24 yan 12:22liqa

81 yaşlı “Neftçi”yə daha bir hədiyyə - 8:1!

81 yaşlı “Neftçi”yə daha bir hədiyyə - 8:1!
Rusiya çempionatının autsayderi bakılıları rəzil etdi
Yanvarın 5-də Bakıda bir araya gələn, paytaxtda olduğu müddətdə yoldaşlıq görüşündə “Keşlə”yə 1:2 hesabıyla uduzan “Neftçi” ayın 17-dən Antalyadadı. Tərlan Əhmədovun yetirmələri dünən Türkiyədəki sınaq matçlarına başladı. Kaş başlamazdı...
Ölkənin 81 yaşlı, ən köklü klubu Rusiya premyer-liqasının sonuncu pilləsində qərarlaşan “SKA-Xabarovsk”la oyunda 1:8 hesabıyla məğlub oldu. İndiyə qədər premyer-liqa klublarımızın Antalya tarixində belə faciəvi nəticə qeydə alınmamışdı. Yaxın keçmişə təsadüf edən buna bənzər hesab yaddaşlardan silinməyib ki, 2016-nın payızında premyer-liqa matçında “Qəbələ” “Neftçi”ni qapazaltı etmişdi – 8:0.
“Neftçi”nin daxilində ciddi çəkişmələrin olduğu sirr deyil. “Transfer pəncərəsi” açılandan əsəblər tarıma çəkilib. AFFA rəsmisi Riad Rəfiyevlə pul qazanmaqdan doymayan Kamil Məmmədovun “ağ-qaralar”a səviyyəsiz legionerləri “sırımaq” istəyinin nəticəsidi ki, rəhbərliklə baş məşqçi arasında soyuqluq yaranıb. Başlarını itiriblər, nə edəcəklərini bilmirlər. Düşərgəyə düz-əməlli futbolçular gəlmir. Təklif olunanlar da ucuzlardı, baha qiymətə. Kimsə “yoldaşlıq oyunlarda nəticə önəmli deyil-filan” deyib məlum yenilgiyə don geydirə bilməz. Nəticə önəmli deyilsə, rusların qapısına 8 qolu siz vurardız. Əl ətə çatmayanda, iz azdırmaq üçün oyunun statusunun ortaya atılmasının bəhanə olduğunu uşaq da bilir.
Bu və başqa problemlər heç bir halda “Neftçi”nin qapısında 8 qol görməsinə əsas vermir. Düzdü, Anton Krivotsyukla Elnur Cəfərov U-21-in düşərgəsindədi, Rəşad Sadiqov zədəsini müalicə etdirir, Hüqo Barqas getdi, yeni transfer Fransisko Qarsiya ideal formadan çox-çox uzaqdı. Bütün bunlar da bakılıların o şəkildə biabır olmasına əsas vermir.
Ruslara 1:8 hesabıyla uduzan, ilk yarıda qapısında 6 cavabsız top görən bakılıların start heyəti belə olub: Rəşad Əzizli, Məhəmməd Mirzəbəyov, Ruslan Abışov, Kiril Petrov, İlkin Qırtımov, Derlis Meza Kolli, Emin Mahmudov, Fransisko Qarsiya, Elnur Süleymanov, Rəhman Hacıyev, Mirabdulla Abbasov.
Heyətində ötən ilin yayında “Neftçi”dən ayrılan Georgi Novalovskinin də yer aldığı “SKA-Xabarovsk”un heyətində Vladislav Nikiforov (8, 17, 49) het-trik edib. Dmitri Kabutovla (2, 89) Artyom Samsonov (10, 20) dubla imza atıb. Daha bir qol müəllifi isə 37-ci dəqiqədə Nikolay Kalinski olub. Hesab 0:7 olanda, 85-ci dəqiqədə Mirabdulla Abbasov rəqib qapısına yol tapıb.
Bu oyunda Tərlan Əhmədov iki legioneri gözdən keçirib: ukraynalı İqor Sikorski və Roxdi Axente. İqor hücumda və yarımmüdafiənin sol cinahında çıxış etdiyi halda, Roxdi sol cinah müdafiəçisi və dayaq yarımmüdafiəçisi funksiyasını yerinə yetirə bilir. Baş məşqçinin onlar haqda yekun qərar verib-vermədiyini öyrənə bilmədik.
Məlum faciə ilə bağlı baş məşqçi Tərlan Əhmədovla aparıcı futbolçuların fikirlərini dinləmək maraqlı olardı. Lakin məğlubiyyətin səbəbkarlarının hansısa açıqlamasına rast gəlmədik. Telefon vasitəsilə əlaqə saxlamaq cəhdlərimiz də nəticəsiz qaldı.
“Ağ-qaralar” növbəti yoldaşlıq oyununa yanvarın 25-də çıxacaq. Tərlan Əhmədovun yetirmələri həmin gün səhər saatlarında Rumıniya “Konkordiya”sı, axşam isə Bolqarıstan “Slaviya”sı ilə münasibətlərinə aydınlıq gətirəcək. Allah betərindən qorusun!
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar