26 yan 14:32liqa

“Qəbələ” Antalyadan gülərüz qayıtdı

“Qəbələ” Antalyadan gülərüz qayıtdı
Qriqorçuk: “İstəyimizə artıqlaması ilə nail olmuşuq”

“Qəbələ” Antalyadakı təlim-məşq toplanışını başa vurub. “Qırmızı-qaralar” yanvarın 24-də qardaş ölkədə sonuncu yoxlama oyununu keçirib. Bölgə təmsilçisi Makedoniya “Şkendiya”sıyla münasibətləri aydınlaşdırıb. Roman Qriqorçukun qurduğu start “11-liy”i belə olub: Dmitri Bezotosnı, Rikardinyo, Vitali Vernidub, Tellur Mütəllimov, Ürfan Abbasov, Nika Kvekveskiri, Rəşad Sadiqov (k), Asif Məmmədov, Filip Ozobiç, Ruslan Qurbanov, Sergey Zenyov.
Maraqlı mübarizə şəraitində keçən oyunda hesab ilk yarıda açılıb. 38-ci dəqiqədə Ozobiç baxımlı qola imza atıb. Ukraynalı mütəxəssis fasilədən sonra fərqli “11-liy”ə şans verib: David Pietrzkieviç, Roman Hüseynov, Voislav Stankoviç, Murad Musayev, Hacıağa Hacıyev, Qismət Alıyev, Cavid Hüseynov, Araz Abdullayev, Teo Uiks, Ramazan İsayev, Baqali Dabo.
İkinci hissədə də fəallıq nümayiş etdirən “Qəbələ” makedonların qapısından daha bir qol keçirməyi bacarıb. 77-ci dəqiqədə cərimə zərbəsini dəqiq yerinə yetirən Araz Abdullayev yeni komandasında ilk qoluna imza atıb. “Şkendiya” bu qollardan yalnız birinin əvəzini çıxa bilib. 89-cu dəqiqədə Yuri Çolakın başla vuruşu Pietrzkieviç üçün qarşısıalınmaz olub. Xatırladaq ki, “Qəbələ” daha öncə Albaniya “Partizani”sinə 1:2 uduzmuş, Rumıniya “Qaz Metan”ına 1:0 qalib gəlmiş, Qazaxıstan “Ordabası”sı ilə qolsuz heç-heçə etmişdi.
Qriqorçuk sonuncu yoxlama oyunu və ümumilikdə toplanış ilə bağlı klubun saytına danışıb: “Təlim-məşq toplanışını dəyərləndirsək, yeganə kiçik xoşagəlməzlik hazırlığa bir az gec başlamağımız idi. Ardınca isə hər şey qaydasında getdi. Hava şəraiti baxımından da bəxtimiz gətirdi. Sakit tərzdə çalışıb, yaxşı hazırlıq keçməklə toplanışı yekunlaşdırdıq. Zədəli oyunçularımız da sıraya döndülər. Onların tam hazır olduğunu deyə bilməsəm də, artıq məşqlərə start veriblər. Bir sözlə, toplanış haqda müsbət fikir söyləmək olar. Hazırlığı yaxşı, keyfiyyətli və faydalı sayıram. İşimizi elə qurmuşuq ki, bizə çalışmaq daha rahatdı. Belə yanaşma nəticəsində hansısa intizamsızlıq, məişət problemi, qeyri-peşəkarlıq və ya səhlənkarlıq üzündən vaxt itirib, əsəblərimizi korlamırıq. Ürəkaçan şəraitdə işləyib, bundan zövq alırıq. Bizdə hər şey rahatdı və peşəkar səviyyədədi. Bu da işin keyfiyyətini artırır və daha effektli olması ilə nəticələnir. Çünki işə mane olan və fikri yayındıran məqamlar olmur. Mövsümün ikinci yarısının ilk oyununa hazırlığın səviyyəsi haqda öncədən nəsə demək olmur. Amma hazırlıq prosesində çox yaxşı işlər görülüb. Oyun planında bir sıra məqamları aradan qaldırmışıq. Birmənalı şəkildə deyərdim ki, oyunun təşkilində yaxşılığa doğru irəliləmişik. Hətta bu istiqamətdə istəyimizə artıqlaması ilə nail olmuşuq. Futbolçular da hər şeyi anlayır. Hər hansı texniki qüsurların olması isə təbii haldı. Onlardan qurtulmaq mümkün deyil. Sadəcə, belə xətaların mümkün qədər az olmasını istəyirəm. Lakin taktiki, psixoloji və funksional baxımdan mövsümün ikinci yarısına hazır olduğumuzu deyərdim”.
Dünən vətənə qayıdan “Qəbələ” bu gündən 15-ci tur çərçivəsində evdə keçiriləcək “Sumqayıt”la qarşılaşmanın hazırlıqlarına başlayacaq.
SƏRXAN
Какая смешная шутка что сказать нечего
-----
автосервис

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Bu gün, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Bu gün, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Bu gün, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Bu gün, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Bu gün, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Bu gün, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Bu gün, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Bu gün, 18:55 Yarım mövsümün rəqəmli tablosu Bu gün, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Bu gün, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Bu gün, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Bu gün, 18:49 Məkan və saat dəqiqləşdi Bu gün, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Bu gün, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Bu gün, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Bu gün, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Bu gün, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Bu gün, 18:37 "Keşlə"də daha bir ukraynalı Bu gün, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi Dünən, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü Dünən, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı Dünən, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi Dünən, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək Dünən, 18:48 Seqoviya haqq yoluna gəlir Dünən, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu Dünən, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” Dünən, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub Dünən, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı Dünən, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb Dünən, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı Dünən, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib Dünən, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! Dünən, 18:21 Vitali Borisov məşqlərə qoşuldu Dünən, 18:19 Liderlər sürprizə imkan vermədi Dünən, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular Dünən, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə Dünən, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi Dünən, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi Dünən, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu 16-01-2018, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi 16-01-2018, 15:08 Araz 89 dəqiqə oynasa da... 16-01-2018, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir 16-01-2018, 15:04 Fasiləyə iki liderlə 16-01-2018, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bütün xəbərlər
Ən çox oxunanlar