25 yan 21:10liqa, manset

Müşahidə Şurasının üzvləri yaxın günlərdə yığışacaq

Müşahidə Şurasının üzvləri  yaxın günlərdə yığışacaq
Rüstəm Fətəliyev: “Şura üzvlərinin Antalyaya yollanması şərt deyildi”

“Neftçi”də Müşahidə Şurası yeni yaradılan vaxtlarda tez-tez iclaslar keçirilər, qərarlar qəbul olunardı. Klub gerbinin dəyişdirilməsi, “fan-şop” və muzeyin yaradılması, “Stadium Tour” layihəsinin həyata keçirilməsi, ardıcıl uğursuzluqlardan sonra baş məşqçi, yaxud futbolçuların göndərilməsi - bütün bunlar şura üzvlərinin birgə görüşünün nəticəsiydi. İlk vaxtlarda hər ay görüşərdilər. Sonradan iki aydan bir, üç aydan bir eyni masa arxasında oturdular. Lakin artıq neçə vaxtdı Müşahidə Şurasının üzvləri bir-birinin üzünü eyni anda görmür. Sonuncu dəfə səhv etmiriksə, “Qəbələ”yə 0:8 hesablı yenilgidən sonra yığışmışdılar. Təxminən sentyabrın ortaları idi. O vaxtdan bu yana dörd aydan artıq vaxt keçməsinə baxmayaraq, klub saytında şuranın iclası haqda məlumat verilmir. Yalnız adı qalıb.
Bəhram Bağırzadənin öz xoşu ilə istefa verməsi müəyyən şübhələrə yol açdı. Bir ara Müşahidə Şurasının üzvlərinin maaş almadıqlarına görə (hərçənd onların ictimai əsasla çalışdığı deyilir - H.) bazanın yolunu unutduqları haqda xəbərlər yayıldı. Hətta Bağırzadənin də məhz pulsuzluğa görə istefa verdiyi deyilirdi. Şayiə olduğunu düşünmək olardı. Lakin Müşahidə Şurasının son başverənlərə görə bir araya gəlmədiyini görəndən sonra deyilənlərə inanmağa məcburuq. Məsələn, “Neftçi”nin Elxan Abdullayevin rəhbərliyi altnda məğlubiyyətləri sıralayıb fasiləyə 7-ci pillədə yollanmasına, başqa cür desək, ilin yekunlarına dair iclas keçirmək olardı. Bu baş verməsə belə, yanvarın ilk 10-15 günlüyündə transfer çalışmaları, komandanın təlim-məşq toplanışı və başqa məsələləri müzakirəyə çıxarmaq mümkün idi. Ancaq bu da baş vermədi. Olmaya şura “canını tapşırıb”? Bəlkə sədr Çingiz Abdullayevdən başqa heç kim qalmayıb? İclasla bağlı suala cavab tapmaq üçün Müşahidə Şurasının mətbuat katibi Rüstəm Fətəliyevlə əlaqə saxladıq: “Şuranın iclası yaxın günlərdə baş tutmalıdı. Lakin konkret tarixlə bağlı sizə dəqiq məlumat verə bilməyəcəm. Bu iki gün sonra da ola bilər, on gün sonra da. Amma iclasın keçirilməsi gündəmdədi”.
Daha bir maraqlı məqam şura üzvlərindən heç kimin Antalyaya yollanmamasıydı. Aydın məsələdi, üzvlərdən kimsə qardaş ölkəyə getməyə borclu deyildi. Adama deyərlər, görülən işlərə cavabdehlik daşıyan şəxs Orxan Hüseynzadədi ki, o da komandanın yanında idi. Lakin Müşahidə Şurasının işi klubda başverənləri müşahidə edib sponsorlara hesabat verməkdisə, xaricdəki toplanışı müşahidə etmək olardı. Ən azı komanda üzvlərinin yanında olmaq, onlara dəstək vermək üçün Çingiz Abdullayev üçgünlük də olsa, kurort şəhərinə gedə bilərdi. Ünlü yazar onsuz da ilin 12 ayını xaricdə olur. Belədə Antalyaya uçmaq nə çətin işdi? Görünür, vəziyyət dediyimiz kimi, qarışıqdı. Bizə məlum olmayan problemlər var daxildə. Fətəliyevlə söhbətdə bu suala da aydınlıq gətirməyə çalışdıq: “Klubda görülən işlərə nəzarət edən şəxs Orxan Hüseynzadədi. O da komanda ilə birgə toplanışa yollanmışdı. Ən kiçik məsələlərlə maraqlanır, həllinə çalışırdı. Bununla yanaşı, Çingiz Abdullayev də tez-tez Hüseynzadəyə zəng vurub məlumatlar alırdı. Digər tərəfdən, şura üzvlərinin Antalyaya yollanması şərt deyildi. Yəni belə bir öhdəlikləri yoxdu”.
HƏBİB
Любители автомобилией - вам сюда, ссылка внизу
-----

покраска машины полностью цена

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar