24 yan 14:19liqa, manset

Samir Abasov reallıqla barışıb

Samir Abasov reallıqla barışıb
“Qarşısına avrokuboklara qatılmaq məqsədi qoyan komanda mütləq fasilədə heyəti gücləndirməliydi”
Təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyədə keçirən “Sumqayıt” hazırlığı başa vuraraq şənbədən bazara keçən gecə vətənə qayıdıb. Qış fasiləsinə premyer-liqanın dördüncüsü kimi yollanan, qardaş ölkədə keçirdiyi hər üç yoldaşlıq matçında meydanı başıaşağı tərk edən “kimyaçılar”ın çempionatın qalan bölümündə necə təsir bağışlayacağını zamanın öhdəsinə buraxaq. Ancaq bir məqam bəllidi ki, fasilə dönəmində 4 futbolçu ilə yolları ayıran komanda heyəti yetərincə gücləndirmədi. Halbuki “gənclik şəhəri”nin təmsilçisi heyətə bir qədər də əl gəzdirsəydi, avrokuboklara vəsiqə uğrunda sona qədər mübarizə apara bilərdi. Rəhbərliyin transferlərə soyuq münasibət bəsləməsindən, daha çox əvəzedici heyətdə top qovan gəncləri əsas komandaya dəvət etməsindən belə başa düşmək olar ki, “Sumqayıt” qarşıdakı iki dövrədə əvvəlki illərdə olduğu kimi yenə elitada qalmaq uğrunda çarpışacaq. Bəs görəsən, “ağ- göylər”in baş məşqçisi Samir Abasov bu haqda nə düşünür? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün Abasovu aradıq. Bəribaşdan qeyd edək ki, 38 yaşlı mütəxəssis sualları həmişəki kimi səmimi cavabladı.
- Əvvəlcə 10 günlük təlim-məşq toplanışını dəyərləndirərdiz. Qardaş ölkədəki hazırlıq prosesindən razı qaldız?
- Ümumilikdə təlim-məşq toplanışından razı qaldığımı vurğulamalıyam. Düzdü, hava şəraitinə görə səfərə bir gün gec çıxdıq, buna baxmayaraq, hər şey normal oldu. Əvvəlcədən 3 yoldaşlıq görüşü keçirməyi planlaşdırmışdıq ki, onların hamısı baş tutdu. Onu da qeyd edim ki, hər üç rəqib güclü idi. Özümüz belə istəmişdik. Məhz səviyyəli komandalarla matçlarda çatışmazlıqları görmək mümkündü. Kollektivə iki yeni oyunçu (Fərhat Qıstratovla Sergey Çernışovu nəzərdə tutur) qoşulmuşdu. Və onların hər ikisindən razı qaldım. Əvəzedici heyətin 3 üzvü də bizimlə birgə idi. Gündə iki dəfə məşqə çıxan futbolçuları daha çox fiziki yükləmələr fonunda yoxlamaq istəyirdim. Üçüncü dövrəyə neçə faiz hazır olduğumuzu deyə bilmərəm. Ancaq bəlli olan odu ki, “Sumqayıt” fiziki cəhətdən çempionata hazırdı. Heç şübhəsiz, yoxlama görüşləri ilə çempionat matçları eyni deyil. Çalışacağıq “Qəbələ” ilə qarşılaşmaya qədər komandanı tam hazır vəziyyətə gətirək.
- Sizcə, heyəti komplektləşdirmədən təlim-məşq toplanışına yollanmaq komandaya nə dərəcədə fayda verəcək? Fasilədə 4 oyunçu ilə yolları ayırsaz da, heyətə cəmi iki yeni futbolçu cəlb etmisiz.
- Yanvarda Türkiyəyə - təlim-məşq toplanışına yollanacağımızı hələ dekabrın əvvəlindən planlaşdırmışdıq. Etiraf edim ki, Türkiyədə olan şərait Sumqayıtda yoxdu. Dekabrın sonunda iranlılarla Vaqif Cavadovun gedəcəyi artıq məlum idi. Onlarla müqaviləyə məhz mənim istəyimə uyğun olaraq, xitam verildi. Amit Quluzadənin Yunanıstana üz tutması isə bir qədər bizim üçün gözlənilməz oldu. Təklif Avropadan olduğuna görə yolunu kəsmədik. Lakin onu düz qeyd etdiz ki, 4 gedənin yerinə 2 futbolçu dəvət etmək kənardan bir qədər təəccüblü görünür. Reallıqla barışmaq lazımdı. Ancaq futbolçularımızın sayı azdı və buna görə toplanışa getmək düz deyil söhbətini başa düşmürəm. Ən azı orda olduğumuz müddətdə boş qalan mövqelərdə sərəncamımda olan, ancaq bu günə kimi həmin zonalarda çıxış etməyən başqa futbolçuları yoxladım. Onların yeni mövqedə nə dərəcədə faydalı ola biləcəyini özüm üçün müəyyənləşdirdim. Fikrimcə, hazırlıq dönəmində, yoxlama oyunlarında istədiyimizə nail ola bildim.
- Tarixində ilk dəfə fasiləyə dördüncü pillədə yollanan “Sumqayıt” avrokuboklara qatılmaq üçün real şans qazanıb. Ancaq gerçəkləşən transferlərdən belə qənaətə gəlmək olur ki, sanki nə siz, nə də rəhbərlik komandanın qitəmiqyaslı turnirə qatılmasında maraqlısız. Əks halda baş məşqçi kimi rəsmilərdən heyəti gücləndirməyi tələb edə bilərdiz.
- Baş məşqçi postunu tutan istənilən mütəxəssis komandasının avrokuboklarda iştirak etməsini istəyir. Komandası qitəmiqyaslı turnirə qatılan məşqçi həm də özünü geniş kütləyə tanıtmaq şansı qazanır. Sizcə, mən istəmərəm ki, “Sumqayıt” yayda Avroliqada mübarizəyə qoşulsun? Bu yöndə nəyim var ortaya qoyub, maksimuma çatmağa çalışacam. Ancaq düz deyirsiz ki, qarşısına inadla avrokuboklara qatılmaq məqsədi qoyan komanda mütləq fasilədə heyəti gücləndirməli idi. Bizdə isə bu adi haldı. Hər şeyi olduğu kimi qəbul etmək zorundayıq. Özü də qəbul etməyib, nə edəcəyik? Özünüz də görəcəksiz ki, bu heyətlə çempionatda necə əziyyət çəkəcəyik. Qış fasiləsinə 6-cı, 7-ci pillədə yollanan komandalar bu gün qollarını çırmalayıb, bir ucdan transferlər həyata keçirib heyəti gücləndirirsə, pulsuz dediyimiz AZAL Tounkara və başqa legionerləri rənglərinə bağlayırsa, deməli, bizi qarşıda çətin sınaq gözləyir.
- Düşərgəyə yeni oyunçu dəvət edə bilməməyinizin kökündə nə durur? Bildiyimə görə, “Sumqayıt”ın maliyyə ilə bağlı problemi yoxdu.
- Doğrudan da bu gün belə ağır iqtisadi vəziyyətdə “Sumqayıt” premyer-liqada tək-tük klublardandı ki, vaxtında müqavilə şərtlərini yerinə yetirir. Maaşlar və mükafatlar daim deyilən vaxtda hesaba köçürülür.
- Belədisə, yeni oyunçularla niyə anlaşa bilmirsiz?
- Bilmirəm, nə sirrdisə, o biri klublarda ehtiyatda oturan futbolçulara belə dəvət göndərəndə bizə naz edirlər. Gənclər var ki, artıq 5-6 manata görə karyerasını ehtiyat oyunçular skamyasında başa vurmağa hazırdı, nəinki daim oyun təcrübəsi qazana biləcəyi, inkişaf edəcəyi “Sumqayıt”a gəlməyə. Ancaq mən heç vaxt “təki komandama gəlsin” deyə, futbolçuya dəyərindən artıq pul verməyə razı olmamışam. Hamının real qiyməti var. Bunu da futbol ictimaiyyəti, bu işin içində olanlar yaxşı bilir. Nəyə görə özümüz-özümüzü aldatmalıyıq? Yusif Nəbiyevin və Mirabdulla Abbasovun inkişafı göz önündədi. Heç olmasa, onlardan nümunə götürsünlər.
- Toplanış dönəmində keçirdiyiniz hər üç qarşılaşmada məğlub olmaq sizi narahat etmir? Onu da qeyd edək ki, bu matçlarda yalnız iki dəfə rəqibi məyus etdiz. Həmin qollardan biri də penaltidən vurulub.
- Yoxlama matçlarında əsas məqsəd komandanın güclü və zəif tərəflərini müəyyənləşdirməkdi. Düzdü, qalib gəlsəydik, daha yaxşı olardı. Ancaq ümumi nəticələrə görə məyus deyiləm. Futbolçuların, xüsusilə təcrübəli oyunçuların əzmkarlığı, meydanda istəkli olması məni sevindirdi. Təəssüf ki, eyni fikirləri əvəzedici heyətdən dəvət etdiklərimiz haqda səsləndirə bilməyəcəm. “Qablarında” nəsə var, ancaq hələ əsas heyət üçün yetişməyiblər. Buna görə də əsas ümidim 13-14 futbolçuyadı.
- Müdafiə də etibarlı oyunu ilə seçilmədi. Xüsusilə ilk qarşılaşmada - “Şkenderbü” ilə matçda arxa xətt bərbad təsir bağışladı.
- Ola bilsin, ilk oyun olduğuna və fiziki yükləmələrə görə uşaqlar bir qədər özlərinə bənzəmirdilər. Lakin sonrakı 2 matçda hər şey yaxşılığa doğru dəyişdi. “Nasaf” və “Aktau” ilə görüşlərdə əvəzedici heyətdən dəvət etdiyimiz gənclərin səhvindən uduzduq.
- “Sumqayıt”ın ən ödənişli futbolçularından olan Məhəmməd Qurbanov toplanışda da özünü göstərə bilmədi. Yalnız bir dəfə, o da penaltidən fərqləndi. Məhəmmədə etimad limitiniz nə vaxta kimidi?
- Onun potensialı daha yüksək səviyyədə çıxış etməyə imkan verir. Türkiyədə ozünü yaxşı tərəfdən göstərməyi bacardı. Orda keçirdiyimiz oyunlarda Qurbanovu daha çox cinah yarımmüdafiəçisi kimi sınadıq və ondan razı qaldım. Ümid edirəm ki, çempionatın qalan bölümündə Məhəmməd bizə xeyir verəcək. Toplanışın son günündə klubdaxili iclasımız oldu. Orda durumundan razı qalmadığım oyunçulara sonuncu dəfə xəbərdarlıq etdim. Və bildirdim ki, deyilənlərdən nəticə çıxarmasalar, onları da yola saldığımız futbolçuların aqibəti gözləyir.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi Bu gün, 18:37 Qol vuran qələbə qazandı Bu gün, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı Bu gün, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi Bu gün, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! Bu gün, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi Bu gün, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir Bu gün, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi Bu gün, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə Bu gün, 18:21 “İnter” 88 dəqiqə dözdü Bu gün, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib Bu gün, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” Bu gün, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... Bu gün, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür Bu gün, 18:07 Faiq Həsənov susdu! Bu gün, 18:06 Qısa xəbərlər Bu gün, 18:04 Belfor pula qaçır... Bu gün, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı Bütün xəbərlər
Ən çox oxunanlar