05 fev 22:25liqa

“Qarabağ” Antalyadan qələbəsiz döndü

“Qarabağ” Antalyadan qələbəsiz döndü
Qurban Qurbanov: “Bu səhvlər də zamanla düzələcək”
Şənbə günü “Qarabağ” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxdı. “Köhlən atlar”ın budəfəki rəqibi “Mladost” idi. Əvvəlki qarşılaşmalarda olduğu kimi, bu matç da Ağdam klubunun “yutub” kanalı vasitəsilə canlı yayınlanırdı. Öncə onu qeyd edək ki, ağdamlılar Monteneqro təmsilçisi ilə qarşılaşmaya qədər 5 yoldaşlıq oyunu keçirmişdi. Bunların heç birində qələbə qazana bilməyən Qurban Qurbanovun komandası “Mladost”la görüşdə uğursuzluq seriyasına son qoymaq niyyətində idi.
“Qarabağ”ın start “11-liy”i belə idi: Anton Kanibolotski, Rəşad Sadıqov, Yakub Jezniçak, Maksim Medvedev, Vild-Donald Gerye, Rahid Əmirquliyev, Riçard Almeyda, Mahir Mədətov, Coşqun Diniyev, Pedro Enrike, Dani Kintana.
Oyun "Qarabağ" üçün yaxşı başlamadı. Artıq 2-ci dəqiqədə Gerye topu geriyə ötürərkən səhvə yol verdi və rəqib oyunçunu Kanibolotski ilə üz-üzə çıxardı. Admir Adroviç isə bu "hədiyyə"ni lazımınca dəyərləndirdi. Qapısında erkən qol görən "köhlən atlar" irəli atılsa da, Monteneqro təmsilçisinin cavabını dərhal vermək mümkün olmadı. Qurbanovun komandası topa daha çox nəzarət edir, "Mladost" isə əks-hücumlara bel bağlayırdı. Bununla belə, bir müddət qapılar qarşısında ciddi təhlükə yaranmadı. Yalnız 22-ci dəqiqədə "Qarabağ" "status-kvo"nu bərpa etməyə yaxın oldu. Daninin cərimə zərbəsindən qapı önünə ötürdüyü topu müdafiəçilərin gözündən yayınan Pedro "çərçivə"yə yönəltsə də, qapıçı qola imkan vermədi. Matçda növbəti yaddaqalan vəziyyəti də ağdamlılar yaratdı. Kintananın cərimə meydançasının həndəvərindən zərbəsində dəqiqlik çatmadı. Nəhayət, 30-cu dəqiqədə "Qarabağ" hesabı bərabərləşdirdi. Pedronun cinahdan ötürdüyü top təxminən 5 rəqib oyunçunu keçdi və Mahirə çatdı. Gənc futbolçu isə fürsəti boşa verməyib, cavab qolunu vurdu. İlk yarının son 5 dəqiqəsində daha iki epizod diqqəti çəkdi. "Mladost"un həmləsinin qarşısını Maksim aldısa, heç kimin mane olmadığı Rahid “çərçivə”yə düşə bilmədi.
İkinci hissənin əvvəlləri qol vəziyyətləri baxımından kasad keçdi. Yalnız 64-cü dəqiqədə monteneqrolular yenidən hesabda önə keçməyə yaxın oldu. Əvvəlcə Kanibolotski Zoran Petroviçin fərqlənməsinə imkan vermədi. Ardınca isə Jezniçakın həlledici müdaxiləsi "Qarabağ"ı qoldan xilas etdi. Matçda növbəti təhlükəli həmləni də "Mladost" yaratdı. Ancaq həmin epizodda da Kanibolotski hesabın dəyişməsinə mane oldu. Ümumiyyətlə, ağdamlıların müdafiəsində tez-tez yanlış ötürmələrin və boşluqların şahidi olurduq. 74-cü dəqiqədə Geryenin zərbəsindən sonra "mərmi" hədəfə düşmədi. 81-ci dəqiqədə isə Dani fərqlənməyə yaxın oldu. İspan yarımmüdafiəçinin vuruşundan sonra top qapının üstündən keçdi. Cəmi 3 dəqiqə sonra Qurbanovun yetirmələrinin növbəti qol arzusu reallaşmadı. Ağabalanın uzaq küncə ünvanladığı top dirəkdən döndü. Beləliklə, "Qarabağ" Antalyada keçirdiyi 6-cı yoldaşlıq oyununda da qələbə qazana bilmədi - 1:1. “Köhlən atlar” daha öncə Rusiya “Kuban”ı (2:2), Polşa “Lexiya”sı (1:1), Makedoniya “Şkupi”si (0:0) ilə heç-heçə etmiş, “Mariupol” (Ukrayna, 2:3) və “Sarayevo”ya (Bosniya və Hersoqovina, 0:2) uduzmuşdu. Bir sözlə, “Qarabağ” Türkiyədən 4 bərabərlik və 2 məğlubiyyətlə döndü.
Qarşılaşmadan sonra Qurbanov klub saytına açıqlamasında bunları deyib: “Pis oyun keçmədi. 27 gündü burdayıq, futbolçularda yüklənmə var. Bu da normal haldı. Futbolçularım yaxşı mübarizə apardı, səhvlərimiz oldu. Yoxlama oyunları da çatışmazlıqları görüb aradan qaldırmaq üçündü. Bu səhvlər də zamanla düzələcək. Bəzi oyunçularımız zədəli oldular, bütün görüşlərdə meydana çıxa bilmədilər. Ümumiyyətlə, toplanışdan razı qaldım”.
Yeri gəlmişkən, qış fasiləsində "Qarabağ"la yollarını ayıraraq AİK-ə keçən Tarik Elyunussi İsveç mətbuatına danışıb: "Başqa komandaya keçə və ya "Qarabağ"da qalıb pulumu qazana bilərdim. Həmçinin "Olimpiakos"a dönmək imkanım da var idi. Ancaq mənim üçün karyera puldan önəmlidi. "Olimpiakos"da hər şey qaydasında idi. Çempion olduq və yaxşı oyunlar keçirdik. Yeni mövsüm ərəfəsində isə kiçik zədələr aldım. Bu da mənim üçün mövsümü məhv etdi. Eyni hal "Qarabağ"da da təkrarlandı. "Qarabağ"ın heyətində Çempionlar Liqasında çıxış etdim. İlk vaxtlar hadisələr istədiyim kimi gedirdi. Lakin sonra zədələndim və 2 ay sıradan çıxdım. Bu üzdən Çempionlar Liqasında son oyunlarını buraxmaq məcburiyyətində qaldım. "Qarabağ"a getməyimin səbəbi qitənin ən nüfuzlu klub turnirində oynamaq və bu təcrübəni qazanmaq idi. Zədələr orda uğurlu çıxışıma mane oldu. AİK mənim üçün böyük çağırış idi. Burda yaxşı qarşılandım və özümü çox gözəl hiss edirəm. Yenidən başlanğıc etmək üçün AİK-in təklifini qəbul etdim. İndi məşqçiləri və yeni komanda yoldaşlarımı tanıyacam. Bundan sonra hər şey daha yaxşı olacaq. Lakin ilk təəssüratlarım müsbətdi. Yeni klubumla yeni mövsümə hazırlaşıram. Hələ də öz ambisiyalarım var. AİK-lə 2 illik müqavilə imzalamışam. Tam olaraq bu komandanın oyunlarına köklənəcəm. "Malmö" ilə qızıl medallar uğrunda mübarizə aparmağa hazırlaşırıq. İnanıram ki, avrokuboklarda iştirak edəcəyik. Bunlar mənim hədəflərimdi".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar