26 yan 15:00liqa

Təzad: autsayder “qış çempionu”du!

Təzad: autsayder “qış çempionu”du!
Sınaqçı-rəqiblərin sayı azalıb, səviyyəsi düşüb

Ölkə xaricində hazırlıq keçən klublarımızın hamısı Bakıya döndü ki, sonuncu yolçu “Qəbələ” oldu. Beləliklə, artıq fasiləni bitmiş saymaq olar. Yoxlama oyunlarına yekun vurulduğundan, fasilə dönəminə göz ata, “kim daha çox oyun keçirib”, “kimin nəticəsi daha ürəkaçandı”, “bizimkilər hansı ölkə təmsilçiləriylə gücünü sınamağa üstünlük verib” kimi suallara cavab axtara bilərik.

“Uçmağ”a görə dalaşdılar, Bakıda qaldılar
Yanvarda ən çox müzakirə olunan xəbərlərdən biri AZAL-ın Gəncəyə daxili reysi ləğv etməsi oldu. Hərənin özünə görə dəlilləri var, sözümüz onda deyil. Futbol yönünə çevirsək, hava daşımaçılığına cavabdeh olan şirkətin sponsoru olduğu eyniadlı klub, ölkənin ikinci ən böyük şəhərinin təmsilçisi “Kəpəz”lə həmdərddi. İkisi də imkansızlıqdan düz-əməlli təlim-məşq toplanışı keçə bilmədi. Enində-sonunda çempionat haqda təəssürat korlanır. Cəmi 8 klubun ola, onun da ikisi ölkədən kənara çıxmaq üçün “can çəkə”, deməyə söz qalmır...
Beləliklə, mövsümün ikinci yarısına hazırlıq məqsədilə “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “İnter”, “Sumqayıt” və “Zirə” Türkiyənin Antalya şəhərinə yollanandısa, “Kəpəz”lə AZAL Bakıda qalmalı oldu.

10 ölkə, 18 rəqib, 22 oyun
Premyer-liqa klubları qış fasiləsində cəmi 29 yoxlama oyunu keçirdi ki, bu son illərin ən aşağı göstəricisidi. Ötən qışda oyun sayı 36-ya, 2015-in müvafiq dövründə 44-ə bərabər olmuşdu. Göründüyü kimi, məhsuldarlığın get-gedə aşağı düşməsi diqqəti çəkir. 29 matçın 22-si əcnəbi komandalarla baş tutub. Qardaş ölkəyə üz tutan 6 komandadan ən aşağı pillədə qərarlaşan “Neftçi” hamıdan çox - 5 oyuna çıxıb. Lakin “ağ-qaralar” əcnəbilərə də nə qədər zəif olduqlarını göstəriblər. Elxan Abdullayevin komandası hazırlıq matçlarında qalib gələ bilməyib.
Çempionatın liderləri “Qarabağ”, “Qəbələ” və “İnter” hərəyə 4 matçda qüvvəsini sınayıb. İlk “dördlük”də qərarlaşan digər komanda “Sumqayıt” 3 matça çıxıb. “Zirə” isə Türkiyəyə cəmi 2 oyun üçün yollanıb. Ümumilikdə təmsilçilərimiz Antalyada keçirdiyi 22 görüşün 7-də qalib gəlib, elə o qədər oyunda heç-heçə edib, 8-də isə uduzub. Topların fərqi də xeyrimizə deyil - 23:25.
Qardaş ölkəyə üz tutanlar 18 rəqiblə qarşılaşıb. Anlaşıldığı kimi, komandalarımız 4 eyni rəqiblə gücünü sınayıb. Qazaxıstanın “Atırau” və “Ordabası”, Özbəkistanın “Nasaf”, Albaniyanın “Şkenderbü” klubları təmsilçilərimizlə iki dəfə görüşüb. Ümumilikdə isə rəqiblər 11 ölkədən olub. Ən çox Albaniya, Qazaxıstan və Rumıniya təmsilçiləriylə yollarımız kəsişib - hərəsiylə 4 dəfə. Özbəkistan və Rusiya klubları ilə 2 dəfə görüşmüşüksə, Makedoniya, Bolqarıstan, Polşa, Qırğızıstan, Türkiyə və Tacikistanla 1 duel baş tutub. Rəqiblərin səviyyəsi haqda danışırıqsa, çıxış etdikləri liqalara baxmaq lazım gəlir ki, yalnız iki komanda – “Tosno” və “Sivasspor” aşağı dəstədə mübarizə aparır. Qalan 20 komanda isə ölkəsinin yüksək liqasının təmsilçisidi. Ancaq əvvəlki mövsümlərlə müqayisədə komandalarımız heç də səviyyəli rəqiblərlə qarşılaşmadı. Bu mənada yalnız “Qarabağ”ın rəqibi “Styaua”nı fərqləndirə bilərik. Maraqlıdı ki, elə Rumıniya klublarıyla görüşlərdə üstünlüyümüz var:
Rumıniya 4 2 2 0 5-2 8
Polşa 1 1 0 0 3-2 3
Makedoniya 1 1 0 0 2-1 3
Tacikistan 1 1 0 0 2-1 3
Qırğızıstan 1 1 0 0 2-1 3
Albaniya 4 1 0 3 5-9 3
Rusiya 2 0 2 0 3-3 2
Türkiyə 1 0 1 0 0-0 1
Qazaxıstan 4 0 1 3 1-3 1
Bolqarıstan 1 0 0 1 0-1 0
Özbəkistan 2 0 0 2 0-2 0
cəmi: 22 7 7 8 23-25 28

Lider “Antalya çempionu”, autsayder “qış çempionu”du!
“Neftçi” təkcə Antalyada yox, ümumiyyətlə, qış fasiləsində ən çox oyuna çıxan komanda oldu. Türkiyədə ən yaxşı nəticələr premyer-liqanın liderlərinin hesabındadı. “Qarabağ” 4 oyundan 3-də qalib gəldi, yalnız “Atırau”ya uduzdu. Bu mənada qış fasiləsinə zirvədə yollanan Qurban Qurbanovun komandası “Antalya çempionu” oldu. “Qəbələ” 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə yadda qaldı. “İnter” isə vətənə məğlubiyyətsiz dönməyi bacaran yeganə komandamız olub. “Bankirlər” daha çox heç-heçələrlə diqqətı çəkdi.
Keyfiyyəti bir kənara qoysaq, hazırlıq matçlarına görə ən yaxşı nəticə autsayder AZAL-a məxsusdu ki, bu da təzaddı. Çünki Şüvəlan təmsilçisi çempionatın autsayderidi. “Tərlan Əhmədovun komandası zəif rəqiblərlə qarşılaşıb” deyəcəksizsə, “Kəpəz” də özümüzkülərlə, o cümlədən “təyyarəçilər”lə gücünü sınayıb. AZAL keçirdiyi hər üç oyunda meydanı qalib tərk edib. Beləliklə, autsayder “qış çempionu”du!

AZAL - 3 oyun
Qaradağ Lökbatan 3:1
MOİK 2:0
Kəpəz 2:1

Qarabağ - 4 oyun
Şkenderbü (Albaniya) 1:0
Styaua (Rumıniya) 2:0
Atırau (Qazaxıstan) 0:1
Termalika (Polşa) 3:2

Neftçi - 5 oyun
Sivasspor (Türkiyə) 0:0
Nasaf (Özbəkistan) 0:1
Kukesi (Albaniya) 2:4
Tosno (Rusiya) 2:2
Konkordiya (Rumıniya) 1:1

Qəbələ - 4 oyun
Partizani (Albaniya) 1:2
Qaz Metan (Rumıniya) 1:0
Ordabası (Qazaxıstan) 0:0
Şkendiya (Makedoniya) 2:1

Kəpəz - 4 oyun
MOİK 0:0
AZAL 1:2
Qaradağ Lökbatan 2:1
Zaqatala 2:0

İnter - 4 oyun
Ordabası (Qazaxıstan) 0:0
Botoşani (Rumıniya) 1:1
İstiqlol (Tacikistan) 2:1
Orenburq (Rusiya) 1:1

Sumqayıt - 3 oyun
Şkenderbü (Albaniya) 1:3
Nasaf (Özbəkistan) 0:1
Atırau (Qazaxıstan)1:2

Zirə - 2 oyun
Dordoy (Qırğızıstan) 2:1
Lokomotiv (Qorna, Bolqarıstan) 0:1

1. AZAL 3 3 0 0 7-2 9
2. Qarabağ 4 3 0 1 6-3 9
3. Kəpəz 4 2 1 1 5-3 7
4. Qəbələ 4 2 1 1 4-3 7
5. İnter 4 1 3 0 4-3 6
6. Zirə 2 1 0 1 2-2 3
7. Neftçi 5 0 3 2 5-8 3
8. Sumqayıt 3 0 0 3 2-6 0
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:52 İslamiada xəbərləri Dünən, 17:51 Şəhriyar liderliyini davam etdirir Dünən, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı Dünən, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib Dünən, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq Dünən, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi Dünən, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? Dünən, 15:59 İlk oyunda məğlubiyyət Dünən, 15:58 Mövsümün ən az qol vurulan turu Dünən, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə Dünən, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu Dünən, 15:45 FİFA referiləri İslamiadada! Dünən, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur Dünən, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi Dünən, 15:36 TURUN MƏŞQÇİSİ Dünən, 15:35 TURUN SİTATI Dünən, 15:33 TURUN OYUNÇUSU Dünən, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu Dünən, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib Dünən, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək Dünən, 15:27 “Neftçi”yə yeni rəis gəlir Dünən, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi Dünən, 15:23 “Forza Neftçi” qərarını verdi Dünən, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı Dünən, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib Dünən, 15:16 Yunanıstana geniş heyətlə Dünən, 15:12 Pevtsov iki pillə irəlilədi Dünən, 15:11 Ən güclü boksçular müəyyənləşdi Dünən, 15:10 Tokioda medala yaxın düşmədilər 26-04-2017, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! 26-04-2017, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? 26-04-2017, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı 26-04-2017, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib 26-04-2017, 20:26 “Energetik” həkimin ümidinə qalıb 26-04-2017, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" 26-04-2017, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi 26-04-2017, 20:09 İslamiada xəbərləri 26-04-2017, 20:07 Azərbaycan derbisində yenə “sülh” 26-04-2017, 20:05 Kseniya “Beşiktaş”la sevindi 26-04-2017, 20:04 Dadaşov məyus oldu 26-04-2017, 20:02 Lider büdrədi, ancaq yıxılmadı 26-04-2017, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs 26-04-2017, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı 26-04-2017, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb 26-04-2017, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı 26-04-2017, 19:43 AZAL “Zirə”yə təslim olacaq? 26-04-2017, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi 26-04-2017, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək 26-04-2017, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv 26-04-2017, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... Bütün xəbərlər
Ən çox oxunanlar