07 fev 12:21liqa

“Kəpəz” müdafiəçi və hücumçuyla müqavilə bağlamağa hazırlaşır

“Kəpəz” müdafiəçi və hücumçuyla müqavilə bağlamağa hazırlaşır
Gəncəlilər ADBTİA-nı yox, BOS-u seçdi
Fevralın 2-də Antalya toplanışını başa vurub, bir gün sonra səhər saatlarında Bakıya qayıdan “Kəpəz”in futbolçularına Yunis Hüseynov ikigünlük istirahət etmək imkanı yaratmışdı. Həmin müddət ayın 5-də başa çatdı. Odu ki, gəncəlilər dünən səhər saatlarında Bakı Olimpiya Stadionunun ehtiyat meydanında məşqləri bərpa edib. “Sarı-göylər” 15-ci turda “Neftçi”ylə Bakıda qarşılaşacağından, hazırlıqlar paytaxtda davam etdiriləcək.
Qiş fasiləsində Samir Zərgərov, Murad Səttarlı, Tərzin Cahangirov, Roman Hüseynov, Tural Nərimanov, Tərlan Qasımzadə, Sergey Litovçenko, Qiuli Mancqaladze, Dario Federiko və Dieqo Qusmao ilə güclənən qərb təmsilçisi daha iki futbolçunun keçidini həll etməyə yaxındı.
İqor Koroteski adı tanışdı. Antalya toplanışında komandaya qoşulan və 3 yoldaşlıq görüşündə sınanan ukraynalı müdafiəçi Yunis Hüseynovun etimadını qazana bilib. Uca boyu ilə seçilən İqor əslində mərkəz müdafiəçisidi. Ehtiyac duyulanda dayaq yarımmüdafiəçisi kimi çıxış etməyi də bacarır. 1987-ci ildə Xarkovda anadan olsa da, 14 yaşında Donetsk “Şaxtyor”unun futbol akademiyasına yazılıb. Lakin karyerası ərzində “şaxtaçılar”ın əsas komandasında cəmi 1 oyunda forma geyə bilib. Müxtəlif illərdə “Zarya”, “Krivbass”, “İliçevets”, “Qoverla”, “Helios”, “Avanqard”, Donetsk və Zaporojye “Metallurq”unun uğurları üçün tərk töküb. 2004-dən bu yana az qala bütün Ukrayna klublarının sıralarında olub. 2015-ci ildə legioner həyatı yaşamaq arzusuyla üz tutduğu Türkmənistanda çox duruş gətirə bilməyib. “Ahal”da 1 oyunda meydana çıxandan sonra yenidən vətəninə qayıdıb. Gənc yaşlarında Ukraynanın U-17, U-19 və U-21 millilərinə cəlb olunsa da, əsas yığmada debüt edə bilməyib.
“Kəpəz”in Koroteski ilə mövsümün sonuna qədər anlaşacağı dəqiqdi. Artıq “wikipediya” da ukraynalını Gəncə təmsilçisinin yeni oyunçusu kimi göstərib.
Yunis Hüseynovun həsrətlə yolunu gözlədiyi, lakin hələ də qovuşa bilmədiyi hücumçu isə Şandon Vinçesterdi. Trinidad və Tobaqodan olan forvardla danışıqlar xeyli vaxtdı davam etdirilsə də, məsələyə nöqtə qoyulmurdu. Artıq tərəflər böyük ölçüdə razılığa gəlib ki, Şandon yaxın iki-üç gün ərzində Bakıya gəlməlidi. Çox güman, onunla da mövsümün sonuna qədər müqavilə bağlanacaq.
26 yaşlı hücumçu haqda qısaca onu demək olar ki, kareyrasının böyük hissəsini ölkəsinin “Connection” klubunda keçirib. Daha sonra legioner həyatı yaşamağı qərara alıb. Vytenamda “Sonqlan Neam”, Finlandiyada “Jayro”, Meksikada “Murklela”nın formasını geyib.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi Dünən, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı Dünən, 18:46 Qurban Qurbanovdan ideal seçim Dünən, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var Dünən, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi Dünən, 18:41 Sabah kubokun püşkü atılacaq Dünən, 18:37 “Lex” Qriqorçukla maraqlanır Dünən, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu Dünən, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi Dünən, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür Dünən, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb Dünən, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi Dünən, 18:19 Turun oyunçusu Dünən, 18:19 Turun sitatı Dünən, 18:18 Turdan məqamlar Dünən, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” Dünən, 18:14 Lider başlayacaq, çempion bitirəcək Dünən, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi Dünən, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar