26 yan 14:29liqa, gundem

“Neftçi” serb hücumçu ilə anlaşacaq

“Neftçi” serb hücumçu ilə anlaşacaq
Kojiç - “Qaziantep BB” münasibətlərinin pərdəarxası məqamları “Futbol+”də
Qış fasiləsində Ruslan Abışov, Namiq Ələsgərov, Zdenek Folprext, İqnasio Errera, Georgi Novalovski, Pavel Dreksa və Kirill Petrovla güclənən “Neftçi” hücumçu problemini hələ də həll edə bilməyib. Bir neçə namizədlə danışıqlar aparılsa, baxışa Damir Vidoviç və Ramon Kardoso dəvət olunsa da, yekun nəticə hasil olmadı. Odu ki, ikinci yarıda “ağ-qaralar”ın qollarını sıralayacaq futbolçunun kimliyi məlum deyil.
Deyəsən, məsələ həllini tapmaqdadı. Hətta keçidin böyük ölçüdə həll olunduğunu deyə bilərik. Futbol11.az saytının yaydığı xəbərə görə, “Neftçi” Nemanya Kojiçlə müqavilə bağlayacaq. Artıq bütün detallar müzakirə olunub, tərəflər razılığa gəlib. Sadəcə, ortada bizim üçün adi görünən, amma futbolçunun məxsus olduğu klubla ciddi problem var. Belə ki, artıq neçə aydı “Qaziantep BB” futbolçuların pulunu verməkdə çətinlik çəkir. Onlardan biri də Kojiçdi. Serb forvard qazianteplilərdən aidiyyatı qurumlara şikayət etməyə hazırlaşsa da, klub rəsmiləri tələsməməyi məsləhət görür. Buna səbəb isə rəhbrəliyin Nemanyanı müqaviləni qarşılıqlı razılıq əsasında pozmağa razı salmaq istəyidi. Klub başbilənləri belə təklifdə bulunub: 3, ya 4 ayın maaşından imtina et, biz də öz növbəmizdə səni sərbəst buraxaq. Bu isə aylıq maaşı 18 min dollar olan futbolçuya sərf etmir. Əvvəla ona görə ki, hücumçunu ilə anlaşmaq istəyən “Neftçi” ona “Qaziantep”in borclu olduğu pulu verməyəcək. Digər tərəfdən, Azərbaycandakı maaşı Türkiyədəkindən də az olacaq. Belə olan halda isə Kojiç daha çox pul itkisi ilə barışmağa məcburdu. Amma razılaşmır. Məhz bu problem “ağ-qaralar”ın hücumçunu yola gətirməyinə əngəl törədir. Nemanya da az bilmir. Yanvarın son günündə “transfer pəncərəsi” bağlanacaq ki, tələsən “Neftçi” indikindən daha çox pul təklif edəcək. Belə olan halda serb forvard “Qaziantep BB”dəki alacağından imtina edəcək. İstənilən halda, bir tərəfdən qazanmalıdı: ya bizdən, ya türklərdən. Mənbəmizin dediyinə görə, bakılılar bu gün keçidi rəsmiləşdirməlidi. Çünki baş məşqçi Elxan Abdullayev hücumçunun alınmasının vacibliyini dönə-dönə qeyd edib. Əks halda, gələcəkdə hansısa uğursuzluq fonunda Abdullayevin dili hər yerdə uzun olacaq.
Maraq üçün qeyd edək ki, 1990-cı ildə doğulan futbolçu 183 sm boya malikdi və taran tipli hücumçu funksiyasını yerinə yetirir. 2007-13-cü illər aralığında 82 qarşılaşmada “Rad”ın şərəfini qoruyub və cəmi 13 qola imzasını yazdırıb. Daha sonra ölkəsinin iki böyük klubundan biri “Partizan”a keçib. 2 il ərzində 42 dəfə ağ-qara formanı geyməklə rəqib qapılarına 16 dəfə yol tapıb. 2015-ci ildə isə “Qaziantep BB” ilə anlaşıb. Komandasının aparıcı oyunçularından birinə çevrilməyi bacaran Kojiç PTT Liqasında 45 oyunda forma geyərək 12 dəfə fərqlənməyə nail olub. Bununla yanaşı, Serbiyanın U-19 və U-21-ində üst-üstə 12 qarşılaşmanın həyəcanını yaşayıb. Bacarığı bu gün Serbiyanın əsas millisinə dəvət almasına imkan verməsə də, “Neftçi”, belə deyək, Azərbaycan çempionatı üçün yararlı saymaq olar. Təbii ki, tərəflər problemi yoluna qoya bilsə.
Fasilə dönəmində “ağ-qaralar”ın iştahı, sən demə, diş altında imış. Elxan Abdullayev Estoniya yığmasının aparıcı üzvü Konstantin Vasilyevi sərəncamında görməyə ikiəlli razılaşıb. Menecerlər vasitəsiylə “Neftçi”yə təklif olunan “Yagelloniya”nın futbolçusu Azərbaycana gəlməyə qarşı deyilmiş. Lakin klub rəhbrəliyi cari mövsümdə 18 qarşılaşmada 10 qol vuran, 9 məhsuldar ötürmə verən futbolçunu buraxmağa razı olmayıb.
Futbolçunun agenti - 2009/10 mövsümündə “Neftçi”də cəmi 2 oyun keçirən Andrey Stepanovun sözlərinə görə, Polşa klubu aparıcı oyunçusu ilə vidalaşmaq niyyətində deyil: “Təkliflər var. Azərbaycan və Qazaxıstan klubları Konstantinin keçidində maraqlıdı. “Yagelloniya” isə Vasilyevi buraxmaq istəmir. Müqavilənin müddəti mövsümün sonunda başa çatır. Klub istəyir ki, o, sözləşməsinin son gününə kimi Polşada qalsın. Vasilyevin transfer qiyməti yüksək olduğuna görə başqa klubların marağı da azalır. Klubu bu addımına görə qınamaq istəmirəm. Konstantin 90 faiz “Yagelloniya”da qalacaq. Amma məsələylə bağlı klub rəhbərliyi ilə söhbət edəcəm”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar