07 fev 12:17liqa

“Qarabağ”la “Qəbələ” arasında taleyüklü oyun

“Qarabağ”la “Qəbələ” arasında taleyüklü oyun
Klublar Antalya hazırlığını başa vurub vətənə döndülər. Təbii, qış fasiləsindəki əsas məqsəd mövsümün ilk yarısında üzə çıxan problemləri həll etmək və marafonun qalan hissəsinə hazır olmaqdı. Yoxlama oyunlarında kimin necə təsir bağışladığı o qədər də önəmli deyil. Hansı komandanın daha yaxşı hazırlaşdığını rəsmi qarşılaşmalar göstərəcək. Artıq klublar çempionatın 3-cü dövrəsi haqda düşünür. Həftəsonu premyer-liqa izləyicilərinin həsrəti bitəcək. Nəzərə alaq ki, bu mövsüm qış fasiləsi həmişəkindən daha uzun sürdü. Çempionatda komanda sayının azlığı premyer-liqada iki aydan artıq fasilənin yaranmasına səbəb oldu. Düzdü, ötən il də elitada 8 komanda mübarizə aparırdı. Ancaq İslam Həmrəyliyi Oyunlarına görə mayın 1-dək çempionat bitməliydi və bu üzdən də qış fasiləsi builki ilə müqayisədə daha az davam etdi. Bir sözlə, həftəsonu yenidən güclülər dəstəsində mübarizə başlayır. Özü də mövsümün ikinci yarısının daha maraqlı keçəcəyi şübhə doğurmur. Birincilik uğrunda mübarizə yolu ekvatoru keçdiyindən, kubok və medallar uğrunda döyüş qızışacaq. Premyer-liqanın 3-cü dövrəsinin ilk turu liderlərin dueli ilə əlamətdar olacaq. Bu isə ölkə çempionatına maraq göstərənlər üçün əla startdı.
“Qəbələ” üçün həlledici an
Premyer-liqanın 15-ci turunda “Qarabağ” öz meydanında “Qəbələ”ni sınağa çəkəcək. Fevralın 10-da baş tutacaq qarşılaşma qızıl medalların taleyi baxımından böyük əhəmiyyət daşıyır. Düzdü, hər iki tərəfin oyunla bağlı düşüncələrini öyrənsək, çempionluğun taleyinin bu qarşılaşmadan asılı olmayacağını, qarşıda hələ xeyli oyun olduğunu deyəcəklər. Ancaq gəlin, mövcud duruma nəzər yetirək. Hazırda turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan komandaları 6 xal ayırır. “Köhlən atlar” qələbə qazansa, xal fərqi 9-a çatacaq ki, Qurban Qurbanovun komandasının bu üstünlüyünü finişə qədər əldən verəcəyi inandırıcı deyil. Özü də “Qarabağ” zəif rəqiblərlə qarşılaşmalarda nadir hallarda xal itirir. Elə bu üzdən də ağdamlılar bu oyunda qələbə qazanmaqla çempionluğu böyük ölçüdə təmin etmək niyyətindədi. “Qəbələ” isə bütün gücünü ortaya qoymalıdı. Qazanılacaq 3 xal aradakı məsafəni xeyli “əridəcək”, “qızıl” uğrunda mübarizəni qızışdıracaq. Odu ki, Roman Qriqorçukun yetirmələri fevralın 10-da baş tutacaq oyuna çempionluğun taleyinin həll olunduğu qarşılaşma kimi çıxmalıdı. Çox güman, məhz belə də olacaq. Əks halda, əsas rəqibi 5-ci dəfə ən güclü adını qazanması münasibətilə təbrik etmək olar.
“Qarabağ”ın titul üçün yeganə yolu
Ancaq təkcə “Qəbələ”nin yox, “Qarabağ”ın da qələbəyə böyük ehtiyacı var. Çünki ağdamlıların titul qazanmaq şansı yalnız çempionatdadı. Gözlənilmədən kubokun 1/4 finalında “Sumqayıt”la oyunda büdrəyən “köhlən atlar” gözünü premyer-liqaya dikib. Bu görüşdə mümkün məğlubiyyət Qurbanovun komandasını titulsuz qalmaq təhlükəsi ilə üz-üzə qoyacaq. Hər halda, “doğma divarlar” arasında oynaması “Qarabağ”ın üstünlüyüdü. Qələbə qazanmaqla çempionluğu, demək olar, təmin edəcəyini anlayan “köhlən atlar”ın da yalnız 3 xal haqda düşündüyü sirr deyil. Mövsümün ilk yarısında ÇL-də, kubokda və çempionatda döyüşən ağdamlılar artıq bir “cəbhə”yə köklənib.
Heyətdəki dəyişikliklər
Qış fasiləsində “Qarabağ” heyətini gücləndirmədi. Düzdü, ağdamlıların hələ qarşıda bunun üçün vaxtı var. Nəzərə alaq ki, “transfer pəncərəsi” fevralın 9-da bağlanacaq. Ancaq bu günə kimi futbolçu alınmayıb. Əslində dəfələrlə Qurbanovun əlinin altında yetərincə geniş heyətin olduğunu demişik. Hərçənd bu yanaşma ÇL-in qrupunda təsdiqini tapmadı. Futbolçu sayı çox ola bilər, ancaq çempionluq uğrunda mübarizə aparan komandanın heyətinə kəmiyyətə görə “geniş” deyə bilmərik. Transfer edilmədiyi halda, üç futbolçu “Qarabağ”dan ayrıldı. Elşən Abdullayev “Zirə”yə icarə verildisə, Tarik Elyunussinin icarə müddəti yarımçıq dayandırıldı və o İsveç AİK-inə keçdi. Lakin bu iki oyunçu onsuz da əsas heyətdə özünə yer edə bilməmişdi. Bununla belə, Çin “Xançjou Qrintaun”una satılan Dino Ndlovunun olmaması “köhlən atlar” üçün ciddi itkidi. Məhz cənubi afrikalı forvard “Qarabağ”ın uzun müddət axtardığı hücumçu idi. Onun yoxluğu artıq yoxlama oyunlarında özünü göstərmişdi. Deməli, çempionat matçlarında da hiss olunacaq. “Qəbələ” isə əsas heyətdə möhkəmlənə bilməyən Endi Hallidey, Deyv Bultuis kimi futbolçularla, komandaya növbəti gəlişində xüsusi heç nə ilə yadda qalmayan Ekiqo Ehiosunla vidalaşdı. Tellur Mütəllimovun “Zirə”yə verilməsi isə ciddi itki sayılmamalıdı, ən azı ona görə ki, əvəzində son illər diqqətləri üzərinə çəkən Təmkin Xəlilzadə transfer olundu. Bir sözlə, heyətdəki yeniliklər baxımından “qırmızı-qaralar”da durum daha yaxşıdı.
Əvvəlki duellər
Qeyd edək ki, tərəflərin cari mövsümdəki duellərində bərabərlik hökm sürür. Premyer-liqanın 3-cü turunda “Qarabağ” “Qəbələ”ni “Azərsun Arena”da sınağa çəkmişdi. Həmin görüşdə 2:1 hesablı qələbə sevinən “köhlən atlar”ın heyətində Mahir Mədətovla Miçel fərqlənmişdi. Mədətovdan söz düşmüşkən, onun bayram günlərində “CBC Sport”un efirində Roman Qriqorçuku parodiya etməsi, “qırmızı-qaralar”ın buna görə bəyanat yayması və daha sonra mətni silməsi də budəfəki rəqabətə təsir edən məqamlardandı. Bu öz yerində. “Qarabağ”ın qalib gəldiyi həmin qarşılaşmada “Qəbələ”nin qolunu Stiven Jozef-Monroz vurmuşdu. 4200 tamaşaçının izlədiyi matçı hakimlərlə birgə Antalyaya yollanmayan Fariz Yusifov idarə etmişdi. Çempionluğa iddialı bu iki komanda növbəti dəfə 9-cu turda üz-üzə gəlib. “Qırmızı-qaralar”ın 1:0 hesabı ilə qalib gəldiyi görüşdə Asif Məmmədov fərqlənmişdi. Qarşılaşmanı Ömər Paşayev idarə etmiş, Qəbələ şəhər stadionunun tribunalarında 3000 tamaşaçı qeydə alınmışdı. Deməli, 3-cü duelə kimi hərənin bir qələbəsi var və qalib gələn ümumi hesabda da önə keçəcək.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Bu gün, 17:40 Liderlərdən maksimum nəticə Bu gün, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Bu gün, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Bu gün, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Bu gün, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Bu gün, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Bu gün, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Bu gün, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Bu gün, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Bu gün, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Bu gün, 00:13 Missiyasını unudan azarkeşlər... Bu gün, 00:12 15-ci qələbə, 229-cu futbolçu Bu gün, 00:10 Həftənin idman proqramı Bu gün, 00:09 Yığmadan əzmkar qələbə Bu gün, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Bu gün, 00:03 Lider yığmanı çətinliklə yendi Bu gün, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı Dünən, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi Dünən, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi Bütün xəbərlər
Ən çox oxunanlar