07 fev 12:40liqa

“Neftçi” yeddinci oyunda qələbəyə sevindi

“Neftçi” yeddinci oyunda qələbəyə sevindi
Seqoviya getdi, qaldı Mujek
Antalya toplanışını başa vurub vətənə qayıdan “Neftçi” dünən daha bir yoldaşlıq görüşü keçirmək imkanını boşa vermədi. Hələ hazırlığın ilk mərhələsində “Keşlə”yə məğlub olan (1:2) “ağ-qaralar” Türkiyədə “SKA-Xabarosk”a (1:8), “Konkordiya”ya (0:1), “Slaviya”ya (0:1), “Krılya Sovetov”a (0:2) və “Sileks”ə (0:3) uduzmuşdu. Dünənki rəqib isə birinci divizion təmsilçisi “Sabah” idi. Deməli, bakılıların 2018-də ilk qələbəni qazanmaq şansı real idi. Onlar bundan maksimum yararlandı.
“Neftçi”nin Bakıxanovdakı bazasında baş tutan və saat 15.00-da başlayan qarşılaşmanı izləyənlər arasında “ağ-qaralar”ın 10-15 sadiq azarkeşiylə yanaşı, “Xəzər” rəsmiləri Gündüz Abbaszadə ilə Emin Abbasovu görmək olardı. Həmçinin “Neftçi”nin prezidenti Orxan Hüseynzadəylə vitse-prezident Elnur Eyvazov da gözə dəydi. Maraq üçün qeyd edək ki, hava nisbətən şaxtalı olduğundan, Hüseynzadə son 15-20 dəqiqəni şəxsi avtomobilində izlədi.
Rəhman Hacıyevin yoxluğunda, İlkin Qırtımov, Kiril Petrov və Mirabdulla Abbasovun ehtiyatda qaldığı oyunda Tərlan Əhmədovun start “11-liy”i belə idi: Rəşad Əzizli, Anton Krivotsyuk, Rəşad Sadiqov, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Derlis Meza Kolli, Emin Mahmudov, Namiq Ələsgərov, Fransisko Qarsiya, İqnasio Errera, Lukas Qomes.
Fasilədən dərhal sonra baş məşqçi İlkin Qırtımov, Mayk Kampaz və Kiril Petrova oynamaq imkanı yaratdı. İkinci hissənin əvvəlində Lukas başından zədələnib yerini Mirabdulla Abbasova verdi ki, oyunda yeganə qolu da məhz o təşkil etdi. 65-ci dəqiqədə qapıçıyla üzbəüz qalan Mirabdullanı Maksim Vaylo kobudluqla dayandırdı. Hakim isə haqlı olaraq “nöqtə”ni göstərdi. Topun başına keçən Emin Mahmudov qolkiperlə “dəri kürə”ni fərqli istiqamətlərə göndərib azsaylı azarkeşləri sevindirdi.
Qarşılaşma haqda qısaca onu demək olar ki, yeni futbolçularla güclənən “Neftçi” hələ ki avrokuboklara vəsiqə qazanmalı olan komandaya xas oyun sərgiləmir. Düşünülmüş hücumlar yoxdu, hücumçular rəqib müdafiəçilər arasında itib-batır. Top əsasən cinahlara ötürülür ki, qapı qarşısına edilən asmalar əksər hallarda nəticəsiz qalır. Ustalıq və topa sahib olmaq faizi öz yerində. Amma qələbə qazanmaq istəyirsənsə, qol vurmalı, ən pis halda rəqib qapıçıya nəfəs almaq imkanı verməməlisən. Nöqsanlar kifayət qədərdi. “Sabah”la matçdakı kimi oynasalar, “Kəpəz”i udmaq çətin olacaq.
Yenilərə gəlincə, Qarsiyanın uyğunlaşdığı hiss olunur. Topla rahat rəftar edir, ara ötürmələriylə komanda yoldaşlarını “qidalandırmaq” istəyir. Öz oyununu tapa bilsə, “Neftçi”yə fayda verə bilər. “Neftçi”də ilk oyununu keçirən Qomes pis təsir bağışlamadı. Fiziki göstəriciləriylə öyünə bilən forvard həm də topla ikili mübarizələrdə olduqca effektlidi. Çatışmayan əsas məqam komanda yoldaşlarını anlamaqda çətinlik çəkməsi və boş zonaya açılmamasıdı. Cəmi 45 dəqiqə izlədiyimiz Kampaz o qədər də gözə dəymədi. Rəqib birinci divizion təmsilçisi olduğundan, “12 nömrə”nin işi çox olmurdu. İşlək görünsə də, ustalıq baxımından “axsadığı” hiss olunur.
Sonda onu da qeyd edək ki, “Neftçi” xeyli vaxtdı danışıq apardığı, lakin heç cür ortaq məxrəcə gələ bilmədiyi Daniel Seqoviya ilə dil tapıb. Kluba sərf edən şərtlər müqabilində cari mövsümün sonuna qədər nəzərdə tutulan anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib. Odu ki, Seqoviya Bakını tərk edib. Mateo Mujek isə hələ də özünə iş yeri axtarır. Heç kimə lazım olmayan xorvat müdafiəçiylə də müqavilənin şərtlərinə eyni qaydada xitam veriləcəyi gözlənilir. Bu baş verməsə, gününü əvəzedicilərdən ibarət komandada keçirmək məcburiyyətində qalacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi Dünən, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı Dünən, 18:46 Qurban Qurbanovdan ideal seçim Dünən, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var Dünən, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi Dünən, 18:41 Sabah kubokun püşkü atılacaq Dünən, 18:37 “Lex” Qriqorçukla maraqlanır Dünən, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu Dünən, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi Dünən, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür Dünən, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb Dünən, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi Dünən, 18:19 Turun oyunçusu Dünən, 18:19 Turun sitatı Dünən, 18:18 Turdan məqamlar Dünən, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” Dünən, 18:14 Lider başlayacaq, çempion bitirəcək Dünən, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi Dünən, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar