04 fev 13:05liqa

“Slaviya” “Qəbələ”nin futbolçularının sınaq müddətini uzatdı

“Slaviya” “Qəbələ”nin futbolçularının sınaq müddətini uzatdı
Əvəzedicilər Gürcüstandan məğlubiyyətlə qayıtdı
“Qəbələ”nin Antalyadakı təlim-məşq toplanışı başa çatmaq üzrədi. “Bohemians”la oyunun ertəsi gün bərpa məşqi keçən komanda dünən də bir hazırlıq prosesiyilə kifayətlənib. Toplanışın yekununa doğru futbolçuları yüklənmədən azad edən Roman Qriqorçuk axşam məşqini yetərli sayıb. Məşqçilər korpusunu sevindirən məqam bütün futbolçuların kollektiv hazırlıqda iştirak etməsidi. Başqa sözlə, zədəli oyunçu yoxdu.
Yeri gəlmişkən, komandanın yerləşdiyi otelə gələn azərbaycanlı hakimlər İnqilab Məmmədovla Mübariz Haşımov məşqçi və futbolçu heyəti ilə görüşüb. Hakimlər futbol qaydalarına edilən son dəyişikliklərdən danışıb, futbolçulara ətraflı məlumat veriblər. Oyundankənar vəziyyət, cərimə zərbələri, penalti və simulyasiya hərəkətləri ilə bağlı qaydalarda edilən dəyişikliklər videosüjetlərlə ətraflı izah olunub. Sonda Roman Qriqorçuk qonaqlara təşəkkür edib, çempionat oyunlarının idarəçiliyində uğurlar diləyib.
Son oyun Makedoniya çempionuna qarşı
“Qırmızı-qaralar” bu gün qardaş ölkədə sonuncu yoxlama oyununu keçirəcək. Məkan və saat dəyişməyib. “Qəbələ” yenə məskunlaşdığı “Qloriya” otelinin meydanında və Bakı vaxtı ilə 18.00-da görüşə start verəcək. Rəqib isə Makedoniya çempionu “Şkendiya” olacaq. Bu komandanın 2016/17 mövsümündə Avroliqanın təsnifat mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdırdığını da xatırladaq.
Toplanışdan razıdılar
Bu arada “Qəbələ”nin daha iki futbolçusu təlim-məşq toplanışı ilə bağlı fikirlərini klubun televiziyasına açıqlayıb.
Voislav Stankoviç: “Antalya toplanışı yaxşı keçir. Çempionatın ikinci yarısının startına hazırlaşırıq. Yoxlama oyunu məşqçilərə imkan verir ki, futbolçuları müxtəlif variantlarda və mövqelərdə yoxlasınlar. Mən özümü çempionata hazır sayıram. Toplanışın yekununda 100 faiz hazır olacam”.
Təmkin Xəlilzadə: “Millinin heyətində 30 dəqiqə oynamışdım. Bu üzdən “Bohemians”la yoxlama oyununa yorğun çıxmadım. Komandam üçün əlimdən gələni etməyə çalışdım. Uyğunlaşma ilə bağlı heç bir çətinlik çəkmədim. Şükür Allaha, hər şey qaydasındadı. Artıq toplanış yekunlaşır. Hazırlığımız yaxşı keçdi. İnşallah, çempionata kimi tam hazır vəziyyətdə olacağıq. Fevralın 10-da bizi “Qarabağ”la çətin qarşılaşma gözləyir. Ona qədər burda daha bir yoxlama matçına çıxacağıq. Həmin görüşdən sonra mövsümün ikinci yarısının startına tam hazır olacağıq”.
Gürcüstandan məğlub qayıtdılar
“Qəbələ”nin əvəzedici komandası isə Gürcüstan toplanışında növbəti yoxlama oyununda gücünü sınayıb. Tiflisdəki hazırlıq çərçivəsində keçirdiyi ilk iki oyunda yerli “VİT-Corciya” (0:2) və “Saburtalo”nun əvəzedici komandası (1:0) ilə görüşən “qırmızı-qaralar” daha bir paytaxt təmsilçisi isə üz-üzə gəlib. Bölgə təmsilçisi fevralın 1-də “Lokomotiv”in əvəzediciləri ilə münasibətləri aydınlaşdırıb. Qarşılaşmada 1 qol vurulub. Matçın 4-cü dəqiqəsində erkən qola sevinən meydan sahibləri minimal hesabla qalib gəlib – 1:0. Buraxılan topdan sonra üstünlüyü ələ alan Emin İmaməliyevin komandası çoxsaylı qol imkanları yaxalasa da, rəqib qapısına yol tapa bilməyib. Gürcüstan toplanışını başa vuran “Qəbələ” dünən ölkəyə qayıdıb. Üçgünlük istirahətdən sonra Qəbələdə məşqlər bərpa ediləcək.
Sınaq müddəti uzandı
“Qəbələ”dən söz düşmüşkən, klubun akademiyasının iki üzvünün “Slaviya”da baxışda olduğunu bilirsiz. Daha öncə Fərid Nəbiyevi “qırmızı-qaralar”dan transfer edən Çexiya klubu müdafiəçi Amin Seydiyevlə yarımmüdafəçi Rövlan Muradovu da sınaqdan keçirir. Yanvarın ilk günlərindən “qırmızı-ağlar”ın düşərgəsində yer alan həmyerlilərimizlə bağlı yekun qərarın yanvarın 28-də veriləcəyi söylənilmişdi. Ancaq Çexiya klubu onların sınaq müddətini uzadıb. “Qəbələ” Futbol Akademiyasının meneceri Nail Kərimovdan aldığımız məlumata görə, Çexiya klubu fevralın 10-da bu futbolçularla bağlı yekun qərarını verəcək. “Slaviya” onları bəyənsə, iki klub arasında transferin şərtləri müzakirə olunacaq.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar