04 fev 13:11liqa

Kamran Ağayev jurnalistlərdən küsüb

Kamran Ağayev jurnalistlərdən küsüb
“Dəyişmişəm, hə?”
“Keşlə” – “Yenisey” matçının ilk hissəsində “çərçivə”ni qoruyan Kamran Ağayev ikinci yarıda başverənləri yanımızda dayanıb izləyirdi. Kefi o qədər də pis deyildi. Müsahibə götürmək istəyimə “yox” demədi. Amma “onsuz da heç nə danışan deyiləm. Vaxtında çox danışmışam, əvəzini də görmüşəm” atmacasından sözlü adama oxşadığı dəqiq idi. Müsahibəni aldım, keçdik əsas məqama. Onu narahat edən jurnalistlərin tənqidi yazılarıydı. Ötən il əmisioğlunun qızı vurması xəbərinin onun adıyla bağlanmasından tutmuş, bu yaxınlarda Qurban Qurbanova ünvanlanan“Kamranı milliyə dəvət edəcəksiz” sualına qədər. Dediyinə görə, bu boyda Azərbaycan futbolunda əsas tənqid olunmalı adamlar qalıb qıraqda, nədənsə hamı Kamranı görür, ondan yazır. Vəziyyətin bu həddə çatmasında özünün günahkar olduğunu diqqətinə çatdırdım. Hamı işini kənarda gördüyü halda, daim üzdə olması ilə bağlı dediklərimlə razılaşmadı. Elə hey gileylənirdi. Sonda bundan sonra verdiyi müsahibələrdə səmimi olmayacağını, “hə, yox”la kifayətlənəcəyini bildirdi.
- Yorğunluq var, yoxsa o barədə danışmağa dəyməz?
- İş olan yerdə yorğunluq da olacaq. Üstəlik, neçə vaxtdı xəstəyəm. Əsas odu, zədəli deyiləm. Bunun özü nəyə desən dəyər. Bir az artıq çəkim var, onu da aradan qaldırandan sonra bundan da yaxşı olacaq.
- Komanda daxilində ab-hava necədi? Heyətin yarısı yenilənib, futbolçuların çoxu bir-birini indi-indi tanımağa başlayıb.
- Elədi. Uyğunlaşma müəyyən vaxt aparacaq. Hamımız peşəkar idmançılarıq. İnşallah, elə də çox vaxt itirmərik.
- Azarkeşlər yenilənmiş “Keşlə”dən nə gözləsin? Ciddi mənada irəliləyiş mümkündü? Nəzərə alaq ki, turnir cədvəlində sondan ikinci pillədə yer almısız.
- Necə olacağını yalnız Allah bilər. Bizim işimiz, borcumuz nədi? Hər oyuna qələbə üçün çıxmaq. Belə olması üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Görək necə olur.
- Yuri Maksimov sizin üçün yeni simadı. Artıq neçə vaxtdı rəhbərliyi altında çalışdığın ukraynalı mütəxəssisi necə təhlil edə bilərsən?
- Mən heç bir məşqçini təhlil etməyi xoşlamıram. Onun işi tapşırıq vermək, mənim öhdəliyim yerinə yetirməkdi. Buna uyğun da hərəkət edirəm.
- Xaraktercə necə adamdı? İndiyə qədər çalışdığın, bizə tanış olan məşqçilərdən kimə oxşadırsan?
- Bundan sonra futbolda kiminsə xarakterini müzakirə etmək istmirəm. Dediyim kimi, işimi görürəm.
- Burda pis nə var ki?
- Müzakirə edə bilmərəm...
- Qapalı adamdı, yoxsa səmimiyyəti sevir?
- Mən elə şeylərə fikir vermirəm, baxmıram, düşünmürəm.
- Bütün rəqibləriniz Antalyada məskunlaşmışdı. Hansısa komandanın yoldaşlıq oyununu canlı izləmək imkanın oldu?
- Gündə iki dəfə məşq edirik. Bütün gün öz komandamın yanında oluram. 21 ildi futbol oynayıram, heç vaxt rəqibin oyunu haqda düşünməmişəm. Düzdü, oyunöncəsi təhlillər olur. Lakin özüm xüsusi olaraq kiməsə diqqət ayırmıram. Bütün diqqətim öz çıxışımda olur.
- İlk hissədə Orxan Sadıqlının geydiyi “1 nömrə”də meydana çıxmışdın. Çempionatda da belə olacaq?
- Mən bu suala nə cavab verim, nə ad qoyum?
- Yəni bundan sonra “1”i geyəcəksən, ya yox?
- Mən elə şeyə fikir vermirəm, heç bir fərqi yoxdu. “Şəfa”da “16 nömrə” ilə oynamışam, “Xəzər Lənkəran”da “25” idi. Nömrə mənim üçün vacib amil deyil. Futbol oynamaq lazımdı, nömrə seçmək yox.
- Bir çox komandalar heyətini gücləndirib, bəziləri yoldaşlıq görüşlərində xoş, bəziləri uğursuz təsir bağışladı. Kimdən ehtiyatlanmaq lazımdı?
- Məni ancaq “Keşlə” maraqlandırır. Kim necə oynayır, hansı nəticəyə imza atır – bunlar məni maraqlandırmır.
- Yığmanın Moldova ilə görüşündən bir gün əvvəl (sözümü kəsir)…
- Yığmadan, ümumiyyətlə, danışmaq istəmirəm. Millinin heyətində olanda soruşarsız, cavab verərəm.
- Birinci sualı dinlə, sonra cavab ver. Moldova ilə qarşılaşmadan əvvəl xəstələndiyinə görə məşqdə iştirak etməmişdin. Lakin start heyətində meydana çıxdın və 90 dəqiqə oynadın. Belə olmasını özün istəmişdin, yoxsa Qurban Qurbanovun tapşırığına “yox” deyə bilmədin?
- Yığmanın heyətində olanda bu haqda danışarıq.
- Yaşa dolduqca əvvəlki Kamranlığını itirirsən.
- Dəyişmişəm, hə?
HƏBİB, Bələk
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi Dünən, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı Dünən, 18:46 Qurban Qurbanovdan ideal seçim Dünən, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var Dünən, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi Dünən, 18:41 Sabah kubokun püşkü atılacaq Dünən, 18:37 “Lex” Qriqorçukla maraqlanır Dünən, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu Dünən, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi Dünən, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür Dünən, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb Dünən, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi Dünən, 18:19 Turun oyunçusu Dünən, 18:19 Turun sitatı Dünən, 18:18 Turdan məqamlar Dünən, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” Dünən, 18:14 Lider başlayacaq, çempion bitirəcək Dünən, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi Dünən, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar