17 yan 18:41liqa

“Sumqayıt” divizionun liderinə acımadı

“Sumqayıt” divizionun liderinə acımadı
Dövrələrarası fasilədə hazırlığı davam etdirən “Sumqayıt” dünən “Kapital Bank Arena”da ilk yoxlama oyununu keçirdi. Rəqib birinci divizionun lideri “Qaradağ Lökbatan” idi. Samir Abasov ilk dəqiqələrdən bu futbolçulara meydana çıxmaq şansı vermişdi: Mehdi Cənnətov, Azər Salahlı, Vurğun Hüseynov, Rail Məlikov, Tural Axundov, Rəşad Eyyubov, Kamal Mirzəyev, Vüqar Bəybalayev, Nicat Qurbanov, Cavid İmamverdiyev, Amil Yunanov. Havanın soyuq olmasına baxmayaraq, təxminən 50-yə yaxın azarkeşin izlədiyi qarşılaşma gözlənilənlərin əksinə, birinci divizion təmsilçisinin hücumları ilə başladı. Artıq 5-ci dəqiqədə Sabir Allahquliyev müdafiəçilərin səhvindən yararlanaraq Cənnətovla üzbəüz qaldı. Ancaq onun zərbəsindən sonra top dirəyi yalayıb meydanı tərk etdi. Qonaqların matça aqressiv başladığını görüb düşünmək olardı ki, Həbib Ağayevin yetirmələri elita təmsilçisi ilə başabaş mübarizə aparacaq. Ancaq hadisələri qabaqlayaraq bildirək ki, qalan 85 dəqiqədə qonaqlar bir dəfə də olsun, meydan sahiblərinin qapısı qarşısında qol vəziyyəti yarada bilmədi. Əvəzində startda o qədər də inamlı təsir bağışlamayan “ağ-göylər” çox keçmədən toparlanmağı bacardılar. Meydanın mərkəzini ələ keçirən Abasovun komandası sürətli cinah hücumları ilə lökbatanlıları təzyiq altında saxlayırdı. Məhz belə hücumların birində hesab açıldı. Komandaya yeni qoşulan Nicat sağ cinahdan qapıya paralel ötürmə etdi. Qolkiper topu geri qaytarsa da, Mikayıl Rəhimov onu uzaqlaşdıra bilmədi. Qapıçı ilə müdafiəçinin anlaşmazlığından yararlanan Salahlı zəif, ancaq hiyləgər zərbə ilə topu tora qovuşdurdu. Qoldan sonra da üstünlüyü əldən verməyən “Sumqayıt” rəqibə meydanın mərkəzini keçməyə imkan vermirdi. Cinahlarda yer alan Cavid İmamverdiyevlə Nicat Qurbanov qapı önünə asma və ötürmələrlə Rəşad Eyyubovla Amil Yunanova nəfəs dərməyə imkan vermirdi. Onu da qeyd edək ki, kollektivə yeni qoşulan Qurbanovun komanda yoldaşları ilə anlaşması yüksək səviyyədə idi. 21-ci dəqiqədə isə “Sumqayıt”ın çoxgedişli hücumundan sonra hesab arasındakı fərq iki topa çatdı. Bu dəfə “kimyaçılar”ın “vuran ayağı” Yunanov soyuğun təsirindən tribunada ayaqüstə duran azarkeşləri sevindirdi. İlk yarının qalan dəqiqələrində də meydan sahibləri fərqlənmək üçün fürsət yaxalasalar da, hesab dəyişmədi. Rəşadın uzaqdan zərbəsi “çərçivə”dən cüzi fərqlə aralı keçdi. Amilin dubl etmək arzusuna isə tir mane oldu. Forvardın başla zərbəsi tirə dəyib meydandan çıxdı. Fasilədən sonra hər iki komandanın baş məşqçiləri çoxsaylı əvəzetmələrlə yadda qaldılar. Samir bəy daha çox gənclərə özünü göstərmək şansı yaratmışdı. Əvəzedici heyətdən dəvət olunan oyunçular isə ilk sınaqdan heç də pis çıxmadılar. Düzdü, ilk yarıdan fərqli, ikinci hissədə meydan sahiblərinin oyunu o qədər də baxımlı deyildi. Meydanda daha çox “məhəllə futbolu”nu xatırladan oyun gördük. Bu da hardasa başadüşülən idi. Gənclərin ustalıq səviyyəsinin aşağı olması istər-istəməz özünü büruzə verirdi. Əvəzində əvəzedicilərdən dəvət olunan, özünü göstərib əsas komandada möhkəmlənmək şansı qazanan gənclər əzmkar mübarizə ilə yadda qaldılar. Onlar meydanın hər qarışı uğrunda savaşır, daha yaşlı rəqiblərdən çəkinmədiklərini sübut etməyə çalışırdılar. Onların əzmkarlığı son dəqiqələrdə bəhrə verdi. “Zirə”dən ayrılaraq bu qış “kimyaçılar”ın əvəzedici heyətinə qoşulan Camal Camalov oyunda son nöqtəni qoydu. Beləliklə, fasilə dönəmində ilk yoxlama görüşünü keçirən “ağ-göylər” 3:0 hesabıyla qalib gəldi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar