11 fev 12:41liqa

Elita təmsilçilərinin problemli mövqeləri qalmaqdadı

Elita təmsilçilərinin problemli mövqeləri qalmaqdadı
“Qarabağ”la “Qəbələ”ni çıx, başqaları heyəti gücləndirib
Qış fasiləsi bir çox premyer-liqa təmsilçiləri üçün göydəndüşmə oldu. Dekabra qədər özünə bənzəməyən, istədiyini edə bilməyən klublar “transfer pəncərəsi” dönəmində ehtiyac duyduğu mövqeləri gücləndirməyə çalışdı. Bu baxımdan xüsusi fəallıq göstərənlər də oldu, susqunluğu üstün tutanlar da. Xüsusilə avrokuboklara iddia edənlərin “tərləməsi” diqqəti çəkdi. Dünən son gün olduğundan, klubların transfer çalışmalarına ayrı-ayrılıqda nəzər salmağın vaxtıdı.
Qarabağ
Ağdamlıların kifayət qədər ciddi itkiylə üzləşdiyini deməliyik. Təkcə Dino Ndlovunun karyerasını Çində davam etdirmək istəyinə düşməsi, rəhbərliyin isə buna “hə” deməsi hücum xəttinin nisbətən zəifləyəcəyinin göstəricisidi. Ndlovu təkcə qol vurmudu, həm də rəqib müdafiəçiləri özünə çəkməklə komanda yoldaşları üçün boş mövqe açırdı. Bu gündən etibarən cənubi afrikalını “Qarabağ”ın formasında görməyəcəyik. Maraqlıdı ki, “köhlən atlar” təcrübəli forvardın boşluğunu doldura bilmədi. Fasilə boyunca Xama Billiatın adı çəkilsə də, zimbabveli futbolçunun keçidi baş tutmadı. Gedənlərin siyahısında Elşən Abdullayevlə Tarik Elyunussinin də adları var. Düzdü, heç biri əsas heyət üzvü sayılmırdı. Amma onların da əvəzinə heç kimin transfer olunmaması heyətdə daha iki futbolçunun azalmasının göstəricisidi. Əlbəttə, Qurban Qurbanov kimi təcrübəli mütəxəssisin işinə qarışmaq düzgün olmaz. Sadəcə, bir gerçək var ki, ardıcıl 5-ci çempionluğu hədəfləyən komandanın işi çətin olacaq. Mahir Mədətovla Ramil Şeydayevdən biri sıradan çıxacağı təqdirdə, “Qarabağ” forvard sarıdan korluq çəkəcək.
Qəbələ
“Qarabağ”la “Qəbələ” sanki bir-birinə baxıb iş görür. Maraqlıdı ki, bölgə təmsilçisinin transfer çalışmaları da ağdamlılarda olduğu kimi. Fasilədə Endi Hallidey, Ekiqo Ehiosun, Deyv Bultuis kimi legionerlərlə, Roman Hüseynov, Tellur Mütəllimov, Ulvi İsgəndərov kimi gənclərlə yolları ayıran “qırmızı-qaralar” yalnız Təmkin Xəlilzadənin transferiylə gündəmə gəldi. Halbuki Roman Qriqorçuk Ehiosunun əvəzinə daha bir hücumçunun keçidində maraqlıydı. Bu məqsədlə bir neçə futbolçuyla danışıq aparılsa da, yekunda ciddi xəbər olmadı. Söz yox, “Qəbələ”nin heyətində kifayət qədər əcnəbi və akademiyada yetişən gənclər var. Amma dayaq yarımmüdafiəçisi mövqeyində təcrübəli legionerin yoxluğu özünü göstərir. Ukraynalı çalışdırıcı məcburiyyətdən Cavid Hüseynovla Asif Məmmədovu orda oynadır. Halbuki hər ikisini cinah yarımmüdafiəçisi kimi görməyə alışmışıq. Daha bir cinah yarımmüdafiəçisinin alınması da bölgə təmsilçisinin gücünə güc qatardı.
Zirə
Transfer dönəminin ən fəal klublarındandı. “Qartallar” dekabrın 15-dən bu yana, demək olar, boş dayanmadı. Az qala hər həftə bir futbolçunun keçidi rəsmiləşirdi. Gedənlərin adlarına nəzər salanda, Nicat Qurbanov, Murad Səttarlı və David Manqanın ciddi itki olduğunu deyə bilmərik. Onsuz da hər biri ehtiyat oyunçular skamyasının daimi üzvləri idi. Amma Təmkin Xəlilzadə ilə Qabriel Matey... Bax, bu iki cinah müdafiəsinin başqa klublara satılması “Zirə”yə baha başa gələ bilər. Düzdü, Mateyin yerinə Tellur Mütəllimov, Təmkinin əvəzinə vaxtilə Makedoniya yığmasının formasını geymiş Yani Urdinovla “Qarabağ”dan tanıdığımız İbrahim Aslanlı cəlb olunub. Ad olaraq layiqli əvəzləyici olmadıqlarını deyə bilərik. Belə deyək, müdafiə xəttindən danışmalı olsaq, risk göz qabağındadı. Lakin yarımmüdafiə və hücum xəttində kifayət qədər güclənmə olub. Mirsahib Abbasov, Elşən Abdullayev, Jomal Evans Uilyams... Bu futbolçular “Zirə”də öz oyunlarını tapa bilsələr, “qartallar”a fayda vermiş olacaqlar.
Sumqayıt
“Kimyaçılar”ın ən böyük üstünlüyü heyəti qorumaları oldu. Hələ ilk yarının gedişində fəallığı ilə diqqətləri üzərinə çəkən Cavid İmamverdiyev və Amil Yunanovla elitanın başqa təmsilçilərinin maraqlandığı deyilirdi. Həmçinin Tural Axundova da xəbər göndərənlər vardı. Lakin “Sumqayıt”la müqavilə müddəti davam edən futbolçulardan heç biri komandanı tərk etmədi. Samir Abasovun ilk qazancı da məhz əsas heyətdəkilərin qorunub saxlanılmasıydı. Yenilərə gəlincə, baş məşqçi xeyli vaxtdı təcrübəli dayaq yarımmüdafiəçisinin yoxluğundan narazılıq edirdi. Artıq bu problemin də həllini tapdığını deyə bilərik. Son iki ilyarımı “İnter” və “Keşlə”də keçirən Elnur Abdullayev bundan sonra sumqayıtlıların uğurları üçün tər tökəcək. Nicat Qurbanov yarımmüdafiənin cinahlarındakı rəqabəti artıracaq. “Qəbələ”dən gələn Ülvi İsgəndərov isə hücum xəttində Amilə “mən də varam” deməlidi. Yunanovu heyətdən sıxışdıracağı inandırıcı görünməsə də, əvəzləyici ola bilər. Legioner transferinə qadağa qoyulan klubun transferləri mükəmməl olmasa da, normal demək mümkündü. Hər halda, daha bacarıqlı oyunçularla güclənmək olardı.
Neftçi
Qış fasiləsində ən çox müzakirə olunan klublardan biri, bəlkə də birincisidi. Hələ ilk yarının gedişində qışda üç legionerin göndəriləcəyi gün kimi aydın idi: Pavel Dreksa, Daniel Seqoviya və Mateo Mujek. Birincinin icarə müddəti bitdi, ispan forvardla yollar qarışılıqlı razılıq əsasında ayrıldı. Mujek isə hələ də özünə yeni iş yeri axtarır. Belə vəziyyətdə Hüqo Barqasın öz xoşu ilə Azərbaycanı tərk etmək istəyinə düşməsi və bu işdə ona uğurların arzulanması Tərlan Əhmədovun planlarına daxil deyildi. Üstəlik, zaman-zaman əsas heyətdə görünən Məqsəd İsayev, Fəhmin Muradbəyli, Tərzin Cahangirov və Rahil Məmmədovun da karyeralarını başqa klubda davam etdirmələrinə şərait yaradıldı. Bu qədər itkinin fonunda “ağ-qaralar” cəmi beş transfer gerçəkləşdirə bildi. Deyək ki, İlkin Qırtımov Məqsəd İsayevin yerinə gətirildi. Təcrübəsiz Fərid Abbaslıya Dreksanın əvəzləyicisi gözüylə baxılması isə, sadəcə, mümkün deyil. İstənilən halda, Ruslan Ablşovla Kiril Petrov kimi mərkəz müdafiəçilərinin yanına daha bir əcnəbi alınmalıydı. Fransisko Qarsiya həm yarımmüdafiənin cinahlarında, həm də hücumçunun arxasında oynaya bilir. Mayk Kampaz isə tipik dağıdıcı dayaq yarımmüdafiəçisidi. Yalnız Lukas Qomesin transferi az-çox diqqəti çəkən oldu ki, argentinalı forvardın nəyə qadir olduğunu zaman göstərəcək.
Yeni adlara baxmayaraq, “Neftçi”nin hücum xəttində “axsamanın” müşahidə olunması sirr deyil. Qomeslə Mirabdulla Abbasovun ümidinə qalan “ağ-qaralar” iki cəbhədə mübarizə aparacaq ki, heyət daha geniş olmalıdı. Üstəgəl, az əvvəl qeyd olunduğu kimi, müdafiənin mərkəzində kasadlıqdı. Daha bir ciddi problem Lukasla Maykın komandaya yanvarın son günlərində qoşulmasıdı. Onların uyğunlaşması da müəyyən zaman tələb edir.
Səbail
Samir Əliyevin klubla yolların ayrılmasına qərar verdiyi futbolçulardan Amit Quluzadə, Emin Mehdiyev, Yamin Ağakərimzadə, Təyyar Məmmədov, Murad Musayev, Seymur Əsədov, Tanrıverdi Məhərəmmli onsuz da əsas heyət üzvü sayılmırdı. Baş məşqçi onlara məcburiyyətdən şans verirdi. Amma üç legioner – Eqdaras Jarskis, Renan Telles və Adrian Popoviçi Samir bəyin ən çox güvəndiyi adlardan idi. Üç legioneri yola salan Bayıl təmsilçisi onların yerinə ikisini cəlb etdi: Nikoloz Apakidze və Yevgeni Kuçuk. Antalyadakı yoldaşlıq görüşlərində şəxsən iş başında gördüyüm futbolçular haqda onu deyə bilərəm ki, həm Kuçuk, həm də Apakidze gedənlərdən daha səviyyəli oyunçulardı. Üstəlik, komandaya uyğunlaşdıqları da hiss olunur. Kərim Diniyevi də unutmayaq. “Kəpəz”in liderlərindən olan dayaq yarımmüdafiəçisi təcrübəsi və fiziki göstəriciləri hesabına yeni komandasına fayda verə biləcək gücdədi. Üstəgəl, “Neftçi”nin üç yetirməsi - Rahil Məmmədov, Fəhmin Muradbəyli və Aqşin Qurbanlı var. Hücum xəttindəki boşluq isə Viktor Oseqeylin hesabına aradan qaldırılacaq. Qısası, “Səbail”in ciddi mənada gücləndiyini deyə bilərik.
Keşlə
Ciddi islahatlara məruz qalan və xeyli futbolçuyla güclənən “qırmızılar” bu dəqiqə hər birimiz üçün “sirli qutu”du. Bir məqam dəqiqdi ki, qış fasiləsindən sonra əvvəlki “Keşlə”dən əsər-əlamət qalmayıb. Baş məşqçi də yenidi, futbolçular da. Elnur Abdullayev, Samir Zərgərov, Mirsahib Abbasov, İlkin Qırtımovla yolları ayıran rəhbərlik futboldan ömürlük uzaqlaşdırılan Mirhüseyn Seyidovla Nizami Hacıyevi də görməyəcək. Buna baxmayaraq, xeyli sayda yeni oyunçu gətirilib. Yenilərdən yerlilər cəmi üç nəfərdi – Kamran Ağayev, Vaqif Cavadov və Məqsəd İsayev. Bu mənada əcnəbi bolluğu diqqəti çəkir. Yuri Maksimovun ixtiyarında Denis Silva və Adrian Skarlatake ilə yanaşı, daha altı legioner olacaq. Herve Tçami cinah yarımmüdafiəçisi, Nemanya Stoyanoviçlə Ebrima Sohna dayaq yarımmüdafiəçisidisə, Pablo Podio ilə illər öncədən bizə tanış olan Sezar Meza Kolli həm hücumçu, həm də pleymeykerdi. Andre Klennon isə taran tipli hücumçudu. Odu ki, Yuri Maksimovlu “Keşlə” çempionatın ikinci yarısında fırtına qoparsa, təəccüblənməyə dəyməz. Komanda kifayət qədər güclənib.
Kəpəz
Sonuncu pillədə qərarlaşan gəncəlilər məhz yeni transferlərin hesabına hazırkı mövqeyini tərk edə bilər. Qərb təmsilçisinin xüsusilə legionerlərin hesabına kifayət qədər gücləndiyini deyə bilərik. Qapıçı ukraynalı Sergey Litovçenko, mərkəz müdafiəçisi Sergeyin həmyerlisi İqor Korotetski, dayaq yarımmüdafiəçisi illər əvvəl “Xəzər Lənkəran” azarkeşlərinin rəğbətini qazanmış Dieqo Qusmao, Gürcüstanda kifayət qədər tanınan Qiuli Mancqaladze, ötən yaya qədər “Kəpəz”dəki oyunuyla ad çıxarmış Dario Federiko, Trinidad və Tobaqo yığmasında 23 oyun keçirmiş Şandon Vinçester... Hər biri ayrı-ayrılıqda böyük təcrübəyə və bacarığa sahibdi. Şahin Diniyevin dönəmindəki afrikalıları qat-qat üstələyirlər. Bircə qalır komandaya uyğunlaşmaları və baş məşqçinin hər biriylə dil tapması. Hə, perspektivli Roman Hüseynovu, işlək Tərzin Cahangirovu, təcrübəli Samir Zərgərovla Tural Nərimanovu da unutmaq olmaz. Bu “Kəpəz” yayda Şahin Diniyevin qurduğu komandadan xeyli üstün təsir bağışlamalıdı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib Dünən, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı Dünən, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? Dünən, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda Dünən, 18:18 Malta ayağımızın altını qazdı Dünən, 18:15 Haşımov Bebeki bəyənib Dünən, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” Dünən, 18:11 AFFA üçün sponsorluq müqaviləsi Dünən, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi Dünən, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi Dünən, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 18:04 Həftənin idman proqramı Dünən, 18:03 Xal itirməyən iki komanda qaldı Dünən, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi Dünən, 18:00 Yaxşı ki “Səbail” var… Dünən, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu Dünən, 17:57 “Xəzər Lənkəran”a uduzduq… Dünən, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək Dünən, 17:54 Samir Abasov sabiq komandasını üstələdi Dünən, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar