09 fev 23:20liqa

“Kəpəz”də legionerlərin sayı 7-yə çatdı

“Kəpəz”də legionerlərin sayı 7-yə çatdı
Əvəzedicilər isə üç futbolçuyla gücləndi
“Kəpəz” qış transfer dönəmində heyətini daha iki futbolçuyla gücləndirib. “Sarı-göylər”in Trinidad və Tobaqodan olan hücumçu Şadon Vinçester və ukraynalı müdafiəçi İqor Korotetski ilə müqavilə bağlayacağını bir neçə gün əvvəl xəbər vermişdik. İqor Bakıda olsa da, rəhbərlik Şadonun yolunu gözləyirdi. Hər iki oyunçu cari mövsümün sonuna kimi qərblilərin uğurları üçün tər tökəcək. Korotetski “Kəpəz”ə azad agent kimi keçibsə, Vinçester Meksika “Murselaqos”undan icarəyə götürülüb.
Maraq üçün qeyd edək ki, “sarı-göylər” buna qədər Dario Federiko, Dieqo Qusmao, Qiuli Mancqaladze və Sergey Litovçenko ilə müqavilə bağlamışdı. Dedimar Fereyra isə ötən ilin yayından komandadadı. Beləliklə, “Kəpəz”dəki legionerlərin sayı 7-yə çatdı. 2015-ci ildə elitaya qayıdan komandada eyni anda bu sayda əcnəbi olmamışdı.
Əsas komanda kimi, “Kəpəz”in əvəzediciləri də güclənməkdə davam edir. Bu məqsədlə qış fasiləsində heyətə üç futbolçu cəlb edilib. Bunlar hücumçu Qaraxan Əliyev, müdafiəçi Ayxan Əsədov və yarımmüdafiəçi Emin Zamanovdu. Adı çəkilənlərin hər biriylə ilyarımlıq müqavilə bağlanıb. Qaraxan qış fasiləsində qədər “Şüvəlan”da , Ayxanla Emin isə “Turan Tovuz”da çıxış edib.
Ceyhun Tanrıverdiyevin rəhbərlik etdiyi əvəzedicilərdən ibarət komanda yoldaşlıq görüşlərinə ara vermir. Buna qədər “Zaqatala”ya məlub olan (0:1), “Ağsu”yla heç-heçə oynayan gənclərin növbəti rəqibi Region Liqasında çıxış edən “Xəmsə” olub. “Kəpəz”in qalib gəldiyi matçda yeganə qolu Eltac Mirzəyev vurub.
Əvəzedicilərin köhnə-yeni futbolçusu Qaraxan Əliyev klub saytına verdiyi müsahibədə geri dönüşündən, həmçinin komandanın gələcək planlarından danışıb: “Kəpəz” mənim sevimli komandamdı. Məşqçilər korpusundan təklif aldım və məmnuniyyətlə razılıq verib geri döndüm. Məşqçilərimiz məni yaxından tanıyır, nəyə qadir olduğumu bilirlər. Yenidən kluba qayıtdığım üçün sevinirəm. Hazırlıq dövrü həmişə çətin keçir. Çempionatda fasilə çox olduğundan məşq proseslərində yükləmələrə üstünlük verilir. Toplanış dövründə gündə iki dəfə məşq etmək asan gəlməsin. Elə gündə bir dəfə keçdiyimiz çalışmalar da ağır olurdu, çünki çox məşq edirdik. Komandada əhval-ruhiyyə yaxşıdı. Uşaqlar bir-biri ilə olduqca mehribandılar. İnşallah, hamımız əl-ələ verib komandanı düşdüyü vəziyyətdən çıxaracağıq. Çempionatı “Kəpəz”in adına layiq olan yerdə başa vurmağı hədəfləmişik. Bu yolda kollektivimizə uğurlar arzu edirəm. “Şüvəlan”dakı şərait elita təmsilçiləri səviyyəsindədi. Yaxşı bazası, stadionu var. Ümumiyyətlə, futbol oynamaq üçün hər cür şərait yaradılıb. O ki qaldı “Kəpəz”ə dönməyimə, mənə doğma olan komandaya bu çətin vəziyyətdə kömək etmək üçün geri qayıtdım. Gəncəli futbolçu kimi burda Qaraxan Əliyevə daha çox ehtiyac var. Əvvəllər oynadığım vaxtlarda əsas komandaya dəvət almışam. Odu ki, oranın ab-havasını yaxşı bilirəm. Hədəfim yerli oyunçu kimi əsas komandaya düşüb orda möhkəmlənməkdi. Baş məşqçi Yunis Hüseynovun gəncəli olması da bizim üçün əla fürsətdi. Mən komandadan gedəndən sonra kapitanlıq qapıçımız Cavid Əsgərova həvalə olunub. Cavid həm yaxşı oğlandı, həm də mövqeyində etibarlıdı. Liderlik keyfiyyətlərinə malikdi. Sarğı onda qalsa, yaxşı olar. Kapitanlıqda gözüm yoxdu”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar