24 yan 14:01liqa

“Qarabağ” “Atırau”ya uduzdu, “Termalika”ya qalib gəldi

“Qarabağ” “Atırau”ya uduzdu, “Termalika”ya qalib gəldi
Beləliklə, "Qarabağ" Antalyada keçdiyi qış təlim-məşq toplanışına yekun vurdu. Qurban Qurbanov son gün üçün qəribə qərar qəbul etmişdi. Belə ki, təcrübəli mütəxəssis hazırlığın sonuncu gününə iki yoxlama oyunu təyin etmişdi. Ağdamlılar günün ilk matçında Qazaxıstanın "Atırau" komandasıyla qarşılaşdı. Qurbanov orta asiyalılarla görüşə heç də əsas heyəti çıxarmamışdı. Əksinə, az şans qazanan, eləcə də bir neçə gənc futbolçuya şans verilmişdi. Hər halda, Elgün Uluxanov, Eltun Turabov, Elçin Rəhimli əvəzedicilərin üzvüdüsə, Reynaldo, Coşqun Diniyev və Elşən Abdullayev zədəyə görə əvvəlki yoxlama görüşlərində iştirak etməmişdi. Bura Vüqar Nadirovu da əlavə etmək mümkündü. Ümumiyyətlə, Qurban Qurbanov "Atırau" ilə matçda bu futbolçuların xidmətindən yararlandı: 13. İbrahim Şehiç (1. Boyan Şaranov, 46), 23. Elgün Uluxanov, 3. Eltun Turabov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 19. Elçin Rəhimli (9. Reynaldo, 72), 20. Riçard Almeyda, 11. Mahir Mədətov (77. Elşən Abdullayev, 65), 22. Əfran İsmayılov, ( 71. Vüqar Nadirov, 46), 10. Muarem Muarem, 91. Coşqun Diniyev.
Oyunun əvvəlində anlaşma istənilən səviyyədə deyildi və bundan yararlanan qazaxlar erkən dəqiqələrdə ağdamlıların qapısına yol tapdı. Tezliklə oyunda üstünlüyü ələ alan ağdamlılar hücumların sayını artırdı. Bir neçə qol epizodunda isə rəqib qapıçı yaxşı oynadı. Çoxsaylı həmlələrə baxmayaraq, “Qarabağ” məğlubiyyətdən xilas ola bilmədi və qarşılaşma rəqibin 1:0 hesablı qələbəsiylə başa çatdı.
Günün ikinci oyununda Azərbaycan çempionu Polşa "Termalika"sıyla qarşılaşdı. Qurban Qurbanov bu dəfə Bədavi Hüseynov, Ansi Aqolli, Maksim Medvedev, Dino Ndlovu, Rahid Əmirquliyev, Dani Kintana, Qara Qarayev, Miçel kimi əsas heyət üzvlərinə güvənmişdi. Səviyyə fərqi ortadaydı. “Qarabağ” oyuna sürətli başladı və artıq 13-cü dəqiqədə hesabı 2:0-a çatdırdı. 5-ci dəqiqədə Ağabala Ramazanov dəqiq zərbəylə hesabı açdı. Bu qoldan 8 dəqiqə sonra Aqollinin cinahdan ötürməsini Ndlovu dəqiq baş zərbəsiylə tamamladı. Düzdü, rəqib 26-cı dəqiqədə hesab arasındakı fərqi azaltdı. İlk yarı 2:1 başa çatdı. İkinci hissədə də hücumları davam etdirən “Qarabağ”ın növbəti qolu matçın 76-cı dəqiqəsinə təsadüf etdi. Bədavi Hüseynov fərqlənərək hesabı 3:1 etdi. Qurban Qurbanov dərhal üç əvəzetməyə əl ataraq, ilk oyunda da meydanda olan İlqar Qurbanov, Mahir Mədətov və Riçard Almeydanı döyüşə atdı. Amma yorğunluq özünü göstərirdi. 81-ci dəqiqədə rəqib yenidən fərqi minimuma endirdi. Beləliklə, qarşılaşma ağdamlıların 3:2 hesablı qələbəsiylə başa çatdı. "Qarabağ" "Termalika" ilə matçı bu heyətlə keçirdi: 12. Şahruddin Məhəmmədəliyev (13. İbrahim Şehiç, 69), 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 25. Ansi Aqolli (18. İlqar Qurbanov, 77), 5. Maksim Medvedev, 44. Ağabala Ramazanov (77. Elşən Abdullayev, 72), 6. Dino Ndlovu (11. Mahir Mədətov, 77), 15. Rahid Əmirquliyev, 99. Dani Kintana, 2. Qara Qarayev, (20. Riçard Almeyda, 77), 8. Miçel.
İki oyundan birini uduzub digərində qalib olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klub saytına fikirlərini bildirib: "Hər iki oyundan razı qaldım. Futbolçular son ana qədər vuruşdular, mübarizə apardılar. Ümumiyyətlə, təlim-məşq toplanışından razı qaldım. Yetirmələrim işlərinə ciddi yanaşdılar, yaxşı hazırlaşdıq. Hələ tam hazır deyilik. Komanda bir neçə tur sonra tam hazır olacaq. Çalışdıq ki, bu toplanışı maksimum şəkildə yaxşı dəyərləndirək".
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:57 Hakim “bürünc”ü “Qaradağ Lökbatan”ın əlindən alıb? Bu gün, 16:55 4000 tovuzlu və 5 oyuna 27 qol Bu gün, 16:53 Jaba Bal Liqasının ən çox qazanan futbolçularındandı Bu gün, 16:50 Yeni çempion “Qarabağ” oldu! Bu gün, 16:49 Oqtay Abdullayev postunu qorudu Bu gün, 16:47 Şok: əməkdar məşqçi yığmanın hazırlığından uzaqlaşdırılıb Bu gün, 16:46 Bir “bürünc”lə start Bu gün, 16:45 Biraylıq fasilə bitdi Bu gün, 16:43 İddialılar arxayınlığın qurbanı olub Bu gün, 16:41 Ömər Paşayev kubokun finalını haqq edirmi? Bu gün, 16:40 “Qarabağ” da Naxçıvana getmək istəyən azarkeşlərinə kömək edəcək Bu gün, 16:38 Bayılda mükafatçılar müəyyənləşəcək Bu gün, 16:28 Şahin Diniyev AZAL-ın döyüşəcəyinə inanır Bu gün, 16:26 “Leon” uşaq futbolunda öncüllərdən olmaq istəyir Bu gün, 16:25 Prosineçki iki oyunda “yandırdı” Bu gün, 16:24 Avroliqaya sonuncu bilet kimin olacaq? Bu gün, 16:22 Müşahidə Şurası iclas keçirdi, klub saytı xəbəri gizlətdi Bu gün, 16:21 “Sumqayıt” rəhbərliyi əvəzedicilərdən narazıdı Bu gün, 16:07 Klub rəhbərliyi Qriqorçukun xidmətində maraqlıdı Bu gün, 16:04 Qurban Qurbanov: “Quzanlıya getmək fikrimiz var” Bu gün, 16:03 AFFA-nın pulsuzluğu Heydər Əliyevin şərəfinə turnirin baş tutmasını əngəlləyib Bu gün, 16:01 Şəhriyar xal fərqini qorudu Bu gün, 15:59 Sloveniyadakı rəqiblər müəyyənləşib Bu gün, 15:58 Ölkə çempionatı başladı Bu gün, 15:56 BŞH yardım kampaniyası üçün marafona qoşulur Bu gün, 15:54 İslamiada xəbərləri Bu gün, 15:53 Avropa çempionatına ikinci heyət yollanacaq Bu gün, 15:51 Emin “Boavişta”nı tərk etmək istəyir 28-04-2017, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? 28-04-2017, 21:16 Klublar bonus nəzərdə tutmayıb 28-04-2017, 21:15 AFFA-nın UEFA-dan qonaqları var 28-04-2017, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib 28-04-2017, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib 28-04-2017, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub 28-04-2017, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü 28-04-2017, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? 28-04-2017, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq 28-04-2017, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib 28-04-2017, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi 28-04-2017, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu 28-04-2017, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı 28-04-2017, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi 28-04-2017, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub 28-04-2017, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq 28-04-2017, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq 28-04-2017, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib 28-04-2017, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir 28-04-2017, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb 28-04-2017, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi 28-04-2017, 19:54 AMADA-nın binası istifadəyə verildi 28-04-2017, 19:53 İslamiada xəbərləri 28-04-2017, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib 28-04-2017, 19:46 Şəmkirlilər evdə qələbə qazandı 28-04-2017, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq 28-04-2017, 19:44 Millimiz Sloveniyaya yollandı 28-04-2017, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri Bütün xəbərlər
Ən çox oxunanlar