05 fev 22:29liqa

Samir Əliyev “Kəpəz”i yox, “Keşlə”ni düşünür

Samir Əliyev “Kəpəz”i yox, “Keşlə”ni düşünür
“Viktor hələ “Kəpəz”də oynayanda onunla maraqlanırdım”
İllərdi premyer-liqa həyəcanı yaşayan bəzi komandalardan fərqli, debütant “Səbail”in Antalyada keçirdiyi yoldaşlıq görüşlərində xoş təsir bağışladığını deyə bilərik. Düzdü, sınaq qarşılaşmalarında nəticə ciddi önəm daşımır. Amma psixoloji məqam baxımından olduqca önəmlidi. “Çernomorets”lə 0:0, “Napredak”la 1:1 oynayan təmsilçimiz “Senitsa” ilə 2:2 bərabərə qaldı. Yalnız bir görüşdə Plovdiv “Lokomotiv”inə boyun əydilər – 1:3. Ümumi müşahidələrimə əsasən həm baş məşqçi Samir Əliyevin, həm də futbolçuların əhval-ruhiyyəsinin yüksək olduğunu deyə bilərəm. Yeganə çatışmazlıq hücum xəttiylə bağlıdı. “Səbail”in yoldaşlıq oyunlarında qol vəziyyətlərindən maksimum yararlanmaqla bağlı ciddi problemi görünürdü.
Samir Əliyevlə daha öncə danışmaq istəsəm də, razılığımız belə oldu ki, toplanış bitsin və bütün suallara sonda aydınlıq gətirək. Fevralın 2-də görüşüb danışdıq.
- “Toplanışdan nə dərəcədə razı qaldız” sualı şablon səslənəcək. Odu ki, sualı başqa cür qoyum: Antalyadakı hazırlıq sizə nə verdi?
- Hər şey ürəyimizcə oldu. Oteldəki şəraitdən tutmuş, meydançaların vəziyyəti, qidalanmaya və yoldaşlıq görüşlərinin təşkilinə qədər. Əslində Bakıda qalıb birinci divizon təmsilçiləriylə də oynamaq olardı. Amma bu bizə ciddi mənada heç nə verməyəcəkdi. Tanımadığımız daha güclü komandalara qarşı oyunlarda futbolçuların nəyə qadir olduğunu və ümumi komandanın nöqsanlarını görmək istəyirdim ki, bu toplanışda istədiyimə nail oldum. Bir neçə futbolçuya şans verdim, sınadım. “Senitsa”yla qarşılaşmanı canlı izləyirdiz. Özünüz də gördüz ki, əsasən ehtiyatda qalanları yoxlayırdım.
- Bəs sizi narazı salan nə oldu?
- Çox şeylər var. Bu da 3-5 günün, yaxud ayın işi deyil. Nöqsanlarımız kifayət qədərdi, sadəcə, bu haqda açıqlama vermək istəmirəm. Çatışmazlıqların üzərində işləyib aradan qaldırmağa çalışacağıq.
- Çempionatdakı rəqiblərinizin oyunlarını izləyə bildiz?
- Açığı, buna elə də çox vaxtımız olmurdu. Hər gün məşq, ya da oyunlar olurdu. Boş vaxtımızı da təhlillərə həsr edirdik. Komandalardan çox bəzi oyunçuları izlədik. Əsasən də U-21-də və U-19-da olanları. Hansı ki, gələcəkdə onları “Səbail”də görmək istəyirik. Çempionatdakı rəqiblərdən əsasən saytlarda yazılanlar vasitəsilə xəbər tuturduq. Oyunlarına canlı baxa bilməsək də, lazım olan məlumatları alırdıq.
- Hansı rəqib daha təhlükəli görünür?
- Rəqiblərə təlim-məşq toplanışına əsasən qiymət vermək düzgün deyil. Nəticələr aldadıcı olur. Bir məqam dəqiqdi ki, turnir cədvəlində bizdən geridə olan “Keşlə” ilə “Kəpəz” xeyli güclənib. “Zirə” əsas heyəti qorumaqla yanaşı, 4-5 futbolçu cəlb edə bildi. Həmçinin “Neftçi”nin yeni legionerlərlə gücləndiyini deməliyəm. Antalyada qələbə qazanmamaları heç nədən xəbər vermir. “Sumqayıt” da xoş təsir bağışlayır. Bütün rəqiblər güclənib.
- Əsas rəqiblərinizdən biri - “Kəpəz”in transfer çalışmalarına əsasən daha inamlı görünəcəyini düşünürsüz?
- Yaxşı futbolçular cəlb ediblər. Amma bu dəqiqə əsas diqqətimizi 15-ci turdakı oyuna yönəltmişik. Bütün fikrimiz “Keşlə”dədi. “Kəpəz”lə matça qədər vaxtımız var.
- Hücumçu problemi açıq-aşkar hiss olunur. Sərəncamınızda Vüqar Nadirov, Raul Yaqubzadə, Nurlan Novruzov olsa da, söhbət son nöqtəni qoymağı bacaran forvarddan gedir.
- Elədi, razıyam.
- Nəyi və ya kimi gözləyirsiz?
- Hücumçumuz var, sadəcə, sənəd probleminə görə Antalyaya gələ bilmədi. Qışa qədər “Kəpəz”də oynamış Viktor Oseqeyllə anlaşmışıq. Bakıya qayıdan kimi tibbi müayinədən keçəcək. Hansısa nöqsan aşkarlanmasa, müqaviləyə imza atacaq. Həm rəqabəti artırmaq, həm də “dişsizliyi” aradan qaldırmaq üçün.
- Viktor zədə ucbatından son qarşılaşmalarda “Kəpəz”də oynamırdı. Üstəlik, “Səbail”lə hazırlıq keçməyib. Sizə elə gəlmir ki, risk edirsiz?
- Düz deyirsiz. Amma mən onun bacarığına bələdəm. Hələ “Kəpəz”də oynayanda mən onunla maraqlanırdım. Başqa oyunçu olsaydı, hardasa şübhələnmək olardı. Amma Viktoru yaxşı tanıyıram. İnşallah, sağlıq durumunda problem aşkarlanmasın, başqa elə bir narahatlıq olmayacaq. Oyun təcrübəsi olmasa da, iki-üç tura düzələcək.
- Futboldankənar bir-iki sual var ki, onlara aydınlıq gətirək. Oteldə “Səbail”dən başqa Makedoniya, Qırğızıstan, Kosovo təmsilçiləri var. Xüsusilə şam yeməyindən sonra onları hollda, lobbidə görmək mümkündü. “Səbail”in üzvləri sanki kölgəyə çəkilib, gözə dəymirlər. Bu sizin tapşırığınızdı?
- Bura gələn gün komandadaxili iclas keçirdik. Və bütün tələblərimizi futbolçulara çatdırdıq. Daha çox istirahətə və nizam-intizama fikir vermələrini istəyirik. 22.30-dan sonra heç kim ortalıqda ola bilməz! O vaxta kimi də yəqin məşqlərin, oyunların yorğunluğunu otaqlarında çıxarırlar.
- “Senitsa” ilə yoldaşlıq görüşündə Raul Yaqubzadə rus dilində tez-tez eşitdiyimiz söyüş işlətdi ki, buna görə ona irad bildirdiz. Yanılmıram ki?
- Yox-yox, düzdü, elə dediyiniz kimidi. Hər bir futbolçu xarakterimə bələddi, onlardan nə istədiyimizi bilir. Ən çox nifrət etdiyim şey futbolçunun mübarizədən çəkilməsi, tez-tez yerdə qalması, hakimə etiraz bildirməsidi. Hələ Bakıda “Xəzər”lə keçirdiyimiz yoldaşlıq görüşündə Raul həmin ifadəni işlətdiyinə görə 3-cü dəqiqədə onu əvəzləmişdim. Nizam-intizam olan yerdə nəticə də olacaq.
- Ruslan Əmircanova sonuncu qarşılaşmada start heyətində şans vermişdiz. Durumu necədi?
- Əlbəttə, yaş öz sözünü deyir. İstəsək də, istəməsək də, belədi. Məni ən çox sevindirən Ruslanın dayanmadan öz üzərində çalışmasıdı. Hiss olunur ki, hələ də futbol oynaya bildiyini sübut etməyə çalışır. Təcrübəli futbolçu kimi onu saxlamaqda məqsədimiz komandanın daxilində ab-havanı qorumasıdı. Təcrübəsi hesabına həm komanda yoldaşlarına, həm də bizə kömək etməyə çalışır.
- Yeri gəlmişkən, fevralın 1-də Ruslanın ad günü idi. “Senitsa” ilə matçdakı heç-heçəylə ona hədiyyə etmiş olduz. Axşam nə etdiz?
- Kollektiv olaraq otelin restoranında yığışdıq. Klub rəhbərliyi sağ olsun, tort də sifariş etmişdilər. Özümüz öz aramızda qeyd etdik.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi Dünən, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı Dünən, 18:46 Qurban Qurbanovdan ideal seçim Dünən, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var Dünən, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi Dünən, 18:41 Sabah kubokun püşkü atılacaq Dünən, 18:37 “Lex” Qriqorçukla maraqlanır Dünən, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu Dünən, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi Dünən, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür Dünən, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb Dünən, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi Dünən, 18:19 Turun oyunçusu Dünən, 18:19 Turun sitatı Dünən, 18:18 Turdan məqamlar Dünən, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” Dünən, 18:14 Lider başlayacaq, çempion bitirəcək Dünən, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi Dünən, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar