymətsiz
10. Derlis Meza Kolli – 5,0
11. İqnasio Errera – 5,5
19. Fransisko Qarsiya – 6,0
17. Rəhman Hacıyev – 5,0
(7. Namiq Ələsgərov, 73) – 5,0
9. Lukas Qomes – 4,5
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
3. Fərid Abbaslı
20. Elnur Süleymanov
77. Elvin Sərkərov
25. Kiril Petrov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Fransisko Qarsiya
22. Sergey Litovçenko – 5,0
13. Şəhriyar Rəhimov (k) – 5,5
15. İqor Korotetski – 5,0
4. Şəhriyar Əliyev – 5,0
18. Tural Cəlilov – 4,5
16. Qiuli Mancqaladze – 4,5
20. Tərzin Cahangirov – 4,5
(10. Tural Rzayev, 73) – 4,5
12. İlyas Səfərzadə - 5,0
48. Dieqo Qusmao – 4,5
(6. Ceyhun Cavadov, 83) – qiymətsiz
8. Samir Zərgərov – 5,0
24. Şadon Vinçester – 5,0
(9. İlkin Sadıqov, 56) – 4,5
Ehtiyat oyunçular
1. Davud Kərimi
55. Tərlan Qasımzadə
2. Yusif Cəfərov
5. Tural Nərimanov
7. Roman Hüseynov
11. Kamran Abdullazadə
Baş məşqçi: Yunis Hüseynov
Komandanın ən yaxşısı: Şəhriyar Rəhimov
Qol: M.Abbasov, 86 (İ.Errera).
Vərəqələr: İ.Səfərzadə, 57 (qeyri-idman hərəkəti). M.Mirzəbəyov, 58 (qeyri-idman hərəkəti). D.Qusmao, 74 (qeyri-idman hərəkəti). Ş.Rəhimov, 90+3 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Akif Əmirəli, Vüqar Bayramov (hamısı Bakı). Rəşad Əhmədov (Mingəçevir).
Hakim-inspektor: Kərim Ağayev (Bakı).
AFFA nümayəndəsi: Zamiq Hüseynov (Bakı).
11 fevral. Bakı. Bakcell Arena. 2000 tamaşaçı (11000 yerlik).
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Qış fasiləsindən sonra hər iki komanda futbolsevərlər üçün “sirli qutu” idi. Meydanın bir tərəfində Antalyada qələbəyə həsrət qalan “Neftçi”ydisə, digər yarımhissədə yenilənmiş və Türkiyədəki toplanışda iki qələbə qazanmış “Kəpəz” qərarlaşmışdı. Bu iki komandanın ortaq cəhəti təkcə zəngin tarixə malik olmaları deyil. Hər ikisi Antalyada 1:8 hesablı yenilgiyə üzülmüşdü. Hə, vaxtilə çiyin-çiyinə futbol oynamış Tərlan Əhmədovla Yunis Hüseynovun duelindən hansının qalib ayrılacağı da maraqla gözlənilirdi.
Bəribaşdan qeyd edək ki, oyun heç də gərgin keçmədi. “Ağ-qaralar” əsasən topa nəzarət edir, gəncəlilər isə pusquda dayanan ovçu kimi “şikar”ını gözləyirdi. Qonaqların məqsədi meydan sahiblərini əks-hücumlarda cəzalandırmaq idi. Məhz bu taktiki plan oyunun maraqlı alınmasının qarşısına almaqla yanaşı, qol imkanlarının çoxluğunu əngəlləyirdi. 8 və 14-cü dəqiqələrdə bakılıların təhlükəli həmlələri səmərə vermədi. Birinci vəziyyətdə Qarsiya dəqiq oynaya bilmədisə, ikincidə Rəhmanın cərimə zərbəsindən vurduğu topu Litovçenko əla seyvlə küncə çıxardı. 32-ci dəqiqədə Sadiqov Vinçesterin yaxşı mövqedən fərqlənmək istəyini gözündə qoydu. İlk hissədə Tərlan Əhmədovun yetirmələri rəqibinə nisbətən daha fəal görünür, qol vurmaq üçün bütün vasitələri işə salırdı. Di gəl ki, nə qapı qarşısına asmalar, nə qısa ötürmələr, nə də uzaq məsafədən zərbələr qolla tamamlandı.
Fasilədən sonra futbolçuların işi təxminən 15 dəqiqə top dığırlamaq oldu. Təhlükəli həmlələrdən söhbət gedə bilməzdi. Azarkeşlər meydan sahiblərindən qol gözlədiyi halda, hesabı qərblilər açmağa yaxın oldu. Şəhriyar Rəhimov əla cinah keçidindən sonra Qusmaoya elə bir ötürmə verdi ki, o topu qapıdan keçirməmək günah olardı. Braziliyalı qeyri-dəqiq zərbəylə həmin günahı qazanmış oldu. 70-ci dəqiqədə “Neftçi”nin fəallarından olan yeni transfer Qarsiyanın növbəti qüvvətli zərbəsinə Litovçenko baxımlı reaksiya göstərdi. Vaxtın azaldığını görüb, qol vurmağın vacibliyini dərk edən Tərlan Əhmədov 82-ci dəqiqədə riskli addım atdı. Yarımmüdafiəçi Emin Mahmudovu meydandan alan baş məşqçi onu Mirabdulla Abbasovla əvəzlədi. Bu, “ağ-qaralar”ın matçın qalan bölümündə iki hücumçuyla oynayacağı anlamına gəlirdi. Məhz həmin əvəzetmə qol gətirdi. Errera cinahda Mancqaladzedən sıyrılıb qapı qarşısına ötürmə edincə, Mirabdulla sanki ehtiyatda oturmağın acığını topdan çıxırmış kimi elə bir zərbə endirdi ki, Sergeyə “mərmi”ni tordan çıxarmaq qaldı. Qonaqların qalan dəqiqələrdəki cəhdləri fayda vermədi.
Vacib 3 xal qazanan “Neftçi” “Sumqayıt”la xal fərqini 2-yə endirdiyi halda, “Kəpəz”in turnir cədvəlində “Keşlə”ni geridə qoymaq arzusu həyata keçmədi.
Gözdən qaçmadı…
* Bir neçə saat əvvəl keçirilən “Keşlə” – “Səbail” görüşündə Ramil Diniyev spreydən istifadə etmişdisə, Rəhim Həsənov buna ehtiyac duymadı.
* Fasilədə mətbuat zalında çay süfrəsi təşkil olundu ki, otaqda jurnalistlərdən çox kənar şəxslərə rast gəlmək olardı. Maraqlısı “CBC Sport”un geyimində olan iki şəxsin zala buraxılmaması idi.
* Görüşü izləyənlər arasında əsas və U-21 yığmalarının baş məşqçiləri Qurban Qurbanovla Rəşad Sadıqovu görmək olardı.
* Oyunu tribunadan izləyən Dario Federiko ilk hissədən sonra sektordan ayaqyoluna düşəndə gəncəli fanatların əlinə keçdi. Futbolçunu çox yormadılar, şəkil çəkdirib buraxdılar.
* Matçı məğlub başa vurmasına baxmayaraq, “Kəpəz”in bir neçə futbolçusu 90 dəqiqənin tamamında gəncəli fanatların əyləşdiyi tribunaya tərəf gedib, dəstəyə görə onlara təşəkkür etdilər.
* Komanda üzvləri meydanı tərk edəndən sonra şirin-şirin söhbət edən iki futbolçunu tanımaq çətin deyildi. Biri “Kəpəz”in ukraynalısı İqor Korotetski, o biri onun “Neftçi”də oynayan həmyerlisi Kiril Petrov idi.
* Oyundan sonra polislərlə qonaq azarkeşlər arasında qalmaqal gəncəli fanatlardan birinin 24-cü polis bölməsinə aparılmasına görə idi. “Xəmsə”nin rəhbəri Adil Məmmədov hər nə qədər “o uşaq Gəncədən gəlib, məni tutun, onu buraxın” desə də, poqonlular bildiyindən dönmədi. Elə o an azarkeşlərdən biri ilə polis mayoru arasında qısa, amma kifayət qədər düşündürücü dialoq baş tutdu:
- Hara aparırsız, niyə aparırsız? Nə edib ki?
- Priotexniki vasitələrdən istifadə etməyin nə demək olduğunu bilirsiz? Qadağandı! Görək hardan əldə edib, məqsədi nə idi?
- Onu o uşağın yandırdığına əminsiz? Əlinizdə fakt var?
- Əmin olmasaq, bölməyə aparılmazdı.
- Elədisə, qadağan olunmuş maddəni tribunaya necə keçirib? Polislər hara baxırdı?
- Az danış! Deyəsən, sən də onun yanına istəyirsən.
* Yunis Hüseynov mətbuat konfransında oyunla bağlı fikirlərini bitirəndən sonra üzünü jurnalistlərə tutub “heç demədiz, komanda necə idi, xoşunuza gəldi” sualını verincə, “yaxşı oynadılar, davamı gəlsin” cavabını eşitdi. Cavab baş məşqçinin ürəyinə yağ kimi yayıldı.
HƏBİB
Şərh yaz